Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol

Ən çox paylaşılanlar

  • cv formasi hazirlamaq

    5 dəqiqədə mükəmməl CV hazırlamaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Ən effektiv online biznes (2020)

    1354 paylaşımlar
    Paylaş 1354 Tweet 0
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2020 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020)

    3 paylaşımlar
    Paylaş 0 Tweet 0
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Bazar ertəsi, Mart 1, 2021
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Kodlaşdırma etmədən Android tətbiqi yaratmaq

10 Aprel 2020
Bölmə App Development
Reading Time: 8dəq vaxt
0 0
435
PAYLAŞIM
3.7k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Heç bir kod yazmadan və ya minimal miqdarda kod yazmaqla Android mobil tətbiqi (app) yaratmaq getdikcə daha da asanlaşıb. Bu, əsasən proqramçı olmayanlar üçün ideal olsa da, təcrübəli proqramçılar da vaxtlarını daha səmərəli etmək üçün belə üsullardan istifadə də bilər.İndi isə sizə iki üsuldan söhbət açıb, bu üsulları yerinə yetirmək üçün sizi bir neçə alət və şablonla tanış edəcəyəm.

Məzmun

    • CodeCanyon
  • Tətbiq qurucularından istifadə etmək
    • React App Builder
    • IMABuildeRz
    • AppsGeyser: Pulsuz Android app qurucusu
  • Vebsaytı tətbiqə çevirmək
    • Android üçün WebViewGold
    • Universal Android WebView
    • Android App Builder
    • Flink App Builder
    • RocketWeb
  • Son söz

CodeCanyon

CodeCanyon yüzlərlə peşəkar Android tətbiq şablonu və qurucu alətləri olan onlayn bir platformadır. Bu şablonlardan bəzilərinin inanılmaz dərəcədə zəngin funksionallığı və yaxşı dizaynı olur. Bəzən bir app yaratmaq sizdən bir neçə gününüzü, hətta ayınızı apara bilər. CodeCanyon isə sizə günlərinizə, aylarınıza qənaət etməyə imkan verəcək.

OxşarYazılar

No Content Available
CodeCanyon 
android app yarat

Tətbiq qurucularından istifadə etmək

Tətbiq qurucular (App builder) bir neçə formanı doldurmaqla sizə tətbiqetmə yaratmağa imkan verir. Belə qurucuların ən məşhurları ilə çox sayda tətbiqlər yaratmaq mümkündür. Məsələn, onlardan istifadə etməklə e-ticarət tətbiqləri, xəbər tətbiqləri və ya hətta chat proqramları yarada bilərsiniz. Ən yaxşı tərəfi isə odur ki, bu işi görərkən bir sətir belə kod yazmağa ehtiyac olmayacaq.

React App Builder

React tətbiq qurucusu CodeCanyon-da mövcud olan premium alətdir. O, bu gün ala biləcəyiniz bəlkə də ən güclü və çevik bir tətbiq qurucusudur. React Native çarpaz platforma çərçivəsindən istifadə etdiyinə görə siz ondan istər Android, istərsə də iOS cihazları üçün tətbiqlər yaradanda istifadə edə bilərsiniz.

React tətbiq qurucusunun tətbiq yaratmaq üçün çox asan bir interfeysi var. Bundan başqa, sizə 11 gözəl şablon təklif edir.

Qeyd etmək lazımdır ki, bu vasitə bulud əsaslı xidmət də göstərir. Kompüterdə aləti quraşdırmaq, konfiqurasiya etmək və müntəzəm olaraq yeniləmək üçün vaxt sərf etmək istəmirsinizsə, bulud əsaslı xidmət sizin üçün ideal təklif olacaq.

IMABuildeRz

IMABuildeRz həm Android, həm də iOS cihazları üçün proqramlar yarada bilən digər bir məşhur tətbiq qurucusudur. Daxili olaraq Ionic 4 çərçivəsini istifadə etdiyinə görə TypeScript və SCSS kodunu yarada bilir.

IMABuildeRz
CodeCanyon
app yarat
tətbiq yarat

Bu alətdə bir sıra əlavələr vardır ki, siz istəyinizə uyğun olaraq tez bir zamanda tətbiqlərinizə əsas funksiyaları əlavə edə biləcəksiniz. Bura, məsələn, formaları, JSON sənədlərini, JWT identifikasiyasını və AdMob reklamlarını idarə etmək üçün, hətta “Haqqımızda” və “Əlaqə” səhifələrini qısa müddətdə yarada biləcək əlavələr aiddir.

Bundan başqa bu alət vasitəsilə siz mətni nitqə çevirmə, barkodu skan etmə və media axınını təmin etmə funksiyalarını quraşdıra biləcəksiniz.

AppsGeyser: Pulsuz Android app qurucusu

Tətbiq yaratmaq üçün pulsuz bir vasitə axtarırsınızsa, AppsGeyser-i yoxlamağa dəyər. AppsGeyser-in 70-dən çox tətbiq şablonu var və bu şablonları ayarlamaq üçün sadə interfeysə malikdir. Siz burada sual-cavab tətbiqləri, rəngləmə tətbiqləri, brauzerlər, messencerlər və bir sıra fərqli oyun növləri üçün şablonlar tapa bilərsiniz.

Pulsuz Android app qurucusu
AppGeyser

Qeyd etməliyəm ki, AppsGeyser-in pulsuz versiyası qazandığınız gəliri sizinlə yarı bölür. Yəni, siz tətbiqizdə reklam yerləşdirməli və reklamdan gələn gəlirinin 50 %-ni AppsGeyser ilə bölüşdürməlisiniz. Bu versiya sizi qane etmirsə, premium versiyaya keçib, reklamları ümumiyyətlə söndürə bilərsiniz.

Vebsaytı tətbiqə çevirmək

Əgər sizin artıq bloqunuz və ya veb versiyada tətbiqiniz varsa, CodeCanyon-da onu Android tətbiqinə çevirmək üçün alətlər var. Bu alətləri çoxu webviews və ya WordPress API-dən istifadə edir.

Android üçün WebViewGold

Android üçün WebViewGold veb saytları yüksək keyfiyyətli Android tətbiqlərinə çevirən çox məşhur bir şablondur. Onun vasitəsilə qurduğunuz tətbiqlərdə tətbiqdaxili satışlar, bildirişlər, linklər, AdMob reklamları və bir çox fərqli dialoq dəstəyi əldə edəcəksiniz.

Android üçün WebViewGold
mobil app yarat

Əgər sizə təcili surətdə, hətta bir neçə dəqiqə ərzində tətbiq hazırlamaq lazımdırsa, WebViewGold məhz sizin üçün nəzərdə tutulub. Etməyiniz lazım olan şey şablona veb saytınızı və ya bütün HTML sənədlərinizin yerləşdiyi qovluğu göstərirsiz, o isə sizin üçün Android Studio-nun ən son versiyası ilə tətbiqi qurur.

WebViewGold iOS üçün da mövcuddur. Beləliklə, tətbiqinizin həm Android, həm də iOS-da eyni funksionallıqla işləməsini istəyirsizsə, bu şablonlar məhz sizin üçündür.  

Universal Android WebView

Universal Android WebView şablonu artıq illərdir ki, CodeCanyon-da bestsellerdir. Bu Android şablonu hər hansı bir veb saytı həm telefonda, həm də planşetlərdə yaxşı işləyən gözəl Material Dizayn tətbiqinə çevirə bilər. Rənglər Material Dizayn üçün son dərəcə vacib olduğuna görə on növdə gözəl rəngli şablonlar təqdim edir.

Universal Android WebView
mobil tətbiq yarat

Bu şablon ilə qurduğunuz tətbiqlərdə ekranı dartmaqla naviqasiya və yeniləmək funksiyaları dəstəklənir. Bundan əlavə, sizin tətbiqiniz AdMob reklamları, Firebase Analytics və Firebase Cloud Messaging-ə tam surətdə inteqrasiya olunacaq, o cümlədən, fayl yükləmələrini idarə etmək üçün tətbiqin içərisində yükləmə meneceri olacaq.

Universal Android WebView şablonunu istəyinizə uyğun dizayn etmək üçün vahid konfiqurasiya faylında dəyişiklik etməli olacaqsınız. Bu konfiqurasiya faylını idarə etmək isə çox asandır. Belə ki, əgər asan idarə olunan bir vebsaytınız varsa, bu şablondan istifadə edərək təxminən 15 dəqiqə ərzində onu yaxşı dizaynlı bir tətbiqə çevirə biləcəksiniz.

Android App Builder

Android App Builder vasitəsilə hər hansı bir vebsaytı Android tətbiqinə çevirə bilərsiniz. O, həmçinin WordPress saytları üçün də əlavə funksiyalar təklif edir. Məsələn, WordPress postlarınızı parallax scrolling effekti ilə təqdim etmək üçün altı fərqli maketi var.

Saytınız WordPress platformasında deyilsə, onu yaxşı tətbiqə çevirə bilmək üçün əvvəlcə əmin olun ki, saytınızın maketi (layout) responsivdir. Bu cür vebsaytlar üçün tətbiqlərin faylların upload və download olunması, yükləmə göstəriciləri, eləcə də yeniləmək üçün ekranı dartma kimi lazımlı funksiyaları ola bilər.

Android App Builder
app yaratmaq
mobil tətbiq yarat

Android App Builder-in vebsaytınızda yerləşdirdiyiniz bütün YouTube videolarını, Flickr albomlarını və Tumblr postlarını idarə etmək üçün də bir neçə funksiyası vardır. YouTube kanallarını və video siyahısının məzmununu göstərmək üçün altı, Flickr albomlarınızın və Tumblr şəkil postlarınızın məzmununu göstərmək üçün isə üç maket təklif edir.

Flink App Builder

Flink App Builder bir neçə kliklə WordPress saytını Android tətbiqinə çevirməyə kömək edən güclü bir vasitədir. WordPress platforması ilə tam inteqrasiya olunduğundan, onunla qurduğunuz tətbiqlər bloqunuzun bütün yazılarını, səhifələrini, şərhlərini və görüntü qalereyasını gözəl şəkildə göstərə biləcək. Bundan əlavə, blogunuzda etdiyiniz hər hansı bir dəyişiklik dərhal tətbiqinizdə əks olunacaqdır.

Flink App Builder
mobil app yarat
mobil tətbiq

Flink ilə yaratdığınız bütün tətbiqlərdə bildirişlər üçün daxili dəstək olacaq. Bu tətbiqlərdən pul qazanmaq məqsədilə istifadə etmək istəyirsinizsə, tətbiqə AdMob reklamları və ya Facebook Audience Network reklamları əlavə edə bilərsiniz.

Flink tətbiqləri istifadəçilərini məmnun etmək üçün ekran keçid animasiyaları, ilk açılan ekranlar və Material Dizayn komponentləri kimi bir çox əlavə funksiyaları təqdim edir. Mənə görə bu tətbiq qurucusunun ən üstün cəhətlərindən biri odur ki, onlar təkcə istifadəçilər üçün qeydiyyat və giriş dəstəyini təmin etməklə kifayətlənməyib, həmçinin məzmunu şifrə ilə qoruyur.  

RocketWeb

RocketWeb də webview-dan istifadə edərək veb tətbiqi Android tətbiqinə çevirən premium şablondur. Tətbiqinizi tərtib etmək üçün burada 50-dən çox dizayndan istifadə edə bilərsiniz. Bəzi dizaynların neytral rəngləri olsa da, bəziləri gözəçarpan qradientlərə malikdir.

Burada siz heç bir kodlaşdırma aparmadan, şablonu istədiyiniz kimi dizayn edə bilərsiniz. Şablonu konfiqurasiya etmək üçün isə istəsəz sadə, brauzerdə açılan versiyadan istifadə edə bilərsiniz.

RocketWeb
mobil app yarat
mobil tətbiq

RocketWeb ilə yaratdığınız tətbiqlərin webview-dan başqa, ekranı dartmaqla naviqasiyası, alətlər barı (toolbar) və gözəl bir ilk açılan ekranı olacaqdır. Bağlantı problemləri və digər qırılmalar baş verdiyi hallar üçün error səhifələri də hazırdır.  

RocketWeb tətbiqləri həm Google Cloud Messaging, həm də OneSignal bildirişlərini dəstəkləyir. Onlardan pul qazanmaq istəyirsinizsə, AdMob reklamlarını aktiv etməli olacaqsınız.

Son söz

Yaxşı, gəlirli Android tətbiqetmələri qura bilmək üçün mütləq proqramçı olmaq lazım  deyil.

Bu yazıda sizə app yaratmaq üçün bəzi alətləri və şablonları təqdim etdim. Qeyd etdiyim vasitələrin əksəriyyəti o qədər sadədir ki, tez-tez hansısa bir tətbiqi yaratmaq həvəsinə düşə bilərsiniz.

Həmin tətbiqlərə reklam əlavə edib, Google Play-də yayımlamaqla özünüz üçün yeni bir passiv gəlir mənbəyi yarada bilərsiniz.

Qısa zamanda biznesiniz üçün cəlbedici bir tətbiq yaratmaq istəyirsinizsə, CodeCanyon-da mövcud olan Android tətbiq şablonlarına nəzər salmağı təklif edirəm. Tətbiq hazırlamaq sizə maraqlı gəlsə, daha sonra da bu barədə ətraflı yazılar hazırlaya bilərəm.

Daha öncə Mobil proqram yaratmağın mərhələləri adlı yazı paylaşmışdım. O yazıda qurduğunuz tətbiqi Play store-ə necə yükləməklə bağlı izah vermişdim.

Yazını bəyəndinizsə dostlarınızla paylaşmağı unutmayın. Nə sualınız, nə çətinliyiniz olsa şərh bölməsində yazın cavablayım.

Rating
Click to rate this post!
[Total: 10 Average: 4.6]

Oxşar yazılar Posts

No Content Available

Şərhlər 4

  1. Xəyal says:
    11 ay əvvəl

    Əla!
    ətraflı yazı istəyirik 🙂

    Cavabla
  2. Nicat says:
    11 ay əvvəl

    Eladir👍

    Cavabla
  3. sahin says:
    10 ay əvvəl

    emek vermisen qardas eline sagliq, ela alinib.

    Cavabla
  4. Farid Mammadov says:
    10 ay əvvəl

    👍👍👍

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In