Bildiyiniz kimi, Azərbaycanda paypaldan qeydiyyatdan keçdiyinizdə yalnız internet üzərindən ödənişlər edə bilirsiniz və heç bir halda Paypal hesabınıza ödəniş qəbul edə bilmirsiniz.

paypal_stripe_azerbaijan

Bu yazımda, Azərbaycanda ola ola internet üzərindən necə ödəniş qəbul edə biləcəyinizi sizə izah edəcəm. 

5 mərhələdə, ödəniş qəbul edə biləcəyiniz Paypal hesabına sahib olun.

  1. Gürcüstana səyahət edirsiniz.
  2. Qaldığınız otelin və ya evin adresini bir yerə qeyd edin, çünki daha sonra bank və Paypal hesabı açmaq üçün lazım olacaq.
  3. Gürcüstanda Geocell və ya Beeline nömrəsi alın, həm bankda həm də Paypalda lazım olacaq. Nömrə aldıqdan dərhal sonra nömrədə Roaminqi aktivləşdirməyiniz lazımdır. Azərbaycanda olduğunuz zaman Bank və ya Paypal əməliyyatları zamanı nömrənizə qısa mesajla kod göndərə bilərlər.
  4. TBC bankda VİSA Classic kartı qeydiyyat edin. Təkrar edirəm VİSA Card. Master Card ilə pul qəbul etmək mümkün olmayacaq. Əgər bank tərəfindən mümkün olsa Visa gold kartı açdırın. Gələcəkdə bankomatdan daha çox pul çıxara biləsiniz deyə.
  5. Gürcüstanda olduğunuz zaman paypal.com saytına daxil olun və Paypal Business hesabınızı qeydiyyatdan keçirin. Azərbaycan pasportundakı məlumatlarınızla qeydiyyatdan keçə bilərsiniz, heç bir problemi yoxdur. Fəaliyyət növü hissəsinə isə hansı işdən sizə ödəniş gələcəksə onu qeyd edəcəksiniz.

Beləliklə, 5 mərhələdə sizin artıq ödəniş qəbul etməyə hazır Paypal hesabınız olacaq. 

Bəs xaricə getmədən Azərbaycanda Paypalı necə qeydiyyat edim ?

Paypal ilə Azərbaycandan pul qəbul eləmək üçün sizin Paypal hesabınız xaricdə qeydiyyat olmuş olmalıdır. VPN (Virtual Private Network) -dən və ya VPS ( Virtual Private Server) -dən istifadə etməklə kompyuterinizin və ya mobil cihazınızın İP ( İnternet Protocol) -sini dəyişə bilərsiniz. Paypalın dəstəklədiyi ölkələrin İP-si ilə sayta daxil olub Biznes hesabı qeydiyyat edirsiniz.

paypal azerbaycanda

Gələcəkdə Paypal tərəfindən blok olunmamaq üçün qeydiyyat zamanı hansı tədbirlər görülməlidir ?

Paypalın gələcəkdə sizin hesabı blok eləməməsi üçün sizin kompyuterinizdəki saat, İP dəyişərək girdiyiniz ölkənin saatı ilə eyni olmalıdır. Bu halda ən məsləhətlisi Gürcüstan İP-si ilə qeydiyyatdan keçməyinizdir. Gürcüstan ilə Azərbaycan eyni saat qurşağında olduğu üçün gələcəkdə heç bir problem yaşamayacaqsınız. 

Stripe ilə ödəniş qəbul etmək üçün nə etmək lazımdır ?

Təəssüf ki, Stripe nə Azərbaycanı nə də Gürcüstanı dəstəkləyir. Buna görədə ən optimal variant ya onlayn Amerika şirkəti qeydiyyat edərək VPN ilə İP dəyişib Amerikada qeydiyyat etməkdir, yada Amerikaya səfər edib orada həm bank hesabı açıb həmdə Stripe hesabı açıb geri qayıtmaqdır. Daha sonra Azərbaycandan da hər dəfə İP dəyişərək hesabınıza daxil olmalısınız. 

Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları üçün Stripe hesabının açılması

Bəli bu mümkündür. Sizə Payoneer hesabı, Amerikada virtual adres, telefon nömrəsi və EİN ( Employer İdentification number) nömrəsi lazım olacaq.

Payoneerdə qeydiyyatdan keçmək üçün bu linkə daxil olun : Payoneerdə qeydiyyat . Mənim linklə qeydiyyat etdiyiniz üçün $25 qeydiyyat bonusu alacaqsınız.

payoneer qeydiyyat

Payoneerdə qeydiyyat etmək tamamilə pulsuzdur və siz Amerika bank hesabı və kartına sahib olmuş olursunuz. Qeydiyyatdan keçərkən sizdən Bank hesabınızın rekvizitləri tələb oluna bilər, o zaman Azərbaycanda olan hər hansısa bankınızın rekvizitlərinizi qeyd edə bilərsiniz. Rekvizitlər sizdə yoxdursa banka müraciət etməklə ala bilərsiniz.

payoneer qeydiyyat sehifesi

Növbəti mərhələdə, EİN nömrəsi almaq üçün bu formu doldurun. Daha sonra Amerikanın vergi departamenti olan İRS-ə zəng edin 1 (800) 829-4933 və onlara sizə EİN nömrəsi almaq istədiyinizi bildirin.

Onlar sizdən formu doldurub FAKS ilə göndərməyinizi istəyəcəklər, amma siz onları inandırın ki, sizdə Faks aparatı yoxdur və bu prosesi telefonla etmək istəyirsiniz.

Operator sizdən hazır formunuzun olub olmadığını öyrənəcək və form hazırdırsa sizdən hər bir punktu onlara oxumağınızı xahiş edəcək.

15 dəqiqə sonra sizin artıq EİN nömrəniz hazır olacaq, hansıkı qisa vaxtda sizin Azərbaycandakı ev adresinizə göndəriləcək.

3-cü mərhələdə sizə Amerikada poçt qəbulu üçün ünvan lazım olacaq. Sizə Mailboxforwarding-i məsləhət görürəm. Qeydiyyat edərkən “freemonth” kupon kodunu qeyd edin və xidmətdən 1 ay pulsuz istifadə edin. Sizin amerikada adresiniz olacaq və sizin adresə gələn hər bir sənədin şəklini onlayn görə biləcəksiniz. Hətta Azərbaycandakı adresinizədə göndərilməsini istəyə bilərsiniz.

4-cü mərhələdə Amerika telefon nömrəniz olması üçün Sonetel saytında qeydiyyat edirsiniz və gələn zəngləri öz Azərbaycan nömrənizə yönləndirirsiniz.

Hamısı hazır olduqdan sonra İP adresinizi VPN ilə Amerikaya dəyişib Stripe saytında qeydiyyat edirsiniz.

Stripe.com saytında qeydiyyat üçün emailinizi, şifrənizi və s yazıb qeydiyyat edin, daha sonra emailə gələn məktubu təsdiqləyin. Emailinizi təsdiqlədikdən sonra hesabınıza daxil olun  LIVE/TEST seçənəyindən LIVE seçib hesabınızı aktivləşdirin. Məlumatları aşağıda qeyd etdiyim formada doldurun

Country: United States

Business type: Individual / Sole Proprietorship

EIN: İRS-dən aldığın EİN nömrənizi bura qeyd edin

Address: Amerikadakı adresiniz

Phone: Sonetel-dən aldığınız Amerika nömrəniz

SSN: 000–000–000

Bank account: Payoneer hesabınıza daxil olun, RECEİVE –> Global Payment Service klik edin və orada olan bank məlumatlarını STRİPE-da daxil edin.

SSN ( Sosial təhlükəsizlik nömrəsi ) sizdə olmadığı üçün qeyd etdiyim formada 000-000-000 yazırsınız. Daha sonra sizdən SSN nömrəsi təkrar tələb oluna bilər və siz operatora bildirməlisiniz ki, siz Amerika vətəndaşı deyilsiniz və sizin yalnız EİN nömrəniz var. Sizdən sübut üçün Azərbaycan pasportu tələb olunacaq və pasportu təqdim etdiyinizdən sonra hesabınız tam hazır vəziyyətdə olacaq.

Təbrik edirəm, artıq həm Paypal, həm də STRİPE hesabınız var və hesabınıza ödəniş qəbul edə bilirsiniz.

Başqa nələr haqqında məlumat almaq istəyirsinizsə şərhdə qeyd edin və ya sosial şəbəkələrdəki hesablarımdan mənə yazaraq bildirin və növbəti yazımda sizin sualınızı geniş şəkildə cavablayım.