brend adı      İstənilən bir layihədə “Brend” adı çox önəmlidir. Bu ad elə bir ad olmalıdır ki, hər kəsin yaddaşında qalsın.

“Hara Gedək” layihəsi zamanı ad seçmək barədə çox düşündüm. Proqram qlobal olmayacağından və yalnız Azərbaycanda istifadə olunacağına görə Azərbaycanca bir ad seçmək daha doğru seçim olduğunu bilirdim.

Proqram insanların ən çox işlətdiyi sual olan Hara Gedək sualına cavab tapırdı və çox düşünmədən proqramın adının da Hara Gedək olacağına qərar verdim. Proqramı App Store və Play Store-da qeydiyyat edərkən isə “Hara Gedək – Baku” adı ilə qeydiyyat etdirdim. Baku sözünüdə hədər yerə əlavə etmədim yanına. Həmin müddət 107.7 fm radiosunda Baku İTS proqramının gün ərzində ən azı 20-30 dəfə reklamı gedirdi və insanlar app store və play store-a girib Baku yazıb axtarış edirdilər. Proqramın adının yanına “Baku”  sözünü əlavə etməklə  “Baku” yazıb axtarış edənlər Hara Gedək proqramınıda görmüş oldular.

     Bu strategiya ilə reklama bir qəpik belə xərcləmədən 3 gün içində Hara Gedək proqramı Azərbaycan App Store-ında reytinqdə 1-ci pilləyə yüksəldi və bir çox xəbər portalları bu barədə yazdı. 1 ay içində proqramın ios istifadəçi sayısı 100.000 nəfəri ötdü. Həmdə Hara Gedək adı yadda qalan olduğu üçün ağızdan ağızada tez yayılmış oldu.

 

Shrippy ( Alış veriş paylaşılarının edildiyi sosial şəbəkə)  layihəsi zamanı proqrama qlobal brend ola biləcək bir ad seçmək lazım idi. Dəftər qələmimi götürüb aşağıdakı formada adlar yazmağa başladım:

Shop                                      Happy

Share                                     Brand

Satisfaction                          Price

Sosial                                     Tag

Bu formada xeyli adlar yazdıqdan sonra   “SHOP” , “SHARE”,  “HAPPY”  -ni birləşdirib  proqramın adının “SHRİPPY”  olacağına qərar verdim. Niyə shop,share,happy desəniz? – Proqramda insanlar alış verişlərini digərləri ilə paylaşır, digərləri ona mübarəkdir deyir və o özünü xoşbəxt hiss edir. Buna görədə bu 3 sözü birləşdirdim.

 

Layihənizə ad seçərkən bunları nəzərə alın: 

  • Hansı ölkələrdə fəalliyyət göstərəcəyini düşünün.
  • Layihə ilə bağlı ağlınıza gələn bütün açar sözlərini vərəqə yazın.
  • Açar sözlərini birləşdirməyə çalışın.
  • Ad Layihəni izah edərsə çox gözəl ola bilər.
  • Panabee.com Wordoid.com  kimi saytlardan da istifadə edə bilərsiniz. Ad seçməkdə kömək ola bilər.