mobil proqram yaratmaq

Mobil proqramların hazırlanmasıyla bağlı danışmadan öncə nəzərinizə çatdırım ki, artıq VEB dövrü bitmək üzrədir və 2015-ci ildə də google-da mobil telefonla axtarış etmələr veb-dən edilən axtarışları sayca keçdi.

Davam edən bu tendensiya göstərirki gələcəkdə hər şey mobil olacaq. Hal-hazırda dünyada təxminən 2.8 milyard ağıllı telefon istifadəçisi var və 2018-ci il üçün bu rəqəmin 6.1 milyard olacağını proqnozlaşdırırlar.

Mobil proqram (applikasiya) yaratmadan öncə qərar verilməlidirki proqramı hansı telefonlar üçün yaradırsınız. Azərbaycanda təxminən 60% Play Store , 30% App Store digərləri isə Windows və Blackberry-nin payına düşür.

Iphone & Ipad ( App Store ) üçün proqram yaratmağın yolları 

  • İlk öncə siz  https://developer.apple.com/programs/ios/  saytında qeydiyyatdan keçməlisiniz. 99$ -dir ödənişi.
  • Native proqram hazırlamaq üçün Objective-C  və ya Swift  proqramlaşdırma dilini bilməlisiniz.
  • Macintosh əməliyyat sisteminiz olmalıdır və Xcode proqramını yükləmiş olmalısınız.
  • Proqram hazır olduqdan sonra App Store-a göndərirsiz təxminən 1 həftə müddətində yoxlayıb cavab verirlər.

Play Store üçün proqram yaratmağın yolları 

  • İlk öncə siz   https://play.google.com/apps/publish/signup/  saytında qeydiyyatdan keçməlisiniz. 25$ -dir ödənişi.
  • Kompyuterinizə Android Studio proqramını yükləməlisiniz.
  • Java proqramlaşdırma dilini bilməlisiniz. Əsasən Java ilə hazırlanır Android proqramlar.
  • Proqramı yaratdıqdan sonra Play Store-a göndərirsiz və Apple-dan fərqli olaraq 2 saat içində  yoxlayıb cavab verirlər. Problem yoxdursa 2 saat sonra proqramınızı Play Store-da görə bilərsiniz.

      Bayaq yazıda Native proqram hazırlamaq barədə qeyd etmişdim. Soruşa bilərsiniz ki, native olan nədir , native olmayan nədir. Native – məsələn Apple üçün proqram hazırlayırsınız və onun öz proqramlaşdırma dillərindən( Objective C və Swift )  istifadə edib hazırlayırsız. Native olmayan isə  məsələn Adobe Phonegap ilə hazırlayırsınız proqramı HTML,CSS və JS  bilikləri ilə.