Jafar Najafov

6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

1-ci addım. Domen və hostinq almaq

Domen adı vebsaytınızın internetdəki adıdır. Bu adı istifadəçilər brauzerdə yazaraq, saytınıza daxil ola biləcəklər (məs: https://jafarnajafov.com/). Veb hostinq isə təsəvvür edin ki, saytınızın internetdə yaşadığı evidir. İnternetdəki hər bir sayta veb hostinq lazımdır.

2-ci addım. WordPress-i quraşdırmaq

2-ci addım. WordPress-i quraşdırmaq

Bluehost saytında qeydiyyatdan keçdikdən sonra onlar sizin üçün avtomatik WordPress-i quraşdıracaq. Bluehost-un təqdim etdiyi bu özəllik texnologiyadan uzaq olan istifadəçilər üçün istifadəni rahatlaşdırmaq məqsədilə hazırlanmışdır.

3-cü addım. WordPress şablonu(mövzusu) seçmək

3-cü addım. WordPress şablonu(mövzusu) seçmək

WordPress saytı yaratmağın ən həyəcanlı və maraqlı hissəsi sayt üçün istədiyiniz dizaynı seçib onu özününkiləşdirə bilməkdir. WordPress-də minlərlə pullu və pulsuz hazır WordPress şablonları mövcuddur. Şablonu dəyişmək üçün WordPress admin panelinə gedirik və Görünüş-> Mövzular menyusunu seçirik. Daha sonra Davam etYeni mövzu əlavə et düyməsini sıxırıq. Növbəti səhifədə siz rəsmi WordPress.org-un 7400+ pulsuz mövzusunu görəcəksiniz. Bu mövzuları məşhurluğuna, ən axırıncı əlavə olunanlara və ən çox üstünlük verilənlərə görə filterləyə bilərsiniz.

4-cü addım. Saytda ilk yazını hazırlamaq

4-cü addım. Saytda ilk yazını hazırlamaq

Saytda ilk yazını hazırlamaq üçün WordPress-in admin panelində Yazılar ->Yenisini əlavə et düyməsinə vurursuz. Burada sizin ilk postu hazırlamağınız üçün sahə açılacaq. WordPress redaktorunda hər element ayrıca bloklar şəklində düzülüb ki, bu da sizə yazınızı gözəl şəkildə təqdim etməyə imkan verir. Yazınızı yazıb qurtardıqdan sonra yayımlamaq üçün səhifənin yuxarı sağ küncündə olan Dərc et (Publish) düyməsini sıxırsız.

5-ci addım. Plugin-lər və özəlləşdirmələr

5-ci addım. Plugin-lər və özəlləşdirmələr

İlk yazınızı yazdıqdan sonra siz yəqin ki sayta əlaqə, qalereya, slayder, xəbər bülleteni forması kimi digər elementləri də əlavə etmək istəyəcəksiz. Bu əlavələri saytınıza əlavə etmək üçün plugin-lərdən istifadə etməlisiniz. WordPress plugin-ləri heç bir kod yazmadan saytınıza əlavələr artırmağa imkan verir. WordPress plugin-ləri kataloqunda 55.000-dən artıq plugin var. Bu isə o deməkdir ki, nə cür sayt hazırlamaq istəyinizdən asılı olmayaraq burada həmin sayta uyğun plugin-lər tapa biləcəksiz.

Google Analitika izləməsini quraşdırmaq

Google Analitika izləməsini quraşdırmaq

Google Analitika ilə saytınıza nə qədər adamın ziyarət etdiyini, onların haralardan daxil olduğunu, hansı kontentləri izlədiyini görə bilərsiniz. Fəaliyyətə başlayan kimi saytınıza Google Analitikanı tətbiq etməyi məsləhət görürəm. Onun sayəsində saytınızın müəyyən zaman kəsimində necə inkişaf etdiyini izləyə bilərsiniz. Quraşdırmaq üçün birinci Gmail hesabınızdan Google Analitika saytına daxil olursuz. Daha sonra pulsuz Google Analitika hesabı üçün qeydiyyatdan keçməlisiniz.

Saytınızı axtarış sistemləri üçün optimallaşdırın

Saytınızı axtarış sistemləri üçün optimallaşdırın

Saytların axtarış sistemləri üçün optimallaşdırılması qlobal aləmdə SEO (Search Engine Optimization) adlanır. SEO internet istifadəçilərinin sizin saytınızı axtarış sistemlərində tapmasına kömək edir. Öz saytlarını istifadəyə verənlərin əksəriyyəti onu SEO istiqamətində yaxşı işləmir. Əgər saytınızı daha çox insanın ziyarət etməsini, trafikin güclü olmasını istəyirsinizsə, lap başdan onu SEO tərəfdən də yaxşı işləməlisiniz.

6-cı addım. Saytdan pul qazanmaq

6-cı addım. Saytdan pul qazanmaq

Bir sıra saytlar öz saytlarında reklamlara icazə verməklə pul qazanır. Əgər pul qazanmaq məqsədilə sayt hazırlayırsınızsa, Google AdSense sizin ən böyük köməkçiniz olacaq. Google AdSense saytlar üçün ən böyük reklam platformasıdır. Sizinlə reklamverənlər arasında vasitəçi rolunu oynayan Google reklamverənlərə açar sözləri sizin kontentinizlə uyğunlaşdırmağa icazə verir. Siz isə reklamların saytınızda yayımlanmasına görə gəlir əldə edirsiz.

Affiliate Marketinq

Affiliate Marketinq

Affiliate Marketinq saytı olanlar arasında ən çox istifadə edilən ikinci monetizasiya strategiyasıdır. Bu strategiyadan istifadə etdikdə siz öz sevimli məhsullarınızı və xidmətlərinizi oxucularınıza məsləhət görürsüz. Oxucularınız həmin məhsul və ya xidməti aldıqda isə tövsiyə edən şəxs kimi komissiya haqqı qazanırsız. Affiliate marketinq-də əsas məsələ özünüzün istifadə etdiyiniz və inandığınız yüksək keyfiyyətli xidmət və məhsulları tövsiyə etməyinizdir. Məsələn mən bu yazımda Bluehost şirkətini siz oxucularıma məsləhət görmüşəm. Mənim linklə siz hostinq aldığınız zaman endirim qazanacaqsınız mən isə komissiya. Məhsul və xidmətləri təbliğ edərkən sizə yardımçı olacaq xeyli sayda WordPress alətləri və plugin-ləri mövcuddur.

Online mağaza

Online mağaza

Bir çox sayt sahibləri öz saytlarından birbaşa məhsul sataraq pul qazanmağı üstün tutur. Bu məhsul fiziki və ya e-kitab, incəsənət əsəri, musiqi və s. kimi rəqəmsal yükləmələr şəklində ola bilər. WordPress-də online mağaza açaraq gəlir əldə etmək üçün WooCommerce-i məsləhət görürəm. Çünki o, WordPress-də ən yaxşı Elektron ticarət plugin-idir və dünyada ən çox istifadə olunandır. Online mağaza yaratmaq barədə daha ətraflı məlumat üçün daha öncə paylaşdığım Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) məqaləsini oxuya bilərsiniz.