Bəlkə də bu yazımı oxuyanların bəziləri məni qınayacaqlar ki, onların işinə sizidə qoşuram. Lakin, dolların manata nisbətdə bahalı olduğu bu böhran dönəmində, internetdən qazanc əldə etmək həm bizlər üçün ən uyğun variantdır, həmdə ölkəyə xaricdən pul gətirməklə dövlətə dəstək olmuş olarıq.
Sizlərə bu yazımda yığcam və dəqiq necə və hansı yolla internetdən pul qazanmağı izah etməyə çalışacam. İnternetdən pul qazanmağın bir neçə yolu var.
Əgər fotoqrafsınızsa çəkdiyiniz şəkilləri sata bilərsiniz, dizaynersinizsə hazırladığınız dizaynları sata bilərsiniz, proqramçısınızsa freelancer olaraq saytlardan iş götürüb işləyə bilərsiniz və ya youtube, fiverr və s. saytlardan pul qazana bilərsiniz.
Dizaynerəm, internetdən necə pul qazana bilərəm?
Dizayner olaraq Shutterstock, iStock, Freepik kimi saytlarda öz dizaynlarınızı satmaqla yaxşı passiv gəlir əldə edə bilərsiniz. Bundan əlavə Fiverr və ya Upwork kimi freelance platformalarında müştərilərə xidmət göstərə bilərsiniz.
Fotoqrafam, şəkillərimi satmaqla necə pul qazanım?
Shutterstock, Adobe Stock, Getty Images kimi foto satış platformalarında hesab açıb, keyfiyyətli şəkillər yükləməklə hər yükləmə üçün royalti qazana bilərsiniz.
Nə fotoqrafam nədə dizaynerəm. Bəs mən necə pul qazanım?
Müxtəlif yollar var: affiliate marketinq, dropshipping, YouTube kanalı, blog yazıları, onlayn kurslar. Bunların hamısı başlanğıcda az investisiya tələb edir.
Cashback ilə pul qazanmaq
Cashback pulların qaytarılması mənasını ifadə edir. Onlayn alış-verişlərdə isə bu termin alıcının aldığı məhsula xərclədiyi pulun bir hissəsinin geri qaytarılması deməkdir.
Cashback sistemlərindən ən yaxşısı hal-hazırda MEGABonus-dur. Aliexpress, booking.com kimi saytlardan alış veriş edənsinizsə mütləq megabonusu istifadə edin, pulunuz geri qayıtsın.
Alış-veriş saytı aç, dollarla pullar qazan
2008-ci ildən etibarən şəxsən özüm Dropshipping deyilən bir bizneslə məşğulam.
Dropshipping nədir? – Alış veriş saytı açırsınız, Aliexpress.com-a girib ordakı məhsulların şəkillərini yerləşdirirsiniz öz saytınıza. Qiymətinidə 2-3 dəfə baha edirsiniz.
Məsələn, 3$-lıq məhsulu 20$-dan rahatlıqla sata bilirəm. 2-3$-ı reklamına xərcləyirəm, 3$-ı məhsula xərcləyirəm, təxminən 15$ gəlir əldə olunur.
Xarici şirkətlərin səhmlərini alıb sataraq pul qazanmaq
Dünyanın ən varlı insanları hal-hazırda inkişafda olan şirkətlərin səhmlərini alıb satmaqla qazanclarını durmadan artırırlar. Sizdə Azərbaycanda ola-ola xarici şirkətlərin səhmlərini alıb bundan 2 yolla qazanc əldə edə bilərsiniz.
Bu mövzuda çox yazmaq olar. Növbəti yazılarımda, internetdən sınanmış pul qazanmağın digər yolların izah edəcəm. Əlavə nə suallarınız olarsa şərh vasitəsilə yazın, cavablayım.