Heç bilirdinizmi ki, Instagramda sizin yerinizə robot etməyini istədiyiniz hər bir şeyi edə bilər. Məsəlçün, siz gecə yatdığınızda robot Instagram dostlarınızın və ya digər istifadəçilərin şəkillərini bəyənə bilər, onları izləyə bilər, izləməyənləri silə bilər və şərh yaza bilər.
Instagramda sizin əvəzinizə digərlərinin paylaşımlarını bəyənən, fikir bildirən və ya izləyən botlar çoxdur. Lakin özümün də istifadə etdiyim ən məsləhətlisi Instagreppo-dur.
Bütün robotlardan istifadənin tək qorxusu instagram hesabının blok olunmasıdır. Instagreppo bunu nəzərə alaraq robotun işləmə sürətini 3 hissəyə bölür (Asta, Normal, Sürətli). Problem yaşamamanız üçün sürəti normal-a qoyun.
Paylaşımlara avtomatik şərh yazmağı seçərkən orada siz istədiyiniz qədər şərh forması qeyd edə bilərsiniz. Bir şərh yazarkən 300 hərfdən çox olmasın və bir şərhdə 4-dən çox hashtag istifadə etməyinizi məsləhət görmürəm.
Əgər sadəcə dostlarınızın paylaşımlarını hədəf olaraq seçmək istəyirsinizsə o zaman "Media Source: My Feed" seçin.
Instagreppo-nun ən gözəl özəlliyindən biri də seçilmiş hashtag-ları istifadə edən instagram istifadəçilərini seçməkdir.
Əgər restoran sahibisinizsə və marketinq məqsədilə instagramdan istifadə edirsinizsə o zaman instagreppo ilə digər restoranların hashtag-larını seçib o hashtaglarla paylaşım edən istifadəçiləri avtomatik izləyib onların paylaşımlarını bəyənə bilərsiniz.
Suallarınız varsa aşağıda şərh vasitəsilə yazın, cavablamaqdan məmnun olaram.