Facebook-da 1 milyard paylaşımın analizindən çıxarılan nəticə
Bəzən Facebook-da paylaşım edərkən heç kəs paylaşdığımızı bəyənmir, bəzən də paylaşımımıza gözlədiyimizdən qat qat çox “bəyən” və “şərh” gəlir. Bəs səbəb nədir? Necə edim ki hər paylaşdığıma daha çox bəyən və şərh gəlsin ? Bu yazımda siz suallarınıza cavab tapacaqsınız.
Buzz Sumo komandası facebookda 1 milyard paylaşımı analiz edib və nəticədə bu suallara cavab tapılıb.
Facebook-un hal-hazırda aylıq 1.59 milyard aktiv istidadəçisi var və bu göstəricələrlə Facebook bütün rəqiblərini geridə qoyur. Buda Facebook-u ən yaxşı marketinq alətlərindən biri edir.
Gəlin araşdırmanın nəticələrinə nəzər salaq :
1. Paylaşım üçün ən doğru zaman sizin düşündüyünüz zaman deyil
Siz Facebook-da paylaşım edərkən həmin paylaşımınız sizin səhifəni bəyənən və izləyənlərə göstərilir.
Dəqiq nə qədər insana göstərilməyi isə “organic reach”-dən aslıdır. “Organic reach” isə bir çox faktorlara görə müəyyən olunur. Ən əsası sizin öncəki paylaşımlarınızda izləyiclərinizin aktivliyi və paylaşdığınız zaman. Əgər paylaşdığınız zaman çox insan paylaşım edirsə və onlayn az insan varsa sizin paylaşıdığınızın görünmə ehtimalı çox aşağı düşür.
Siz düşünə bilərsiniz ki, insanlar facebook’da çox olan zaman paylaşım edim və o zaman daha çox insan görmüş olar, lakin digərləridə sizin kimi düşündüyü üçün hər kəs eyni zamanda paylaşım edir və paylaşımın görsənmə rəqabəti artır. Beləliklə insanların çoxunun onlayn olduğu zamanda etdiyiniz paylaşımı az adam görür.
Yuxarıdakı şəkildən də göründüyü kimi insanlar əsasən pik vaxtlarda paylaşımını edirlər və o zamanda görsənmə rəqabəti yüksət olduğundan paylaşıma az like və comment gəlir.
Facebookda paylaşım etmək üçün ən uyğun zaman axşam saat 9-11 arasıdır. Bu zaman həm insanların çoxu onlayn olur, həmdə bu zaman paylaşımlar az olur.
2. Bəzi paylaşımlar digərlərinə nisbətən 5 dəfə daha effektli olur.
Buzzsumo analiz edərkən aşağıdakı 5 növdəki paylaşımlarla analiz etmişlər.
- Şəkilli Paylaşım (image posts)
- Video Paylaşımı (videos)
- Link paylaşımı (links)
- Hədiyyəlik (giveaways)
- Kupon / Endirim (coupons / discounts)
Şəkildən gördüyünüz kimi Facebook’da şəkil və video paylaşarkən daha çox insan görür və daha çox interaction yaranır.
- video paylaşdığınız zaman həmin videonun digərlərinin paylaşması ehtimalı daha çoxdur.
- şəkil paylaşdığınız zaman isə daha çox like gələ bilər.
3. Həftəsonu çox önəmlidir xüsusəndə Bazar günü.
Sizə saat neçədə nə paylaşsaz effekti daha çox olar ilə əlaqəli məlumatlar verdim.
İndi isə sıra həftənin günlərindədir.
Paylaşım etmək üçün ən yaxşı gün Bazar günüdür ortalama 401 interaction ilə.
İkinci yerdə Şənbə günü gəlir 365 interaction gəlir.
Səbəb: Həftə sonu şirkət səhifələri iş günü olmadığından paylaşımları dayandırır və insanlarda həmin günü daha çox onlayn olduğundan görülmə rəqabəti azalır və beləliklə paylaşımınız daha çox insana görsənir.
4. Facebook’da məqalə paylaşırsınızsa məqalə neçə sözdən ibarət olsa daha çox oxunar ?
Facebook-u iş üçün istifadə edirsinizsə o zaman arada başqa saytlardakı yada öz şirkətinizin məqalələrinin facebookda linkini paylaşırsınız.
Facebook istifadəçiləri məqalə paylaşımlarını linklər paylaşılmaqla oxumağı sevirlər.
Gördüyünüz kimi link verdiyiniz saytda yazı sayı 1000-dən aşağıdırsa paylaşımınız effektiv olmayacaq.
Effektiv olması üçün gərək 1000-3000 arası söz olan məqalə linkini paylaşasınız.
5. Nə edirsinizsə edin bircə Youtube videoları paylaşmayın.
Facebookda video paylaşımlarına yaxşı interaction gəlir.
Facebookda ən çox 2 formada video paylaşılır:
- Facebooka videonu yükləməklə
- Youtube linkini paylaşmaqla
Youtube linkini facebookda paylaşsanız ortalama 140 interaction, facebooka yükləsəniz isə ortalama 950 interaction əldə edə bilərsiniz. Zaman ayırıb videonu facebooka yükləyinki daha çox insan görsün 😉
6. Facebook istifadəçiləri Instagramı çox bəyənir.
Əgər siz həm instagram həm də facebook istifadəçisisinizsə və instagramda paylaşdığınız şəkili həmdə facebookda paylaşırsınızsa o zaman bəlkədə inanmazsınızki instagramdan birbaşa facebooka şəkil yükləmək normalda facebooka yükləməkdən daha effektivlidir. Buzzsumo tədqiqatını nəzərinizə çatdırıram.
Şəkildən də göründüyü kimi instagramdan facebooka şəkil yüklədikdə 23% daha çox interaction yaranır. Gələcəkdə yəqin nəzərə alarsınız bunuda 😉
7. Facebook istifadəçiləri facebooka nəsə oxumaq üçün girmirlər.
Facebookda paylaşdığınız yazı nə qədər qısa olarsa o qədər çox interaction yaranar. BuzzSumo-nun tədqiqatını nəzərinizə çatdırıram.
Şəkildən göründüyü kimi 0-50 hərf sayı olan paylaşımlar ortalama 411 interaction əldə edir. Hərf sayı artdıqca isə interaction səviyyəsi aşağı düşür.
8. Facebook-da Hashtag istifadə etmək düşündüyünüz qədər effektli deyilmiş.
Yəqin hashtag-ın nə olduğunu bilməyən yoxdur. Məsələn, #jafarnajafov #facebook .
Məsəlçün, instagramda hashtag istifadə etdiyimiz zaman daha çox like comment gəldiyi üçün hər kəs düşünürki eyni şey facebook üçündə keçərlidir. Lakin bu belə deyilmiş.
Hashtag-sız olan facebook paylaşımları hashtag ilə olan paylaşımlarla müqayisədə 34% daha çox interaction qazanır.
Nəticə :
BuzzSumo-nun tədqiqatlarından belə bir nəticəyə gəldik:
- Facebookda paylaşarkən axşam saat 10-da paylaşmanız məsləhətdir.
- Şəkil və video paylaşsanız daha çox interaction yaranar.
- Bazar günü paylaşmaq daha effektivlidir.
- Məqalə linki paylaşırsınızsa yazısı 1000-3000 söz arası olsa daha çox effektiv olar.
- Qısa statuslar daha çox oxunur.
- Youtube link paylaşmaq əvəzinə facebook-a video yükləsəniz 6 dəfə daha çox izlənər.
- İnstagramdan şəkili facebooka paylaşsaz 23% daha çox interaction yaranar.
- Hashtagli paylaşmalar effektsizdir.