İstənilən bir layihədə Brend adı çox önəmlidir. Bu ad elə bir ad olmalıdır ki, hər kəsin yaddaşında qalsın.
Hara Gedək
"Hara Gedək" layihəsi zamanı ad seçmək barədə çox düşündüm. Proqram qlobal olmayacağından və yalnız Azərbaycanda istifadə olunacağına görə Azərbaycanca bir ad seçmək daha doğru seçim olduğunu bilirdim. Proqram insanların ən çox işlətdiyi sual olan Hara Gedək sualına cavab tapırdı və çox düşünmədən proqramın adının da Hara Gedək olacağına qərar verdim.
Proqramı App Store və Play Store-da qeydiyyat edərkən isə "Hara Gedək – Baku" adı ilə qeydiyyat etdirdim. Həmin müddət 107.7 fm radiosunda Baku İTS proqramının gün ərzində ən azı 20-30 dəfə reklamı gedirdi və insanlar app store-a girib Baku yazıb axtarış edirdilər. Bu strategiya ilə reklama bir qəpik belə xərcləmədən 3 gün içində Hara Gedək proqramı Azərbaycan App Store-ında reytinqdə 1-ci pilləyə yüksəldi.
Shrippy
Shrippy (alış veriş paylaşılarının edildiyi sosial şəbəkə) layihəsi zamanı qlobal brend adı seçmək lazım idi. Dəftər qələmimi götürüb adlar yazmağa başladım. "SHOP", "SHARE", "HAPPY"-ni birləşdirib proqramın adının "SHRİPPY" olacağına qərar verdim. Çünki proqramda insanlar alış verişlərini digərləri ilə paylaşır, digərləri ona mübarəkdir deyir və o özünü xoşbəxt hiss edir.
Layihənizə ad seçərkən bunları nəzərə alın
- Ad qısa, yadda qalan olmalıdır
- Saytın domain adı ilə uyğun olmalıdır
- Hədəf auditoriyaya uyğun seçilməlidir
- Kopyalamamaq - orijinal olmaq vacibdir