
Səhm – sahibinə şirkətdə pay hüququ verən qiymətli kağızdır. Yəni səhm sahibi şirkətin qərarlarında iştirak edir və gəlirindən pay (dividend) alır.
Şirkətlər niyə səhm emissiya edir (buraxır) ? Bunun bir neçə səbəbi var. İlkin olaraq səhm vasitəsilə şirkətlər kapital cəlb edir və şirkətin inkişafında istifadə edir. Daha sonra isə bu şirkətlərin şəffaflığını təmin edir. Səhmləri birjada ticarət olunan şirkətlər mütləq şəkildə maliyyə hesabatları və rəhbərliyin verdikləri qərarları kütləyə media vasitəsi ilə çatdırmalıdır. Adətən biz onu mediada bir şirkət nəyisə istehsal etdi və ya hansısa şirkəti aldı deyə eşidirik. Bu həmdə requlyator (nəzarət orqanın) tələbidir.
Səhmlərin iki növü var: adi səhmlər və imtiyazlı səhmlər
Adi səhmlər: mülkiyyət hüququna malikdir, səs hüququna malikdir,dividend alır, müddətsizdir,geri satın alına bilər.
İmtiyazlı səhmlər : müddətli və müddətsiz olur, səsvermə hüququna malik deyil, dividend sabitdir( şirkətin mənfəətindən aslı olmayaraq stabil dividend alır), adi səhmlərə dəyişdirlə bilər.
Beləliklə səhmləri alarkən siz müddətsiz onu özünüzdə saxlaya bilərsiz, mülkiyyət hüququna maliksiniz və şirkətin gəlirinə ortaqsınız.
Məsələn, Siz Apple səhmlərini alarkən onun gəlirinə şəriksiniz və sizin artıq Amerikaya getməyə ehtiyacınız yoxdur və digər səhmdarlarnan eyni hüquqa maliksiniz.
Qeyd: Səhmlərdən iki şəkildə pul qazanırsınız: dividend ödəmələrindən və ya qiyməti artdıqda səhm satmaqla. Əlbəttə ki, səhm qiyməti aşağı düşərsə, bütün sərmayənizi səhmləri satdığınız halda itirə bilərsiniz.
Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
Əvvəllər Interactive Brokers ilə səhmləri alırdım, amma çox eşidirdim ki, Azərbaycandan istifadə edənlər problemlərlə üzləşirlər və birdə onların Azərbaycanda ofisi yoxdur. Sabah birigün hesab bağlananda geri qaytarmaq ciddi problem olacaqdı.
Azərbaycanda yaşayan investorlar ABŞ, Avropa və digər beynəlxalq bazarlarda səhm almaq üçün yerli və tənzimlənən brokerlərə üstünlük verməlidir. Bu baxımdan CFI Financial Group praktik və təhlükəsiz seçimdir.
CFI həm Azərbaycan Mərkəzi Bankının lisenziyasına, həm də FCA, CySEC kimi beynəlxalq tənzimləyicilərin nəzarətinə malikdir. Bu isə o deməkdir ki, investorlar həm lokal hüquqi qorunma, həm də qlobal bazarlara birbaşa çıxış əldə edirlər.
CFI vasitəsilə:
- ABŞ və Avropa şirkətlərinin real səhmlərini
- ETF-ləri və indeksləri
- Forex bazarını
eyni platformada idarə etmək mümkündür.
Hesab açılışı onlayn edilir, platforma kimi MetaTrader 5 və TradingView dəstəklənir, yerli istifadəçilər üçün isə Azərbaycan dilində dəstək mövcuddur.
Bu xüsusiyyətlər CFI Financial Group-u Azərbaycanda səhm almaq istəyən investorlar üçün rahat və təhlükəsiz edir. Xüsusilə ilk dəfə investisiyaya başlayanlar üçün yerli dəstək və tənzimlənmə faktoru çox önəmlidir.
Qeyd etmək lazımdır ki, səhm alarkən yalnız platformaya yox, risk idarəetməsinə də diqqət etmək lazımdır. Bazarlarda qiymətlər qalxa da bilər, enə də bilər. Ona görə də uzunmüddətli yanaşma, portfelin diversifikasiyası və emosional qərarlardan uzaq durmaq vacibdir.
Əgər məqsədin:
- uzunmüddətli investisiya edərək şirkətlərin böyüməsindən faydalanmaqdırsa, real səhm və ETF-lər daha uyğundur
- qısa müddətli fürsətlərdən yararlanmaqdırsa, indekslər və forex alətləri riskləri anlayaraq istifadə edilə bilər
Nəticə olaraq, Azərbaycanda xarici şirkətlərin səhmlərini almağın ən məntiqli yolu, həm yerli hüquqi qorunma, həm də beynəlxalq bazarlara çıxış verən tənzimlənən brokerlə işləməkdir. Bu baxımdan CFI balanslı seçim kimi önə çıxır.
⚠️ Qeyd: Bu yazı investisiya məsləhəti deyil. İnvestisiya qərarları verməzdən əvvəl riskləri qiymətləndirmək və ehtiyac olduqda mütəxəssis rəyi almaq tövsiyə olunur.










