Sürətlə açılan səhifələr sayta baxış sayını artırır və SEO-ya yardım edir. Buna görə də peşəkar sayt sahibləri onu hər zaman sürətli etməyə çalışır. WordPress-də qurulmuş saytları olanlar bu yazını oxuyarsa, saytın sürətini və performansını optimallaşdırmaq onlar üçün asanlaşacaq.
Saytın sürətli olması niyə vacibdir?
Araşdırmalara görə 2000-2020-ci illər ərzində insanların orta diqqəti 12 saniyədən 7 saniyəyə enib. Sayt gec yüklənirsə, istifadəçilər hətta səhifə açılmamış çıxıb gedə bilər. Araşdırmalara görə hətta 1 saniyə gecikmə belə səhifəyə baxış sayını 11%, müştəri məmnuniyyətini 16% aşağı salır.
Bundan başqa, Google yavaş açılan saytları axtarış nəticələrində aşağı sıralara atmaqla cəzalandırır.
Saytın sürətini necə yoxlamaq olar?
Saytın sürətini yoxlamaq üçün WordPress speed test-dən istifadə edin. Səhifə yüklənməsi üçün yaxşı sürət 2 saniyədən aşağı hesab olunur.
WordPress-də saytın sürətini nə aşağı salır?
- Veb Hosting – hostinqiniz düzgün konfiqurasiya olunmadıqda sürət aşağı düşə bilər
- WordPress konfiqurasiyası – keş səhifələrə xidmət etmirsə server yavaşlayır
- Səhifə ölçüsü – veb üçün optimallaşdırılmamış şəkillər
- Pis kodlaşdırılmış plugin-lər
- Xarici skriptlər – reklam banerləri, əlavə fontlar
WordPress Caching plugin-i quraşdırın
WordPress səhifələri dinamikdir. Hər dəfə kimsə səhifəyə giriş etdikdə o, istifadəçi üçün hazırlanmağa başlayır. Buna görə bütün WordPress istifadəçilərinə Caching plugin-dən istifadə etməyi məsləhət görürəm. O, səhifələrin 2-5 dəfə daha sürətli açılmasına kömək olacaq.
WP Rocket (premium) və ya WP Super Cache (pulsuz) plugin-lərini məsləhət görə bilərəm.
Şəkilləri optimallaşdırmaq
Şəkillər kontentinizə yeni nəfəs verir. Araşdırmalara görə rəngli şəkillərdən istifadə kontentin oxunması ehtimalını 80% artırır. Lakin şəkilləriniz optimallaşdırılmayıbsa, onlar sürəti aşağı salır.
Mən yalnız JPEG və PNG formatlı şəkillərdən istifadə edirəm. Şəkil çox rənglidirsə JPEG, sadə və şəffaf şəkil üçün PNG seçirik.
WordPress-i sürətləndirmək üçün əlavə məsləhətlər
- WordPress və plugin-ləri mütəmadi yeniləyin
- Ana səhifədə məqalənin xülasəsini göstərin, tam mətn əvəzinə
- Şərhləri səhifələrə paylaşdırın
- Content Delivery Network (CDN)-dən istifadə edin
- Audio/video faylları YouTube, Vimeo kimi platformalarda saxlayın
- Sürət üçün optimallaşdırılmış şablon seçin
- Uzun postları səhifələrə ayırın
- DNS səviyyəli vebsayt firewall-dan istifadə edin
- Ən son PHP versiyasından istifadə edin
Məqalə ilə bağlı fikirlərinizi yazmağı unutmayın. Daha çox məlumat əldə etmək üçün bloqumu izləyə bilərsiniz.