Yanvar ayında mən Dubayın Ras Al Khaimah bölgəsində 10 günlük Vipassana təlimində iştirak etdim. Vipassana Buddanın zamanında Hindistanda əsası qoyulmuş meditasiyanın bir formasıdır. Dünyanın 200 mərkəzində, 55 müxtəlif dildə icra olunan Vipassana ən çox icra olunan meditasiya növlərindəndir.
10 gün bütün dünyadan təcrid olunaraq sakitliyə və təkliyə çəkilmək nə işə yarayır? Mən özüm də bu təcrübəni keçdikdən sonra 8 faydasını aşkarladım.
1. Şüuru inkişaf etdirmək
Əgər həyatında baş verənlərin şüurlu şəkildə fərqində olmursansa, dəyişiklikdən söhbət gedə bilməz. Təlimlər zamanı səhər 4-də yuxudan oyanıb, axşam 10-da yatmağa gedirdik. Bu müddət ərzində öz müsbət və mənfi tərəflərin barədə düşünməyə başlayırsan.
2. Sakit və sülh ilə qalmaq (Equanimous)
Başınıza nə gəlirsə-gəlsin, sakit qala bilmək Vipassana meditasiyasının öyrətdiyi əsas təməl ideyalardandır. Sakitlik yaxşı və ya pis nə olur-olsun onu qəbul etməkdir.
Bu 10 gün ərzində hər hansı bir elektron cihazdan istifadə etməyə, oxumağa və ya yazmağa icazə vermirlər. Bu adama çox çətin gəlir. Çünki biz daim nə iləsə məşğul olmağa öyrəşmişik.
3. Keçici olmaq
Özünüz də daxil olmaqla bildiyiniz, tanıdığınız hər şey və hər kəs zamanla yaşlanıb, öləcək. 10 gün ərzində Vipassana təlimində bizə mütəmadi olaraq bunu xatırladırlar. Həyatımızın davamlı olaraq axıb getdiyini düşünməklə biz həyatımızdakı insanlara bağlanmamağı öyrənirik.
4. Xoşbəxtlik
"Real sakitliyi və harmoniyanı yalnız bir yerdə tapmaq olar – Daxilinizdə!" S.N. Goenka
10 gün ərzində sanki dünyadan kənara çıxıb, bütöv bir il ərzində keçirdiyim emosiyaları o zaman kəsiyində sıxılmış versiyada yaşadım. Gün davam etdikcə həyatında nə qədər gözəlliklərin olduğunu kəşf edirsən.
5. Səhv etməyi öyrənmək
"Yalnız yaxşı səhv etməyi bacaranlar, yaxşı da qalib olmağı bacarır." Robert Kennedi
Meditasiya zamanı həmişə səhvlərə yol verirsən. Məqsəd diqqəti nəfəs almağa cəmləməkdir. Gündəlik meditasiya ilə məşğul olmaq insanı iradəli və işində davamlı edir.
6. Daha geniş perspektivlər
Hər gün axşam bizə 1 saat Goenkanın danışıqlarını ekranda göstərirdilər. 1 saatlıq hekayələrdən birində 6 kor kişinin filin müxtəlif yerlərinə toxunmaqlarından danışılır. Bu hekayə o mənaya gətirib çıxarır ki, meditasiya ilə məşğul olmaq insanlara hadisələrə daha geniş aspektdən baxmağa kömək edir.
7. Zamanla effektivliyin artması
Təlimlər zamanı həyatımda ilk dəfə olaraq sürətimi azaldıb, dinləməyi öyrəndim. Bu təcrübəni keçdikdən sonra isə mən əslində gün ərzində kifayət qədər vaxtımın olduğunu, amma mənim o vaxtdan yanlış istifadə etdiyimi dərk elədim.
8. Aktivliyi artırmaq
Gün ərzində 10 saat oturmaq bədənə əziyyət verməkdir. Çoxları ilk bir neçə gün əməlli-başlı əzab çəkir. Əslində bardaş quraraq, belini düz saxlayaraq uzun müddət rahatlıqla oturmaq olar.
Mən bu yazımda nəticəsindən razı qaldığım təcrübəmi sizinlə bölüşməyə çalışdım. Siz də özünüzə zaman ayırıb, təklikdə qalaraq sizin üçün vacib olan sualların cavablarını tapa bilərsiniz.