Sizin bir Amazon Affiliate mağazanız olsa Amazon.com-da olan məhsullardan sataraq hər satışa görə komissiya qazana bilərsiniz. Az investisiya tələb etdiyinə görə Amazon Affiliate mağazası ən asan onlayn bizneslərdən biri hesab olunur.

Bu yazımda sizə WordPress-də Amazon Affiliate mağazası açmaq və gəlirləri artırmaqla bağlı məsləhətlərimi bölüşəcəyəm.

Amazon Affiliate mağazası nədir?

Amazon Affiliate mağazası Amazon.com-da satışda olan məhsulları təbliğ etməklə məşğul olur. Mağazanın sahibi linkləri məhsullara əlavə etməklə trafiki öz saytından Amazon-a göndərir. İstifadəçilər alışı həyata keçirmək üçün Amazon-a yönləndirilir, sayt sahibi də hər satışdan komissiya haqqı qazanır.

Adi satış mağazanız olsa siz sifarişləri qəbul etməli, göndərişlə məşğul olmalı, məhsulun gedişatını izləməlisiniz. Amazon Affiliate mağazasında isə bütün bunlar barədə narahat olmayacaqsız. Ona görə də Amazonun affiliiate biznesi marketoloqlar arasında məşhurdur. Çünki çox az investisya ilə Amazon-da olan milyonlarla məhsulu öz saytınızda yayımlaya, təbliğ edə bilərsiniz.

Amazon Affiliate mağazasını necə açmaq olar?

Siz mağazanı WordPress-in istənilən eCommerce plugin-i ilə aça bilərsiniz. Mənim təklifim isə həmişə olduğu kimi bazarın ən yaxşısı olan WooCommerce plugin-idir. WooCommerce dünyadakı milyonlarla eCommerce saytını dəstəkləyir.

Başlamaq üçün WordPress.org platformasından istifadə etməlisiniz. Sizə həmçinin hostinq hesabı, domen adıSSL sertifikatı (əgər öz saytınızdan birbaşa satışlar da etmək istəyirsinizsə) lazım olacaq.  

Adətən domen adı illik 14.99$, hostinq aylıq 7.99$, SSL sertifikatı isə illik 69.99$-dan başlayan qiymətlərlə başa gəlir. Amma yeni satış biznesi quranlar üçün bu məbləğ bir az çox ola bilər.

WordPress və WooCommerce-in rəsmi olaraq tanıdığı Bluehost hostinq provayderi istifadəçilərinə pulsuz domen adı, pulsuz SSL sertifikatı, veb hostinqə isə böyük endirim təklif edir. Bütün bu xidmətlər üçün siz aylıq cəmi 2.75$-dan başlayan bir qiyməti ödəməli olacaqsız.

Hostinq və ən yaxşı hostinq provayderləri barədə məlumat almaq üçün linkə keçid edin.

Indi isə WordPress saytınızı quraşdırmağa başlaya bilərsiniz. Bloqumda daha öncə 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq adlı bir yazı paylaşmışdım. Həmin təlimat xarakterli yazı ilə siz də öz saytınızı yarada bilərsiniz.

Beləliklə, WordPress-i quraşdırdıqdan sonra aşağıdakı kimi bir admin panel açılacaq.

admin panel
Amazonda biznes

Növbəti addımda WooCommerce plugin-ini quraşdırıb, aktivləşdirməlisiniz.

Quraşdırma qaydasıyla bağlı Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) yazımda məlumat vermişəm.

Plugin-i aktivasiya etdikdən sonra WooCommerce quraşdırma paneli açılacaq. Burada valyuta, ödəniş metodu, məkan və s.qeyd edəcəksiniz. Amazon şirkətinin bir növ filialını açdığınıza görə quraşdırmanı keçmək üçün “Not Now” linkinə klikləyin.

Amazon biznesi
WooCommerce  plugini
internetdə satış

Sizə gələcəkdə lazım olarsa, oradakı hər bir funksiyanı daha sonra da ayarlaya bilərsiniz.

Amazon hesabı üçün qeydiyyatdan keçmək

WordPress və WooCommerce-i quraşdırdığınıza görə artıq öz şəxsi ID-niz ilə Amazon affiliate proqramında qeydiyyatdan keçib, məhsulları saytınıza əlavə edə bilərsiniz. Bunun üçün Amazon Affiliate proqramı olan Amazon Associates saytına gedib, “Join now for free” düyməsinə klikləyin.

Amazon biznesi
onlayn satış

Daha sonra öz e-mail ünvanınızı və şifrənizi yazaraq Amazon hesabınıza daxil olursunuz.

Amazon hesabı

Amazon hesabınız yoxdursa, birini açın.

Hesaba daxil olduqdan sonra ödənişi qəbul edənin məlumatlarını və saytınız barədə suallara cavabları daxil etməlisiniz. Daha sonra öz profilinizi dolduracaqsınız.

Amazon hesabı yarat
Amazonda dükan
satış saytı

Tamamladıqdan sonra sizin ərizənizə baxılacaq və təsdiqlənəcək.

Amazon məhsullarını əlavə etmək

WooCommerce WordPress üçün ən yaxşı mağaza plugin-idir. WooCommerce vasitəsilə məhsulları asanlıqla öz saytınıza əlavə edə biləcəksiniz.

Məhsulları əlavə etmək üçün Products » Add New səhifəsinə gedirsiniz.

Amazon məhsullar
onlayn satış biznesi

Birincisi, məhsula ad verməlisiniz, daha sonra isə post redaktorunda ətraflı məlumat daxil edəcəksiniz.

Bundan sonra səhifənin aşağısında məhsul barədə məlumat xanasında “Product type” dropdaun menyusunun içində “External/Affiliate Product” seçimini edirsiz.

Amazon məhsul satışı
Amazon biznesi

Indi isə məhsulun URL-ini daxil etməlisiniz. URL-i Amazon Associates hesabının admin panelindən götürə bilərsiniz. Bunun üçün sadəcə məhsulu axtarışa verib, “get link” (linki əldə et) düyməsinə sıxırsız.

Amazon satış
online biznes qur

URL-i kopyalayıb, WordPress-də məhsulu redaktə səhifəsinə yerləşdirirsiz.

Bu zaman “Price” (Qiymət) sahəsini boş buraxmalısız ki, alıcılar Amazon.com-da qiymətə baxa bilsinlər. Amazon-un Affiliate proqramı özünüzdən qiymət yerləşdirməyə icazə vermir.

Məhsul barədə məlumatdan aşağıda məhsulun qısa təsvirini verə bilərsiniz. Bu təsvir mağazanın əsas səhifəsində, məhsul kateqoriyaları səhifələrində və axtarış nəticələrində görünəcək. Istəyinizdən asılı olaraq məhsulun şəkillərini və qalereyasını daxil edə bilərsiz.

Amazon məhsullar
Amazon biznes
online satış

Indi isə dərc etmək düyməsini sıxaraq məhsulu səhifənizdə yayımlaya bilərsiniz. Daha çox məhsul əlavə etmək üçün bu prosesi təkrar edib, saytda necə göründüyünü yoxlayın.

Amazon biznes
onlayn satış

Mağazanın dizaynı

WordPress avtomatik bir dizayn təklif edir. Amma siz minlərlə WordPress mövzusu içərisindən məhsul və niş məhsullarınız üçün WooCommerce-in daxil olduğu bir WordPress mövzusu seçə bilərsiniz. 

Amazon biznezi 
onlayn satış

WordPress mövzusunu quraşdırmaq

Mövzular saytın görünüşünü təyin edir. Sayta yeni funksiyalar artırmaq istəyirsinizsə, milyonlarla WooCommerce plugin əlavələri var.

Vebsaytınızın gözəl görünüşlü və istifadəsi rahat olmasını istəyirsinizsə, Beaver Builder – WordPress səhifə yaradıcı  pluginini istifadə etməyiniz məsləhətdir.

Faydalı məsləhətlər

Amazon Affiliate mağazanızda olan məhsulların yazılarını Amazon saytından götürməyin, özünüzdən yazın.Çox şahidi olmuşam ki, Amazon yazıları eyniləri öz saytına yerləşdirən saytları sistemdən silir.

Amazon Associates ilə ölkə Azərbaycan olaraq qeydiyyatdan keçə bilərsiniz. Heç bir problem yoxdur.

Amazon Affiliate mağazanızı daha böyütmək üçün satışı çox olan məhsullarınızı dropshipping ilə özünüz sata bilərsiniz və beləliklə daha çox qazanc əldə etmiş olarsınız.

Çox yaxşı olarkı saytda bir səhifədə qeyd edəsiniz ki, siz Amazon məhsullarını reklam edirsiniz və bu satışlardan komissiya qazanırsınız.

Nümunə saytlar: https://www.giftideageek.com/ https://www.thisiswhyimbroke.com/

Mağazanı böyütmək üçün resurslar

Artıq sizin bir Amazon mağazanız var. İndi siz biznesinizi böyütmək, sayta gələn trafiki artırmaq barədə düşünməlisiniz. Hədəflərinizə çatmaq üçün çox sayda alət, plugin, resurslar mövcuddur.

Birincisi, saytınızı axtarış sistemlərinə optimallaşdırmaqdan – SEO-dan başlaya bilərsiniz. SEO barədə ətraflı məlumat almaq, eləcə də vebsaytınızın axtarış motorlarında yuxarı yerlərdə sıralamaq üçün SEO nədir və necə işləyir? eləcə də, WordPress üçün SEO optimizasiya yazılarımla tanış ola bilərsiniz.

Ən yaxşı satılan, eləcə də satılmayan Amazon məhsullarını bilmək üçün Google Analytics vasitəsilə vebsaytınızın trafikini izləyə bilərsiniz.

Bundan başqa saytınıza faydalı məhsullar yerləşdirməyi, faydalı şərhlər yazmağı və kontentlə zəngin etməyi özünüzə adət edin. Nəticədə insanlara lazım olanı təqdim etdikdə onlar da sizin saytınızdan faydalanmağa başlayacaq.