Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Cümə axşamı, Fevral 9, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022)

09 Mart 2020
Bölmə Onlayn mağaza
Reading Time: 12 mins read
0 0
2
PAYLAŞIM
18.9k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

İnternetdə öz mağazanızı açmaq istəyirsiz? Əgər internetlə yaxından tanış deyilsizsə, bu fikir sizi qorxuda bilər. Amma online mağaza yaratmaq, bu mağazanı idarə etmək üçün güclü texniki biliklərə ehtiyacınız yoxdur. Sadəcə sizin üçün hazırladığım bu addımbaaddım təlimata riayət etsəz yetər.

onlayn mağaza yaratmaq

Online mağaza yaratmaq üçün sizə nələr lazımdır?

Onlayn biznesə başlamaq üçün ən yaxşı gün Bu gündür.

OxşarYazılar

Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
2checkout_odeme_sistemi

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
dropshipping_uchun_trend_mehsul

Dropshipping üçün trend məhsul

07 İyul 2020

Kompüteri olan hər bir kəs heç bir xüsusi qabiliyyəti olmadan bir neçə dəqiqə ərzində işə start verə bilər.

İnternet mağazası açmaq üçün sizə lazım olan 3 şey:

  • Domen adı ideyası (bu sizin internet mağazanızın adı olacaq. Məsələn: https://joopzy.com/ )
  • Veb hostinq hesabı (sizin vebsaytınızın internetdə yaşadığı ev)
  • 30 dəqiqə diqqəti cəmləmək

Bəli, bu qədər sadə!

Siz şəxsi internet mağazanızı WordPress-də 30 dəqiqədən də az müddətə yarada bilərsiniz və mən bu prosesdə əvvəldən axıra qədər sizin yanınızda olacağam.

Bu təlimatda aşağıdakı mövzulara toxunuram:

  • Pulsuz domen adı qeydiyyatdan keçirmək
  • Ən yaxşı WooCommerce Hostinq seçmək
  • Pulsuz SSL sertifikatı (ödənişləri qəbul etmək üçün) əldə etmək
  • WordPress quraşdırmaq
  • WooCommerce mağazasını yaratmaq
  • Onlayn mağazaya məhsullar əlavə etmək
  • Mövzu (tema) seçmək və özəlləşdirmək (istəyə uyğun dizayn quraşdırmaq)
  • Plugin-lərin köməyi ilə onlayn mağazanı genişləndirmək

Hazırsansa, başlayaq.

1-ci addım. Onlayn mağaza platformasını qurmaq

İstifadəçilər ən böyük səhvi öz internet mağazaları üçün yalnış platforma seçməklə edirlər. Amma siz bu yazını oxuduğunuza görə belə bir səhv etməyəcəksiz.

Sizə iki məşhur e-biznes platformasından birini seçməyi məsləhət görürəm: Shopify və yaxud da WordPress + WooCommerce.

Shopify aylıq 29 $-dan başlayan tam hazır e-biznes platformasıdır. Siz bu platformaya sadəcə giriş edərək, satmağa başlayacaqsınız. Shopify-ın mənfi tərəfi ondan ibarətdir ki, baha başa gəlir və əlavə ödənişlər etməsəz, ödəniş imkanları məhdud olur.

Buna görə də əksər istifadəçilər WordPress + WooCommerce platformasını seçir. WooCommerce dünyanın ən böyük e-biznes plaformasıdır. Bu platformanı seçəndə bir az quraşdırma işləri görməli olacaqsız, amma bunu etməyə dəyəcək.

WooCommerce-dən istifadə edərək WordPress-də onlayn mağaza qurmağın yolları

Mağazanızı qurmaq üçün sizə domen adı, veb hostinq və SSL sertifikatı lazımdır.

Domen adı sizin vebsaytınızın internetdəki ünvanıdır. Bu adı istifadəçilər brauzerdə yazaraq, sizin saytınıza daxil ola biləcəklər (məs: https://jafarnajafov.com/).

Veb hostinq isə təsəvvür edin ki, saytınızın internetdə yaşadığı evidir. İnternetdəki hər bir sayta veb hostinq lazımdır.

SSL sertifikatı vebsaytınıza xüsusi təhlükəsizlik qatı əlavə edir. Onun sayəsində siz ödəniş kartının nömrəsi və başqa şəxsi məlumatları qəbul edə bilirsiniz. Bu, sizə saytınızda kartla ödənişləri qəbul edə bilmək üçün lazım olur.

Normalda domen adı illik 14.99 $, veb hostinq aylıq 7.99 $, SSL sertifikatın qiyməti isə illik 69.99 $ olur.

Başlanğıc üçün bu məbləğ çoxdur.

Yaxşı ki, WordPress və WooCommerce-in rəsmi məsləhət gördüyü hostinq provayderi olan Bluehost oxucularıma pulsuz domen adı, pulsuz SSL sertifikatı və veb hostinqə endirim etməyə razılıq verib.

Beləcə, siz 3 illik öncədən ödəniş etdikdə, aylığı 3.95$ ödəməklə mağazanızı işlətməyə başlaya bilərsiniz.

1 illik ödəniş etdikdə isə 5.95$ olacaq.

Qeyd edək ki, Bluehost 1996-cı ildə (Google-dan öncə) fəaliyyətə başlayan ilk veb hostinq şirkətlərindən biridir. O, həmçinin WordPress hostinq sayəsində ən geniş yayılmış brend adıdır, çünki bizimki kimi milyonlarla başqa vebsaytın ev sahibidir.

Domen + hostinq + SSL almaq

Yeni pəncərədə Bluehost saytını açmaq üçün bura klik edin.

Başlamaq üçün yaşıl rəngdə Planı seç Choose Plan və ya GET STARTED düyməsini sıxırıq.

Bluehost-da plan seç
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 24

Burada sizə lazım olan tarif planını seçirik (Starter və Plus ən məşhurlarıdır).

Bundan sonra, saytınız üçün domen adını daxil edəcəksiniz.

Domen adı daxil et
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 25

Prosesi tamamlamaq üçün ən sonda hesab məlumatlarını daxil edib paketi alacaqsınız. Bu səhifədə siz saytınız üçün əlavələr də ala bilərsiniz.

Alıb-almamaq sizin işinizdir, amma mən almağı məsləhət görmürəm. Əgər ehtiyac yaranarsa, onları sonradan da ala bilərsiniz.

Domen paketi barədə məlumat
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 26

Prosesi tamamladıqdan sonra e-mail-inizə bəzi məlumatlar göndəriləcək ki, onların köməyilə veb hostinq idarə panelinə (cPanel) daxil ola biləsiniz. İdarə paneli vasitəsilə siz saytınıza aid hər bir şeyi idarə edə biləcəksiniz.

İndi isə davam edək və cPanel-inizə daxil olaq. Burada WooCommerce ilə WordPress-in öncədən saytınızda quraşdırılması ilə bağlı məlumat xarakterli kiçik pəncərə açılacaq.

Bluehost login. WordPress + WooCoommerce quraşdırılıb
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 27

Siz sadəcə “Saytınıza daxil olun”(“Login to your site”) düyməsini sıxaraq, WordPress saytının idarə lövhəsinə daxil olursunuz.

Təbrik edirəm, artıq hostinq və domen məsələsini həll etdiniz.

Növbəti addımda siz WordPress saytınızı quraşdırıb, online mağazanızı açacaqsınız.

İkinci addım: WordPress-i quraşdırmaq

Bluehost saytınızda WordPress və WooCommerce-i avtomatik quraşdırıb.

Ilk dəfə giriş etdikdə WordPress sizi salamlama mesajı ilə qarşılayacaq və sizdən hansı növdə vebsayt quraşdırmaq istədiyinizi soruşacaq.

Wordpress salamlama mesajı
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 28

Davam edin və “Köməyə ehtiyacım yoxdur” (“I don’t need help”) linkini sıxın. Narahat olmayın, sizə lazım olan bütün proseslərdə mən yanınızdayam.

Quraşdırma panelini bağladıqda WordPress-in admin paneli açılacaq:

WordPress admin paneli
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 29

İlk olaraq, WordPress saytınızın başlığını və təsvirini ayarlamaq üçün Parametrlər-> Əsas (Settings » General) səhifəsinə daxil olun.

WordPress saytınızın başlığını və təsvirini ayarlamaq
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 30

SSL-dən istifadə etmək üçün HTTPS quraşdırmaq

Sizin WordPress hostinq paketinizə pulsuz SSL sertifikatı da daxildir. Bu sertifikat sizin domen adınız üçün öncədən quraşdırılıb. Lakin sizin WordPress saytınızın https yoxsa http kimi yüklənməsi üçün onu ayarlamalısınız.

http əvəzinə https istifadə etmək üçün Parametrlər-> Əsas (Settings » General) menyusunda WordPress və Sayt ünvanlarını dəyişməlisiniz.

WordPress-də  http əvəzinə https istifadə etmək
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 31

Parametrləri yaratmaq üçün səhifənin aşağısında “Dəyişiklikləri qeyd et”(“Save changes”) düyməsinə sıxmağı unutmayın.

Sizin WordPress quraşdırmasının ilkin versiyasını tamamladız. Indi isə onlayn mağazanızı yaratmağın vaxtıdır.

3-cü addım. WooCommerce mağazası yaratmaq

Satmağa başlamamışdan əvvəl valyuta, ödənişlər və göndərilmə kimi bəzi menyuları quraşdırmaq lazımdır. 

WordPress admin səhifələrində “WooCommerce-ə xoş gəlmisiniz” (“Welcome to WooCommerce”) bildirişini görəcəksiniz. Bildirişdə “Quraşdırma panelini idarə et” (“Run setup wizard”) düyməsini sıxın.

Run setup wizard
WooCommerce 
Quraşdırma paneli
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 32

“Başladıq” (“Let’s go”) düyməsini sıxdıqda, WooCommerce quraşdırma paneli işə düşəcək.

woosetup1
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 33

WooCommerce üçün səbət, hesab, dükan və ödəniş kimi bir neçə əsas səhifə yaratmaq lazımdır. Bu səhifələri avtomatik yaratmaq üçün “Davam et” (“Continue”) düyməsini sıxmalısınız.

WooCommerce  səhifə quraşdırmaq
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 34

Bununla da növbəti addıma keçirik.

Burada isə siz WooCommerce-ə mağazanızın harada yerləşdiyini, hansı valyuta və ölçü vahidindən istifadə etdiyinizi bildirməlisiniz.

WooCommerce səhifə quraşdırması 
məkan
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 35

Valyuta və yerləşdiyiniz məkan barədə seçimləri etdikdən sonra davam etmək üçün “Davam et” düyməsini sıxın.

Növbəti addımda göndərilmə və vergi barədə məlumat daxil etməlisiniz.

WooCommerce  göndərilmə, vergi məlumatları
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 36

WooCommerce mağazasında siz həm rəqəmsal formada yüklənə bilən, həm də fiziki olaraq göndərilə bilən malları sata biləcəksiniz.

Əgər satdığınız mallar göndərişlə olacaqsa, xanaya təsdiq işarəsini qoymalısınız, rəqəmsal məhsul satırsınızsa xananı boş buraxmalısınız.

Növbəti addımda vergi ilə bağlı suala cavab verəcəksiniz. WooCommerce sizin üçün vergini avtomatik hesablayıb, qiymətlərinizin üzərinə əlavə edə bilər.

Bu barədə hələ qərar verməmisinizsə, xananı boş buraxa bilərsiniz. Daha sonra qərar verdikdə yenidən WooCommerce parametrlərində vergi məlumatını daxil edə bilərsiniz.

Əgər Azərbaycanda oturaraq Amerikaya Çindən dropshipping ilə məhsul satırsınızsa o zaman sales tax toplamağa ehtiyac yoxdur. Çünki sizin amerikada nə stokunuz var nədə özünüz orada deyilsiniz.

Davam etmək üçün “Davam et” düyməsini sıxın.

Növbəti addımda sizdən onlayn mağazanız üçün ödəniş metodunu seçmək tələb olunacaq.

WooCommerce  ödəniş məlumatı
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 37

WooCommerce avtomatik rejimdə PayPal, PayPal Standart  və Stripe ödəniş keçidlərini dəstəkləyir. Ehtiyac yaranarsa, daha sonra siz WooCommerce mağazanıza başqa ödəniş metodunu da əlavə edə bilərsiniz.

Ödəniş qəbul etməyin ən asan yolu PayPal Standart istifadə etməkdir.

Sadəcə PayPal-ə bağlı e-mail ünvanınızı daxil edirsiniz və “Davam et” düyməsini sıxırsınız.

Bir çox insanlar saytı üçün həm PayPal, həm də Stripe-dan istifadə edir.

Stripe istifadə etməklə sizin istifadəçiləriniz ödəniş kartı məlumatlarını saytınızı tərk etmədən və PayPal saytına keçmədən ödəniş səhifəsində daxil edə bilər.

WooCommerce səhifəsindəki təlimatlara riayət edərək Stripe-ı quraşdıra bilərsiniz.

Azərbaycanda yaşayanlar üçün Paypal və Stripe-ı qurmaqla bağlı “Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ” adlı geniş post paylaşmışam. Əgər Paypal və Stripe hesabınız yoxdursa o yazımı oxumağı məsləhət görürəm.

Bitirikdən sonra sizin WooCommerce onlayn mağazanız hazır olacaq.

WooCommerce  səhifəsi
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 38

Quraşdırma panelindən çıxış etmək üçün siz “WordPress admin panelinə qayıt” düyməsini sıxmalısınız.

WooCommerce-i quraşdırdıqdan sonra öz onlayn mağazanıza məhsullar əlavə edə bilərsiniz.

4-cü addım. Onlayn mağazaya məhsul əlavə etmək

Gəlin, ilk məhsulu onlayn mağazaya əlavə edək.

Siz Məhsullar -> Yeni məhsul əlavə et menyusuna daxil olmalısınız.

yeni məhsul əlavə et
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 39

İlk olaraq, məhsulunuza ad verin, sonra isə məhsul barədə məlumatları daxil edin.

Sağ sütunda siz “Məhsul kateqoriyaları” xanasını görəcəksiniz. Bu məhsula kateqoriya yaratmaq üçün “+Yeni məhsul kateqoriyası əlavə et” düyməsini sıxın. Bu, sizə və müştərilərinizə məhsulları asanlıqla filterləyib baxmağa imkan verir.  

Məhsul kateqoriyaları
Yeni məhsul kateqoriyası əlavə et
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 40

Səhifəni bir az aşağı etdikdə “Məhsul barədə məlumat” xanasını görəcəksiniz. Burada qiymət, say, göndəriş və s.kimi məhsulla əlaqədar ətraflı məlumatları daxil edəcəksiniz.

məhsul barədə məlumat
qiymət, say, göndəriş
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 41

“Məhsul barədə məlumat” xanasından aşağıda məhsul barədə qısa təsvir daxil etmək üçün xana var. İstifadəçilər bir sıra məhsullara bir səhifədə baxdıqda bu qısa təsviri görə bilirlər.

Məhsulun qısa təsviri
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 42

Son olaraq, sağ sütunda əsas məhsulun şəklini və qalereyasını daxil etmək üçün xanalar görəcəksiniz.

məhsul şəkilləri
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 43

Daxil etdiyiniz məhsul barədə məlumatlardan razı qaldıqda “Dərc et” düyməsini sıxaraq, vebsaytda yayımlaya bilərsiniz.

Daha çox məhsul daxil etmək üçün sadəcə izah etdiyim qaydada prosesi təkrar etmək yetərli olacaq.

5-ci addım. WordPress mövzusu seçin və istəyinizə uyğun dizayn verin.

Sizin saytınızın necə göründüyü seçdiyiniz mövzudan asılıdır.

WordPress-də minlərlə ödənişli və ödənişsiz mövzu vardır.

Sizin Bluehost hostinq hesabınız avtomatik olaraq saytınız üçün Storefront mövzusunu quraşdırır. Siz sonradan onu öz istəyinizə uyğun özəlləşdirə bilərsiniz.

Bunun üçün Görünüş -> Özəlləşdir səhifəsinə gedirsiz. Burada mövzu özəlləşdirmə funksiyasını işə sala və fərqli parametrləri dəyişə bilərsiniz.

Storefront mövzusu
parametrlər
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 44

Əgər Storefront mövzusu xoşunuza gəlməsə, Görünüş -> Özəlləşdir səhifəsində digər bir mövzu seçə bilərsiniz.

yeni mövzu seçmək
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) 45

6-cı addım. Plugin-lər ilə onlayn mağazanızı genişləndirin

Onlayn mağaza hazır olduğuna görə əlaqə forması, Haqqımızda səhifəsi və bu kimi digər elementləri də saytınıza əlavə etmək istəyəcəksiniz.

WordPress-i özəlləşdirib əlaqə forması, qalereya, slayder və s.kimi funksiyaları əlavə etmək üçün WordPress plugin-lərindən istifadə etməlisiniz.

WordPress-də 46.000-dən çox plugin mövcuddur. WordPress plugin-ləri sizə saytınıza yeni funksiyalar əlavə etməyə imkan verən tətbiqlərdir.

Yazını bəyəndinizsə, növbəti yazılarımdan xəbərdar olmaq üçün sosial şəbəkələrdəki hesablarımı izləməyi unutmayın. Daha nələri öyrənmək sizə maraqlıdırsa şərhlərdə qeyd edin, növbəti yazım o haqda olsun.

Onlayn mağazanızı hələ də yarada bilməmisinizsə Reel agentliyinə müraciət edə bilərsiniz. Bizim peşəkarlardan ibarət komandamız sizin üçün onlayn mağazanı qısa müddətdə hazırlayar.

Rating
Click to rate this post!
[Total: 17 Average: 4.7]
Teqlər: onlayn magaza nece yaradilir

Oxşar yazılar Posts

Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla
Dropshipping

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
2checkout_odeme_sistemi
Onlayn mağaza

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
dropshipping_uchun_trend_mehsul
Dropshipping

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
dropshipping vergi
Dropshipping

ABŞ-da Dropshipping – Vergi ilə bağlı suallarınızı cavablandırdım

25 İyun 2020
yay mehsullari dropshipping
Onlayn mağaza

Onlayn satış üçün yay məhsulları

15 İyun 2020

Şərhlər 17

  1. Avatar of Elcan Elcan says:
    3 il əvvəl

    Eslinde qurasdirmaq oqeder de cetin deyil. Onu tanitmaq daha cetindi. Minlerle saytin icinden secilmey falan.
    Reklama cox pul ayirmag lazim gelir. Sosial sebekelerin idare olunmasi

    Sual: Hansi yollarla tanitmaq daha keyfiyyetli olar?

    Cavabla
    • Avatar of jafarnajafov jafarnajafov says:
      3 il əvvəl

      Davamlı olaraq sayta məhsullar və unikal bloq yazıları əlavə etsəniz zamanla google-da saytınız ön sıralara gələcək və tanınacaq.
      Və ya influencerlər ilə reklam edə bilərsiniz instagramda. İnfluencerlərə ödəniş eləməyə büdcəniz yoxdursa saytınızda affiliate sistem qura bilərsiniz. Bunun üçün hazır pluginlər var 1 klikdə hazır qurulur sayta. İnfluencerləri dəvət edirsiniz saytınızda affiliate olaraq qeydiyyatdan keçirlər və öz affiliate linkləri ilə məhsullarınızı satmağa çalışırlar. Məhsul satıldıqda müəyyən etdiyiniz komissiyanı influencer götürür. Deyək ki, influencerin affiliate linki ilə 100$-lıq bir məhsul satdınız və influencerə 20% vəd etmişdinizsə o zaman 20% komissiyasını avtomatik gəlirdən çıxılır.
      Bundan əlavə instagramda, facebookda, pinteresdə, google ads-də tiktokda ödənişli reklamlar edə bilərsiniz.

      Cavabla
      • Avatar of Elchin Elchin says:
        2 il əvvəl

        Salam mumkunse whatsapda menle elaqe saxlayin xaricde yawayiram oz internet maqazinimi acmaq niyyetdindeyem komeyinize ehtiyacim olacaq.

        Cavabla
  2. Avatar of Cectus Cectus says:
    3 il əvvəl

    Good job buddy, never stop!

    Cavabla
  3. Avatar of Ayxan Ayxan says:
    3 il əvvəl

    Cox gozel.beyendim.tewekkurler Cefer..

    Cavabla
    • Avatar of jafarnajafov jafarnajafov says:
      3 il əvvəl

      Təşəkkürlər

      Cavabla
  4. Avatar of Atilla Atilla says:
    3 il əvvəl

    Qardaş Allah işinizi avand eləsin maraqlı işdı və dövrün tələbinə uyğundu və sadəcə istiqamətləndirmək lazımdı sağ olun ki,belə işlərdədə dəstəkliyirsiniz
    İman daxili də sizinlə əlaqə saxlayacam bu mövzuda təbbi uyğun şərtlər çərçivəsində alındıra bilərik nəticəni İNŞALLAH

    Cavabla
  5. Avatar of Tural Tural says:
    3 il əvvəl

    Dəstək üçün təşəkkürlər. Faydalı məsləhətlərdir.

    Cavabla
  6. Avatar of Huseyn Huseyn says:
    3 il əvvəl

    Super. Cox gozel ideyadi. Ehtiyacim olsa sexsen gorusmek olar sizinle?

    Cavabla
  7. Avatar of Emil Emil says:
    3 il əvvəl

    Çox faydalı məsləhətinizə görə minətdaram.
    Daha yaxından necə kömək ala bilərik.işçi qrupu kimi bir şey.

    Cavabla
  8. Avatar of Azer Azer says:
    3 il əvvəl

    burda hansısa ödəniş olunmalıdır?

    Cavabla
    • Avatar of jafarnajafov jafarnajafov says:
      3 il əvvəl

      saytı qurmaq üçün yalnız domen və hostinq almalısınız.

      Cavabla
  9. Avatar of BrianGaisa BrianGaisa says:
    3 il əvvəl

    Many thanks, this site is extremely beneficial.

    Cavabla
  10. Avatar of Ilgar Ilgar says:
    3 il əvvəl

    super info. teshekkurler Jafar

    Cavabla
  11. Avatar of Cavansir Cavansir says:
    3 il əvvəl

    Əla fikirdi bəyəndim ideyanı.Ama anlamadığım bir şey var.Biz ödənişi necə qəbul edəcey?Alıcılar pulu ödədikdə ödənilən məbləğ hara yığılacaq

    Cavabla
  12. Avatar of aga aga says:
    3 il əvvəl

    Azercard-la odenis sistemini nece qosa bilerik sayta?

    Cavabla
  13. Avatar of huseyn huseyn says:
    3 il əvvəl

    salam elave diller elave etmek ucun ne etmeliyik? qisa aciqlama verseniz sevinerem.

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In