Şənbə, Aprel 27, 2024

Bioqrafiya

Cəfər Nəcəfov 1990-cı il aprelin 1-də Bakı şəhərində anadan olub.

2005-2006-cı illərdə ABŞ-ın tələbə mübadiləsi proqramı ilə Dixon High Schoolda orta məktəb təhsili alıb.

2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub və 2010-ci ildə İngiltərənin Koventri Universitetində beynəlxalq biznes fakultəsi üzrə bakalavr təhsilini davam etdirib.

2011-ci ildə Koventri Universitetinin, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub.

2012-2013-cü illərdə hərbi hissədə xidmət edib.

2013-cü ildən etibarən şəxsi bizneslə məşğuldur.

50-dən çox mobil proqram və oyunların tərtibatçısıdır.

Amazon Affiliate Profits kitabının müəllifidir.

Bu günə kimi Google, Facebook, Microsoft, Hubspot kimi dünya səviyyəsində tanınan şirkətlərin sertifikatlarını əldə edib.

Yaratdığı layihələr ilə Netty və Millinet mükafatlarını əldə edib.

2019-cu ildə Britaniya şurası tərəfindən İngiltərədə təhsil almış tələbələr arasında keçirilən yarışmanın qalibi olub.

2020-ci ilin mart ayında Londonda keçirilən Menecment və Liderlik kursunu bitirmişdir.

Joopzy şirkətinin təsisçisi və direktorudur. Şirkət bu günə kimi dünyanın 100-dən çox ölkəsinə 80000-dən çox sifariş çatdırmışdır.

Dünyanın ən böyük pre-seed akseleratoru olan Founder Institute-un Azərbaycan üzrə direktorudur.