Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2024 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    47 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, İyun 17, 2025
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

5 dəqiqədə mükəmməl CV hazırlamaq

29 Mart 2024
Bölmə Ümumi
Reading Time: 6 mins read
143 2
47
PAYLAŞIM
56.4k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

OxşarYazılar

Sains Lesson Virtual Class blog banner 3

Məzmun

    • Odero ilə 3 addımda e-ticarətə başlayın 
    • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət
    • Odero – Biznesiniz üçün ən rahat onlayn ödəniş sistemi
    • CV nədir?
  • Ən rahat yolla CV formasi hazırlamaq
    • 2024-cü ildə CV-yə nələri daxil etmək lazımdır
      • Şəkil
      • Ad, vəzifə, əlaqə məlumatları
      • Şəxsi profil
      • Təcrübə, iş tarixçəsi
      • Təhsil
      • Əlavə bölmələr

Odero ilə 3 addımda e-ticarətə başlayın 

25 Aprel 2024
hotjar

E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

11 Aprel 2024
odero 2

Odero – Biznesiniz üçün ən rahat onlayn ödəniş sistemi

04 Mart 2024

İş tapmaq istəyirsizsə, özünüzə yaxşı bir CV formasi hazırlamalısınız. Müsahibələrə dəvət alıb-almamaq CV-ni nə dərəcədə düzgün hazırlamağınızdan asılıdır. Ümumi CV strukturu aşağı-yuxarı eyni olsa da, müraciət etdiyiniz vakansiyaya uyğun olaraq, onu hər zaman yeniləməlisiniz.

Bu təlimat xarakterli yazımda sizə 2024-cü ildə necə yaxşı bir CV hazırlamaq lazım olduğunu izah etməyə çalışacağam.

cv formasi

CV nədir?

İş üçün müraciət etmək istəyirsizsə, mütləq bir CV-niz olmalıdır. CV bir növ sizin şəxsi marketinq sənədinizdir. Bu sənəd vasitəsilə özünüzü işəgötürənə təbliğ edir və satmağa çalışırsınız. CV sizin peşəkar keçmişinizi, bacarıqlarınızı, nailiyyətlərinizi əhatə etməlidir. Həmçinin o, sizin müraciət etdiyiniz iş üçün niyə ən yaxşı namizəd olduğunuz sübut etməlidir. CV-dən əlavə işəgötürən tərəf tövsiyə məktubu və müraciət forması da tələb də bilər.

Ən rahat yolla CV formasi hazırlamaq

İlk öncə daxil oluruq Canva.com saytına.

cv formasi 3
5 dəqiqədə mükəmməl CV hazırlamaq 8

Axtarış yerində Resume yazıb enterə klik edirik.

cv formasi 1

Axtarış nəticələrinə əsasən müraciət edəcəyiniz vakansiyaya uyğun olan bir CV formasi seçirsiniz.

cv formasi 2 scaled

CV formasi seçdikdən sonra isə başlayırsınız onlayn rejimdə CV-yə məlumatlarınızı əlavə etməyə.

Çox asan və rahatdır.

cv formasi 4

Ən sonda isə yuxarıda sağda olan yükləmək ikonuna klik edib CV-nizi PDF formasında yükləyirsiniz.

2024-cü ildə CV-yə nələri daxil etmək lazımdır

Bacarıq və təcrübənizdən asılı olaraq, CV formaları dəyişsə də, sizin CV-nizdə bəzi bölmələr var ki, işəgötürən onları mütləq görmək istəyəcək.

Beləliklə, aşağıdakı bölmələri CV-nizə daxil etməlisiniz:

Şəkil

Səhifənin yuxarısında mütləq şəklinizi əlavə edin. Bəzi işəgötürənlər hətta iş elanında belə şəkilsiz CV qəbul etmədiklərini qeyd edirlər. Diqqətli olun ki, şəkil müraciət etdiyiniz işə uyğun olaraq, sizin peşəkar kimi görünməyinizi təmin etsin. Əyləncəli şəkillər yerləşdirmək qeyri-ciddi olduğunuzdan xəbər verəcək.

Ad, vəzifə, əlaqə məlumatları

Şəklin altında ilk bölmədə adınız, vəzifəniz və əlaqə məlumatları yer almalıdır. Heç bir halda ən yuxarı hissədə CV, Curriculum vitae və ya Resume qeyd edib, artıq yer tutmayın. Onun əvəzində adınızı qeyd edin.

Əlaqə məlumatları dedikdə, e-mail ünvanınız və mobil telefon nömrənizi qeyd etmək vacibdir. Daha sonra isə şəhərinizi və ölkəni qeyd edə bilərsiz. Əgər varsa, bu hissədə LinkedIn profilinizi də qeyd edə bilərsiniz. Bir şərtlə ki, bu profil daim yenilənən profil olsun.

Aşağıdakı nümunədə ad, vəzifə və əlaqə məlumatlarınızı necə yerləşdiriləcəyi göstərilir:

CV forması

Şəxsi profil

Şəxsi profil CV formasının ən vacib elementlərindəndir. Bu hissə birinci bölmənin düz altında yerləşir və işəgötürənə sizin kim olduğunuz barədə ümumi məlumat təqdim edir.

Siz hər müraciət etdiyiniz işə uyğun olaraq Şəxsi profilinizi dəyişməlisiniz. Çalışın ki, bu hissədə bir-iki cümlə ilə kifayətlənəsiniz. Şəxsi profildə nələri qeyd etmək lazım olduğunu bilmirsinizsə, aşağıdakı suallara cavab verməyə çalışın:

  • Kimsiniz?
  • Şirkətə nə təklif edə bilərsiniz?
  • Karyera hədəfləriniz nədir?

Təcrübə, iş tarixçəsi

Bu bölmədə siz əvvəlki iş yerlərinizi, təcrübələrinizi qeyd etməlisiniz.

Təcrübələrinizi xronoloji ardıcıllığın əksi istiqamətində düzün. Çünki sonuncu təcrübənizin yuxarıda olması işəgötürən üçün daha vacib hesab olunur.

Hər iş təcrübəsinin altında vəzifənizin adını, iş yerini, işə daxil olduğunuz və çıxdığınız tarixi qeyd edin. Bundan sonra vəzifə öhdəliklərinizi, bacarıq və nailiyyətlərinizi sıralayın.

CV-də işləmək istədiyiniz vəzifəyə uyğun olmayan işlər olubsa, onları daxil etməyə bilərsiniz.

Təhsil

İş təcrübəsi kimi Təhsil bölümü də xronoloji ardıcılığın əksi üzrə sıralanmalıdır. Oxuduğunuz universitetlərin tarixləri, ixtisasınız, aldığınız dərəcə və qiymətlərlə birgə sıralayın.

Və yaxud da təhsilinizi aşağıdakı formatda qeyd edə bilərsiniz

<strong>Universitetin adı</strong> – <em>Qəbul olma və bitirmə tarixləri</em>
<strong>İxtisas</strong> – <em>Qiymət</em>

Əlavə bölmələr

CV-nizi və bacarıqlarınızı dəstəkləyən bir sıra əlavə bölmələr vardır. Əgər yeriniz varsa, bir neçəsini əlavə edə bilərsiniz.

Əsas bacarıqlar: Əgər işəgötürənin diqqətini çəkmək istədiyiniz əsas bacarıqlarınız varsa, şəxsi profilinizin altında əsas bacarıqlarınızı qeyd edin. Burada ən çoxu 4-5 bacarıq göstərə bilərsiniz.

Hobbilər, maraqlar: CV-nin zəif olduğunu düşünürsünüzsə, ən axırda hobbi və maraqlar bölməsini də əlavə edə bilərsiniz. Bu bölmə şirkətə nə qədər uyğun olduğunuzu göstərməlidir. Məsələn, əgər dizayn ilə əlaqədar bir işə müraciət edirsinizsə, niyə də şəkil çəkməyin hobbiniz olduğunu qeyd etməyəsiniz. Bu bölmədə əslində bir az diqqətli olmalısınız. Müraciət etdiyiniz işə heç bir aidiyyatı olmayan hobbiləri əlavə etməyə dəyməz.

Tövsiyələr: 2024-cü ildə artıq ünvanı qeyd etməyin əhəmiyyətli olmadığı kimi, tövsiyə edən şəxsləri də qeyd etmək lazım deyil. Tələb əsasında tövsiyə məktublarını əlavə edə bilərsiniz.

Uzunluq: Standart CV formatı 2 səhifədən ibarət olur. Lakin hamıya uyğun gəlmədiyinə görə bəzilərində 1, bəzilərində isə 3 səhifə alına bilər. Mənim bəyəndiyim CV forması isə 1 səhifəlik CV-lərdir.

Başlıqlar: Hər bölmənin adı böyük və qalın şriftlə verilməlidir.

Şrift: Arial, Calibri kimi aydın oxunaqlı şriftləri seçin.

Şrift ölçüsü və səhifə kənarları: CV-nin əsas yazısı 10-12, başlıqlar isə 14-18 şrift arası olmalıdır. Kənarları normal olaraq 2.5 sm olaraq təyin edin, amma 1.27 sm-dən az etməyin.

Faylı yadda saxla: Ən sonda isə CV-nizi pdf formatda yaddaşa verib sonra göndərin ki, işəgötürən onu istənilən bir cihazda rahatlıqla aça bilsin.

Əgər işlərə müraciət edib imtina alırsınızsa o zaman öz biznesinizi qurun və hər kəsə sübut edin ki, siz daha yaxşısına layiqsiniz. Öz biznesini qurmaq istəyənlər üçün bu yazımı oxumağı məsləhər görürəm: Alış-veriş saytı aç, internetdən pul qazan (2020)

Yazını bəyəndinizsə dostlarınızada faydalı olması üçün paylaşın

Rating
Click to rate this post!
[Total: 22 Average: 4.7]
Teqlər: cv doldurcv formalaricv numunelericv yazmaqcv yuklevakansiyalar

Oxşar yazılar Posts

Sains Lesson Virtual Class blog banner 3
Ümumi

Odero ilə 3 addımda e-ticarətə başlayın 

25 Aprel 2024
hotjar
Ümumi

E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

11 Aprel 2024
odero 2
Ümumi

Odero – Biznesiniz üçün ən rahat onlayn ödəniş sistemi

04 Mart 2024
Add a heading
Ümumi

YouTube-da abunə qazanmağın 7 qızıl yolu (2024)

05 Fevral 2024
dlysepMKHxf3Gqp9BuLNHhTP65BqyRpgVnuLYzFq e1694084955490
Ümumi

Imagine Dragons’i Unudun: Apple, Netflix və Shazam Inmerge Innovation Summitdə ayağınıza gəlir

20 Noyabr 2023
instagram pul qazanmaq
Ümumi

Instagram-da pul qazanmaq – 9 üsul (2024)

13 Sentyabr 2023

Şərhlər 4

  1. Avatar of Nicat Nicat says:
    5 il əvvəl

    Heqiqetende mohtesem bir postdur👍 Chox sagolun bizi bele gozel melumatlarla bilgilendirdiyiniz ucun🙏😊

    Cavabla
  2. Avatar of Bəşir Bəşir says:
    5 il əvvəl

    Təşəkkür edirəm 👍

    Cavabla
  3. Avatar of Samie Samie says:
    5 il əvvəl

    Boş vakansiyalar

    Cavabla
  4. Avatar of Vefadar Vefadar says:
    5 il əvvəl

    şəkil əlavə edə bilmiəm yəni öz şəklimi necə edə bilərəm sizcə

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.