Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2024 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    47 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • AI
  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Startap
  • Ümumi
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Cümə, İyul 18, 2025
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Instagram-da pul qazanmaq – 9 üsul (2024)

13 Sentyabr 2023
Bölmə Ümumi
Reading Time: 5 mins read
5 2
2
PAYLAŞIM
2.4k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

OxşarYazılar

ai-startap-challenge

Məzmun

    • Süni Zəka ilə bağlı ideyan varsa, AI Startup Challenge qoşul
    • Odero ilə 3 addımda e-ticarətə başlayın 
    • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət
  • Sponsor postları paylaşmaq
  • Markanın təmsilçisi olmaq
  • Affiliate linkləri təbliğ etmək
  • Məhsul satmaq
  • Satış üçün vizual kontent
  • Sosial media marketing xidmətləri
  • Şirkətlər üçün kontent yaratmaq
  • Storilər üçün maska və filterlər yaratmaq
  • Frilans işlərin təbliği
    • Instagram-da nə qədər pul qazanmaq olar?

Süni Zəka ilə bağlı ideyan varsa, AI Startup Challenge qoşul

22 İyun 2025
Sains Lesson Virtual Class blog banner 3

Odero ilə 3 addımda e-ticarətə başlayın 

25 Aprel 2024
hotjar

E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

11 Aprel 2024
instagram pul qazanmaq

Instagram şəbəkəsi çox qısa müddətdə 1 milyarddan artıq istifadəçi qazandı, adi şəkil paylaşma şəbəkəsindən güclü marketinq alətinə çevrildi. Instagram Biznesin hesabatına görə insanların 60%-i bu platformadan yeni məhsullar tapmaq məqsədilə istifadə edir, 80%-i ən azı bir markanı izləyir, 200 milyon hesab hər gün ən azı bir biznes profilini ziyarət edir, 66% ziyarət isə səhifənin izləyicisi olmayan insanlardan gəlir. Beləliklə, əgər Instagram-da pul qazanmaq istəyirsinizsə sizə sadəcə düzgün biznes modeli qurmaq lazımdır.

Rəqabətin yüksək olduğu dövrdə Instagram-da pul qazanmağın 9 üsulunu sizinlə bölüşmək istəyirəm.

Sponsor postları paylaşmaq

Influenser marketinq ən güclü marketinq alətlərindən hesab olunur. İnsanlar şirkətlərdənsə digər istifadəçilərin məsləhətlərinə daha çox güvənirlər. Buna görə də böyük şirkətlər influenserlərin xidmətindən istifadə edir.

Sponsor postları paylaşmaq üçün böyük izləyici kütləsinin olması vacib deyil. Vacib olan həmin kütlənin sizin postlarınızla nə qədər maraqlandığıdır. Təcrübələr göstərir ki, 1000-dən aşağı kütləsi olan bir influenserin izləyiciləri aktivdirsə, sponsor məhsulunu yaxşı reklam edə bilir.

Markanın təmsilçisi olmaq

Bir çox şirkətlər markalarını davamlı təbliğ edəcək birini axtarırlar. Belə bir şəxsi tapdıqda onlar təbliğat üçün öz məhsullarından həmin şəxsə hədiyyə də göndərirlər. Bir çox gözəllik bloggerləri buna misaldır. Onlar müəyyən bir brendin məhsullarını pulsuz əldə edir, qarşılığında isə məhsulları izləyicilərinə nümayiş etdirirlər.

Affiliate linkləri təbliğ etmək

Instagram-da pul qazanmaq üçün Affiliate marketinqdən də istifadə etmək olar. Bu zaman affiliate proqramlara qoşulub, linkləri Instagram səhifəsinə əlavə etmək lazımdır. Bu yolla hər satışdan komissiyalar əldə edə biləcəksiniz.

Affiliate şəbəkələr: Shareasale, Clickbank, Awin.

Bu şəbəkələrdə başqa fərdi affiliate proqramları da var. Belə proqramları Google-da axtarış verərək tapmaq lazımdır. Linki isə Instagram-ın bio hissəsində yerləşdirmək yaxşı olar. Niyə məhz bio? Çünki postların altında yerləşdirilən linklərin üzərinə kliklədikdə birbaşa sayta yönlənmir. Oxucu sayta getmək üçün həmin linki kopyalayıb, brauzerə yerləşdirməli olur. Bio hissəsində isə linkin üzərinə kliklədikdə oxucu birbaşa sayta yönləndirilir.

Affiliate marketinq barədə daha öncəki postlarımda məlumat vermişəm. Maraqlı gələrsə əlavə material kimi oxuya bilərsiniz.

Məhsul satmaq

e-ticarət 
instagram biznes
Instagram-da pul qazanmaq
Instagram-da pul qazanmaq - 9 üsul (2024) 7

Instagram hesabından məhsullar satmaq bir az çətin olduğuna görə hansısa e-ticarət portalı (Shopif, Etsy və s.) hesabınıza Instagram-dan keçid vermək məntiqli olar. Instagramdan bu portallara link verdikdə səhifənizə marağı olan istifadəçilər yerləşdirdiyiniz linkə keçid edib, satdığınız məhsullarla da maraqlana bilər. Nə satmağınızdan asılı olmayaraq Instagramda həmin məhsulun alıcısı mütləq olacaq. Çünki Instagramda ucuz kosmetikalardan tutmuş bahalı maşınlara, evlərə qədər hər şey satılır.

Instagram-da pul qazanmaq üçün dropshipping biznesinə də başlamaq olar. Bu zaman siz Instagram hesabınızdan online mağazanıza link verməlisiniz. Dropshippping barədə daha ətraflı məlumatı elə bloqumdan ala bilərsiniz.

Dropshipping biznesi nədir və necə başlamaq olar?

Dropshipping biznesi üçün pulsuz trafik axını

Dropshipping üçün trend məhsul

Satış üçün vizual kontent

Bu gün müştərilər digər istifadəçilərin məhsul barəsindəki rəylərinə fikir verirlər. Buna görə də çox vaxt şirkətlər müştərilərinin onlar barəsindəki müsbət rəylərini izləyiciləri ilə paylaşırlar. Məsələn, turizm şirkətləri real səyahətçiləri ölkələrinə dəvət edib pulsuz yaşayış və ödəniş qarşılığında onlardan öz təəssüratlarını bölüşməklərini istəyirlər. Aşağıdakı birinci şəkli səyahətçi, digərini isə turizm şirkəti paylaşıb.

məhsul barədə rəy
instagram biznes
Instagram-da pul qazanmaq - 9 üsul (2024) 8
instagram biznes 
instagram-da pul qazanmaq
Instagram-da pul qazanmaq - 9 üsul (2024) 9

Amma Instagram-da pul qazanmaq üçün bu üsuldan istifadə etmək istəsəz, gərək sizin böyük izləyici kütləniz olsun.

Sosial media marketing xidmətləri

Instagram-da satış rəqabəti gücləndikcə markaların peşəkar SMM xidmətlərinə ehtiyacı artır. Bu xidmətlərə sosial media marketing strategiyaları, konsultasiyalar, təlimatlar daxildir. Deməli, sosial media mütəxəssislərinin Instagram-da pul qazanmaq və biznes qurmaq şansları böyükdür.

Şirkətlər üçün kontent yaratmaq

Böyük brendlərin kontent mütəxəssisləri olsa da, kiçik şirkətlər adətən frilanserlərin xidmətlərindən istifadə edir. Əgər yaxşı kontent yazmaq bacarığınız varsa, bu bacarığı portfolio kimi istifadə etmək, Instagram-da kreativ kontentlər paylaşmaq lazımdır. Bundan sonra Freelancer, Upwork kimi məşhur frilans online iş portallarında yüzlərlə iş təklifləri tapmaq olar.

Storilər üçün maska və filterlər yaratmaq

Gün ərzində milyonlarla insan Instagram storilərini izləyir. Bu kontent qısamüddətli paylaşım olduğuna görə insanların ona marağı böyük olur. Şirkətlər məhsullarını reklam etmək üçün Instagram storilərində maska və filterlər yaradırlar. Belə filter və maskaları yaratmaq üçün Spark AR Studio-dan istifadə etmək olar. Maska və filterləri yaratmaq kreativliyinizi nümayiş etdirir və Instagram-da pul qazanmaq üçün sizə şans yaradır.

Frilans işlərin təbliği

Instagram-da pul qazanmaq
instagram biznes
Instagram-da pul qazanmaq - 9 üsul (2024) 10

Əgər frilans işlər görürsünüzsə, Instagram hesabını biznes məqsədli istifadə etmək olar. Bu zaman izləyicilər də başa düşür ki, sizin Instagram-dan istifadə məqsədiniz müştəri tapmaqdır. Bu barədə bio hissəsində də məlumat verə bilərsiniz. Beləliklə, səhifə həm sizin portfolionuza çevriləcək, həm də digər şirkətləri cəlb edəcək.

Instagram-da nə qədər pul qazanmaq olar?

Gəlir əsasən izləyici sayından, fəallığından və səhifənin böyümə potensialından asılıdır. Klik və posta baxış sayı hələ heç nə demək deyil. Əsas məsələ istifadəçilərin həmin postlara marağı və reaksiyasıdır.

Online biznes modelləri və internetdə pul qazanmağın yolları barədə daha ətraflı məlumat almaq üçün bloqumu və Instagram səhifəmi izləməyi unutmayın.

Rating
Click to rate this post!
[Total: 0 Average: 0]
Teqlər: Instagram biznesInstagram-da pul qazan

Oxşar yazılar Posts

ai-startap-challenge
AI

Süni Zəka ilə bağlı ideyan varsa, AI Startup Challenge qoşul

22 İyun 2025
Sains Lesson Virtual Class blog banner 3
Ümumi

Odero ilə 3 addımda e-ticarətə başlayın 

25 Aprel 2024
hotjar
Ümumi

E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

11 Aprel 2024
cv formasi hazirlamaq
Ümumi

5 dəqiqədə mükəmməl CV hazırlamaq

29 Mart 2024
odero 2
Ümumi

Odero – Biznesiniz üçün ən rahat onlayn ödəniş sistemi

04 Mart 2024
Add a heading
Ümumi

YouTube-da abunə qazanmağın 7 qızıl yolu (2024)

05 Fevral 2024

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.