Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Dropshipping biznesi nədir və necə başlamaq olar?

11 İyun 2020
Bölmə Biznes ideyası, Onlayn mağaza, Pul Qazanmaq
Reading Time: 10 mins read
1 0
0
PAYLAŞIM
10.1k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Dropshipping onlayn biznes ideyası ona görə məşhurlaşdı ki, bu biznesdə ilkin çox az investisiya tələb olunur, quraşdırması asandır və istehlakçı bazarı böyükdür. Ənənəvi elektron ticarət bizneslərindən fərqli olaraq Dropshipping-də məhsulların saxlanması və göndərilmə məsələləri ilə siz yox, istehsalçı, tədarükçü məşğul olacaq. Bu yazıda sizinlə dropshipping biznesinin təşkili, genişləndirilməsi və ən yaxşı məhsulları tapmaq üsulları barədə fikirlərimi bölüşəcəyəm.

Dropshipping nədir?

Ənənəvi e-ticarət ilə dropshipping biznesi arasında əsas fərq odur ki, dropshipping sahibi anbar və göndəriş məsələləri ilə məşğul olmur. Bunun əvəzində müştəri məhsulu aldıqda onlayn mağaza rəhbəri (yəni siz) sifarişi tədarükçüyə yönləndirəcək, onlar isə məhsulu birbaşa müştəriyə göndərəcəklər.

OxşarYazılar

Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
Financial Freedom

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

24 Noyabr 2021
hazir biznes satishi

Hazır online biznesləri harada alıb-satmaq olar?!

29 Mart 2021

Aşağı büdcə tələbi və asan quraşdırması sayəsində dropshipping qlobal olaraq e-ticarətdə trendə çevrilib. İşə başlamamışdan əvvəl dropshipping-in müsbət və mənfi tərəflərini mütləq nəzərdən keçirmək lazımdır.

Müsbət tərəfləri

  • Adi onlayn mağazadan fərqli olaraq dropshipping biznesi çox aşağı investisiya tələb edir
  • Məhsul almaq və ya anbar məsələləri ilə məşğul olmağa ehtiyac olmur
  • Məhsul göndərişi ilə də tədarükçü tərəf məşğul olur
  • Müxtəlif tədarükçü və istehsalçı şirkətlərin çeşid-çeşid məhsullarını sata bilərsiniz

Mənfi tərəfləri

  • Məhsulun keyfiyyətinə və anbarda olub-olmamasına nəzarət etmək çətindir.
  • Məhsulun keyfiyyəti və göndərişi məsələlərində birbaşa əlaqə olmadığına görə müştəri məmnuniyyətini qazanmaq bir az çətin ola bilər
  • Müştəri dəstəyi xidmətini təmin etmək çətin olur
  • Topdan deyil, pərakəndə alış olduğuna görə qazanc daha az olur lakin istədiyiniz qiymətə sata biləcəyinizə görə daha çox da qazanc əldə bilərsiniz.

Göründüyü kimi dropshipping ilə online pul qazanmaq mümkündür. Seçiminizə uyğun olaraq dropshipping-ə əlavə qazanc yeri kimi yanaşa bilər və ya böyük gəlirli online biznes qura bilərsiniz.

Dropshipping biznesinə necə başlamaq olar

Bir sıra e-ticarət portalları var ki, heç bir texniki bilik tələb etmədən dropshipping mağazası yaratmağa imkan verir. Aşağı quraşdırma xərcləri, bir neçə ödəniş keçidi daxil etmək və online mağazanı istəyə uyğun dizayn etmək imkanlarına görə mən WooCommerce-dən istifadə etməyi məsləhət görərdim. WooCommerce e-ticarət mağazası yaratmaq üçün bir nömrəli plugindir. WordPress-də istifadə olunan əsas plugin-lərdən biri olduğuna görə əsas dropshipperlər ondan çox istifadə edir.

WooCommerce ilə dropshipping

WooCommerce WordPress-in pulsuz plugin-lərindəndir. Dropshipping mağazası açmaq istəyirsizsə WordPress.org saytından istifadə etməlisiniz. Sizə domen adı, veb hostinq hesabı və SSL sertifikatı lazım olacaq.

Normalda domen adı illik 14.99$, SSL sertifikatı illik 69.99$, veb hostinq isə aylıq 7.99$-dan başlayır.

Bluehost veb hostinq-dən istifadə etsəz, siz aylıq cəmi 2.75 dollar ödəməklə hər 3 xidməti birdən əldə edə bilərsiz.

Bluehost dünyada tanınmış və ən böyük hostinq şirkətlərindən biridir. O, sizin üçün avtomatik WordPress-i quraşdıracaq və siz hostinqin idarə panelindən asanlıqla WordPress panelinə daxil ola biləcəksiniz.

logintowp

Daha sonra WooCommerce plugin-ini quraşdırıb aktivləşdirmək lazım gələcək. Aktivasiya etdikdən sonra WooCommerce sizə valyutanı və digər əsas parametrləri ayarlamaq üçün addım-addım təlimat təqdim edəcək.

Dropshipping mağazası üçün dizayn

dropshipping biznesi
sayt üçün dizayn

Quraşdırma işlərini həyata keçirdikdən sonra yəqin ki, ilk iş online mağazanın dizaynını dəyişmək olacaq. WordPress-də minlərlə WooCommerce şablonu var. Dropshipping üçün ən yaxşı WooCommerce şablonlarını aşağıda qeyd edirəm.

  • Shopkeeper – satışları artırmaq üçün xüsusi hazırlanmış güclü WooCommerce şablonu
  • Porto–Rahat idarə paneli olan WooCommerce şablonu
  • Avada – dizayn edilməsi asan olan WooCommerce şablonu
  • Flatsome – bir neçə dizayn qatı və rahat idarə paneli olan WordPress şablonu

Satış üçün məhsullar tapmaq

online məhsul satmaq
online biznes

Növbəti addımda siz mağazanız üçün məhsullar tapmalısınız. Məhsul seçməmişdən əvvəl hansı növ məhsul satacağınıza qərar verin.

Məsləhət görərdim ki, özünüzə bir niş sahə seçəsiniz. Belə etsəz, məhsul və müştəri tapmaq sizin üçün daha asan olacaq. Məsələn, geyim və aksessuar satmaq istəyirsizsə, stil, mövzu və hədəf auditoriya üzrə seçimi darlaşdırın. Yaxşı olar ki, tanış olduğunuz və həvəsinizin olduğu niş sahə seçəsiniz. Bilmədiyiniz məhsullardan ibarət məhsul seçimi sizi sonradan çətinə sala bilər.

Niş sahəni seçdikdə sonra bu xüsusi kateqoriya üzrə məhsullar axtarmağın vaxtı çatır. Məhsul seçimində isə çalışın ki, rəqibin az, tələbatın isə çox olduğu məhsullar olsun. Hansı məhsulların daha çox alındığını öyrənmək istəyirsizsə Amazon-da axtarış etmək sizə kömək edə bilər (ən çox satılanlar, ən çox bəyənilənlər, ən çox reytinqi olanlar kateqoriyaları üzrə).

Amazon satış
online biznes
dropshipping biznesi

Alıcıların ən çox hansı məhsulları axtardığını öyrənmək üçün açar söz axtarışından da istifadə etmək olar.

Dropshipping tədarükçüləri tapmaq

Nə cür məhsullar satmaq istədiyinizi dəqiqləşdirdikdən sonra növbəti addımda həmin məhsulları təmin edəcək şirkətləri tapmaq lazım gələcək. Dünyada dropshipping tədarükçüləri çoxdur. Ən yaxşılarını qeyd edirəm:

  • AliExpress – bu sayt milyonlarla məhsul təklif edən tədarükçülərlə doludur. Onu asanlıqla WordPress online mağazasına inteqrasiya edərək məhsulları birbaşa AliExpress-dən yükləyə bilərsiniz.
  • Spocket – Dropshipping tədarükçülərini tapmaq üçün böyük bir bazardır. Burada siz məhsul tapa və tədarükçülərlə əlaqə qura bilərsiniz. Aliexpressdən fərqli olaraq burada mallar daha keyfiyyətlidir və daha tez çatdırılır.
  • SaleHoo – dropshipperlər, təchizatçılar və e-ticarət mağazaları üçün güclü bazardır. Bura ödənişli platformadır. İllik ödəniş isə 67$-dır.
  • Etsy – tək-tük tapılan, əllə hazırlanmış məhsul axtarışı üçün əla platformadır. Bu istehsalçıların çoxu böyük məmnuniyyətlə öz məhsullarını dropship etmək istəyərlər.

Bir çox səbəblərə görə AliExpress-lə başlamağınızı məsləhət görərdim. Birincisi məhsulları AliExpress-dən mağazaya asanlıqla inteqrasiya etmək üçün WordPress-də plugin-lər var (avtomatik sinxronizasiya edir). Bundan başqa AliExpress e-mağazalar üçün sifarişi asanlıqla icra edir. Dropshipping tədarükçülərinin ən böyük bazası olaraq burada yaxşı reytinqləri olan güvənli tədarükçülər tapa bilərsiniz.

Aliexpressdən satış
dropshipping biznesi

Dropshipping məhsullarından əlavə komissiya qazanmaq istəsəz üçüncü tərəfin məhsullarını da sata bilərsiniz. Bu sizə həm gəlir mənbəyini artırmağa, həm də daha geniş məhsul çeşidi təqdim etməyə kömək olacaq.

Tərəfdaş məhsulları tapmaq üçün Amazon.com ən yaxşı mənbədir. Sadəcə nəzərə alın ki, tərəfdaşlıq zamanı siz özünüz qiymət təyin edə bilmədiyinizə görə qazancınız da aşağı olacaq. Amma bu üsuldan istifadə etsəninz maraqlı məhsullar tapa bilərsiniz.

Dropshipping məhsullarını əlavə etmək

WooCommerce avtomatik rejimdə sizin üçün dropshipping funksiyalarını quraşdırmır. Amma bir neçə WooCommerce genişlənmələri var ki, siz onların köməyilə asanlıqla məhsulları əlavə edə, qiymət təyin edə, sifarişlər qəbul edib, tədarükçünüzə göndərə bilərsiniz. Dropshipping genişlənməsinin funksionallığı tamamilə tədarükçünüzdən və seçdiyiniz ticarət platformasından asılıdır. Əgər müxtəlif satış platformaları ilə işləsəz gərək bir neçə dropshipping genişlənməsi əlavə edəsiniz. WordPress üçün ən əsas dropshipping əlavələri aşağıdakılardır:

  • AliDropship – AliExpress-dən asanlıqla minlərlə məhsulu idxal etmək, alışa yönləndirmək və bir kliklə sifarişi doldurmaq
  • Dropified – Özümümündə istifadə etdiyim AliExpress-dən məhsulları asanlıqla idxal edən digər bir plugindir. Məhsul şəkillərini və qiyməti avtomatik sinxronizasiya edir.
  • WooCommerce Dropshipping – WooCommerce mağazasına üçüncü tərəf tədarükçüləri əlavə etməyə və sifariş detallarını PDF formatda göndərməyə imkan verir.

WooCommerce mağazasına məhsul əlavə etmək sizin hansı plugindən, satış platformasından və ya tədarükçüdən istifadə etməyinizdən asılı olacaq. Qeyd edim ki, Aliexpress-dən məhsul idxal etmək üçün ən yaxşıları siyahıdakı ilk iki plugin hesab olunur.

WooCommerce-ə məhsulları manual daxil etmək

Məhsulları manual olaraq aşağıdakı qaydada əlavə edə bilərsiniz: WordPress admin sahəsində Products » Add New page menyusuna gedin.

mağazaya məhsul əlavə et
dropshipping biznesi
Aliexpressdən satış

Ilk olaraq məhsulun adını və məhsul barədə ətraflı təsvir daxil edirsiniz. Bundan sonra məhsul kateqoriyası seçib, məhsulun fotolarını yükləməlisiniz.

Aliexpressdən satış
dropshipping biznesi
online biznes

Məhsulun şəkillərini tədarükçünün saytından tapa bilərsiniz. Amma onları istifadə etmək üçün sahibindən icazə almalısınız.

Növbəti addımda Məhsul barədə məlumat bölməsində məhsul barədə ətraflı məlumat əlavə edə bilərsiniz. Buradan həmçinin məhsulun qiyməti və digər seçimləri də edə bilərsiniz.

online satış
internetdə qazanc

Aşağıda məhsul barədə qısa təsvir əlavə edə bilərsiz. Bu qısa məlumat ana səhifədə, məhsul kateqoriyasında və məhsulları axtarış səhifəsində görünəcək. İndi isə məhsulun mağazada görünməsi üçün onu dərc etmək lazımdır. Daha çox məhsul əlavə etmək üçün prosesi təkrarlayın.

Dropshipping sifarişlərini idarə etmək

Mağazada məhsulları əlavə etdikdən sonra müştərilər onları saytınızdan ala biləcəklər. WooCommerce» Orders səhifəsinə gedərək müştəri sifarişlərini görə bilərsiniz.

woocommerce orders

Dropshipping pluginlərindən asılı olaraq burada sifarişləri doldurmaq üçün seçim görə bilərsiniz. Bu seçim sayəsində müştərinin sifariş detalları tədarükçüyə göndəriləcək. AliDropship kimi WooCommerce plugin-ləri bir kliklə sifarişləri tədarükçüyə göndərir. Sizin genişlənməniz bu funksiyanı dəstəkləmirsə onda öz tədarükçünüzə müştərinin sifariş və göndəriş məlumatlarını manual olaraq təmin etməlisiniz. Hər bir sifarişin üzərinə klik etməklə ona baxa bilərsiniz.

online satış
internet biznesi
dropshipping biznesi

Digər məlumat səhifəsində sifariş olunmuş məhsullara, müştərinin ödəniş məlumatların baxa bilər, sifarişin statusunu redaktə edə bilərsiniz. Tədarükçü sifarişi göndərdikdən sonra statusu tamamlanmış edə bilərsiniz.

Dropshipping biznesini genişləndirmək üçün mənbələr və alətlər

dropshipping biznesi 
online satış

WooCommerce ilə dropshipping mağazasını quraşdırmaq çox sadədir. Amma əsas iş elə quraşdırdıqdan sonra başlayır: biznesi reklam etmək, vebsayta trafik gətirmək, trafiki müştəriyə çevirmək və zamanla marketinq strategiyasını davamlı inkişaf etdirmək.

Bu məqsədlərə çatmaq üçün xeyli sayda alət və genişlənmələr var. Əsaslarını aşağıda qeyd edirəm:

SEO

SEO axtarış motorlarından mağazanıza daha çox trafik gətirməyə yardım edəcək. Mağazanızın axtarış sistemlərində daha yuxarı sıralarda yer alması üçün görə biləcəyiniz işlər barədə WordPress üçün SEO optimizasiya yazımda öyrənə bilərsiniz.

Konversiyaları optimallaşdırmaq

Saytınızın ziyarətçiləri artdıqca alışların da çoxalmasını istəyəcəksiz. Marketinq terminlərində bunun adı konversiyadır (ziyarətçinin istədiyiniz fəaliyyəti yerinə yetirməsi). Konversiyanın optimallaşdırılması satışların artırılmasına gətirib çıxarır. Sizə internetdə bir nömrəli konversiya optimallaşdırma aləti olan Roello-dan istifadə etməyi tövsiyə edirəm.

Analitika

Əlbəttə ki, axırda bütün gördüyünüz işlərin nəticəsini bilmək, bilmək istəyəcəksiz. Buna görə sizə MonsterInsights plugini lazım olacaq ki, Google Analytics-i quraşdıra biləsiz. MonsterInsights-da genişləndirilmiş e-ticarət izləmə funksiyası da var. Beləliklə, onun sayəsində siz hansı məhsulların məşhur olduğunu, hansı səhifələrin pis işlədiyini izləyə biləcəksiniz.

Digər pluginlər

WooCommerce vasitəsilə 55000+ WordPress plugin-indən istifadə edə bilərsiniz. Onların bir çoxu da e-ticarət saytları üçün nəzərdə tutulub. Belə plugin-lər əlaqə forması, məhsul müqayisəsi, valyuta dəyişmə və s.kimi funksiyaları əlavə etməyə imkan yaradır.

Beləliklə bir yazının nöqtəsini də burada qoymaq istəyirəm. Online bizneslər barədə daha çox məlumatlar almaq istəyirsinizsə, bloqumu izləyin.

Rating
Click to rate this post!
[Total: 29 Average: 4.7]

Oxşar yazılar Posts

Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla
Dropshipping

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
Financial Freedom
Pul Qazanmaq

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

24 Noyabr 2021
hazir biznes satishi
Biznes ideyası

Hazır online biznesləri harada alıb-satmaq olar?!

29 Mart 2021
dropservicing
Biznes ideyası

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

27 Avqust 2020
2checkout_odeme_sistemi
Onlayn mağaza

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
youtubedan pul qazanmaq
Pul Qazanmaq

Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

30 İyul 2020

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In