Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2024 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    47 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Bazar, May 18, 2025
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
Bölmə Dropshipping, Onlayn mağaza
Reading Time: 7 mins read
12 1
4
PAYLAŞIM
31.1k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

OxşarYazılar

2checkout_odeme_sistemi

Məzmun

    • 2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu
    • Dropshipping üçün trend məhsul
    • Dropshipping biznesi üçün pulsuz trafik axını
  • Shopify-da nə sata bilərəm?
  • Dropshipping nədir və Shopify dropshippingdən niyə istifadə etməliyəm?
  • Shopify dropshippingə necə başlaya bilərəm?
  • 5 addımda Shopify-da dropshipping biznesinə başla 
    • 1. Shopify hesabı yaradırıq
    • 2. Tənzimləmələri optimallaşdırırıq
      • Ödəniş haqqında danışaq
      •  Mağaza siyasəti
      • Çatdırılma tariflərimizi təyin edirik
    • 3. Shopify dropshipping mağazası açırıq
    • 4. Dizayn önəmlidir
      • Shopify-da mövzu seçmək
    • 5. DSer və Oberlo istifadə etməyi öyrənirik

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
dropshipping_uchun_trend_mehsul

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Pulsuz trafik axini

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020

Bir çox sahibkar üçün Shopify e-ticarət dünyasına ən asan və rahat giriş yoludur. Öz məhsullarınızı bir yerdən başqa yerə daşımadan, rahatlıqla veb saytlar üzərindən sərgiləyə və istər yerli, istər qlobal müştəri kütlənizə çata bilərsiniz. 

Shopify müştərilərinə öz mağazalarını asanlıqla yaratmaq imkanı verir. Buna görə də, hazırda 175-dən çox ölkədə 1,2 milyon satıcı ilə işləyir. 

Hər nə qədər mürəkkəb e-ticarət əməliyyatları aparsa da bu platformanın interfeysi istifadəçilər üçün çox sadələşdirilib. 

Shopify-da nə sata bilərəm?

Bu platformada rəqəmsaldan fizikiyə qədər geniş məhsul kateqoriyaları sata bilərsiniz:

  • Onlayn dərslər, təlimlər
  • Kirayə edilə bilən avadanlıqlar 
  • Xidmət və konsultasiyalar
  • Fiziki məhsullar ( geyim, aksesuar)
  • Rəqəmsal məhsullar (elektron kitablar)

Dropshipping nədir və Shopify dropshippingdən niyə istifadə etməliyəm?

Dropshipping satıcıya məhsulunu heç bir yerə daşımadan satmaq imkanı verən biznes modelidir. 

4RWq G4 M66yPo66Sz556Bjg02QC90bxV9JhgYbaGB9h8NChjxQyA 5a27Ygq3tVNdqeHRgRziwWxFgAoZbAIU

Müştəri fərqli bir ölkə və ya regiondan sizin məhsulunuzu sifariş verdikdə siz sadəcə təchizatçı şirkətlə əlaqə saxlayırsız və məhsulu onlara ötürürsüz. Həmin şirkət isə məhsulunuzu birbaşa müştərinizin ünvanına təhvil verəcək. 

Bir satıcı olaraq Shopify dropshippingdən istifadə etdikdə istehsal və ya göndərmə üçün cavabdehlik daşımırsınız. Bu isə ənənəvi topdansatışçıların qarşılaşdığı böyük xərclərdən sizi uzaq tutur. 

Shopify dropshippingə necə başlaya bilərəm?

Sıfırdan dropshipping biznesi qurmaq sizə bir az çətin və qarışıq görünə bilər. Veb saytın dizaynı, məhsullarınızı bu saytda yerləşdirmək, ödəmə üsulları, çatdırılma və vergilər- bütün bunlar ilk başda sizi təşvişə salırsa,  Shopify-ın Exchange vebsaytından istifadə edə bilərsiz. 

 Exchange sahibkarların elektron ticarət bizneslərini maraqlanan alıcılara satış üçün təklif etdiyi platformadır. Exchange bizə maraqlandığımız biznesin trafik və gəlir məlumatları kimi mühüm detalları görməyə imkan verir. 

 Məlumatları nəzərdən keçirdikdən sonra razı qaldığımız biznesin sahibkarı ilə əlaqə saxlamaq üçün platformanın özündə mövcud olan mesajlaşma sistemindən istifadə edərək, birbaşa satıcı ilə əlaqə saxlaya bilərik. Satışda olan 9,000-dən çox e-ticarət mağazası arasından mütləq ki, axtardığınızı tapacaqsız. 

E-ticarətə başlamazdan əvvəl burdan etiyacınız olan bir neçə məsləhətə də göz ata bilərsiz.

5 addımda Shopify-da dropshipping biznesinə başla 

Bu 5 addımı izləyərək dünyanın ən yaxşı e-ticarət platformasında öz biznesinizi qura biləcəksiz. Bununla yanaşı hər mərhələdə sizinlə maraqlı ipucuları da bölüşəcəm. 

1. Shopify hesabı yaradırıq

Mağazanıza vermək istədiyiniz ad və satacağınız məhsul bəlli olduqdan sonra Shopify-da hesab yaradırıq. 

Bunun üçün Shopify saytının ana səhifəsinə daxil oluruq və “Start free trial” (ödənişsiz sınaq versiyası) seçimini klikləyirik.

tI7e4gquIi6eQkHf7aieVnu1YLe78LT61nGdqog7PeW7D7J7e1kNwb522teikdXZBA9W3 4jNi3pTwrOJaxTU 0CCKIjckCsuEAuDB0oSODPRdE8Hf7L1a30zxtePMS NtOm1PKQuQ2lBU1TN5P74 gV6lUyJRF0uwiTjpu9QrqJw3Rw5dMSXPhQSA

 

Bundan sonra, açılan pəncərələrdə bizim məhsul kateqoriyamız, hansı ölkədən olduğumuz, satışı hansı formada həyata keçirəcəyimizlə bağlı suallar veriləcək. 

Sualların içindən sizin biznesinizi ən dəqiq təsvir edən cavabları seçdikdən sonra elektron ünvanınız və telefon nömrənizi daxil edirsiz. 

Nəzərə alın ki, bu sınaq versiyanın ömrü 3 gündür. Sınaq versiya bu platformanın sizə uyğun olub-olmadığını yoxlamağa imkan verir. 

Sınaq müddəti bitdikdən sonra Shopify sizə biznesinesinizin bütün xüsusiyyətlərini nəzərə alaraq qiymət təklifi çıxarır. 

2. Tənzimləmələri optimallaşdırırıq

Bu hissədə sizinlə yeni yaradılmış Shopify hesabınızın parametrlərini nəzərdən keçirəcəyik. 

Bununla müştərilərdən ödənişlərin alınması, mağaza siyasətinizin yaradılması və göndərmə tarifləriniz kimi önəmli məqamlar üçün bu hissə vacibdir.

Ödəniş haqqında danışaq

İlk işinizdən biri Shopify dropshipping mağazanız üçün ödəniş üsullarınızı seçmək olacaq. Ödəniş üsullarını qeyd etmədən müştərilərinizdən xidmətə görə ödəniş ala bilməyəcəksiz. 

Bu hissəni tamamlamaq üçün Shopify Settings (tənzimləmələr) səhifəsinə keçid etməlisiz. Sol küncdəki  “Payments”  tabına daxil olaraq ödəniş məlumatlarınızı əlavə edin. 

5h67aZkrhijs7NPnEnMlQCvoVb8MJ3PnNnTOHyNLCnfViSKxpxN

 Mağaza siyasəti

Shopify dropshipping mağazasını yaradarkən diqqət etməli olduğumuz daha bir məqam var: mağaza siyasəti. 

Shopify bunun üçün bizə bir neçə faydalı alət təklif edir. Bu alətlər avtomatik olaraq mağazanız üçün standartlaşdırılmış məxfilik siyasəti, geri qaytarma siyasəti və şərtlər və qaydalar yaradır. 

Bu alətlərə Shopify tənzimləmələrindən daxil ola bilərsiniz. Bunun üçün “Checkout” tabına klikləyin və müvafiq sahələri tapmaq üçün aşağıya sürüşdürün.

Çatdırılma tariflərimizi təyin edirik

Shopify dropshipping mağazası yaradanda fikir verməli olduğumuz əsas nüanslardan biri də aydın tariflərimizin olmasıdır. 

JxzTuR 5WHlrj7Atl6B5Q3PD1MAKXT7fZlXUJMjjks e7yag0ZFasidwe33ycSOeyATWWzVt tm6dNFY22za lwMLdKOfsP9GSjnCY86YJzAWyrXTa 22vD FoMNwi1hDbgq2hhqSesKniCl8 6PzbxhpB9 mtz2NiOBmvKAFc9 rv9DOkGwlWmkDw

Yaxşı olar ki, müştərilərinizə pulsuz çatdırılma təklif edəsiz. Çünki qiymətləriniz bölgədən-bölgəyə dəyişdikcə müştəriləri çaş-baş qoya bilər. 

Ən asan yol, çatdırılma xərclərini öncədən məhsulun qiymətinə əlavə edəsiz. Məsələn, əgər kitab satışı ilə məşğulsuzsa və satdığınız kitabın qiyməti $35, çatdırılma isə $5-sa, kitabı $39.95 dollara satışa çıxarın. 

“Pulsuz Çatdırılma” siyasətini isə Shopify dropshipping mağazanızın marketinq strategiyası kimi istifadə edə bilərsiz.

3. Shopify dropshipping mağazası açırıq

Shopify dropshipping mağazamız üçün bütün lazımi məlumatları qeyd etdikdən sonra, Shopify admin tablosunda Sales Channels (satış kanalı) tabına keçin. 

yRd6E69gRRtZMjX2MG6EmIZ Q21S 4U4cQh2UtkkP8cFKZRBuYvOkfuq2MHZmABWM9D0Ecc5Z 1jA wjvzxtDLvfdi50KiVM5o4ap a0OlI6jL8sjTv9FYpQMTMXqRLoqbenioIIG5jDKn8NN6D93plpGgbHj2U72KnF eN7zuo Rdf2FtBaASm TA

Bu hissədə “Add an online store” (onlayn mağaza əlavə et) seçiminə daxil olun. Bu mərhələ bitdikdən sonra onlayn mağazanız fəaliyyətə başlayacaq.

4. Dizayn önəmlidir

Real dünyada mağazamızın ümumi görünüşü, səliqəli və aydın piştaxtaların olması nə qədər önəmlidirsə e-mağazamız üçün də eyni qədər önəmlidir. 

Müştərilər Shopify dropshipping mağazamıza göz atdıqları zaman rənglər, səliqlə və aydın başlıqlar, məntiqi ardıcıllıqla qarşılaşdıqda daha rahat alış-veriş edə biləcəklər. 

Buna görə də, bu hissədə birlikdə mağazamızı dizayn etmək üçün əsas iki məqama toxunacağıq: mövzu və loqo. 

Shopify-da mövzu seçmək

Shopify istifadəçilərinə geniş seçim imkanları verir. Mövzuları həm pulsuz, həm ödənişlə əldə edə bilirsiz. 

1vmghZw28lgNOzrRMamZMKC1B6D8G hRuLLgXYdiHpvx3KE5EAv4MpS3mI7qAK01g5SD5gplYEH4MLoB1xTKMXdVVEVyqmMXTinIyt ch SAoEyP 5g2TzIiqeR6088fqZu 5KpH0hDF7SaoUSJuQ3vLsy6nlEE H8w kYFv MUeLB3e1QDvI9jgiA

Ümumilikdə 8 pulsuz, 64 ödənişli mövzu tapa bilərsiz. Mövzu seçərkən onun satmaq istədiyiniz məhsul üçün ən yaxşısı və uyğunu olduğuna diqqət etmək mütləqdir. 

Mövzular telefon, planşet, kompüter ölçülərinə uyğulaşmaq üçün avtomatik olaraq ölçü dəyişə bilirlər. 

Shopify mövzu ilə yanaşı pulsuz loqo hazırlanması xidmətini də təklif edir.

5. DSer və Oberlo istifadə etməyi öyrənirik

Shopify dropshipping mağazanızın dizaynını uğurla bitirdikdən sonra satışa başlamağınız üçün məhsullar əlavə etməliyik. 

Çatdırılma edəcəyimiz məhsulları əlavə etmək üçün Shopify alətlərindən biri olan DSers və ya Oberlo tətbiqini quraşdırmalıyıq. Bu tətbiqlər məhsullarını fərqli yerlərə çatdırılma etmək istəyən e-ticarət sahibkarları üçün ən yaxşı alətlərdən biridir. 

Hər hansı birini seçib Shopify ilə quraşdırdıqdan sonra Shopify mağazamıza kateqoriya əlavə etməliyik. 

nSLq RnqMbtKld5DZdSbG6Z8EWK6W1UUGe A8tzGf39kaEqxppFeKi2S0 M SF2HfjuAUA31evW5j0GDcHZgz3g6N9DRSTqEHeWO YUAsRpqsBLtyj9R7DKHLRnTlOJelBwOoxCIDNtdLQeaBt K BnWAwKknsZwnD F7qUCHR0M6VvA0Grjuj0fsA

Bu kateqoriyanı satacağımız məhsulların növünə uyğun adlandıracağıq. Onlayn geyim satışı biznesinə başlamaq barədə düşünürsünüzsə, bu kateqoriyanı sadəcə “Geyim” adlandıra bilərsiz. 

AliExpress və Oberlo mükəmməl inteqrasiya olunduğu üçün elə ilk gündən məhsullarınızın idxal və satışını edə biləcəksiz. 

Rating
Click to rate this post!
[Total: 10 Average: 4.7]

Oxşar yazılar Posts

2checkout_odeme_sistemi
Onlayn mağaza

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
dropshipping_uchun_trend_mehsul
Dropshipping

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
dropshipping vergi
Dropshipping

ABŞ-da Dropshipping – Vergi ilə bağlı suallarınızı cavablandırdım

25 İyun 2020
yay mehsullari dropshipping
Onlayn mağaza

Onlayn satış üçün yay məhsulları

15 İyun 2020
dropshipping biznesi
Biznes ideyası

Dropshipping biznesi nədir və necə başlamaq olar?

11 İyun 2020

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.