Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
Bölmə Onlayn mağaza
Reading Time: 7 mins read
0 0
0
PAYLAŞIM
2.9k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Dropshipping biznesi, hesab edirəm ki, öz kulminasiya dövrünü yaşayır. Dropshipperlər bu biznesdən çox fayda əldə etsələr də, problemləri də yox deyil. “Dropshipping nədir, bilmirəm” deyib yazını yarımçıq qoymaq istəyirsinizsə, tələsməyin. Dropshipping elə bir onlayn biznes növüdür ki, onunla ciddi surətdə məşğul olanlar aylıq çox yaxşı qazanc əldə edə bilirlər. Bu yazımda təkrarçılığa yol vermək istəmədiyimə görə Dropshipping-lə bağlı daha ətraflı bloqumda digər postlardan məlumat ala bilərsiniz. Məsləhət görürəm ki, Dropshipping biznesi nədir və necə başlamaq olar? yazısından başlayasınız.

dropshipping nədir
2checkout ödəniş hesabı

İndi isə keçək ABŞ-dan kənarda dropshipping-lə məşğul olanların əsas ortaq bir probleminə. Bu, ödəniş metodudur. Doğru-düzgün ödənişləri əldə edə bilmirsinizsə, online mağazanızın olması əhəmiyyətsizdir. Tək PayPal gedəcəyiniz uzun yolda çətin ki, sizə yardımçı ola bilsin. Buna görə də mağaza hesabınızı 2checkout hesabına tanıtmaq və belə xüsusi bir ödəniş keçidinin olması ödənişlər üçün zəruridir. Amma 2checkout hesabı bir çox dropshipper-lərin mağazasını qəbul edib, təsdiqləmir.

OxşarYazılar

Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
dropshipping_uchun_trend_mehsul

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Pulsuz trafik axini

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020

Çox zaman dropshipper-lər 2checkout hesabının ümumi işləmə prinsipini düzgün başa düşmür, buna görə də səhvə yol verirlər. Amma ödənişlər üçün təkcə 2checkout hesabından istifadə etmək də doğru seçim deyil.

Qeyd etməliyəm ki, 2checkout hesabı dropshipping biznesini sevməsə də, qadağan edə bilmir.

Dropshipperlərin səhvləri

Dropshipper Shopify-da və ya Woocommerce -də mağaza qurur, Setting bölməsində ödəniş metodu hissəsinə gəlib çatır. Burada 2checkout hesabını ödəniş metodu olaraq seçir. Satış etdikdən sonra isə dərin fikrə qərq olur ki, hesaba niyə pul daxil olmur.

Shopify mağazasını 2checkout hesabına daxil etdikdə avtomatik olaraq o, sizin satış platformanızı görür. Bu da o deməkdir ki, mağazanızı 2checkout hesabının qaydalarına uyğun gəlib-gəlmədiyini qiymətləndirir. Mağazanı 2checkout hesabının qaydalarına uyğun quraşdırmaq isə sizin məsuliyyətinizdədir.

Buna görə də mağazanı öncədən nəzərdən keçirib 2checkout hesabında qeyd olunan bütün şərtlərə uyğunluğunu yoxlamaq lazımdır.  Bu halda sizin təsdiq prosesiniz asanlaşacaq.

2checkout  hesabı həmçinin sizin online mağazanızın işlək olub-olmadığını yoxlayır. Hesab edək ki, siz Shopify-da təzə mağaza yaratmısız, amma bu mağaza sifarişləri yerinə yetirə bilmir. Bu halda hesabınız qəbul olunmayacaq. Əksər dropshipperlər Shopify üzvlüyünü almamaqla səhvə yol verirlər. Bu səhv nədən ibarətdir? 2checkout hesabı yoxlanışa başlayada sizin göndərdiyiniz URL-dən istifadə edir. Üzvlüyü almadığınız halda onlara “Mağaza tezliklə açılacaq” və ya “Sayta daxil olmaq üçün planı alın” kimi mesajlar gedəcək. Buna görə də Shopify-da planı almaq vacibdir.

Shopify planı almaqdan başqa mağazanın şifrəsini aradan qaldırmalısınız. Yalnız şifrəni götürdükdən sonra 2checkout sizin hesabınıza baxa bilər.

2checkout ilə hesab yaratmaq

2checkout hesabı yarat
onlayn ödəniş gateway
  • 2checkout.com hesabına daxil olun.
  • Ana səhifədə Sign-up-a daxil olaraq qeydiyyatdan keçin.
  • Tələb olunan sahələrə məxfilik, pulun geri ödənməsi və şərtlərin linklərini daxil etməlisiniz.
  • Qeydiyyatdan keçdikdən sonra 2checkout sizdən email vasitəsilə bir neçə hesab-faktura göndərməyinizi istəyəcək.
  • Bir neçə hesab-faktura göndərib, 2checkout-dan cavab gözləyin.

2checkout-a göndərməyə hesab-faktura yoxdur

Təbiidir ki, mağazanı yeni açmısınızsa göndərməli hesab-fakturanız olmamalıdır. Bu halda aşağıdakı addımları atmaq lazımdır:

  • Saxta hesab-faktura göndərmək olmaz.
  • 2checkout-a email yazaraq, vəziyyəti olduğu kimi izah edin.

Email-də yaza bilərsiniz ki, yeni şirkət olduğunuza görə hələ heç bir hesab-fakturanız yoxdur. Lakin buna baxmayaraq, mağaza işə başlamağa tam hazır vəziyyətdədir. Sifarişləri almağa başlamaq üçün təkcə 2checkout hesabının təsdiqi lazımdır. Onlara işlədiyiniz bütün tədarükçülərin ünvanlarını və digər detalları göndərə bilərsiniz. Və təsdiq etməkləri üçün əlavə lazım ola biləcək məlumatlar barədə soruşun.

Dear 2Checkout team, 

We are a new startup and have not started working at this moment. We are equipped with all the resources and are ready, to begin with, the processing stage. However, we are first waiting for the 2checkout account to get approved before taking any orders. On the contrary, we can send you the details, links, or addresses of the suppliers or dealers whom we are working on our submitted online store. 

Also, if you need any other information on this context, then please let us know. We will ensure providing them all, to the soonest. 

Best regards,

Adınız

———————-

Təqribən yuxarıdakı məzmunda bir email göndərdikdən sonra 2checkout sizə güvənə bilər.

İşləyəcəyiniz tədarükçülərin əlaqələrini tapmaq üçün Aliexpress-də satıcıların səhifəsinə daxil olub, linklərini kopyalayın.

2checkout-u aldatmaq olar?

Əslində aldatmaq olar. Siz başqa mağazalardan hesab-fakturaları götürüb, başlığı, məhsulun adını və s.dəyişə bilərsiniz. Beləliklə, Aliexpress-in alış səhifəsinə gedib, sifariş verib, ünvanı, tarixin olduğu skrinşotu götürsünüz, daha sonra dəyişiklikləri edib 2checkout-a göndərmək olar.

Təsdiq almaq üçün siz artıq iki üsul bilirsiz. Düzgün edə bilsəniz, 2checkout hesabınızı qısa müddətə təsdiqləyə bilərsiniz.

2checkout hesabını təsdiqlətmək üçün digər məsləhətlər

Peşəkar olduğunuzu göstərin

2checkout-un sizə və biznesinizə güvənməsi çox vacibdir. Shopify və ya Woocommerce mağazanız varsa, 2checkout sizi artıq şirkət hesab edir. Əgər mağazanızda İngilis dilindən qrammatik qaydalara uyğun düzgün istifadə olunmursa, bu mənfi təəssürat yarada bilər və 2checkout ümumiyyətlə sizə maraq göstərməz.

Buna görə də ünsiyyət zamanı, xüsusən də email-lərdə yazınıza diqqət yetirin. 2checkout düşünməməlidir ki, siz işi və ya İngilis dilini zəif bilirsiniz. Özünüz dili bilmirsinizsə, kənardan mütləq kömək almalısınız.

2checkout-a Aliexpress və ya digər platformalardan dropship etdiyinizi bildirməməlisiniz

aliexpressdən dropshipping 
online biznes

Birincisi, 2checkout hesabında ən yaxşı plan biznes plyusdur. Bu planın geniş databazası da var. Əgər düşünürsünüzsə ki, onlar sizin online mağazanızı diqqətlə yoxlamayacaq, yanılırsınız. Məsələn, deyək ki, mağazada Aliexpress-dən dropship etdiyiniz ucuz bəzək əşyaları satırsınız.

Bundan başqa, logo, paylaşımlar və mağazanın mövzusu da elə yaxşı deyil. Bunlarla sizin 2checkout hesabından təsdiq almağınız qeyri-mümkündür. 2checkout komandasının mütəxəssisləri üçün mağazaya baxan kimi onun dropshipping-lə məşğul olub-olmadığını bilmək su içmək kimi bir şeydir.

Onlayn mağazanız üçün gözəl dizayn tərtib etməyə çalışın

2checkout hesabından tərəddüdsüz təsdiq alıb, işləmək istəyirsinizsə aşağıdakılara riayət etməlisiniz.

  • Keyfiyyəti yüksək olan şəkillər seçin
  • Premium mövzu əldə etmək işin yarısını görməkdir.
  • Mağazanıza keyfiyyətli məhsullar əlavə etməyə çalışın.
  • Mağazaya eyni zamanda bahalı məhsullar da əlavə edin. (Məs:kamp məhsulları, idman ləvazimatları və s.)

Burada əsas məqsəd odur ki, 2checkout hesabı sizin Aliexpressdən dropship etdiyinizi başa düşməsin. Yuxarıdakı addımları atsaz, 2checkout elə hesab edə bilər ki, satdığınız məhsullar sizin öz markanızdır. Bu da sizi dropshipping müqavilələri, hesab-faktura və s.kimi işlərlə məşğul olmaqdan xilas edəcək.

Mağazada HEÇ BİR pulsuz məhsul olmamalıdır

0 qiymət qoyduğunuz istənilən məhsul başınızı ağrıdacaq. 2checkout sizdən həmin məhsulu silməyinizi istəyəcək, eyni zamanda da sizin Aliexpress-dən dropship etdiyinizi başa düşəcək. 2checkout yalnız göndəriş (free+shipping) haqqı alınan pulsuz məhsullar yerləşdirməyə icazə vermir.

Online mağazada aşağıdakı məhsulları yerləşdirməyin

  • 2checkout hesabı digər brendlərin adından, şüarından istifadə etməyə icazə vermir.
  • Silah, qanunsuz məhsullar, qumar alətləri və 18+ məhsullar satmayın.

2checkout dropshipping müqaviləsi istəyirsə nə etmək olar?

Dropshipping müqaviləsi əldə etmək üçün:

  • Google-da “Chinese Dropshipping agreement” axtarışı verin.
  • Qarşınıza yüzlərlə şablon çıxacaq.
  • Arasından ən yaxşısını və orijinalını seçməyə çalışın.
  • Lazımi qaydada düzəlişləri həyata keçirin.
  • Email-ə göndərib bu şablonun keçərli olub-olmadığını öyrənin.
  • Tədarükçülərinizdən imzaları toplayıb, 2checkout hesabına daxil edin.

2checkout hesabından təsdiq ala bilmək üçün 2checkout-un şərtlərini oxumaq və həmin şərtlərin hamısına riayət etmək vacibdir. Sizdən tələb olunan nə varsa (dropshipping müqaviləsi, hesab-fakturalar) lazımi qaydada göndərin. Bütün bunları etdikdən sonra 2checkout hesabının sizin mağazanıza təsdiq verməmək kimi şansı qalmayacaq.

Online bizneslər, onların düzgün reklamı barədə daha çox məlumat almaq istəyirsinizsə, bloqumu oxumağa davam edin. Maraqlandığınız mövzularla bağlı şərh yazmağa, sual verməyə çəkinməyin.

Rating
Click to rate this post!
[Total: 5 Average: 5]
Teqlər: 2checkout ödənişidropshipping biznesidropshipping üçün ödəniş

Oxşar yazılar Posts

Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla
Dropshipping

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
dropshipping_uchun_trend_mehsul
Dropshipping

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
dropshipping vergi
Dropshipping

ABŞ-da Dropshipping – Vergi ilə bağlı suallarınızı cavablandırdım

25 İyun 2020
yay mehsullari dropshipping
Onlayn mağaza

Onlayn satış üçün yay məhsulları

15 İyun 2020
dropshipping biznesi
Biznes ideyası

Dropshipping biznesi nədir və necə başlamaq olar?

11 İyun 2020

Şərhlər 1

  1. Avatar of Rahim Rahim says:
    3 il əvvəl

    Salam

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In