Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

7 aşağı büdcəli biznes ideyası

04 İyun 2020
Bölmə Biznes ideyası, Pul Qazanmaq
Reading Time: 10 mins read
0 0
0
PAYLAŞIM
18.1k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

9-6 iş rejiminə qane olmayan şəxslər biznes qurub özləri üçün işləmək həvəsinə düşsələr də, başlamaq üçün kifayət qədər pulları olmur. Bu yazımda sizə aşağı büdcə ilə qura biləcəyiniz bizneslərdən söhbət açmağa qərar verdim.

Biznes ideyası 1: Dropshipping

Dropshipping 
online biznes

Məhsul almaq və onları idarə etmək böyük maliyyə vəsaiti və vaxt tələb edir. Ticarətə başlamaq təkcə araşdırmaq, yaxşı məhsullar tapıb satmaqla bitmir. Ticarətçi həm də anbar, paketləmə, göndəriş məsələləri ilə məşğul olmalıdırlar.

OxşarYazılar

Financial Freedom

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

24 Noyabr 2021
hazir biznes satishi

Hazır online biznesləri harada alıb-satmaq olar?!

29 Mart 2021
dropservicing

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

27 Avqust 2020

Bu çətin görünən işdən çıxış yolu Dropshipping-dir. Dropshipping biznesində anbar, göndəriş məsələlərini sizin yerinizə satıcı şirkət həyata keçirir, amma sifarişlər birbaşa sizin adınızdan çatdırılır. Bu necə olur?

Müştəri sizin saytınızdan sifariş etdikdə siz məlumatları öz satıcınıza göndərirsiniz, qalan işlərlə onlar məşğul olurlar. Beləliklə də siz daha asanlıqla bir və ya bir neçə satıcı vasitəsilə öz məhsullarınızı idarə edə bilərsiniz.

Dropshipping biznesi üçün mobil tətbiqlər də mövcuddur. Bu tətbiqlər vasitəsilə məhsul barədə məlumatları tədarükçü şirkətdən birbaşa öz satış səhifənizə yükləyə bilərsiz. Bu işdə sizin görməli olduğunuz iş səhifəyə müştəri cəlb edib, satışı həyata keçirmək olacaq.

İnternetdə Dropshipping biznesi üçün tədarükçü olacaq yüzlərlə şirkət var. Ən məşhurları aşağıdakılardır:

  • Spocket
  • MXED
  • Oberlo

Dropshipping məhsullarını sınaqdan keçirmək məqsədilə saytınıza əlavə etməmişdən öncə çalışın ki, onları birinci özünüz alasınız. Keyfiyyətinə əmin olduqdan sonra artıq məhsulu rahatlıqla saytınızda sata bilərsiniz. 

İlk növbədə bir neçə məhsulla sadə bir onlayn mağaza yaradıb, reklam edə və satışlara başlayın. Yeri gəlmişkən, onlayn mağaza yaratmağı Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat yazım vasitəsilə öyrənə bilərsiniz.

Əgər Dropshipping biznesini uzunmüddətli davam etdirmək istəyirsinizsə öz tədarükçü şirkətinizlə əlaqələr qurmalısınız. Çünki bu halda şirkət sizə daha məsuliyyətlə yanaşacaq və siz də öz müştərilərinizə xidməti daha güvənlə təqdim edə biləcəksiniz. Tədarükçü şirkət sizi ciddi qəbul etməsə, siz də müştərilərinizi itirə bilərsiniz.

Biznes ideyası 2: Drop servicing

Drop servicing
online biznes

Dropshipping-dən fərqli olaraq Drop servicing-də siz məhsul deyil, xidmət satacaqsınız. Bu xidməti isə özünüz deyil, outsource olaraq 3-cü şəxsə gördürəcəksiniz. Bu xidmətlər tərcümə, dizayn, SMM, redaktorluq, animatorluq və s.kimi onlayn görülə biləcək hər növ iş ola bilər. Amma Drop servicing-də müştəri qarşısında birbaşa məsuliyyət daşıdığınız üçün satdığınız xidməti öz biliyinizin olduğu sahədə seçib, işi təhvil verməmişdən öncə özünüz də baxış keçirməlisiniz. Əks halda artan narazı müştəri sayı biznesinizə xələl gətirib, onu tezliklə çökdürə bilər.   

Dropshipping və Dropservicing bizneslərini həyata keçirmək barədə daha ətraflı məsləhət almaq, eləcə də mənfi və müsbət tərəflərini öyrənmək üçün Dropshipping vs Drop servicing? Hansı daha yaxşıdır? adlı məqaləmi mütləq oxuyun. 

Biznes ideyası 3: Çap məhsulları

Çap biznesi 
online biznes

Çap məhsulları biznesi Dropshipping biznesinə bənzəyir. Bu biznesdə də siz məhsulları saxlamaq, göndəriş etmək və sifarişi həyata keçirmək üçün tədarükçü şirkətə etibar edəcəksiniz. Bizneslər arasında əsas fərq ondadır ki, burada məhsulları öz istəyinizə uyğun dizayn edə bilərsiniz. Çap məhsullarına qısaqol köynəklər, şlyapa, çaşka, mobil telefon üzlükləri, sport geyimləri, çanta, poster və s.aid ola bilər.

Beləliklə, kreativ fikirləriniz varsa və dizaynla aranız yaxşıdırsa, siz yaxşı bir tədarükçü şirkət tapıb məhsulları özünüz dizayn elətdirərək, biznesinizi qura bilərsiniz. Öz ideyanız olmasa belə freelance xidmətlər təklif edən saytlarda ( Fiverr, Upwork, Dribbble, 99Designs və s.) ucuz qiymətə dizayn xidməti alaraq işinizi görə bilərsiniz.

Bu işin əsas mənfi tərəfi odur ki, tədarükçü şirkətlər topdan sifariş qəbul etmir. Siz hər məhsula görə ayrı-ayrı ödəniş etməli olursuz. Buna baxmayaraq, ta ki satışı öz saytınızda həyata keçirmədikcə dizayn edib yerləşdirdiyiniz məhsula görə sizin bir qəpik də xərciniz çıxmayacaq. 

İşi təşkil edə biləcəyiniz çap şirkətlərindən aşağıdakıları seçə bilərsiniz:

  • Printful
  • Gooten

Məsləhətim – əlavə xərc çəkmədən özünüz bir sayt yaradıb, bu biznesə başlaya bilərsiniz. Saytınızı yaratdıqdan sonra çap məhsullarınızı hazırladıb, saytınızda satışını həyata keçirin. “Bütün bu prosesləri təkbaşına edə bilmərəm” deyirsinizsə, 2020-ci ildə ən effektiv internet biznesi yazımda sayt yaratmaqdan tutmuş Printful platformasında işləməyə, saytda satışı həyata keçirməyə qədər detallı məlumat vermişəm. 

Biznes ideyası 4: E-kitab

elektron kitab yarat
online satış ideyaları

Ola bilsin ki, həmişə yazıçı olmaq istəmisiz və yaxud da istəməsəz də hansısa sahədə özünüzü peşəkar hesab edirsiz. Bu, əslində hər hansı bir sahə ola bilər. İnsan resursları, marketinq, evdarlıq, bağbanlıq və s.həyatda mövcud olan, bilib-bilmədiyimiz bütün sahələrdə kitab yazıb, yayımlamaq mümkündür.

Hardan başlayacağınızı bilmirsizsə, Lulu Xpress və ya Blurb saytlarını nəzərdən keçirin. Bu saytlar sizə kitablarınızı yaradıb, istər rəqəmsal, istərsə də fiziki məhsul kimi yaymağa kömək edəcək.

Əgər kitab yazıb, satmağa qərar vermisinizsə, aşağıda qeyd etdiklərimi də özünüz üçün bir kənara qeyd edin.

Qiymət barədə düşünün: Yeni yazmağa başladığınıza görə sizi yazıçı kimi hələ tanımırlar. Məsələyə alıcı tərəfdən baxdıqda tanınmayan bir yazıçıdan kitab almaq risklidir. Buna görə də kitaba satış qiymətini qoyanda bu barədə düşünün. Bir az araşdırma edib baxın ki, oxşar mövzuda yazarlar öz kitablarını neçəyə satır.

Kitabı yayımladıqdan sonra oturub gözləməyin: Bu biznesi ciddiyə alırsınızsa, kitabı yayımladıqdan sonra hələ bir sıra işlər görməlisiniz. Bu işlərə email marketinq, sosial media kampaniyaları, vebinarlar və s.kimi auditoriyaya səsinizi çatdıra biləcəyiniz işlər aid ola bilər.

Pulsuz paylamağa çəkinməyin: Əgər ancaq pul qazanmaq deyil, həm də yazıçı kimi tanınmaq məqsədiniz varsa, oxuculara e-kitabı email vasitəsilə pulsuz göndərmək də əla fikirdir. Əslində siz eyni seriyalı bir neçə kitab yayımlasanız, hətta israrla birinci kitabı pulsuz verməyinizi məsləhət görərdim. Beləliklə, oxucularınıza kitab maraqlı gələrsə, davamını oxumaq üçün mütləq sizə geri dönəcəklər.

Biznes ideyası 5: Rəqəmsal məhsullar

rəqəmsal məhsullar
digital məhsullar
online biznes ideyaları

Dövrümüzdə rəqəmsal məhsullara olan tələbatlar yüksəkdir. Onlayn kurslardan tutmuş, yüklənə bilən e-kitab, musiqiyə qədər nəyi istəsəniz yaradıb, sata bilərsiniz.

Online biznesdə yenisinizsə, rəqəmsal məhsullar sizə kömək olacaq. Çünki rəqəmsal məhsullar satdıqda istehsal, anbar, göndəriş xərcləriniz çıxmayacaq və qazancınızı heç kimlə bölüşməyəcəksiz.

Artıq Shopify-da mağazanız varsa və rəqəmsal məhsullar satmaq üçün də bir bölmə açmaq istəyirsizsə, Shopify-ın pulsuz rəqəmsal yükləmələr tətbiqini yükləyə bilərsiz. Bu tətbiq sizə fiziki məhsullarla bərabər rəqəmsal məhsulları da satmağa imkan verəcək. Amma Shopify-dan istifadə etmədən WordPress-də WooCommerce mağazası ilə də məhsullarınızı sata bilərsiniz. WordPress-də WooCommerce mağazası açmağı öyrənmək istəyirsinizsə daha öncə yazdığım Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat yazımı oxuyun.

Online kurs yaratmaq və satmaq

  • Online kursun uğurlu olması üçün müştərilərə elə bilik və məlumatlar təmin etməlisiz ki, onların kursa verdikləri pula heyfi gəlməsin, əksinə həvəslə sizin kursunuza qoşulsun. Müştərinin gözləntiləri doğrulduqda onlar satdığınız bu rəqəmsal məhsuldan razı qalır.
  • Bir çox kurs təşkilatçıları pulsuz kurslar təqdim etməklə uğur qazanıblar. Belə videolar əsasən qısa və müştəri qazanmaq xarakteri daşıyır. Videoda qısa məlumat təqdim etsəz də baxın ki, məlumatlandırıcı video olsun. Sizin videonuzla maraqlanan şəxslər kursunuzun da potensial tələbələridir.
  • Ən nəhayət əvvəlcə əmin olun ki, təqdim etməyə hazırlaşdığınız kursa tələb olsun. Bazar araşdırması etməklə tələbin olub-olmadığını öyrənmək olar. Tələb olmayan bir sahədirsə, vaxtınızı hədər etməyə dəyməz.

Seçdiyiniz sahə üzrə kurslar varsa demək bu sahə lazımlıdır. Bundan başqa baxın ki, insanlar bu sahə üzrə axtarış saytlarında, sosial mediada suallar verirlər və sizin bu sahə üzrə fərqli təklif edə biləcəyiniz kontent var? cavab “hə”dirsə kursu başlamağa dəyər.

Onlayn kurs yaradaraq pul qazanmaq yazımda kurs hazırlamağın yollarını ətraflı izah etmişəm.

Biznes ideyası 6: Geyim brendi

geyim brendi yarat
online geyim saytı

Dəb mövzularından başınız yaxşı çıxırsa, online geyim mağazası aça bilərsiniz.

Əslində bu biznes üçün sadəcə geyim-keçimə marağın olması da kifayət edir. Sizin xüsusi dizayn, stilist qabiliyyətlərinizin olmasına ehtiyac yoxdur. Birinci biznes modelində qeyd etdiyim kimi dropshipping üsulu ilə də online mağazanızı qura bilərsiniz.

Shopify və WooCommerce kimi satış platformalarına inteqrasiya olunan xeyli sayda satıcı, tədarükçü saytlar var. Siz də həmin tədarükçülərdən istədiyiniz məhsulları asanlıqla öz saytınıza yükləyib satış edə bilərsiniz. Təchizatçı kimi aşağıdakı saytları seçə bilərsiniz:

  • Printful
  • Gooten
  • Spocket
  • Oberlo

Biznes ideyası 7: Əl işləri məhsulları

əl işlərini sat
online biznes

Gözəl əl qabiliyyətiniz varsa, nələrisə yaxşı hazırlaya bilirsinizsə, bundan istifadə edə bilərsiniz. Bura pankartlar, dulusçuluq məhsulları, sabun, mebel və sairə, və ilaxır aiddir. Yuxarıda qeyd etdiyim bizneslərdən fərqli olaraq bu işdə siz məhsulun hazırlanması, saxlanması, paketlənməsi, göndərilməsi kimi məsələlərlə də məşğul olmalı olacaqsınız.

Belə biznesə başlayanlar adətən sifarişdən sonra məhsulu hazırlamağa başlayır. Biznesiniz böyüdükdən sonra sizin həm investisiyanız böyüyəcək, həm də məhsulu hazırlamaq üçün lazım olan alətləriniz artacaq.  

Aşağı büdcəli biznes ideyalarını başlamaq üçün bəzi məsləhətlər

Sahəni mümkün qədər daraltmağa çalışın

Niş məhsul seçmək çox vacibdir. Birinci bu sizə çətin görünə bilər, amma ciddi surətdə qazanc əldə etmək istəyirsinizsə, ümumi məhsul yığınındansa xüsusi bir məhsul seçərək necə daha çox uğur qazana biləcəyinizin özünüz şahidi olacaqsınız.

Bundan başqa effektiv marketinq strategiyanız olmasa pul qazana bilməyəcəksiz. Təkcə yaxşı biznes ideyası və saytı olmaq kifayət deyil. Siz məhsullarınızı sata bilmək üçün əvvəlcə ideal müştərilər tapıb, onları mağazanıza gətirməlisiniz.

İnfluenser marketinqi

Ticarət aləmində yenisizsə, əvvəlcə elə də böyük auditoriyanız olmayacaq. Burada influenser marketinqi köməyə gələ bilər. Sahəniz üzrə lazımlı influenserləri tanımırsınızsa Sosial mediada, Google-da araşdırma edərək onları tapa bilərsiniz. Bundan sonra isə həmin blogger və influenserlərlə əlaqə saxlamalı olacaqsız. Əlaqəni belə qurmaq olar ki, məsələn, e-kitab yayımlamısız, onu reklam etmək istəyirsiz. Bu zaman influenserə kitabın pulsuz nüsxəsini göndərirsiz və kitab barədə öz fikirlərini yayımlasını xahiş edir və yaxud da reklam imkanlarının olub-olmaması ilə maraqlanırsınız.

Youtube kanal aç

Yeni biznesinizi reklam etməyin üsullarından biri də Youtube kanalı açmaqdır. Nəticədə YouTube Google-dan sonra ikinci ən çox ziyarət olunan axtarış platformasıdır.

Çalışın ki, qısa, məlumatlandırıcı videolar hazırlayasız. Bundan başqa videolarınızı davamlı paylaşın, aranı kəsməyin. Ancaq bu üsulla geniş və sadiq izləyici kütləsi qazana bilərsiz. Videoların altında isə onlayn mağazanızın linkini yerləşdirməyi unutmayın.

Bundan başqa, mən öz bloqumda YouTube kanalı yaratmaq və tanıtmaq adlı YouTube kanalını daha səmərəli təşkil və reklam etməyin yollarını izah etmişəm.

Sosial Media profillərini optimallaşdır

Sosial media profillərinizi optimallaşdırmağa çalışın. Çünki vebsaytınızdan, bloqunuzdan başqa sosial media kanalları da sizi işinizin peşəkarı kimi təqdim etməkdə əvəzsiz rol oynayır. Sosial media kanalları vasitəsilə öz saytınızı da reklam edib, müştəri auditoriyanızı genişləndirəcəksiniz.

Bundan başqa biznesiniz üçün müvafiq sosial media kanalını mütləq təşkil edin. Bu kanalda gözoxşayan şəkillərlə davamlı paylaşımlar etməli və auditoriyanızı genişləndirməlisiniz.

Yüksək gəlirli satış səhifəsi yaratmaq

Xidmət barədə məlumat hazırlayan zaman onun üstünlüklərini də vurğulamalısınız. Yəni ki, göstərdiyiniz istənilən xidməti elə təqdim etməlisiniz ki, o müştəriyə lazım olan, axtardığı keyfiyyətdə olsun. Əgər özünüz elə güclü peşəkar deyisinizsə, Upwork, Fiverr, FreeeUp, iWriter kimi freelancer-lərin toplaşdığı saytlarda özünüzə peşəkarlar tapa bilərsiniz.

SEO-nu inkişaf etdirmək məqsədilə axtarış sistemlərində yuxarı yerlərdə sıralanmaq üçün bəzi açar sözlərini düzgün daxil etməyi unutmayın. Saytın SEO-sunu yüksəltmək üsulları ilə bağlı bundan öncə bloqumda bir neçə yazı paylaşmışam.

SEO nədir və necə işləyir ?

WordPress üçün SEO optimizasiya

Zəmanət verin

Müştərilərinizə xidmət və məhsullardan razı qalacaqları ilə bağlı mütləq zəmanət verin. Bununla satışların necə yüksəldiyinə özünüz şahid olacaqsız. Bundan başqa, zəmanət təqdim etdiyiniz məhsul və xidmətlərinizdən necə arxayın olduğunuzun göstəricisidir.

Bu yazının da belə sonuna gəldik. Yazılarımın maraqlı və faydalı olduğunu düşünürsüzsə, bloqumu izləməyi unutmayın. Rəqəmsal marketinq, online bizneslər barədə suallar, oxumaq istədiyiniz mövzular barədə təkliflər verməkdən çəkinməyin.

Rating
Click to rate this post!
[Total: 21 Average: 4.7]

Oxşar yazılar Posts

Financial Freedom
Pul Qazanmaq

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

24 Noyabr 2021
hazir biznes satishi
Biznes ideyası

Hazır online biznesləri harada alıb-satmaq olar?!

29 Mart 2021
dropservicing
Biznes ideyası

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

27 Avqust 2020
youtubedan pul qazanmaq
Pul Qazanmaq

Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

30 İyul 2020
7 addımda ETSY-də biznes qur
Biznes ideyası

7 addımda Etsy-də satışa başla

05 İyul 2020
dropshipping biznesi
Biznes ideyası

Dropshipping biznesi nədir və necə başlamaq olar?

11 İyun 2020

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In