Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2024 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    47 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, İyun 17, 2025
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Ən effektiv online biznes (2024)

03 Aprel 2020
Bölmə Biznes ideyası, Onlayn mağaza, Pul Qazanmaq
Reading Time: 15 mins read
0 0
1.4k
PAYLAŞIM
22.5k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

OxşarYazılar

1 cO7zcspeBASnfjFY6PAlgw

Məzmun

    • Fiver-də 5 addımda uğurlu satışlar
    • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
    • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Printful nədir?
  • Printful ilə geyim markası yaratmaq üçün sizə nə lazımdır?
  • Şəxsi geyim markasını necə yaratmaq olar
    • Hostinq və Domen
  • WordPress-i quraşdırmaq
  • WordPress şablonu quraşdırmaq
  • WooCommerce-i quraşdırmaq
  • Printful-da hesab yaratmaq. Printful-u quraşdırmaq.
  • WordPress-i Printful-a bağlamaq
  • Ilk geyim dizaynlarını yaratmaq
    • Səhifə 3 hissəyə bölünüb:
  • Əlavə

Fiver-də 5 addımda uğurlu satışlar

22 Avqust 2024
Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
Financial Freedom

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

24 Noyabr 2021

2023-ci ildə ən effektiv online biznes qurmaq üçün tələb olunanlar:

Maksimum investisiya : 15-150$ ( domain və hostinq xərcləri üçün ) + 1 saat vaxt

Haçansa öz şəxsi geyim brendinizi yaratmaq barədə düşünmüsüz?

Mən əvvəllər ən az 5 dəfə öz şəxsi geyim mağazamı qurub, zövqümcə olan geyimləri satmağı istəmişəm. Bu, ən çox mağazalarda istədiyim geyimləri tapa bilməyən vaxtlarda baş verib.

Bir gün oturdum və istədiyim brendi yaratmaq üçün keçməli olduğum bütün proseslər barədə əməlli-başlı düşündüm. 

  • Geyimi dizayn etməyi öyrənməliydim və ya dizaynerlər işə götürməliydim.
  • Bütün geyimləri saxlamaq üçün bir yer kirayə tutmalı idim.
  • Yeni sifarişləri təhvil alması üçün bir nəfəri işə götürməliydim.
  • Anbarımda hər ölçüdən kifayət qədər malımın olması üçün öncədən sifarişlər verməli idim.
  • Ən əsası isə başlamaq üçün investisiyaya ehtiyacım var idi.

İndi düşünürəm, yaxşı ki, özümü elə bir çətinliyə salmamışam.

İndiki dövrdə, internetin sürətlə inkişaf etdiyi bir vaxtda hər şeyi qurmaq çox sadədir.

WordPress və Printful adlı şirkətlərin sayəsində heç bir investisiyaya ehtiyac olmadan və işçi belə işə götürmədən də geyim mağazamızı aça bilərik. Bəli bu qədər sadədir ! İnsanlar bu yolla məhşur geyim brendlərinin sahibləridir və ildə milyonlarla dollar qazanırlar.

Çoxlarının bu biznes ideyasını öz kurslarında minlərlə dollara satdığı bir vaxtda bu addım-addım təlimatı tamamilə pulsuz bölüşürəm sizlə. Sonraya saxlamayın və yazını oxuduqdan dərhal sonra işə başlayın.

Printful 
t-shirt dizayn et
t-shirt sifarişi
Ən effektiv online biznes (2024) 47

Printful nədir?

Printful sizin hazırladığınız dizaynları geyim və digər məhsullar üzərində çap edən şirkətdir. Məhsul çap olunduqdan sonra şirkət bu məhsulu müştərinizin ünvanına göndərir.

Beləliklə də, kimsə sizin saytınızdan bir məhsul sifariş verdikdə, bu sifariş birbaşa Printful-un məlumat bazasına ötürülür və bir neçə saat ərzində məhsul hazırlanır. Daha sonra isə bu çap şirkətinin işçiləri onu müştəriyə göndərir.

Bütün bu proseslərdə sizin iştirakınız 0-a bərabər olur. Onlayn mağazanızı quraşdırdıqdan sonra elə bilin ki, sizin şəxsi çap şirkətiniz olacaq, amma özünüz pul qazanmaqdan başqa heç bir iş görməyəcəksiniz.

Ümumi prosesdə sizin görəcəyiniz iş vebsayt quraşdırmaq və onu öz mağazanızla və Printful ilə əlaqələndirmək olacaq.

Printful ilə geyim markası yaratmaq üçün sizə nə lazımdır?

Əlbəttə ki, birinci növbədə sizə bir vebsayt hazırlamaq lazımdır. Vebsaytı qurmaq üçün aşağıdakılar tələb olunur:

  • Domen adı: Domen sizin yeni brend mağazanızın adı olacaq. Domeni təqribən 15$-a ala bilərsiniz.
  • Hostinq: Hostinq saytınızın internetdə tutduğu sahədir. Loru dillə desək, elə bilin ki, ev tikmək üçün əvvəlcə siz bir sahə almalısınız. Ev sizin saytınız, hostinq isə həmin sahədir. Domen və hostinq almaq üçün Siteground və ya Bluehost saytlarını məsləhət görürəm.

WordPress-i quraşdırmaq: WordPress platforması ilə siz çox sadə üsulla özünüz vebsayt hazırlaya bilərsiniz. Bütün dünyada 28%-dən çox sayt WordPress üzərində qurulub.

WordPress şablonları: Mağazanızı dizayn etmək üçün siz şablonlardan (mövzulardan) istifadə etməlisiniz. Nə satmaq və sayt ziyarətçilərində hansı təəssüratı yaratmaq istədiyinizdən asılı olaraq, saytınızı dizayn edə bilərsiniz. Mən şəxsən sizə Total və ya Jupiter şablonundan istifadə etməyi məsləhət görərdim. Ən yaxşı pulsuz şablonlardan biri isə Storefront-dur.

WordPress plugin-ləri: Plugin-lər WordPress vebsaytlarının fuksonallığını artırır.

Printful-a bağlan: Saytınızı yaratdıqdan sonra onu Printful saytına bağlamalısınız. Bu proses çox da çətin deyil.

Əlavə: Siz həmçinin elə etməlisiniz ki, saytınızı çox adam ziyarət etsin. Əks halda, heç kim sizin məhsullarınızı sifariş verməyəcək.

Şəxsi geyim markasını necə yaratmaq olar

Əgər hələ WordPress saytınız yoxdursa, sizə çox qısa zamanda saytı qurmağı öyrədə bilərəm. Gəlin, lap başdan başlayaq. Birincisi, domen və hostinq almaq lazımdır.

Hostinq və Domen

İnternet bazarında xeyli sayda hostinq şirkətləri olsa da, SiteGround ən yaxşılarındandır. SiteGround 1 milyondan artıq sayta hostinq təmin edir. Hal-hazırda Koronavirus ilə bağlı 3 aylıq hostinq paketini 1$-a verdikləri üçün bu yazıda Siteground ilə saytımızı qurmağı öyrədəcəm. Digər yazılarımı oxusanız o yazılarım da Bluehost-dan istifadə etmişəm. Əslində hər 2-si dünyaca məhşur hostinq şirkətləridir, bu dəfə endirim kampaniyasına görə Siteground ilə prosesi izah edirəm.

Hostinq və domen almaq üçün website > Hosting > Choose a plan addımlarını atırsınız.

Siteground hosting
siteground domen al
ucuz hostinq
Ən effektiv online biznes (2024) 48

Online mağaza üçün sizə GrowBig paketini almağı məsləhət görərdim. Bu paketdə mağazaya lazım olan resurslar var. Lakin çox büdcəniz yoxdursa həm test məqsədilə həmdə kampaniyadan yararlanmaq üçün ən ucuz paket olan Startup paketinii 3 aylıq 1$-a ala bilərsiniz.

Növbəti addımda siz mağazanız üçün domen adı seçməli,

siteground
hosting al
domen al
Ən effektiv online biznes (2024) 49

Öz şəxsi məlumatlarınızı (ad, e-mail, telefon, kart məlumatları) daxil etməli,

Siteground hosting
domen al 
hosting al
Ən effektiv online biznes (2024) 50

Ən axırda isə sifarişi yerinə yetirmək üçün ödəmə etməlisiniz.

WordPress-i quraşdırmaq

Hostinq hesabınız hazır olduğuna görə artıq WordPress-i quraşdıra bilərsiniz. SiteGround bu prosesi sizin üçün sadələşdirib. Aşağıda sizə WordPress-də sayt hazırlamaq üçün hansı addımları atmalı olduğunuzu izah edəcəyəm. Daha dolğun izah üçün Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) və 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq adlı yazılarımı da oxuya bilərsiniz.

Beləliklə, hesabınıza daxil olursuz və My Accounts > Go to cPanel addımlarını yerinə yetirin.

Siteground domen al
hostinq al
Ən effektiv online biznes (2024) 51

Daxil olduqda Autoinstallers > WordPress addımları sizin üçün quraşdırma panelini açacaq.

Siteground domen al
hostinq al
Ən effektiv online biznes (2024) 52

Daha ətraflı baxmaq üçün Quraşdır (install) düyməsini sıxın.

Siteground quraşdır
domen al
hostinq al
Ən effektiv online biznes (2024) 53

WordPress-i quraşdırmaq üçün yer seçməlisiniz. “In Directory” bölməsini domen adı seçənə qədər boş saxlayın. Daha sonra istifadəçi adı, şifrə və e-mail ünvanını daxil edin.

Siteground quraşdır
domen al
hostinq al
Ən effektiv online biznes (2024) 54

Limit Login Attempts plugin-inini quraşdırmağı sizə məsləhət görürəm. O, sizin vebsaytınıza əlavə təhlükəsizlik qatı əlavə edəcək. Plugin-i konfiqurasiya etdikdən sonra install düyməsinə sıxın.

Bu proses bir neçə dəqiqənizi alacaq. Axırda isə belə bir səhifə alınacaq.

plugin quraşdır

Buradan öz admin panelinizə giriş edib, istədiyiniz dəyişiklikləri edə bilərsiniz.

WordPress şablonu quraşdırmaq

WordPress-i quraşdırıb bitirdikdən sonra online mağazanız üçün şablon seçməli olacaqsınız.

Aşağıdakı nümunədə sizin üçün Storefront şablonunu quraşdıracam.

WordPress admin səhifənizə girmək üçün sizindomen.com/wp-admin ünvanına daxil olun. (Əlbəttə ki, sizindomen.com əvəzinə öz domeninizin adını yazacaqsız.)

Daha sonra admin paneldə növbəti addımları atın: Appearance > Themes > Go to add a new theme > Search for Storefront > Click install

WordPress admin panel

WooCommerce-i quraşdırmaq

Storefront şablonunu aktivləşdirdikdən sonra şablon sizdən WooCommerce-i quraşdırmağınızı istəyəcək. Bunun üçün sadəcə install düyməsini sıxırsınız və aktivləşdirirsiniz.

WooCommerce 
plugin quraşdır
Ən effektiv online biznes (2024) 55

Plugin aktivləşdikdən sonra yeni quraşdırma paneli açılacaq ki, onun sayəsində öz mağazanız üçün ilkin məlumatları daxil edə biləcəksiniz.

WooCommerce 
plugin quraşdır
Ən effektiv online biznes (2024) 56

Yaşadığınız ölkəni və istədiyiniz valyuta növünü seçə bilərsiniz.

WooCommerce 
plugin quraşdır
valyuta seç
Ən effektiv online biznes (2024) 57

Növbəti addımda ödənişi qəbul edə bilmək üçün hansı ödəniş üsulundan istifadə edəcəyinizə qərar verməlisiniz.

WooCommerce 
plugin quraşdır
ödəniş üsulu
Ən effektiv online biznes (2024) 58

Göndəriş haqqı bölməsini daha sonra dəyişə bilərsiniz.

WooCommerce 
plugin quraşdır
göndəriş haqqı
Ən effektiv online biznes (2024) 59

Yuxarıdakı plugin-lərin hamısını quraşdırmaq məsləhətdir.

Daha sonrakı mərhələyə keçməmişdən əvvəl deyim ki, WooCommerce-də Rest API-ni də işə salmalısınız. Bunu etmək üçün aşağıdakı addımları atın: WooCommerce tab > Settings > Advanced > Legacy API > Enable

WooCommerce 
plugin quraşdır
Ən effektiv online biznes (2024) 60

İşinizi tamamladıqdan sonra dəyişiklikləri yaddaşa verməyi unutmayın. Yuxarıda qeyd etdiklərim aktiv olmasa Printful düzgün işləməyə bilər.

Printful-da hesab yaratmaq. Printful-u quraşdırmaq.

Bu mərhələdə biz Printful-da hesab yaratmalıyıq. Bunun üçün ilk olaraq Printful-un saytında daxil olub, qeydiyyatdan keçirsiniz. Printula daxil ol

Printful 
hesab yarat
Ən effektiv online biznes (2024) 61

Adınızı, e-mail və şifrənizi daxil edib, şərtləri qəbul edirsiniz.

Printful 
hesab yarat
Ən effektiv online biznes (2024) 62

Qeyd etdiyiniz e-mail-ə təsdiq linki gələcək. O linki təsdiqləməlisiniz.

Printful 
hesab yarat
təsdiq maili
Ən effektiv online biznes (2024) 63

Mail-i təsdiqlədikdə link sizi aşağıdakı səhifəyə yönləndirəcək.

Printful sayt
hesab yarat
Ən effektiv online biznes (2024) 64

Mağazanı yaratmaq üçün yuxarıda işarələdiyim düyməni, daha sonra isə Mağazanı yarat (Create your store) düyməsini sıxın.

Printful sayt
hesab yarat
mağaza yarat
Ən effektiv online biznes (2024) 65

Növbəti addımda platformanı seçməlisiniz.

onlayn mağaza yarat 
internetdən pul qazan
Ən effektiv online biznes (2024) 66

Daha sonra isə WooCommerce seçimini edirsiniz.

WooCommerce
onlayn mağaza qur
internetdə pul qazan
Ən effektiv online biznes (2024) 67

Növbəti addımda iki platforma arasında əlaqə yaratmaq lazım olacaq.

WordPress-i Printful-a bağlamaq

WordPress və Printful arasında bağ yaratmaq üçün əlavə bir plugin quraşdırmaq lazımdır. Bu plugin-in adı Printful-dur. Pluginlər səhifəsinə gedərək həmin plugin-ini tapırsınız.

onlayn mağaza qur
internetdə pul
WordPress 
Printful
Ən effektiv online biznes (2024) 68

Printful-u quraşdırdıqda sizin üçün belə bir səhifə açılacaq.

onlayn mağaza qur
internetdə pul
WordPress 
Printful
Ən effektiv online biznes (2024) 69

Burada Connect (Bağlan), daha sonra isə Approve (təsdiq et) düyməsini sıxın.

onlayn mağaza qur
internetdə pul
WordPress 
Printful
Ən effektiv online biznes (2024) 70

Ilk geyim dizaynlarını yaratmaq

Bir az səbrli olsaz, işimizi qurtarmağımıza az qalıb. Növbəti addımda ilk dizaynımızı hazırlayacağıq.

Printful hesabınıza daxil olaraq, Design products (dizayn məhsulları) səhifəsinə keçin.

geyim dizaynları
Printful
Ən effektiv online biznes (2024) 71

Burada görəcəksiniz ki, mağazanız bu hesaba bağlanıb və aktivdir. Ilk məhsulunuzu yaratmaq üçün əlavə et  düyməsinə sıxın.

geyim dizaynları
Printful
məhsul yaratmaq
Ən effektiv online biznes (2024) 72

Bu səhifədə dizayn edilməli olan çoxlu məhsullar görəcəksiniz. Mən kişi geyimlərinə gedəcəyəm.

geyim dizaynı yarat
Printful 
online mağaza
pul qazan
Ən effektiv online biznes (2024) 73

Burada hazır köynəklərdən birinə dizayn vermək istəyirəm.

internetdə pul
Printful 
dizayn et
Ən effektiv online biznes (2024) 74

Bir köynəyin səhifəsinə daxil olub, istədiyim rəngini seçirəm.

dizayn et 
onlayn mağaza
Ən effektiv online biznes (2024) 75

Dizayn etmək üçün yuxarıda bir neçə seçim var. Yüklə, mətn əlavə et və s.

Printful
brend yarat 
şəxsi biznes
Ən effektiv online biznes (2024) 76

Mən bura daha öncə Illustrator proqramında hazırladığım bir mətni əlavə etmək istəyirəm.

onlayn biznes
internetdə pul qazan
Ən effektiv online biznes (2024) 77

Faylı kompüterinizdə tapıb, upload düyməsinə sıxmaq lazımdır. Aşağıdakı kimi bir pop-up səhifə açılacaq. Bu səhifədə “I accept” (Qəbul edirəm) düyməsinə sıxaraq saytın təqdim etdiyi xidmət və şərtlərlə razılaşdığınızı təsdiqləyirsiz.

onlayn biznes 
online biznes
şəxsi geyim brendi
Printful
Ən effektiv online biznes (2024) 78

Şəkil yükləndikdən sonra siz sadəcə faylı seçməlisiniz.

onlayn biznes 
online biznes
şəxsi geyim brendi
Printful
Ən effektiv online biznes (2024) 79

Yazı düz köynəyin üstündə oturacaq. İstəsəz faylın ölçüsünü dəyişə bilərsiniz.

onlayn biznes 
online biznes
şəxsi geyim brendi
Printful
Ən effektiv online biznes (2024) 80

Əgər şəkli çox dartacaqsızsa, böyük fayl göndərməlisiniz.  

Köynəyin ön tərəfi hazır olduqda sonra qollarına və arxasına da dizayn əlavə edə bilərsiniz. Dizaynı bitirdikdən sonra davam etmək üçün Proceed (dava et) düyməsini sıxın.

onlayn biznes 
online biznes
şəxsi geyim brendi
Printful
Ən effektiv online biznes (2024) 81

Siz WooCommerce mağazanıza dizayn etdiyiniz şəkli əlavə edə bilərsiniz. Geyimin hansı tərəfinin saytda əsas şəkil olmasını istəyirsinizsə, həmin şəkli seçib, davam edəcəksiz.

Növbəti mərhələdə köynəyin təsvirini əlavə edin. Gördüyünüz kimi təsvir hissəsinə nümunə mətn yerləşdirilib. Lakin siz mətni dəyişə və ölçülər əlavə edə bilərsiniz.

online biznes 
Printful
geyim dizaynı
Ən effektiv online biznes (2024) 82

Növbəti səhifədə məhsullara qiymət qoymalısınız.

Səhifə 3 hissəyə bölünüb:

  • Printful price: Printful-un məhsulu hazırlamaq üçün qoyduğu qiymət
  • Retail price: Müştərilərinizin ödəyəcəyi qiymət
  • Profit: Sizin qazancınız

Printful-un sizə təklif etdiyi qazanc sizi qane edirsə, davam edin. Publish on my site (Saytımda yayımla) bəndini seçib, daha sonra kateqoriyanı seçin.

online biznes 
Printful
geyim dizaynı
Ən effektiv online biznes (2024) 83

Seçdiyiniz məhsulları sinxronizasiya edib, saytınızda yayımlamamışdan əvvəl necə görünəcəyinə baxa bilərsiniz.

online biznes 
Printful
geyim dizaynı
Ən effektiv online biznes (2024) 84

Köynək saytda belə görünəcək. Beləliklə, 10 dəqiqəyə artıq sizin satmağa məhsulunuz var.

online biznes 
Printful
geyim dizaynı 
Wordpress
Ən effektiv online biznes (2024) 85

Səhifənin bir az aşağısına getsəz görəcəksiz ki, məhsulun təsviri və ölçülər də əlavə olunub.

online biznes 
Printful
geyim dizaynı 
Wordpress
Ən effektiv online biznes (2024) 86

Məhsulu səbətə əlavə etsəz görəcəksiz ki, hər şey düzgün işləyir.

online biznes 
Printful
geyim dizaynı 
Wordpress
Ən effektiv online biznes (2024) 87

Sifarişləri qəbul etməyə başlamamışdan əvvəl axırıncı bir işi də görməlisiniz: Printful-da ödənişi quraşdırmaq.

Bunun üçün Store essentials menyusuna gedib, billing metodlarını quraşdırırsınız.

online biznes 
Printful
geyim dizaynı 
Wordpress
Ən effektiv online biznes (2024) 88

Bura bank kartınızı və ya PayPal hesabınızı əlavə etməlisiniz. Əgər Paypal hesabınız yoxdursa bu yazımı oxumağı məsləhər görürəm : Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.

online biznes 
Printful
geyim dizaynı 
Wordpress
Ən effektiv online biznes (2024) 89

Axırıncı dəfə ödəniş metodunu düzgün qeyd etdiyinizi bir də yoxlayın. Bundan sonra kimsə sizin saytınızdan alış etdikdə, Printful müştərinin hesabından pulu çıxacaq.

Əlavə

Əvvəldə də qeyd etdiyim kimi sizin saytınıza indi ziyarətçi axını lazımdır. Ziyarətçiləriniz olmasa, mağazanı da boş yerə açmısız deməkdir. Bunun üçün saytınızı dayanmadan təbliğ, reklam etməlisiniz.

Yazını bəyəndinizsə, daha çox insanın faydalanması üçün dostlarınızla paylaşmağı unutmayın.

Əlavə nə suallarınız və çətinliyiniz olsa şərh bölməsində qeyd edin, bacardığım qədər kömək eləməyə çalışacam.

Rating
Click to rate this post!
[Total: 52 Average: 4.6]

Oxşar yazılar Posts

1 cO7zcspeBASnfjFY6PAlgw
Pul Qazanmaq

Fiver-də 5 addımda uğurlu satışlar

22 Avqust 2024
Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla
Dropshipping

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
Financial Freedom
Pul Qazanmaq

Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?

24 Noyabr 2021
hazir biznes satishi
Biznes ideyası

Hazır online biznesləri harada alıb-satmaq olar?!

29 Mart 2021
dropservicing
Biznes ideyası

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

27 Avqust 2020
2checkout_odeme_sistemi
Onlayn mağaza

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020

Şərhlər 19

  1. Avatar of Əyyub Əyyub says:
    5 il əvvəl

    Bank kartı olaraq Azərbaycan bankı olar?

    Cavabla
    • Avatar of Bahruz Bahruz says:
      5 il əvvəl

      2checkout- payoneer

      azerb karti lazim deyil

      Cavabla
  2. Avatar of Yaşar Yaşar says:
    5 il əvvəl

    Ən əsas sonuncu mərhələdir, sayta ziyarətçi gətirmək. Reklam vasitəsilə baha başa gəlir. Orhanik ise çox vaxt tələb edir.

    Cavabla
    • Avatar of Bahrus Bahrus says:
      5 il əvvəl

      bashqa yollar da var, arashdirib oyrene bilersiz

      Cavabla
  3. Avatar of Rüfət Rüfət says:
    5 il əvvəl

    Əziz qardaş təshakkur hər şeyə görə.ama bu proses sayt yaratmaq çətin gəlir.en yaxşısı siz özünüz tərəfdən hazır məhsul təqdim etmək yaxşı olardi

    Cavabla
  4. Avatar of Elnur Elnur says:
    5 il əvvəl

    Salam hörmətli Jafar Najafov.
    Sizin yazılarınızı çox bəyənirəm və faydalı məlumatlarınıza görə Sizə çox sağol deyirəm.
    Printful platforması ilə qurulan mövcud saytlar ilə tanış olmaq istərdim. Azərbaycan bazarında varmı? Varsada hansılardır? Printful-un məhsul çeşidləri o qədər də geniş deyil mən baxdığım qədər.

    Cavabla
  5. Avatar of pingnworp pingnworp says:
    5 il əvvəl

    Огромное тебе СПАСИБО

    Cavabla
  6. Avatar of Elvin Elvin says:
    5 il əvvəl

    Salam Jafar bəy, çox sağolun belə məlumatıarı paylaşdığınız üçün, mən də etmək istəyirəm, amma nəyisə edə bilməməkdən çəkinirəm. İndi dediyiniz mərhələ yalnız dizayn üçündür?, yəni ki, dropshipping də etmək olarmı bu quraşdıracağımız saytda?

    Cavabla
  7. Avatar of Tural Tural says:
    5 il əvvəl

    Salam zəmət deyilsə, qısa olaraq müştəri cəlb etməyin yollarını izah edəsiniz. Çünki sizin bu saytın özünü facebook vasitəsi ilə tanıyırıq.

    Cavabla
    • Avatar of Elmir Elmir says:
      5 il əvvəl

      Elvin. Əsas məsələ o deyil. Əsas məsələ ödənişi almaqdır. Bu sayt dropshipping edənlər üçün əvəzolunmazdır. Əsas istəyin olsun

      Cavabla
  8. Avatar of Elvin Elvin says:
    5 il əvvəl

    Arenda yox, işçi yox, əlində qala biləcək mal yox. Adı mağazanı açmaq üçün 20000 minimum pul lazımdır. Burda 1000 reklama qoyub nəaliyyət qazanmaq olar. Amma bu sistem Bakıda işləyə biləcək görəsən? Çünki, malın sifarisindən nə qədər vaxt sonra mal müştəriyə çatır əsas sual odur?

    Cavabla
  9. Avatar of Aytən Aytən says:
    5 il əvvəl

    Mən də çox istərdim saytım olsun pul qazanım. Amma özüm yarada bilmərəm. Kompüter biliklərim çox az. İngiliscəm yox demək olar ki. Ruscam orta. Bunu mənə yaradarsınızmı?🙂 öncədən çox təşəkkür edirəm.

    Cavabla
  10. Avatar of Şəbnəm Şəbnəm says:
    5 il əvvəl

    👍👍👍

    Cavabla
  11. Avatar of Elgün Elgün says:
    5 il əvvəl

    Salam Cəfər bəy,
    İlk öncə bilik və bacarıqlarınızı ictimaiyyətlə paylaşdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Sizin təki dəyərli və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən şəxsiyyət sahibləri bu torpaqların əsil milli sərvətidir.

    Sevgilər

    Cavabla
  12. Avatar of Tural Tural says:
    5 il əvvəl

    sayt acmaq, mehsul yerlesdirmek en asandidi, cetini musteri tapmaqdi

    Cavabla
  13. Avatar of tamerlan tamerlan says:
    5 il əvvəl

    men niye hecne anlamadim,?domen ve hosting sitegroundda qururuqsa, wordpress platformasi neye lazimdi?
    sonra, woocommere nedir? bu prosesde o neye lazimdi? ve printfullda hesab aciriqsa daha vebsayt, wordpress, siteqround bizim neyimize lazimdi,? ele printfulda hesab acib sifaris etmek olmur?

    Cavabla
  14. Avatar of Yelena Yelena says:
    5 il əvvəl

    Salam.Men ozum nece illerdi ki internet proyektlerde islemisem.Mene maraqli oldu bu is.Rus dilinde var mi sizde bu melumat?Siznen nece elaqe saxlayim?

    Cavabla
  15. Avatar of Rafiq Rafiq says:
    5 il əvvəl

    Salam. Eslində mən şirniyyat evi qurmaa isterdim. Amm hələ ki adını fikirləşirem. Kimse kömək etse mi nətdar olaram.

    Cavabla
  16. Avatar of İrada İrada says:
    5 il əvvəl

    👍🏻

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.