Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Cümə axşamı, Fevral 9, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Hazır online biznesləri harada alıb-satmaq olar?!

29 Mart 2021
Bölmə Biznes ideyası
Reading Time: 11 mins read
123 2
25
PAYLAŞIM
25.7k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Bəzi sahibkarlar öz işlərini sıfırdan yaradırlar. Buna onların zamanı, bacarıqları və enerjiləri yetir. Belə şəxslər sayta trafik gətirmək, qazanc əldə etmək, müştəri cəlb etmək üçün illərini sərf etməyə hazır olurlar. Bəzilərinə isə əsası qoyulmuş, hazır biznes lazım olur. Belələri üçün internetdə online satılan minlərlə biznes var. Amma onlardan xəbərləri yoxdur. Elə bu yazımı da məhz hazır online bizneslərin marağında olanlar üçün yazmağı qərara aldım.

Hazır biznesi alanda sahibkar əmin olmaq istəyir ki, aldığı şirkətin kifayət qədər gəliri, məhsullarına isə bazarda tələbat var. Alıcı öz biznes sahəsi üzrə daha çox bazar payı qazanmaq üçün də hazır online biznes almaq istəyə bilər. Bu halda o, digərləri üçün daha güclü rəqibə çevrilir və bazarda dominantlıq etməyə imkanı yaranır.

OxşarYazılar

dropservicing

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

27 Avqust 2020
youtubedan pul qazanmaq

Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

30 İyul 2020
7 addımda ETSY-də biznes qur

7 addımda Etsy-də satışa başla

05 İyul 2020
hazır online biznes
online biznes almaq

Hazır online biznes nəyə görə yaxşı yatırımdır ?

  • Hazır online biznes almaq daşınmaz əmlak almaq kimi bir şeydir. Onun da dəyəri daşınmaz əmlak kimi getdikcə qalxa bilər.
  • Online bizneslər passiv gəlir mənbəyi ola bilir. Haçansa üzərində işlədiyiniz, yerləşdirdiyiniz bir məhsuldan aylar sonra da gəlir əldə etmək olur.

Hazır biznes almaq daha tez və asan görünsə də, riskləri də mövcuddur. Buna görə istənilən bir biznesdə olduğu kimi hazır online biznes almamışdan qabaq da onun bütün müsbət və mənfi cəhətlərini nəzərdən keçirmək lazımdır.

Hazır online biznes almağın müsbət cəhətləri

  • İlkin işlər hazırdır: Sıfırdan biznesə başlamaq həqiqətən də vaxtaparan məsələdir. Bir biznesi qurmaq üçün aylarla gecəni gündüzə qatıb işləmək lazım gəlir. Hazır biznes aldıqda isə kimsə onu sizə hazır vəziyyətdə təhvil verir.
  • Biznes işləyir: strategiyalar qurmağa, kampaniyalar etməyə gərək yoxdur. Aldığınız biznes bu mərhələləri arxada qoyub.
  • Məhsullar seçilib: Hazır online dropshipping biznesi dropshipping və topdansatış tədarükçülərini, özəl etiket tədarükçülərini artıq seçib.
  • Sistemlər qurulub: tədarükçü araşdırması, göndəriş, logistika, geri qaytarma və s.sistemlər artıq hazırdır.
  • Müştəri bazası hazırlanıb: Müştəri bazası mövcud olduğuna görə ilkin trafik barədə düşünməyə ehtiyac olmur.
  • Biznesi genişləndirmək: biznes qurmaq dərdiniz olmadığına görə birbaşa onu genişləndirmək barədə düşünə bilərsiniz.
  • Hazır işçilər: Hazır biznes aldıqda onu işçiləri ilə birgə almaq mümkündür. Bu sizə daha çox sərf edəcək. Çünki işçilər biznes sisteminin necə işlədiyini, nə iş gördüklərini çoxdan bilirlər.
  • Yatırımçı və maliyyələşmə: Biznesin tarixçəsi və uğurları olduğuna görə sahibkar üçün maliyyələşmək və ya biznesinə investorlar cəlb etmək asan olur.
  • Mülki hüquqlar: Aldığınız biznesin patent və müəlliflik hüquqları da ola bilər.

Hazır online biznes almağın mənfi cəhətləri

  • İlkin investisiya: hazır online biznes aldıqda ilkin investisiya adətən çox yüksək olur.
  • Mövcud sistemə bağlılıq: sistemin nə qədər yaxşı və ya pis olmasından asılı olmayaraq, mövcud sistemi dəyişmək çətin olur, ya da heç mümkün olmur.
  • Düzgün biznes seçimi: yaxşı hazır online biznes tapmaq çox vaxtaparan, araşdırma tələb edən bir prosesdir.
  • Məlumatı gizləmə: satıcılar bəzən biznesi satana qədər məlumatların hamısını təqdim etmirlər. Buna görə də lazımi araşdırma edib, belə hal baş verərsə, hansı hüquqlarınızın olduğunu öyrənin.
  • Biznesi qiymətləndirmə: Satış proseslərini şəxsən izləyə bilmədiyinizə görə online biznesi qiymətləndirmək çətin olur. 
  • Nəzarətin olmaması: Biznes yaradılanda siz prosesdə olmadığınıza görə quraşdırma və biznesin təşkilinə aid bütün qərarlar sizin əvəzinizə verilir.
  • Biznes öhdəliyi: Aldıqdan sonra biznes gözləntilərinizi doğrultmasa sadəcə davam etmək məcburiyyətində olacaqsınız.

Hazır online biznesi kim almalıdır?

  • İşi başlamağı deyil, hazır işi daha da böyütməyi, inkişaf etdirməyi yaxşı bacaran
  • Başlanğıc mərhələləri keçmək istəməyən
  • Maliyyə vəsaiti və enerjisi olan
  • Bizneslərin güclü və zəif tərəflərini qiymətləndirməyi bacaran və zəiflikləri necə aradan qaldıracağını yaxşı bilən
  • Hazır biznesi rəqabətli bir biznesə çevirməyə həvəsli olan
  • Online biznesləri idarə etmək və inkişaf etdirmək təcrübəsi olan
  • Riskə getməyi bacaran
  • Gündəlik işindən əlavə passiv gəlir mənbəyi axtaran sahibkarlar.

Hazır online biznes üçün əsas şərtlər

Satışda o qədər hazır biznes olur ki, arasında itib-batmaq olar. Ona görə də hazır online biznes almaq qərarına gəldinizsə əvvəlcə özünüz üçün bəzi şərtləri və hədəfləri müəyyənləşdirməlisiniz.

  • Məhsulun növü: müəyyən növ və ya niş bir sahə üzrə məhsullar
  • Xüsusi sahə: Təcrübənizin olduğu hər hansı sahə
  • Biznesin həcmi: müəyyən qədər işçisi, satış həcmi və s.olan
  • Qazanc: illik müəyyən məbləğdə qazanc gətirən
  • Müştəri bazası: müəyyən həcmdə müştəri bazası olan
  • Biznes model: tədarükçüləri istəyinizə uyğun olan (istehsalçı, topdan satış və ya dropshipping)
  • E-ticarət platforması: hansısa bir e-ticarət platformasında fəaliyyət göstərən (Shopify, Woocommerce. Magento,Shopify Plus kimi)

Hazır online biznesi harada alıb-satmaq olar?

Online biznesi alıb-satmaq üçün bir neçə sayt olsa da hər birinin fərqli özəllikləri var.

Satış platformaları

Bəzi platformalar sadəcə alıcıları və satıcıları birləşdirir. Ödəniş məsələləri alıcı və satıcıların öz öhdəsinə düşür. Digərləri isə ödəniş prosesinin həyata keçirilməsinə də yardım edir. Satış platformalarına nümunə olaraq Shopify Exchange-i göstərmək olar.

Auksion saytları

Auksion saytlarda alıcılar hər bir online biznes üçün özləri təklif verə bilir. Auksion saytlara nümunə: Flippa

Makler saytlar

Maklerlərin özlərinin şəbəkəsi olur. Onlar hər iki tərəfin şərtlərini nəzərə alıb, bizneslər üçün, eləcə də alıcılar üçün ən uyğun variantları tapmağa çalışırlar. Biznes maklerləri saytlarına nümunə: Digital Exits və FE International.

Online biznes sahibləri ilə birbaşa əlaqə

Əgər bir biznes xoşunuza gəlirsə və onun dəyərini ödəyə biləcəksinizsə, biznes sahibi ilə birbaşa əlaqə saxlayıb, onu satmağı təklif etməyə çəkinməyin. Amma bu yolu seçməmişdən əvvəl ətraflı araşdırma aparmalısınız. Araşdırma zamanı Alexa, Ahrefs, SEMrush, Similarweb, kimi alətlərdən istifadə etdikdə biznesin əslində nə qədər gəlirli olduğunu aydınlaşdıra bilərsiniz.

Hazır onlayn biznes alarkən nəyə diqqət etmək lazımdır?

Hazır online biznes almaq istəyirsinizsə,

  • Biznes barədə məlumatı diqqətlə nəzərdən keçirin.
  • Sizin kriteriyalarınıza uyğun gəlib-gəlmədiyinə baxın.
  • Alexa, Ahrefs, SEMrush alətləri vasitəsilə saytın trafikini, trafikin mənbəyini, backlink profilini analiz edin.  
  • Saytın sahibi barədə daha çox öyrənmək üçün Whois Lookup-dan istifadə edin.
  • Biznesin niyə satıldığını başa düşməyə çalışın.
  • Biznesin nə zaman yarandığını öyrənməyə çalışın.
  • Biznesə qarşı nə zamansa hüquqi bir tədbir görülüb-görülmədiyini aydınlaşdırın. Əgər görülübsə, məsələ həll olunubmu?
  • Ümumi və xalis gəlirlərə, mağazanın monetizasiya sisteminə baxın.
  • Ümumi, aylıq və illik xərclərin tam hesabatını istəyin.
  • Tələb olunan satış məbləğinin bazar qiymətini düzgün dəyərləndirin.
  • Satıcıdan işçiləri və podratçıları barədə məlumat alın.
  • Satılan biznesə nələr daxildirsə hamısını öyrənin (sosial media hesabları, tədarükçü siyahısı, email abunəçi siyahısı, domen hüquqları, ticarət nişanı, patent, logo üçün müəllif hüquqları və s.)

Hazır online bizneslərin alqı-satqısı üçün ən yaxşı satış platformaları

Shopify Exchange

online biznes satışı 
Shopify Exchange

Shopify Exchange ən yeni biznes alqı-satqısı saytlarındandır. Bura yeganə platformadır ki, yalnız Shopify biznesləri satılır. Bunun müsbət və mənfi tərəfləri var. Əsas müsbət cəhət odur ki, alıcı bu platformada satılan biznesin Shopify biznesi olduğunu bilir. Shopify satıcıları öz mağazalarını birbaşa Shopify Exchange-ə inteqrasiya edə bildiklərinə görə mağaza barədə istənilən məlumat (trafik, gəlir və s.) platformaya inteqrasiya olunur, şəffaf şəkildə sizə təqdim olunur və satıcı sizdən heç nəyi gizlədə bilmir.

Shopify Exchange-də filterlər vasitəsilə qiymət, gəlir, biznes növü və sahəsinə görə axtarış etmək olur. Satış prosesi üçün escrow xidməti təklif edirlər.

Burada alıb-satmaq pulsuzdur. Satıcılar Shopify mağazasına Shopify Exchange tətbiqini yükləməklə mağaza barədə məlumatı və qiyməti əlavə edə bilirlər.

Empire Flippers

online biznes alqı-satqı
Empire Flippers

Empire Flippers online biznes satıb almaq üçün full xidmət göstərir. Sayt alqı-satqı prosesini asanlaşdırmaq məqsədilə:

Alıcılar üçün – satıcıların ilkin qiymətləndirməsini özləri aparır, satıcılarla görüş təyin edir, mağazanın qanuniliyini və əsas ilkin baxışını alıcının əvəzinə həyata keçirir.

Satıcılar üçün – bütün proses boyunca satmağa kömək edir, qeyri-ciddi alıcıları uzaqlaşdırır, bütün satış prosesini həyata keçirir.

FE International

FE International 94.1% satış həyata keçirmiş makler saytıdır.

biznes al
biznes sat
Hazır online biznesləri harada alıb-satmaq olar?! 8

Burada təcrübəli maklerlər alıcılara və satıcılara keyfiyyətli xidmət göstərmək üçün çalışırlar. Onlar satıcı ilə birbaşa əlaqə qurub, biznesin nədən ibarət olduğunu dəqiqliklə öyrəndikdən sonra uyğun alıcılarla əlaqə yaradıb, onlara satışda olan biznesləri təklif edirlər.

Flippa

Flippa biznes al
hazır online biznes

Vebsaytların satışını həyata keçirən ilk platforma Flippa olub. Indi digərlərinin ən böyük rəqibi hesab olunur.

Bu saytda siz alqı-satqı həyata keçirməkdən başqa vebsaytlar, domenlər və tətbiqlər də seçə bilərsiniz. Ancaq satış biznesi almaq istəyirsinizsə, Shopify və Amazon FBA mağazaları seçimini edib, axtarışı asanlaşdırmaq olar.

Flippa təhlükəsiz ödəniş həyata keçirmək üçün escrow xidmətini, satıcılar üçün isə biznesin ödənişsiz dəyərləndirilməsini təklif edir.

Azərbaycandan Flippaya VPN-siz daxil olmaq mümkün deyil. Son 1 ildir Azərbaycanı bloklayıblar. Amma VPN ilə çox rahatlıqla girib alış veriş edə bilərsiniz.

SideProjectors

SideProjectors
online biznes satmaq 
internetdə biznes almaq

Sadəcə gününüzün bir hissəsini həsr edəcəyiniz biznes axtarırsınızsa SideProjectors saytını nəzərdən keçirməlisiniz. Burada mütləq uyğun qiymətə hazır online biznes tapa biləcəksiniz. Daha doğrusu, buradakı bizneslər tam da hazır olmur.

Layihəsinə az vaxt sərf edib, tam hazır vəziyyətə gətirib çıxara bilməyən satıcılar bizneslərini SideProjectors-da sata bilir. Beləliklə, işin bir hissəsini öz üzərinə götürmək istəyən alıcılar bu platformada satışda olan biznesləri nəzərdən keçirsin.

SideProjectors satış prosesinə qarışmır, sadəcə alıcıları və satıcıları bir araya gətirir. Buna görə də biznesin dəyərləndirməsini alıcı özü dəqiqliklə həyata keçirməlidir.

Digital Exits

Digital Exits
online bizneslərin satışı

Digital Exits də makler saytdır. Bu sayt böyük texniki şirkətlərin satılması üzrə ixtisaslaşıb. Digital Exits-in komandası satıcıları üçün ən yaxşı yatırımlar edə biləcək müştəriləri tapır, marketinqini həyata keçirir.

Online bizneslərin alıcıları üçün

  • Dəqiq araşdırma aparın: Biznes barədə bütün məlumatların dəqiq və düzgün olduğunu şəxsən yoxlayın.
  • Alış komandası təşkil edin: Alış prosesində problemlərin yaranmaması üçün özünüzə hüquqşünas və mühasiblərdən ibarət komanda yaradın.
  • Biznesin nüfuzunu qiymətləndirin: Biznes barədə rəyləri oxuyun, trafik və backlink-ləri, hüquqi sənədləri və s.yoxlayın.

Online biznes satıcıları üçün

  • Dəqiq araşdırma aparın: satıcılar da alıcının ciddi olduğunu və biznesi dəqiq başa düşdüyünü bilmək üçün araşdırma aparmalıdırlar.
  • Biznes barədə məlumatları dəqiq qeyd edin: biznes barədə nə qədər dəqiq məlumat versəz, sizə bir o qədər az sual verilər.
  • Satış komandası təşkil edin: satış prosesini problemsiz həyata keçirmək üçün sizə də hüquqşünas və mühasiblərdən ibarət komanda lazım olacaq.
  • Yatırdığınız investisiyanın geri ödənişi: Biznesi satışa çıxarmamışdan öncə təkcə onu bazar qiymətlərinə uyğunlaşdırmaq kifayət etmir. Siz həmçinin biznesə ümumi etdiyiniz yatırımı da geri götürmək barədə düşünməlisiniz.

Beləliklə, siz artıq hazır online biznesi almaq və ya satmaq barədə ətraflı bilik əldə etdiniz. Hazır online biznesi aldıqda öz daimi işinizi kənara qoymadan passiv gəlir əldə edə bilər və ya istədiyiniz vaxt onu sata bilərsiniz. Amma yenə də “mən online biznesimi sıfırdan, dəqiq istəklərimə uyğun qurmaq istəyirəm” deyirsinizsə, bloqumda bu barədə xeyli sayda məlumat oxuya bilərsiniz. Daha sonra isə seçim etmək əlbəttə ki, sizə qalır. Əsas məsələ isə nəhayət ki, qərar verib başlamaq və ilk çətinlikdə geri çəkilməməkdir.

Rating
Click to rate this post!
[Total: 4 Average: 5]
Teqlər: online biznes satmaqonline satış biznesi almaq

Oxşar yazılar Posts

dropservicing
Biznes ideyası

Drop servicing biznesi – Hardan və necə başlamaq olar?!

27 Avqust 2020
youtubedan pul qazanmaq
Pul Qazanmaq

Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

30 İyul 2020
7 addımda ETSY-də biznes qur
Biznes ideyası

7 addımda Etsy-də satışa başla

05 İyul 2020
dropshipping biznesi
Biznes ideyası

Dropshipping biznesi nədir və necə başlamaq olar?

11 İyun 2020
7 ashagi budceli biznes ideyasi
Biznes ideyası

7 aşağı büdcəli biznes ideyası

04 İyun 2020
en effektiv internet biznes
Biznes ideyası

Ən effektiv online biznes (2021)

03 Aprel 2020

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In