Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

WordPress üçün SEO optimizasiya

23 Aprel 2020
Bölmə SEO
Reading Time: 15 mins read
0 0
0
PAYLAŞIM
1.2k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

WordPress saytınızın trafikinizi artırmaq barədə ciddi düşünürsüzsə, SEO-nu inkişaf etdirməli və istifadə olunan ən yaxşı SEO nümunələrini daim diqqətdə saxlamalısınız. Təəssüf ki, WordPress SEO təlimatlarının əksəriyyəti yeni başlayanlar üçün çox texniki dildə yazılıb. Bu yazıda sizə ən əsas WordPress SEO texnikalarını təqdim edəcəm ki, saytınızı inkişaf etdirib, daha çox orqanik trafik qazana biləsiniz.

WordPress SEO 
SEO öyrən
WordPress-ə yeni başlayanlar üçün SEO

Yəqin bir çox ekspertlərdən WordPress platformasında SEO-nun yaxşı işləndiyini eşitmisiz. Buna görə də əksər insanlar sayt, bloq yaradanda WordPress-ə üstünlük verirlər.

OxşarYazılar

sayt_suretinin_optimizasiyasi

Saytın sürətini və performansını optimallaşdırmaq üçün məsləhətlər

22 May 2020
seo nedir

SEO nədir və necə işləyir ?

17 Aprel 2020
amazon seo or product ranking 1 638

Amazon SEO 2020

18 İyul 2018

WordPress-də SEO-nu yaxşıca optimizasiya etməyin bir sıra üsulları var. Bu üsulları burada öyrənib, daha sonra saytınıza tətbiq edə bilərsiniz.

SEO nədir?

SEO – search engine optimization ifadəsinin abbreviaturasıdır, axtarış sistemlərinə optimizasiya mənasını verir. Vebsaytı olanlar axtarış motorlarında yuxarı sıralarda yer almaq üçün SEO strategiyalarından istifadə edirlər.

Yadda saxlayın ki, SEO Google-u aldatmaq məqsədi daşımır. Onun məqsədi saytınızın axtarış motorlarında yaxşı tapılması üçün kodları və formatı optimallaşdırılmış bir vebsayt yaratmaqdır.

Seo nədir
SEO texnikaları
axtarış motorları
WordPress-ə yeni başlayanlar

SEO sayəsində yazdığınız kontenti insanlar axtarış sistemlərində daha rahat tapa biləcək, siz isə saytınıza daha çox ziyarətçi qazanmış olacaqsınız.

SEO barədə daha çox bilmək istəyirsinizsə, bundan öncə yazdığım bloq yazıları ilə də tanış ola bilərsiniz:

SEO nədir və necə işləyir ?

SEO 2020

SEO niyə vacibdir

Əksər saytların əsas trafik mənbəyi axtarış motorlarıdır. Google və digər axtarış motorları saytları düzgün başa düşmək və sıralamaq üçün üstün səviyyəli alqoritmlərdən istifadə edirlər. Lakin bu alqoritmlər yenə də mükəmməl deyil, sizin kontentinizin nə barədə olduğunu başa düşmək üçün onlara sizin köməyiniz lazım olur.

Kontentiniz optimallaşdırılmayıbsa, axtarış motoru onu necə sırlayacağını bilmir, buna görə də insanlar yazdığınız mövzu ilə əlaqəli axtarış etdikdə nəticələrdə sizin saytınız çıxmır, siz də trafik itirirsiz. Bu səbəbdən də biznes sahibləri üçün vebsaytlarını axtarış sistemlərinə optimizasiya etmək çox vacibdir.

WordPress SEO

SEO-nu texniki cəhətdən də işləyə bilərsiniz, bir neçə ipucları öyrənərək də saytınızı optimizasiya edə bilərsiniz. Əgər WordPress saytınız varsa, gəlin başlayaq.

Saytınızın görünüb-görünmədiyini yoxlayın

WordPress avtomatik olaraq sizin saytınızı axtarış motorlarından gizləyir. Onun məqsədi saytınızı insanlara göstərməmişdən əvvəl sizə müəyyən bir vaxt verməkdir ki, onu tamamilə hazır versiyaya gətirəsiniz.

Lakin bəzən bu funksiya təsadüfən işarələnə bilər və sizin saytınız axtarış motorlarında görünməz. Beləliklə, əgər saytınız axtarış motorlarında çıxmırsa, ilk işiniz həmin funksiyanın işə salınıb-salınmadığını yoxlamaqdır.

Bunun üçün WordPress saytınızın admin panelinə daxil olub, Parametrlər » Oxuma (Settings » Reading) menyusuna gedirsiz.

saytın görünüşü

Səhifənin aşağısında Sayt görünüşü bölməsini tapıb, orada Axtarış sistemlərinin bu saytı indeksləməsinə izin ver xanasında işarə qoyursunuz. Dəyişikliyi yadda saxlamaq üçün Dəyişikliyi qeyd et (Save changes) düyməsini klikləməyi unutmayın.

WordPress-də SEO-friendly URL-dən istifadə edin

SEO friendly URL-lər səhifənin kontentini aydın izah edən sözlərdən ibarət olmalıdır ki, onu həm insanlar, həm də axtarış motorları rahatlıqla oxuya bilsin.

Nümunə:

https://jafarnajafov.com/effektiv-internet-biznes/ 
https://jafarnajafov.com/sayt-yaratmaq/

Bu URL-lər oxunaqlı olduğuna görə oxucu sadəcə ona baxmaqla səhifədə nə cür kontent tapa biləcəyini təxmin edə bilər.

SEO friendly olmayan URL isə aşağıdakı kimi olur:

http://numune.com/archives/123 
http://numune.com/?p=10277

Bu URL-lərdə kontentlə heç bir əlaqəsi olmayan rəqəmlər, hərflər yer alıb. Oxucu belə URL-ə baxmaqla heç nə başa düşə bilmir. SEO-friendly permalink strukturu axtarış nəticələrində yaxşı yerlərdə çıxmağa şans yaradır.

WordPress saytınızın permalink strukturunu aşağıdak üsulla yoxlayıb, yeniləyə bilərsiniz.

Parametrlər » Permalinklər (Settings » Permalinks) menyusuna gedib, post adı seçimini edirsiniz və dəyişiklikləri yadda saxlamaq üçün Save changes düyməsini klikləyirsiz.

permalink
SEO friedly
URL yoxla

Birincisi, onu qeyd etmək istəyirəm ki, əgər saytınız 6 aydan artıqdır ki, fəaliyyət göstərirsə, permalik strukturunu dəyişməyin (Əgər rəqəmlərlə qarışıq anlaşılmaz bir permalink deyilsə). Əgər permalinkin strukturu tarix və addan ibarətdirsə, elə də qalsın. Permalink strukturunu dəyişməklə birincisi, sosial mediada paylaşım sayını itirəcəksiniz, ikincisi isə mövcud SEO sıralanmanızını da itirmək riskinə girəcəksiniz.

Əgər permalink stukturunu yenə də dəyişmək istəyirsizsə, bunu bir peşəkardan xahiş edin ki, sizin üçün müvafiq yönlədirmələri etsin. Amma hər bir halda siz sosial şəbəkələrdə paylaşım sayını itirəcəcəksiniz.

WWW olsun, ya olmasın

Əgər saytı təzə qurursunuzsa, saytınızın linkində www-nun olub-olmamasını özünüz seçə bilərsiniz. (http://www.numune.com və ya http://numune.com )

Axtarış motorları bu iki linki fərqli saytlar hesab edir. Ona görə də birini seçib axıra qədər onunla davam edin. Üstünlük verdiyiniz linki Parametrlər » Əsas (Settings » General) menyusuna gedərək, həm WordPress Address, həm də Site Address xanalarında yaza bilərsiniz.

sayt URL

Kim nə deyir-desin, SEO baxımından hər xanaya birini yazmaq düzgün deyil.

Ən yaxşı SEO plugin-ləri

WordPress-in ən yaxşı tərəflərindən biri də odur ki, burada hər şey üçün bir plugin tapa bilirsiniz. Amma yeni başlayanlar üçün minlərlə plugin arasında seçim etmək bir az çətin ola bilər.

SEO işlərini həyata keçirmək üçün ayrı-ayrı plugin-lər quraşdırmaq əvəzinə sizin üçün həm pulsuz, həm də ən yaxşı WordPress SEO plugin-ini seçməyə kömək edəcəyəm.

Yoast SEO
All in One SEO Pack 
SEO plaginlər
ən yaxşı WordPress plaginlər

Əsas iki məşhur WordPress SEO plugin-i var: Yoast SEO və All in One SEO Pack. Hər ikisi yaxşı plugin-lərdir.

WordPress-ə XML sitemap əlavə etmək

XML sitemap vebsaytınızdakı bütün səhifələri sıralayan xüsusi formatlı fayldır. O, axtarış motorlarına səhifələri tez tapmağa kömək edir.

XML sitemap 
Yoast SEO plagini

Əgər Yoast SEO plugin-dən istifadə edirsinizsə, o sizin üçün avtomatik XML sitemap yaradacaq. Sitemap-inizi tapmaq üçün URL-inizi aşağıdakı kimi (saytiniz sozu yerinə öz saytınızın adını yazmağı unutmayın.) daxil edin:

http://saytiniz.com/sitemap_index.xml

Növbəti mərhələdə XML sitemap-ı Google-a necə göndərməyi izah edəcəyəm.

Saytınızı Google Search Console-a əlavə edin

Google Search Console həmçinin Webmaster Tools adı ilə tanınır. Google-un təklif etdiyi bu alətlər toplusu sayəsində sayt sahibləri onların kontentinin axtarış motorlarında necə göründüyünə baxa bilirlər.

saytı Google Search Console-a əlavə etmək

Google Search Console sizə səhifələrinizin axtarış nəticələrində necə çıxdığını başa düşmək üçün hesabatlar və məlumatlar təmin edir. Siz həmçinin saytınızın ziyarətçilərinin hansı terminləri yazaraq gəlib sizin saytınızı tapdığını, hər səhifənin axtarış nəticələrində necə göründüyü və hər səhifəyə neçə dəfə daxil olunduğunu da görə bilirsiniz.

Bütün bu məlumatlar saytınızda nəyin işlədiyini, nəyin işləmədiyini göstərir. Bu məlumatları alandan sonra öz kontent strategiyanızı da ona uyğun planlaya bilərsiniz.

Google Search Console saytınızda nəsə düz işləməyəndə də sizə bildirir. Məsələn, axtarış robotları onu tapmayanda, dublikat kontent və ya məhdud resurslar olanda.

Saytınızı Google Search Console-a daxil etdikdə sol menyuda Sitemap-a klikləyin və sitemap URL-in sonluğunu yerləşdirin.

saytın sitemap i
Google Search console

Sonda isə dəyişiklikləri yadda saxlamaq üçün yadda saxla düyməsini klikləyin.

Google Search Console indi sizin sitemap-inizi yoxlayacaq və saytınızın axtarış robotları tərəfindən tapılmasını asanlaşdıracaq.

Sitemap-i əlavə etdikdən sonra sayt gözləməyə düşəcək. Çünki Google robotlarının sizin saytınızda gəzişməsi bir az vaxt alır. Bir neçə saatdan sonra isə artıq sitemap-da bəzi statistikaları görə biləcəksiniz. O, sizə sitemap-də tapdığı linklərin sayını, neçəsinin indeksləndiyini, şəkil və səhifələrin ölçülərini və s.göstərəcək. Məsləhət görürəm ki, vebsaytınızın SEO-suna nəzarət etmək və ümumi vəziyyətinə baxmaq üçün ən azı ayda bir dəfə Search Console-u yoxlayasınız.

SEO üçün bloq postları optimizasiya etmək

Saytla işləməyə yeni başlayanlar çox vaxt düşünür ki, WordPress SEO plugin-ini quraşdırıb aktivləşdirməklə işləri bitir. Əgər hər zaman yaxşı nəticələr əldə etmək istəyirsizsə, davamlı olaraq saytınızın SEO-sunu inkişaf etdirməlisiniz.

Bütün əsas SEO plugin-lərində hər posta və səhifəyə başlıq, təsvir, açar sözləri daxil etmək olur. O, sizə həmçinin istifadəçilərin saytınızı Google-da axtarış etdikdə qarşılarına çıxan önizləməsini göstərir. Məsləhət görürəm ki, saytınıza maksimum sayda giriş qazanmaq üçün ad və təsviri optimallaşdırasınız.

Bloq postu hazırlayanda səhifənin aşağısına düşüb, SEO bölməsinin bütün imkanlarından maksimum yararlanmağa çalışın.

bloqda yoast seo
saytı seo etmek

Vebsayt üçün açar sözləri araşdırması

Bir çox yeni bloggerlər yazmağa başlamamışdan əvvəl insanların daha çox nələrlə maraqlandığı barədə təxminlər etməyə çalışırlar. Bu, sanki qaranlıqda nəsə axtarmaq kimidir. Siz isə real datalar olduğu yerdə belə mənasız işlə məşğul olmaya bilərsiz.

Açar söz araşdırmaq kontent yaradıcılarının və SEO mütəxəssislərinin istifadə etdiyi araşdırma texnikasıdır. Bu texnika sayəsində istifadəçilərin axtarış motorlarında hansı sözləri yazıb kontenti, məhsulu və ya xidməti tapdıqlarını öyərnmək olar. Daha sonra siz də həmin sözləri saytınızda istifadə edə bilərsiniz.

Saysız-hesabsız (həm pullu, həm pulsuz) açar sözləri araşdırma alətləri mövcuddur. Mən onların içində SEMRush-ı məsləhət görürəm. O, sizə həm açar sözləri araşdırmağa, həm də rəqiblərinizin istifadə etdiyi əsas açar sözləri tapmağa kömək edəcək.

Ən yaxşı WordPress SEO nümunələri

Əgər WordPress SEO-nun əsas addımlarına riayət etsəniz və ən yaxşı WordPress SEO plugin-ini istifadə etsəniz, artıq bir çox vebsaytlardan irəlidə olacaqsınız.

Bununla belə, daha da yaxşı nəticələr əldə etmək istəyirsinizsə, aşağıdakı WordPress SEO nümunələrinə nəzər yetirin. Onlar sizdən çox da texniki biliklər tələb etmir.

WordPress-də kateqoriya və etiketlərdən düzgün istifadə etmək

WordPress SEO
Seo etiketlər
teqlər

WordPress bloq postları kateqoriyalara və etiketlərə ayırmağa imkan verir. Bu da sizə kontentinizi mövzulara uyğun idarə etməyə, oxucularınıza kateqoriyalara uyğun tapmağa, axtarış motorlarına vebsaytınızın strukturunu və kontentini başa düşməyə kömək edir.

Yeni başlayanlar adətən kateqoriya və etiketlərdən necə istifadə etməyi bilmirlər. Kateqoriyalar postlarınızın daha geniş formada qruplaşdırılması üçün nəzərdə tutub. Əgər bloqunuz kitab olsaydı, kateqoriyaların mündəricat olduğunu hesab edin. Məsələn, şəxsi bloqda musiqi, yemək, səyahət kimi kateqoriyalar ola bilər. Kateqoriyalar ierarxik səviyyədə qurula bildiyinə görə də alt-kateqoriyalar yarada bilərsiniz.

Etiketlər isə ayrı-ayrı postların kontentini təsvir edən xüsusi açar sözləridir. Məsələn, xörək kateqoriyasında yerləşən postun salat, səhər yeməyi, sup və s.kimi etiketləri ola bilər. Bu etiketləri kitabda səhifənin nömrələri kimi düşünün.

Kateqoriyalardan və etiketlərdən istifadə edərək siz istifadəçiləriniz üçün saytınızda istənilən məlumatı tapmağı asanlaşdırırsınız. Nəticədə axtarış motorları üçün də axtarış etmək asanlaşır.

Daxili link verməyi vərdiş edin

Axtarış motorları saytınızdakı hər bir səhifəyə xal (page authority) verir. Bu xalın nədən asılı olduğu gizli saxlansa da, əsas şərtlərdən biri link verməkdir. Buna görə də digər bloq və ya səhifələrinizdən öz kontentinizə link verməyiniz vacibdir.

Məqam düşdükcə saytdaxili linklər verməyi vərdiş etməlisiniz. Bu addım sizin səhifələrə baxış sayını artıracaq, oxucuların saytınızda keçirdiyi müddəti uzadacaq və bloq postlarınızın və səhifələrinizin SEO dəyərini yüksəldəcək.

WordPress şərhlərini optimallaşdırmaq

saytda şərhlər 
seo optimallaşdırmaq

Şərhlər saytınızda güclü istifadəçi engagement-inin olmasının göstəricisidir. Postlarınızla yaxından maraqlanan istifadəçilər saytınıza daha çox trafik gətirir və SEO-nu inkişaf etdirir.

Amma siz yoxlamalısınız ki, sizin şərhləriniz spam yox, realdır. Spammerlər pis linkləri olan şərhlər yazırlar, bu da sizin axtarış sıranıza təsir edə, hətta onu ümumiyyətlə darmadağın edə bilər. Buna görə də hamıya Akismet-dən istifadəni məsləhət görürəm. O, sizə spam şərhlərlə mübarizə aparmağa kömək edəcək.

Bloq postlarınıza çox sayda real şərhlər gəlirsə, özünüzlə fəxr edə bilərsiniz. Amma həddən artıq çox şərhin gəlməyi də saytınızın yüklənməsini gecikdirə bilər ki, bu da axtarış motorlarındakı sıranıza təsir edəcək. Saytınızın bütün şərhlərlə baş etməsi üçün serverinizi və sürəti gücləndirməlisiniz.

WordPress-də NoFollow xarici linkləri

Yuxarıda qeyd etdiyim kimi linklər axtarış motorlarına hansı səhifələrin daha vacib olduğunu bildirir. Hər hansı sayta link verdikdə həmin sayta öz SEO xalınızdan bir az ötürürsünüz.

Saytınızın reytinqinin yaxşı olması üçün diqqət etməlisiniz ki, link verməkdən çox link alasınız.

Buna görə də xarici linklərə nofollow atributu əlavə etməklə (özünüzün olmayan saytlara link verdikdə) axtarış motorlarına bildirirsiniz ki, həmin linkləri izləməsin. Bu da trafikdən gələn xalın gücünü tam olaraq özünüzdə saxlamağa imkan verir.

Normal xarici link HTML-də belə görünür:

<a href="http://numune.com">Example Website</a>

Nofollow atributu verilmiş link isə aşağıdakı kimi:

<a href="http://numune.com" rel="nofollow">Example Website</a>

WordPress-də avtomatik olaraq nofollow atributu quraşdırılmayıb. Amma siz linkləri manual olaraq asanlıqla düzəldə bilərsiniz.

Buna görə link olan bloku seçib, yuxarıdakı 3 nöqtəyə klikləyirsiniz.

link vermək
xarici linklər
nofollow  linki

Burada açılacaq menyuda ‘Edit as HTML’ seçimini etməlisiniz. Bu zaman linkin HTML kodu görünəcək. Linkə rel=”nofollow” atributunu əlavə edin.

link vermək
xarici linklər
nofollow  linki

HTML kodunda rel=”noopener noreferrer” atributunu görürsünüzsə, noreferrer-dən sonra boşluq qoyub, daha sonra nofollow sözünü artırın.

Tam post, yoxsa xülasə?!

WordPress yayımladığınız posta bir sıra yerlərdən linklər verir: ana səhifə, kateqoriya arxivi, etiket arxivi, məlumat arxivi, müəllif səhifələri və s. Bu səhifələrin hamısında avtomatik olaraq post tam görünür. Axtarış motorları onların dublikat kontent olduğunu düşündüyünə görə saytın SEO-suna təsir edir. Həmçinin tam postlar arxiv səhifələrinin ağır yüklənməsinə səbəb ola bilər.

Hər yerdə tam postun görünməsi səhifəyə baxış sayını da aşağı sala bilər. Belə ki, postarınıza abunə olmuş istifadəçilər tam postu öz mail-lərində oxuya bildiklərinə görə saytınıza heç daxil olmazlar. Bu problemin ən asan həlli tam postu göstərmək əvəzinə onun xülasəsini göstərməkdir.

Bunun üçün siz Parametrlər » Oxuma (Settings » Reading) menyusuna gedərək, Xülasə (Summary) xanasını seçməlisiniz.

WordPress SEO üçün sürət və təhlükəsizlik

Siz hətta bütün WordPress SEO qaydalarına riayət etsəz belə əgər saytınız ağır yüklənirsə və ya haker hücumuna məruz qalıbsa, bu sizin axtarış motorlarındakı mövqeyinizə təsir edəcək.

Ağır yüklənmə və təhlükəsizlik məsələsinə görə axtarış motorlarında trafik itirməmək üçün aşağıdakı qaydalara da riayət etməlisiniz.

Saytınızın sürətini və işləkliyini optimallaşdırın

saytı sürəti
saytın yüklənməsi

İnternet mütəxəssisləri bildirir ki, istifadəçilər sayta daxil olduqları bir neçə saniyə ərzində qərar verir ki, orda qalmaq istəyir ya yox. Bu o deməkdir ki, sizin kontenti təqdim edib istifadəçini maraqlandırmağa cəmi bir neçə saniyəniz var. Yəqin ki, bu qısa müddəti ziyarətçilərinizin saytın yüklənməsini gözləməsinə sərf etməyini istəməzsiz. Axtarış motorları sürətli yüklənən saytları ağır yüklənən saytlardan daha yuxarı yerlərdə sıralayır.

WordPress-də şəkilləri optimallaşdırın

Şəkillər yazı ilə müqayisədə daha çox marağa səbəb olur, amma daha gec də yüklənirlər. Əgər şəkil ölçüləri və keyfiyyəti barədə diqqətli olmasanız, onlar saytınızı ağırlaşdıra bilər.

Şəkilləri optimallaşdırmaq üçün birinci növbədə ölçülərə fikir verin. İkincisi, şəkli təsvir edən adlar, alt etiketlər yerləşdirin. Bu etiketlər axtarış motorlarına şəklin nə barədə olmasını izah edəcək. Görmə əngəlli şəxslər üçün olan monitorlar alt text-ləri göstərdiyinə görə alt mətnlər onlara da kömək olacaq. Şəkil yerləşdirdikdə WordPress sizə asanlıqla şəklə ad və alt etiket əlavə etməyə imkan verir.

şəkillərdə alt-tag 
şəkil SEO

Saytlarına çoxlu şəkillər yükləməli olan fotoqraflar qalereya plugin-i quraşdırmalıdır. Onlara Envira Galereyasdan istifadə etməyi məsləhət görürəm. Sürət testi edib ən sürətli WordPress qalereya plugi-i olduğunu yoxlamışam.

WordPress saytın təhlükəsizliyi

WordPress saytın təhlükəsizliyi

Hər həftə Google təqribən 70 000 saytı zərərli olduğuna və fişinq-ə görə qara siyahıya salır. Sayt qara siyahıya salındıqda heç bir axtarış nəticəsində çıxmır. Beləliklə də saytınızın təhlükəsiz olması axtarış sistemlərindəki yeriniz üçün çox vacibdir.

SSL/HTTPS istifadə etməyə başlayın

SSL (Secure Sockets Layer) istifadəçinin brauzeri ilə qoşulduğu server arasındakı əlaqəni şifrələyən texnologiyadır. O, sizin saytınıza əlavə təhlükəsizlik qatı artırır.

Bütün WordPress hostinq şirkətləri SSL sertifikatı təklif edirlər. Bu sertifikat vebsaytı daha çox güvənli, etibarlı edir. Xüsusən də online mağazanız varsa, ödəniş məlumatları daxil edildiyinə görə bu sertifikatın olması vacibdir.

Premium wildcard SSL və ya pulsuz sadə sertifikatlı təhlükəsizlik zəmanəti istəyirsizsə, sizə Domain.com dan istifadə etməyi məsləhət görürəm. Onların SSL sertifikatı 10 000 – 1.75 milyon dollar arası təhlükəsizlik zəmanəti təmin edir. Əlavə olaraq saytınızda TrustLogo möhürünü də yerləşdirə bilərsiniz.

Ümid edirəm ki, bu post sizə WordPress saytınızı SEO üçün optimallaşdırmağa kömək olacaq. Oxuduqlarınızı tətbiq etsəz görəcəksiniz ki, həqiqətən də bir neçə ay ərzində saytınızın trafiki artır.

Rating
Click to rate this post!
[Total: 10 Average: 4.9]

Oxşar yazılar Posts

sayt_suretinin_optimizasiyasi
Sayt Yaratmaq

Saytın sürətini və performansını optimallaşdırmaq üçün məsləhətlər

22 May 2020
seo nedir
SEO

SEO nədir və necə işləyir ?

17 Aprel 2020
amazon seo or product ranking 1 638
SEO

Amazon SEO 2020

18 İyul 2018
cloud of words or tags related to SEO (search engine optimization) on a  digital tablet with a cup of coffee
SEO

SEO 2020 [ TOP SECRET ]

28 Oktyabr 2017

Şərhlər 3

  1. Avatar of Fərhad Fərhad says:
    3 il əvvəl

    Məlumatlara görə təşəkkür edirəm. Mümkünsə sayta xarici dilləri əlavə etmək haqqında da məlumat paylaşın.

    Cavabla
  2. Avatar of Fərhad Fərhad says:
    3 il əvvəl

    Məlumat üçün təşəkkürlər. Sayta dil əlavə edilməsi haqqında da məlumat paylaşsaz şad olardım.

    Cavabla
  3. Avatar of Sabir Sabir says:
    3 il əvvəl

    Ela cox beyendim,

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In