SEO – Axtarış sisteminin optimizasiyası deməkdir.
SEO ilə bağlı bütün sirrləri bu sahənin əjdahalarından öyrənmək istəyirsinizmi ?
Neil Patel,Brian Dean,Bryan Harris, Robbie Richards, Ramsay Taplin və s. nəzərdə tuturam.
Bu yazımda sizlərə bu ekspertlərin istifadə etdiyi gizli sirrləri və metodları açıqlayacam.
Onların ən çox paylaşılan və ən çox trafik alan yazılarını araşdırdım.
Bilirəm sirrləri öyrənmək üçün çox tələsirsiniz elə isə araşdırmadan aldığım nəticəyə birlikdə baxaq:
Ən uğurlu 10 SEO metodları
- Saytınızdakı şəkilləri optimizasiya edib və həcmini maksimum dərəcədə balacalaşdırmağa çalışın.Bunun üçün ya photoshop ya da onlayn alətlərdən istifadə edə bilərsiniz. Məsələn : tinypng.com
- Fərqli hostinq provayderləri test edin və ən sürətlisini seçdiyinizdən əmin olun. Rəqiblərinizin hansı hostinqdə saytlarını yerləşdirdiyinə baxın və əmin olunki saytınızın açılması sürəti rəqiblərin saytından daha sürətlidir.
- Yazınızın başlığı çox önəmlidir. Ona görə də, yazarkən yazı başlığına bir az vaxt ayırmağınızı tövsiyyə edirəm. Başlıq seçmədən öncə google trends-dən də istifadə edə bilərsiniz. Başlıqda istifadə edəcəyiniz açar sözlərin ən çox axtarılan sözlərdən olması sizin xeyrinizə olacaq.
- Meta description bölməsi üçün maksimum 117 hərfli yazı yazın ki, mobil telefonla google-da saytınızı tapanlar yazını tam oxuya bilsinlər. Descriptionda yazacağınız yazını maksimum dərəcədə maraqlı yazın ki, istifadəçi klik etmək istəsin.
- Saytınızdakı yazıları açar sözlərinə görə optimizasiya edin. Əsasən də uzun açar sözlərinə görə. Məsələn, ” axtarış sisteminin optimizasiyasının sirrləri “. İstifadəçi axtarış sistemində nə yazıb saytınızı tapa bilərsə çalışın o sözləri yazınızda qeyd edin.
- Hər zaman çox maraqlı, dəyərli məlumatlarla dolu yazılar paylaşın.Yazılarınızda şəkillərdən istifadə etməyi unutmayın. Yazı yazarkən çalışın ən az 1500 söz yazasınız.Yazınızdakı məlumatların köhnəlməsinə imkan verməyin. Tez-tez yazınızı açıb içindəki məlumatların aktual olmasından əmin olun. Əgər aktual deyilsə yazınıza dəyişiklik edin.
7. Tez-tez yazılarınızı işlək olmayan linklərə görə yoxlayın. Bunun üçün Screaming Frog Seo Spider-dən istifadə edə bilərsiniz. Nə istifadəçi, nə də axtarış sistemləri qırıq linkləri bəyənmir.Əgər istifadəçi 404 error olan bir səhifə ilə rastlaşırsa böyük ehtimalla saytı tərk edib birdə daxil olmayacaq.
8. Sayt daxili linklər (internal link) çox önəmlidir. Saytınızda yazdığınız hər bir blog yazısı, başqa bir bloq yazılarının reklamı olmalıdır.
9.Xarici linklər ( outbound link) istifadə edin ! Başqasının bloquna trafik göndərməkdən çəkinməyin. İnsanlara axtardığı suallara cavab tapmaqda kömək olun. SEO tərəfdən outbound link verən saytlar çox dəyərlidir. Bunu unutmayın.
10. Backlinklər ( başqa saytlarda sizin saytınızın linki) hələdə çox önəmlidir. Saytınız nə qədər məhşur olsada, nə qədər çox adam girsədə, yenə də digər bloglarla əlaqələr qurun, müsahibələr verin,forumlarda və s aktiv edin. Nə qədər çox saytınızın linki başqa saytınızın mövzusuna uyğun olan saytlarda, və ya çox məhşur saytlarda olacaq bir o qədər saytınızın Google-ın gözündə dəyərli bir sayt kimi görünəcək.
SEO sahəsində biliklərinizi artırmaq üçün daima bu sahənin ekspertlərinin blog yazılarını oxuyun və araşdırmalar edin.
Yuxarıda adlarını qeyd etdiyim SEO mütəxəssislərin elə təkcə 636 blog yazısı var. Ortalama, hər yazının ən az 4000 sözü var içəriyində. Bu o deməkdir ki, bir yazını təxminən 20 dəqiqəyə oxuya biləcəksiniz.Buna baxmayaraq, ən az 200 saat tələb olunur ki, bu mütəxəssislərin qeyd etdiyi ən lazımlı SEO sirrlərini oxuyub öyrənə biləsiniz.
Bəs bu qədər çox məlumat ola-ola nə etmək lazımdır ?
Aşağıdakı şəkildə bir gündə internetdə nə qədər dəyişiklik baş verdiyinə baxın.
Hər gün 2 milyon bloq yazısı yazılır. Hansı strategiya ilə fərqlənək ? Daha çox trafik əldə etmək üçün nə edək ? Məsləhətim sadəcə ən yaxşıları araşdırın və yazılarını analiz edin.
Mütəxəssislərin istifadə etdiyi asan SEO metodlarını bu yazıda öyrənəcəksiniz:
- Ən yaxşı səhifə daxili (on-page) SEO metodları SEO mütəxəssisləri istifadə edir.
- Ən yaxşı optimizasiya olunmuş blog haqqında hansı strategiyaları bilməlisiniz?
- Uğurlu saytların ən vacib qaydası nədir ?
- Doğru açar sözlərinin axtarışı
- Rəqib analizi üçün sadə məsləhət
- 300000 səhifə baxışını necə əldə etmək olar.
- Ən yaxşı kontent hazırlamaq üçün ən yaxşı SEO metodları
- Yazı başlıqlarının qızıl qaydası
- Onlayn marketinq ekspertləri başlıq teqlərini necə yazır (H1-H3)
- Hətta Neil Patel və Bryan Harris belə meta description haqqında unutmuşdu.Bəlkədə bilərəkdən.
- Tez bazar məsləhət: açar sözlərini neçə seçib səhifədə istifadə etmək.
- Bəs (Strong,EM,li) teqləri ?
- Sayt daxili linklər necə yazılmalıdır ?
- Xarici linlərin ( outbound link) saytda istifadəsi
- Yazıda neçə şəkil istifadə etmək lazımdır və onlar necə optimizasiya olunmalıdır.
- SEO friendıy Url – bu nədir? və lazımlıdırmı ?
- Sayta ən sürətli hostinqin seçilməsi
- Ən çox trafik üçün nə qədər kontent lazımdır ?
- Yalnız ən yaxşı sayt xarici ( off page) SEO metodlarını istifadə edin.
- Saytınızın nə qədər backlinki olmalıdır?
- Sosial mediada aktivlik – SEO burda vacibdirmi ?
- Bloggerlərlə əlaqələr – Siz tək deyilsiniz internetdə.
- Qonaq yazıları, şərhlər – Bütün ekspertlər bundan istifadə edir.
- Sonda – Bu metodlardan necə istifadə edək ?
Bu yazını yazmadan öncə SEO mütəxəssislərin ən çox oxunulan və ən çox sosial mediada paylaşılan bloq yazılarını araşdırdım.
Maksimum dərəcədə çox məlumat toplamağa çalışdım ( yazılarının uzunluğu,saytlarındakı backlinlər,outbound linklər,anchor yazılar, yazılar nə formada sosial şəbəkələrdə paylaşılır, yazı başlıqları, yazıdakı şəkil sayıları,popup bannerlər,call to action-lar,açar sözləri,saytlarının açılma sürətləri, istifadə etdikləri hostinq şirkətləri, texniki problemləri, səhifələrinin yaşları, saytlarına istifadəçilərinin haradan gəlmələri) və nəticədə saytlarının niyə məhşur olduğunu öyrənmiş oldum.
Araşdırma sonunda sizlərlə işləyən SEO metodlarını paylaşmaq istəyirəm.
Ən yaxşı optimizasiya olunmuş blog haqqında hansı strategiyaları bilməlisiniz?
Əslində çox vaxt lazım deyil, çoxlu trafik əldə edəsiniz. Bəzi ekspertlərin saytları sadəcə bir neçə ildir ki, fəaliyyət göstərirlər. Məsələn:
Ramsay Taplin – 08.08.2010
Brian Dean – 21.12.2012
Bryan Harris – 21.10.2013
Robbie Richards – 07.07.2014
Neil Patel – 30.09.2014
Ilk paylaşdıqları blog yazısına görə sıralamışam.
Məsəl üçün, Neil Patelin bloqu hər ay 400.000-dən çox insan tərəfindən ziyarət edilir.Brian Dean-in backlinko.com saytı isə artıq hər ay ən az 100.000 fərqli insanlar tərəfindən ziyarət edilir.
Uğurlu bloqların əsas qaydası 80% reklamdır, 20% isə kontent. Bu fikir ilk dəfə Derek Halperk tərəfindən ifadə olunub və hələdə aktualdır. Brian Dean kimi uğurlu bloqqer olduqda bu qayda 50/50 dəyişir. Özünün sözlərinə görə, ortalama bir bloq yazısı yazması üçün 15-20 saatını sərf edir.
Backlinlərin şahı,Brian Dean-dən SEO məsləhətləri 3 hissəyə bölünür:
- Açar sözləri – Az rəqabət olan amma çox axtarılan sözləri tapmaq.
- Kontent – Həmin açar sözləri ilə optimizasiya olunmuş kontent yaratmaq.
- Reklam – Həmin yazdığınızı reklam etməlisiniz ki, insanlar ona link versin daha prestijli və ya kontenti uyğun olan saytlardan.
İndi gəlin Brian-in yuxarı dediklərinə nəzər salaq :
Doğru açar sözlərinin axtarışı
Saytınızın trafiki həqiqətəndə saytınızda optimizasiya etdiyiniz açar sözlərindən aslıdır. Əgər onları səhv seçmisinizsə o zaman çoxlu trafik gözləməyə dəyməz.Əgər böyük rəqabət olan bir açar sözü seçmisinizsə ( məsələn sadəcə SEO sözü) o zaman əjdahalarla rəqabətə hazır olun, və axırı heçdə yaxşı olmaya bilər 🙂
Açar sözlərini analiz eləmək üçün google trends, google keyword planner? keywordtool.io? kwfinder.com -dən istifadə edə bilərsiniz.
Yeni başlayanlara məsləhət görərdim ki,uzun quyruqlu açar sözlərindən istifadə edəsiniz. Belə olan halda az rəqabətli çox axtarılan açar sözü tapa bilərsiniz və daima o açar sözlə yazınıza trafik gələr.
Rəqib saytları analiz etmək üçün ən yaxşı alət MozBar-ın chrome extension-dır.Bununla rəqiblərinizi tam analiz edə biləcəksiniz.
Bu bloq yazısı hələ tamamlanmamışdır. Yazdıqca burada ardı görünəcək. =)
Təşəkkürlər Cəfər Nəcəfov.