Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2024 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    47 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, İyun 17, 2025
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.

29 Oktyabr 2019
Bölmə Aramızda Qalsın, Onlayn mağaza
Reading Time: 5 mins read
0 0
0
PAYLAŞIM
21.3k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

OxşarYazılar

Digital Marketing 2

Məzmun

    • SAP ABAP nədir və ERP sistemlərində niyə vacibdir?
    • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
    • 2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu
    • Xaricə getmədən Azərbaycanda Paypal hesabını necə qeydiyyatdan keçirim?
  • Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları üçün Stripe hesabının açılması
    • Birinci addım:
    • İkinci addım:
    • Üçüncü addım:
    • Dördüncü addım:

SAP ABAP nədir və ERP sistemlərində niyə vacibdir?

03 Oktyabr 2024
Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
2checkout_odeme_sistemi

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020

Bildiyiniz kimi, Azərbaycanda paypaldan qeydiyyatdan keçdiyinizdə yalnız internet üzərindən ödənişlər edə bilirsiniz və heç bir halda Paypal hesabınıza ödəniş qəbul edə bilmirsiniz. 

paypal_stripe_azerbaijan

Bu yazımda, Azərbaycanda ola-ola internet üzərindən necə ödəniş qəbul edə biləcəyinizi sizə izah edəcəm. 

5 mərhələdə, ödəniş qəbul edə biləcəyiniz Paypal hesabına sahib olun.

  1. Gürcüstana səyahət edirsiniz.
  2. Qaldığınız otelin və ya evin adresini bir yerə qeyd edin, çünki daha sonra bank və Paypal hesabı açmaq üçün lazım olacaq.
  3. Gürcüstanda Geocell və ya Beeline nömrəsi alın, həm bankda həm də Paypalda lazım olacaq. Nömrə aldıqdan dərhal sonra nömrədə Roaminqi aktivləşdirməyiniz lazımdır. Azərbaycanda olduğunuz zaman Bank və ya Paypal əməliyyatları zamanı nömrənizə qısa mesajla kod göndərə bilərlər. 
  4. TBC bankda VİSA Classic kartı qeydiyyat edin. Təkrar edirəm VİSA Card. Master Card ilə pul qəbul etmək mümkün olmayacaq. Əgər bank tərəfindən mümkün olsa Visa gold kartı açdırın. Gələcəkdə bankomatdan daha çox pul çıxara biləsiniz deyə.
  5. Gürcüstanda olduğunuz zaman paypal.com saytına daxil olun və Paypal Business hesabınızı qeydiyyatdan keçirin. Azərbaycan pasportundakı məlumatlarınızla qeydiyyatdan keçə bilərsiniz, heç bir problemi yoxdur. Fəaliyyət növü hissəsinə isə hansı işdən sizə ödəniş gələcəksə onu qeyd edəcəksiniz. 

Beləliklə, 5 mərhələdə sizin artıq ödəniş qəbul etməyə hazır Paypal hesabınız olacaq. 

Xaricə getmədən Azərbaycanda Paypal hesabını necə qeydiyyatdan keçirim?

Paypal ilə Azərbaycandan pul qəbul eləmək üçün sizin Paypal hesabınız xaricdə qeydiyyat olmuş olmalıdır. VPN (Virtual Private Network) -dən və ya VPS ( Virtual Private Server) -dən istifadə etməklə kompyuterinizin və ya mobil cihazınızın İP ( İnternet Protocol) -sini dəyişə bilərsiniz. Paypalın dəstəklədiyi ölkələrin İP-si ilə sayta daxil olub Biznes hesabı qeydiyyat edirsiniz. 

paypal azerbaycanda

Gələcəkdə Paypal tərəfindən blok olunmamaq üçün qeydiyyat zamanı hansı tədbirlər görülməlidir ?

Paypalın gələcəkdə sizin hesabı blok eləməməsi üçün sizin kompyuterinizdəki saat, İP dəyişərək girdiyiniz ölkənin saatı ilə eyni olmalıdır. Bu halda ən məsləhətlisi Gürcüstan İP-si ilə qeydiyyatdan keçməyinizdir. Gürcüstan ilə Azərbaycan eyni saat qurşağında olduğu üçün gələcəkdə heç bir problem yaşamayacaqsınız. 

Stripe ilə ödəniş qəbul etmək üçün nə etmək lazımdır ?

Təəssüf ki, Stripe nə Azərbaycanı nə də Gürcüstanı dəstəkləyir. Buna görədə ən optimal variant ya onlayn Amerika şirkəti qeydiyyat edərək VPN ilə İP dəyişib Amerikada qeydiyyat etməkdir, yada Amerikaya səfər edib orada həm bank hesabı açıb həmdə Stripe hesabı açıb geri qayıtmaqdır. Daha sonra Azərbaycandan da hər dəfə İP dəyişərək hesabınıza daxil olmalısınız. 

Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları üçün Stripe hesabının açılması

Bəli, bu mümkündür. Sizə Payoneer hesabı, Amerikada virtual adres, telefon nömrəsi və EİN ( Employer İdentification number) nömrəsi lazım olacaq. 

Birinci addım:

Payoneerdə qeydiyyatdan keçmək üçün bu linkə daxil olun: Payoneerdə qeydiyyat . Mənim linklə qeydiyyat etdiyiniz üçün $25 qeydiyyat bonusu alacaqsınız.

payoneer qeydiyyat

Payoneerdə qeydiyyat etmək tamamilə pulsuzdur və siz Amerika bank hesabı və kartına sahib olmuş olursunuz. Qeydiyyatdan keçərkən sizdən Bank hesabınızın rekvizitləri tələb oluna bilər, o zaman Azərbaycanda olan hər hansısa bankınızın rekvizitlərinizi qeyd edə bilərsiniz. Rekvizitlər sizdə yoxdursa banka müraciət etməklə ala bilərsiniz.

payoneer qeydiyyat sehifesi

İkinci addım:

EİN nömrəsi almaq üçün bu formu doldurun. Daha sonra Amerikanın vergi departamenti olan İRS-ə zəng edin 1 (800) 829-4933 və onlara sizə EİN nömrəsi almaq istədiyinizi bildirin.

Onlar sizdən formu doldurub FAKS ilə göndərməyinizi istəyəcəklər, amma siz onları inandırın ki, sizdə Faks aparatı yoxdur və bu prosesi telefonla etmək istəyirsiniz.

Operator sizdən hazır formunuzun olub olmadığını öyrənəcək və form hazırdırsa sizdən hər bir punktu onlara oxumağınızı xahiş edəcək.

15 dəqiqə sonra sizin artıq EİN nömrəniz hazır olacaq, hansıkı qisa vaxtda sizin Azərbaycandakı ev adresinizə göndəriləcək.

Üçüncü addım:

sizə Amerikada poçt qəbulu üçün ünvan lazım olacaq. Sizə Mailboxforwarding-i məsləhət görürəm. Qeydiyyat edərkən “freemonth” kupon kodunu qeyd edin və xidmətdən 1 ay pulsuz istifadə edin. Sizin amerikada adresiniz olacaq və sizin adresə gələn hər bir sənədin şəklini onlayn görə biləcəksiniz. Hətta Azərbaycandakı adresinizədə göndərilməsini istəyə bilərsiniz.

Dördüncü addım:

Amerika telefon nömrəniz olması üçün Sonetel saytında qeydiyyat edirsiniz və gələn zəngləri öz Azərbaycan nömrənizə yönləndirirsiniz.

Hamısı hazır olduqdan sonra İP adresinizi VPN ilə Amerikaya dəyişib Stripe saytında qeydiyyat edirsiniz.

stripe azerbaycan

Stripe.com saytında qeydiyyat üçün emailinizi, şifrənizi və s yazıb qeydiyyat edin, daha sonra emailə gələn məktubu təsdiqləyin. Emailinizi təsdiqlədikdən sonra hesabınıza daxil olun  LIVE/TEST seçənəyindən LIVE seçib hesabınızı aktivləşdirin. Məlumatları aşağıda qeyd etdiyim formada doldurun

Country: United States

Business type: Individual / Sole Proprietorship

EIN: İRS-dən aldığın EİN nömrənizi bura qeyd edin

Address: Amerikadakı adresiniz

Phone: Sonetel-dən aldığınız Amerika nömrəniz

SSN: 000–000–000

Bank account: Payoneer hesabınıza daxil olun, RECEİVE –> Global Payment Service klik edin və orada olan bank məlumatlarını STRİPE-da daxil edin.

SSN ( Sosial təhlükəsizlik nömrəsi ) sizdə olmadığı üçün qeyd etdiyim formada 000-000-000 yazırsınız. Daha sonra sizdən SSN nömrəsi təkrar tələb oluna bilər və siz operatora bildirməlisiniz ki, siz Amerika vətəndaşı deyilsiniz və sizin yalnız EİN nömrəniz var. Sizdən sübut üçün Azərbaycan pasportu tələb olunacaq və pasportu təqdim etdiyinizdən sonra hesabınız tam hazır vəziyyətdə olacaq.

Təbrik edirəm, artıq həm Paypal, həm də STRİPE hesabınız var və hesabınıza ödəniş qəbul edə bilirsiniz.

Başqa nələr haqqında məlumat almaq istəyirsinizsə şərhdə qeyd edin və ya sosial şəbəkələrdəki hesablarımdan mənə yazaraq bildirin və növbəti yazımda sizin sualınızı geniş şəkildə cavablayım.

Rating
Click to rate this post!
[Total: 36 Average: 4.3]

Oxşar yazılar Posts

Digital Marketing 2
Aramızda Qalsın

SAP ABAP nədir və ERP sistemlərində niyə vacibdir?

03 Oktyabr 2024
Shopify İlə dropshipping Addim addim şəkİllİ İzahla
Dropshipping

Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla

17 Oktyabr 2022
2checkout_odeme_sistemi
Onlayn mağaza

2Checkout ödəniş sistemi ilə xaricdən ödəniş almağın yolu

07 Avqust 2020
dropshipping_uchun_trend_mehsul
Dropshipping

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
dropshipping vergi
Dropshipping

ABŞ-da Dropshipping – Vergi ilə bağlı suallarınızı cavablandırdım

25 İyun 2020

Şərhlər 20

  1. Avatar of Mu ariz Mu ariz says:
    6 il əvvəl

    Ezyet çekib bunu yazdiginiz ucun tesekkurler,

    Cavabla
  2. Avatar of mubariz mubariz says:
    5 il əvvəl

    Salam gelecekde blok olunmamaq ucun shopify magazasi acarken Virtual Private Serverden istifade edek.? yoxsa yalnizca paypal hesabi acarken ve paypali islederken vpn deyismeyimiz bes edir.?

    Cavabla
  3. Avatar of mubariz mubariz says:
    5 il əvvəl

    Salam gelecekde blok olunmamaq ucun shopify magazasi acarken Virtual Private Serverden istifade edek.? yoxsa yalnizca paypal hesabi acarken ve paypali islederken vpn deyismeyimiz bes edir>.?

    Cavabla
  4. Avatar of Mesim Mesim says:
    5 il əvvəl

    Salam. Stripe support ile danisdim. Payoneer hesabi qebul etmirler ve profilin deaktiv olma ehtimali coxdur. Daha sonra unvan barede isiq qaz internet kimi cekler isteyirler. Sizce supportun bu dediklerine mehel qoymaq lazimdir? Ya siz dediyini edib rahat isletmek olar?

    Cavabla
  5. Avatar of Mesim Mesim says:
    5 il əvvəl

    Salam. Stripe support ile danisdim. Payoneer hesabi qebul etmirler ve profilin deaktiv olma ehtimali coxdur. Daha sonra unvan barede isiq qaz internet kimi cekler isteyirler. Sizce supportun bu dediklerine mehel qoymaq lazimdir?.. Ya siz dediyini edib rahat isletmek olar?

    Cavabla
    • Avatar of Mahir Mahir says:
      5 il əvvəl

      Payoneer ümumiyyətlə ecom biznesi üçün istifadəyə icazə vermir,qaydalarına ziddir…başlınğıcda keçsen bele transactionlar artıqca yoxlayacaqlar…bir dəfəlik adına, id-nə blok qoyma riski var…stripe -da həmçinin dropshipping söhbətlərini xoşlamır…onlar da başlanğıcda boş verrirlər, transactionlar artıqca ciddi review edirlər saytını gördüyün işləri..işin güvənliyiyini araşdırırlar…ən pisi müştərilər refund edəndə olur…onu bağışlamaz stripe…amma qaydasında olar ödənişlər çox da toxunmaz, rahat işini görə bilərsən….yeri gəlmişkən stripe atlas programı var….sırf usa vətəndaşı olmayanlar üçün hesab açmağa köməklik edir…məsələn usa-da LLC company qediyyat etmek, bank hesabı açmaq, tax işlərində köməklik edir…ödənişlidir təxminən 500$…başqa variantı usa-dan vəkil tutmaq bu işlərdə kömək istəmək…

      Cavabla
  6. Avatar of Səbuhi Səbuhi says:
    5 il əvvəl

    Salam. Çox təşəkkürlər Sizə. Mükəmməl bir işdir. Ancaq təssüf edirəm ki, ətraflı izah etsənizdə bunu gərək hazır məsul kimi əldə edib sonra işlədim. Yaratmaq bir az çətin gəldi ilk olaraq. Bir daha təşəkkürlər.

    Cavabla
  7. Avatar of Ceyhun Ceyhun says:
    5 il əvvəl

    Teshekkur. Azerbaycan payment providerlerini de qoshmaq ucun post hazirlasaniz ela olar

    Cavabla
  8. Avatar of Tural Tural says:
    5 il əvvəl

    Azerbaycanda odeniw almag ucun bawqa odeniw varyanti yoxdu? Stripe ve Paypal prablemli odeniw usullaridi melumati olmuyan insan ucun çetinlik yaradir cox. Zehmet olmasa bawqa rahat odeniw usulu varsa onlarida yazin

    Cavabla
    • Avatar of Asiman Asiman says:
      5 il əvvəl

      Mən Azərbaycan kartofla qeydiyyat etmişəm uje 2-3 ildi bir dəfə 50 dollar ödəniş qəbul etmişəm onuda payoneere göndərmişəm. İddialisizsa xaricdə təsdiq olmuş hazır PayPal hesabı ala bilərsiz

      Cavabla
  9. Avatar of Vahid Vahid says:
    5 il əvvəl

    sağ ol ki yazdın .Sual QIWI bunu vasitəsi ilə xarici saytlarda pul çəkmək olar ? Bir çoxları Yutubda deyir. Pul QIWI ilə qoyur amma bunu vasitəsi ilə çəkmək olar ,pul qazanan saytlardan ?

    Cavabla
  10. Avatar of Celil Celil says:
    5 il əvvəl

    Salam bize online magazada tekce Paypal kifayet edirmi ?/yoxsa Stripede acmaliyiq///??

    Cavabla
  11. Avatar of Javid Javid says:
    5 il əvvəl

    Salam.
    Tesekkur faydali melumatlara gore. Sualim odurki VPNle IP deyisdirilerek Paypal business hesabi acdiqdan sonra orda qeydiyyat edeceyimiz kart mutleq xarici olke bankinin karti olmalidir ya ABB yerli bank VIsa Classic kart qeydiyyat etmek mumkundur? Odenisleri qebul etmek ucun.

    Cavabla
    • Avatar of Asiman Asiman says:
      5 il əvvəl

      Mən Azərbaycan kartofla qeydiyyat etmişəm uje 2-3 ildi bir dəfə 50 dollar ödəniş qəbul etmişəm onuda payoneere göndərmişəm. İddialisizsa xaricdə təsdiq olmuş hazır PayPal hesabı ala bilərsiz

      Cavabla
    • Avatar of Asiman Asiman says:
      5 il əvvəl

      Qardas orda kartla yazmaq istemisdim avtomatik düzəltmə kartofla çevirib. Öz reyimə gülə gülə qalmışam))) üzürlü say)))

      Cavabla
  12. Avatar of Sevil Sevil says:
    5 il əvvəl

    Bu merheleler mene cox cetin geldi. Bilmirem ede bilecem ya yox. Birde bildiyim Skrill odenis sistemi var. Bir defe logo odenisi ucun gondermisdiler Amerikadan.

    Cavabla
  13. Avatar of Asiman Asiman says:
    5 il əvvəl

    Qardas orda kartla yazmaq istemisdim avtomatik düzəltmə kartofla çevirib. Öz reyimə gülə gülə qalmışam))) üzürlü say)))

    Cavabla
    • Avatar of Tahir Tahir says:
      5 il əvvəl

      qaqa senle nece elaqe yaradim

      Cavabla
    • Avatar of VUGAR VUGAR says:
      5 il əvvəl

      Kartofe 😀 Allah sizi guldursun 😀

      Cavabla
    • Avatar of Gulu Gulu says:
      5 il əvvəl

      Salam paypal ne demekdi mende bilmek isteyirem zehmet olmasa yazinda

      Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.