Son dövrlər gücləndirilmiş karantin rejimi ilə əlaqədar olaraq insanların onlayn bizneslərə marağı artmışdır. Hər kəs öz bilikləri və bacarıqları çərçivəsində işlərini internet üzərindən görməyin yollarını axtarmağa başlayıb. Onlayn şəkildə görülə bilən işlərdən biri də onlayn kurs yaratmaqdır. Bu yazımda sizə WordPress platformasında online kurs yaradaraq pul qazanmağın yollarını izah edəcəyəm.
Əgər hər hansısa sahədə bir bacarığınız varsa o zaman öz onlayn kursunuzu yaradıb sata bilərsiniz. Bu hansısa musiqi alətində ifa eləmək ola bilər, xarici dil dərsi öyrətmək ola bilər, bildiyiniz hər hansısa bir sahənin kursu ola bilər.
Online kurs yaratmaq üçün sizə nə lazımdır?
- Domen adı
- WordPress hosting hesabı
- Kursları yaradıb, idarə edə bilmək üçün Öyrənmənin idarəedilməsi əlavəsi (LMS plugin)
- 45 dəq-lik zaman
1-ci addım. WordPress saytı yaratmaq
Vebsaytınızı yaratmaq üçün bir çox sayt yaradan platformalardan istifadə edə bilərsiniz. Amma mən WordPress platformasına üstünlük verirəm. Çünki WordPress-də istədiyiniz istiqamətdə sayt yarada bilərsiniz.
Ümumiyyətlə, iki cür WordPress saytı var: WordPress.com və WordPress.org.
Yeni başlayanlar adətən onları bir-biriylə qarışdırır. WordPress.org-da sizə lazım olan WordPress-in bütün funksiyalarından istifadə edə bilərsiniz.
WordPress.org-da saytınızın olması üçün sizə domen adı (illik 14.99$), WordPress hosting (aylıq 7.99$) və ödənişləri qəbul etmək üçün SSL sertifikatı (illik 69.99$) lazım olacaq. Bu qədər məbləğ başlanğıcda çoxdur. Amma WordPress-in rəsmi tövsiyə etdiyi hostinq provayderi olan Bluehost oxucularım üçün veb hostinqə 60% endirim təklif edir. Beləliklə ayda cəmi 2.75$ ödəməklə sizin də saytınız ola bilər.
Hostinqi aldıqdan sonra daha öncə yazdığım WordPress-də 6 addımla sayt yaratmaq yazısı ilə addım-addım sayt yaratmaq prosesini öyrənə bilərsiniz.
2-ci addım. LearnDash LMS Plugin-ini quraşdırmaq
Saytınız hazır olduğuna görə siz bu mərhələdə Öyrənməni idarəetmə sistemi əlavəsini quraşdıracaqsınız. Onun sayəsində öz onlayn kursunuzu yaradıb sayta əlavə edə bilərsiniz.
Buna görə ilk olaraq Learndash plugin-ini quraşdırıb, aktivasiya etməlisiniz. LearnDash WordPress üçün ən yaxşı LMS plugin-idir. Bu plugin-ə kursun idarəedilməsi, dərs planları, testlər, tapşırıqlar, kursun gedişatı və s.daxildir.
Aktivasiya etdikdən sonra LearnDash LMS » Settings səhifəsinə gedib email ünvanını və lisenziya açarını daxil etmək üçün LMS License bölməsinə klikləyirsiniz.
Məlumatı daxil etdikdən sonra “Update License” düyməsinə sıxıb parametrləri yadda saxlayırsınız.
Növbəti addımda PayPal Settings menyusuna keçərək, onlayn ödənişləri qəbul edib, kursları sata bilmək üçün PayPal məlumatını daxil edəcəksiniz.
Əgər sizin Paypal hesabınız yoxdursa, o zaman daha öncə paylaşdığım Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ. yazımda Azərbaycanda necə paypal ilə ödəniş qəbul etməyin yolunu öyrənə bilərsiniz.
“Save” düyməsini klikləyib parametrləri yadda saxlamağı unutmayın. Əsas parametrləri konfiqurasiya etdikdən sonra kurslarınızı yarada bilərsiniz.
3-cü addım. İlk kursu yaratmaq
LearnDash ilə online kursları yaradıb, idarə etmək çox asandır. Birincisi, LearnDash LMS » Courses səhifəsinə keçib Add New düyməsinə sıxırsız.
Bu zaman Add New Course səhifəsi açılacaq. Burada kursunuza ad verərək detallı təsviri daxil etməlisiniz. Siz həmçinin redaktor blokları, kurs kateqoriyaları, şəkil və avatar şəkli daxil edərək gözəl bir kurs səhifəsi hazırlaya bilərsiniz.
Daha sonra Settings bölməsinə daxil olub, kurs üçün qiymət, status kimi müxtəlif seçimləri yarada bilərsiniz.
İndi Course access settings-ə düşərək kursun statusunu yaradın. Istəyinizə uyğun olaraq kursa açıq, qapalı, ödənişsiz, ödənişli, təkrar ödənişli və s.statusları verə bilərsiniz.
“Buy now” statusunu seçdikdə siz kurs üçün 1 dəfəlik ödəniş üsulu təyin edirsiniz. “Recurring” seçimi sizə imkan verəcək ki, kursa qoşulanlardan təkrar ödəniş qəbul edəsiniz. Təkrarlanan ödəniş üsulu üçün gərək məbləğ və müddəti daxil edəsiniz.
Ondan aşağıda kursun şərtlərini, bal verib-verməyəcəyinizi, son qoşulma tarixini seçə bilərsiniz.
Hazırladığınız kursun parametrlərindən razı qaldıqda yadda saxlaya, “Preview” düyməsinə sıxaraq dərc etməmişdən öncə kursun görüntüsünə baxa və ya dərc edə bilərsiniz.
4-cü addım. Kursa dərslər əlavə etmək
İlk kursu yaratdınızsa kursa dərslər əlavə etməyin vaxtıdır. LearnDash sizə interaktiv dərslər qurmağa və onları kursunuza daxil etməyə kömək edəcək. LearnDash ilə kursa dərsləri və digər məzmunu əlavə etməyin iki üsulu var.
1.Kurs redaktorunda “Builder” düyməsinə sıxıb, dərsləri, mövzuları və testləri əlavə edə bilərsiniz. Yeni dərs əlavə etmək üçün sadəcə Add Lesson düyməsini sıxırsız. Beləliklə də kursun məzmununu qısa müddətdə yarada bilirsiz.
2. LearnDash LMS » Lessons səhifəsinə gedib, Add New button düyməsinə klikləyin.
Bu zaman dərsləri redaktə səhifəsində dərsə ad verib, dərsin kontentini əlavə edə bilərsiniz.
Burada siz şəkil, qalereya əlavə edə, video linki yerləşdirə, banner şəkillər, sütun və s. funksiyalardan istifadə edərək gözəl kontent görünüşü yarada bilərsiniz. Razı qaldıqdan sonra Settings bölməsinə gedin.
Burada birincisi dərsə dəstək materiallarını, dərsin gedişatını, tapşırıqların yüklənməsini və dərs taymerini yoxlaya bilərsiniz. Bundan sonra “Lesson Access Settings” bölməsinə gedib, kursunuzu dərs ilə əlaqələndirə və istifadəçilər daxil olduqda onlara nəzarət edə bilərsiniz.
Drip kontent funksionallığından istifadə etmək
LearnDash LMS-də güclü drip kontent funksionallığı var. Drip kontent o deməkdir ki, kursun materiallarını birdən deyil, hissə-hissə təqdim etmək olar.
“Lesson access control settings”də “Enrollment based” (kursa qoşulma) və gün seçimi var.
Hazırladığınız dərsdən razı qaldıqda onu yadda saxlamaq üçün Publish düyməsinə sıxırsız. Dərslər avtomatik olaraq kursun səhifəsində yayımlanacaq. Kursa daha çox dərs əlavə etmək istədikdə bu prosesi təkrarlayın.
Siz həmçinin fərdi dərsləri mövzulara ayıra bilərsiniz. LearnDash LMS » Topics səhifəsinə gedib, Add New düyməsinə sıxın. Mövzu yaratmaq dərs yaratmaq kimidir. Bir fərqi odur ki, mövzunu kurs ilə deyil, dərs ilə əlaqələndirirsiz.
5-ci addım. Kursa test və tapşırıqlar əlavə edin
Testlər və tapşırıqlar sayəsində kursunuzda interaktiv mühit yarada bilərsiniz. LearnDash-də xeyli sayda dinamik test və tapşırıqlar var ki, online kurs və dərslərə əlavə edəsiniz. Siz hətta istifadəçilərinizin tapşırıqlarını yoxlayıb, qiymət də verə bilərsiniz.
Test yaratmaq
Test əlavə etmək üçün LearnDash LMS » Quizzes səhifəsinə gedirsiz və Add New düyməsini sıxırsız.
Birincisi, testə ad vermək lazımdır.
Bundan sonra parametrlər bölməsinə gedərək testi kursa, dərsə və ya mövzuya bağlayırsız.
Bir az aşağıda testin ilkin şərtləri, qiymətlər, sertifikatlar və görüntüsünü ayarlaya biləcəksiz.
Yadda saxlamaq üçün ən axırda “save” və ya “publish” düyməsini sıxın.
Testin içi hazırda boşdur. Gəlin indi ona bir neçə sual əlavə edək. Bunun üçün LearnDash LMS » Questions səhifəsinə gedirsiz və Add New düyməsini sıxırsız.
Bu zaman siz sualları redaktə etmək səhifəsinə yönlənəcəksiz. Əvvəlcə sualın adını və ya ad yerinə sualın özünü əlavə edin. Aşağısında isə suala kiçik təsvir daxil edə bilərsiz.
Sağ sütundan sualınıza cavabın növünü seçə bilərsiz. Cavab növündən asılı olaraq sual üçün olan seçimlər dəyişəcək.
Bundan sonra cavabları daxil edə, düzgün cavab verildikdə hansı mesajın çıxacağını da seçə bilərsiz.
Bitirdikdən sonra “Settings” bölümünə gedib sualı daha öncə yaratdığınız test ilə əlaqələndirin.
Testlərə istənilən qədər sual əlavə edə bilərsiz. Növbəti suala keçməmişdən əvvəl yaddaşa verməyi unutmayın.
Tapşırıq yaratmaq
Dərsi redaktə edərək və dərs seçimləri sahəsinə gedərək tapşırıqlar əlavə edə bilərsiniz. Bunun üçün sadəcə tapşırıq yüklə xanasını işarələməlisiniz.
Dərsin sonunda istifadəçilər öz tapşırıqlarını yükləmək üçün sahə görəcəklər.
İstifadəçilər öz tapşırıqlarını göndərdikdə siz onları LearnDash LMS » Assignments səhifəsində tapa biləcəksiz. Bu səhifədə onları redaktə edə, təsdiq edə və ya şərhlər yaza bilərsiniz.
6-cı addım. Kursu bitirdikdən sonra sertifikat vermək
LearnDash ilə siz istifadəçilərinizə avtomatik sertifikat verilməsini təmin edə bilərsiniz. Amma LearnDash-də sertifikat yaratmaq üçün bir az HTML bilikləriniz olmalıdır.
Birincisi, sizin sertifikatın şəkli yerləşən faylınız olmalıdır. Bu, sertifikatlarda istifadə edəcəyiniz fon şəklidir.
Sertifikat şablonlarını Canva kimi pulsuz şəkil yaratma saytlarında tapa bilərsiniz. Bəyəndiyiniz şablonu tapdıqdan sonra içindəki mətni silib, kompüterinizə yükləyin.
Daha sonra LearnDash LMS » Certificates səhifəsinə keçib, Add New düyməsinə sıxın.
Bu zaman sertifikatı redaktə etmək üçün səhifəyə yönlənib, əsas şəkil kimi yüklədiyiniz fon şəklini bura daxil edəcəksiniz.
Bundan sonra siz Visual editor-dan istifadə edib, shortcodes düyməsinə sıxaraq, LearnDash metadata-sını sertifikata əlavə etməlisiniz. Shortcodes-dan istifadə edərək kursun adını, istifadəçi adını və digər məlumatları daxil edə bilərsiniz.
Sertifikatı bəyəndinizsə, onu dərc etmək lazımdır. Daha sonra isə sertifikatı kursa, dərsə və ya testə aid edə bilərsiniz.
Sertifikatı əlavə etmək üçün kursu, testi və ya dərsi redaktə edib, “Settings” bölməsinə keçin. Burada isə yaratdığınız sertifikatı seçə biləcəksiniz.
7-ci addım. Kursu satmaq
Əgər üzvlüklə olan bir sayt yaratmaq istəyirsinizsə LearnDash-i MemberPress ilə istifadə edin. MemberPress WordPress-in ən yaxşı üzvlük plugin-idir.
MemberPress-də güclü ödəniş sistemi var. Bundan başqa, kursla əlaqədar başqa fiziki məhsullar da satmaq istəsəniz ödənişləri və sifarişləri idarə etmək üçün WooCommerce-dən istifadə edə bilərsiniz. Beləliklə WooCommerce sayəsində vebsaytınızda həm də online mağaza aça biləcəksiniz.
Yeri gəlmişkən, əgər onlay satış portalı yaradıb məhsullar satmaq istəyirsizsə, Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) yazısını oxuyun.
8-ci addım. Onlayn kursu təbliğ etmək
WordPress və LearnDash-da asanlıqla onlayn kurs yaradıb, idarə edə biləcəksiniz. WordPress-in başqa bir üstünlüyü isə sizə online kursu asanlıqla təbliğ edib, onlayn pul qazanmağa şərait yaratmağıdır. Bir neçə təbliğ vasitələrini aşağıda qeyd edirəm.
Uyğun WordPress şablonunu seçin
Mövzular saytın görünüşünü təyin edir və bazarda minlərlə WordPress mövzusu var. Amma onların hamısı online kurs satmaq üçün yaramır. Buna görə də elə bir WordPress mövzusu seçməlisiniz ki, daha çox satış etmək üçün optimallaşdırılmış olsun. Mövzu eyni zamanda da LearnDash-də yaxşı işləməli, mobil telefon ekranlarına uyğunlaşdırılmalıdır.
Sizə ən çox Astra şablonunu məsləhət görərdim. Bu güclü WordPress şablonu LearnDash-lə yaxşı işləyir, satış üçün də optimallaşdırılıb.
Astra Pro versiyasını seçsəniz onun LearnDash moduluna da girişiniz olacaq. Beləliklə də siz kursunuzu təbliğ edə biləcək və daha çox satış etmək üçün əlavə funksiyalar qazanacaqsınız.
Astra-dan başqa aşağıdakı mövzuları da seçə bilərsiz:
OceanWP– ayarlanması asan olan çox funksiyalı WordPress mövzusu
Academy Pro – StudioPress tərəfindən hazırlanıb, Genesis mövzu çərçivəsi tərəfindən dəstəklənən bu mövzu xüsusilə online kursları satmaq üçün yaradılıb.
Divi – Divi-də çoxlu sayda asan düzələn səhifələr və hazır dizaynlar mövcuddur.
Onlayn kursunuz üçün Ana səhifə yaradın
Siz çox güman ki, online kurs haqqında ətraflı məlumat, təlimatlar və xüsusi təkliflərlə bağlı bir ana səhifə yaratmaq istəyərsiz.
Bunun üçün sizə Beaver Builder lazımdır. O, ən yaxşı WordPress səhifəsi hazırlayanlardan biridir. Beaver Builder sizə imkan verir ki, heç bir kod yazmadan peşəkar ana səhifə hazırlayasınız.
SEO öyrənin
Saytların internetdəki əsas trafik mənbəyi axtarış motorlarıdır. Kursun axtarış motorlarında yuxarı yerlərdə sıralanması üçün SEO bilməlisiniz. WordPress plugin-lərinin və bir az da SEO bilikləri sayəsində rəqiblərinizlə mübarizə apara bilərsiniz.
SEO barədə daha ətraflı məlumat almaq üçün SEO nədir və necə işləyir? , WordPress saytının axtarış sistemlərinə optimallaşdırılması üçün isə WordPress SEO optimizasiya yazısı ilə tanış ola bilərsiniz.
Marketinq məlumatlarını izləyin
Bir çox yeni başlayanlar marketinq strategiyalarını ehtimallar özərində qurmağa çalışırlar. Amma sizin əlinizdə real məlumatlar olsa siz artıq tapmaca tapmağa başlamayacaqsız.
Buna görə sizə MonsterInsights lazımdır. Onun sayəsində Google Analytics-i quraşdırıb, WordPress admin panelində hesabatarınız görə biləcəksiniz. Beləliklə siz ziyarətçilərin haradan daxil olduqlarını, saytınızda hansı işləri gördüklərini, ən məşhur səhifələri və s.izləyə bilərsiniz. Həmin bu məlumatları istifadə edərək sayta girişi artıra, satışı yüksəltmək olar.
Email siyahısı hazırlayın
Bir müddət sonra baxacaqsız ki, ziyarətçilərin əksəriyyəti artıq sizin saytda qeydiyyatdan keçib kurs götürmür. Problem orasındadır ki, həmin ziyarətçilər saytı tərk etdikdən sonra sizin əliniz onlara çatmayacaq.
Buna görə də kiçik də olsa email xəbər bülletenləri göndərməyə başlamalısınız. Bu yolla email ünvanları yığıb, həmin istifadəçiləri yenidən saytınıza cəlb edə bilərsiniz.
Ziyarətçiləri müştəriyə çevirin
Əksər ziyarətçilər online kursa qoşulmadan çıxıb gedəcəklər. Siz isə çalışmalısız ki, həmin ziyarətçilər sizin müştərinizə çevrilsin. Bunun üçün ən yaxşı alət Roello-dır. O, bazardakı ən yaxşı proqram olaraq sizə biznesinizi böyütməyə, satışları artırmağa kömək olacaq.
Ümid edirəm ki, bu yazı ilə sizə uğurlu bir biznes qurmağa kömək olacağam.