Sayt yaratmaq istəyirsiz, amma hardan, necə başlayacağınızı bilmirsiz?! Elə bilirsiz bu çox çətin işdir?! Sizə bir sirr verim. Yaşınızdan, gördüyünüz işdən asılı olmayaraq bu prosesi asanlıqla həyata keçirə bilərsiniz. Vaxtilə sayt qurmaq çox çətin idi, indi isə texnologiya o qədər inkişaf edibki bu cəmi 5 addımla saytı qura bilirsiniz.
Bu öyrədəcəyim formada qurulan saytları əvvəllər 5000 manata xarici şirkətlər üçün qururdum. Bu təlimatı axıra kimi oxusanız, artıq sizdə istəsəniz həm ödənişlə saytlar hazırlaya bilərsiniz həm də öz saytınızı qurub öz saytınızdan pul qazana bilərsiniz.
Saytı qurmaq üçün WordPress platformasından istifadə edəcəyik.Çünki, dünyada qurulan saytların 34%-ından çoxu WordPress ilə qurulur. Həm ən məhşurudur, həmdə ən rahatıdır. Davamlı olaraq da WordPress yenilənir, yeni funksiyalar əlavə olunur.
WordPress-də sayt yaratmaq üçün sizə aşağıda göstərdiyim 3 şey lazımdır:
- Domen adı (bu, sizin saytınızın adı olacaq. Məsələn: https://jafarnajafov.com/)
- Veb hostinq hesabı (vebsaytınızın internetdə tutduğu sahə)
- 30 dəqiqəlik diqqəti cəmləmək
Bəli, düz oxuduz. Siz cəmi 30 dəqiqəyə sıfırdan sayt hazırlaya bilərsiz. Və bu prosesdə mən əvvəldən axıra qədər sizə yol göstərəcəm.
Bu yazıda aşağıdakı mövzular əhatə olunur:
- Pulsuz domen adı qeydiyyatdan keçirmək
- Ən yaxşı veb hostinq seçmək
- WordPress saytı quraşdırmaq və ayarlamaq
- Sayt dizaynı şablonunu dəyişmək
- İlk postu yazmaq
- Plugin-lərin köməyilə WordPress saytını özəlləşdirmək
- Əlaqə forması artırmaq
- Google analitikada izləmə quraşdırmaq
- Saytı axtarış sistemləri üçün optimallaşdırmaq
- Saytdan pul qazanmaq
1-ci addım. Domen və hostinq almaq
Yeni başlayanların etdiyi ən böyük səhv yalnış platforma seçmək olur. Amma siz bu yazını oxuduğunuza görə belə bir səhvə yol verməyəcəksiz.
95% istifadəçilər hazır WordPress.org-dan istifadə etməyi üstün tutur. Niyə?! Çünki istifadəsi pulsuzdur, burada saytın dizaynını özəlləşdirə bilirsiz və ən əsası isə heç bir maneəsiz saytdan pul qazana bilirsiz.
Statistikaya görə bütün vebsaytların 34%-i WordPress platformasında quraşdırılıb. Ən gözəl cəhətidə odur ki, WordPress Azərbaycan dilini də dəstəkləyir və siz saytınızı yaratdıqda Settingsdən dili Azərbaycancaya dəyişə bilərsiniz.
Sual verə bilərsiz ki, WordPress nəyə görə pulsuzdur? Və ya hansı mənfi tərəfləri var?
Mənfi tərəfi yoxdur. Pulsuz olması isə ona görədir ki, saytı özün quraşdırmalısan. Başqa sözlərlə desək, sizə domen adı və veb hostinq lazım olacaq.
Domen adı vebsaytınızın internetdəki adıdır. Bu adı istifadəçilər brauzerdə yazaraq, saytınıza daxil ola biləcəklər (məs: https://jafarnajafov.com/). Veb hosting isə təsəvvür edin ki, saytınızın internetdə yaşadığı evidir. İnternetdəki hər bir sayta veb hostinq lazımdır.
Normalda domen adı illik 14.99 $, veb hostinq aylıq qiyməti isə 7.99 $ olur. Yeni başlayanlar üçün bu məbləğ çoxdur.
Yaxşı ki, rəsmi WordPress-in özünün məsləhət bildiyi Bluehost şirkəti oxucularıma pulsuz domen adı və veb hostinqə 60% endirim etməyə razılıq verib. Amma onuda nəzərinizə çatdırım ki, endirim üçün ödəniş minimum 1 illik ödənilməlidir.
Qeyd üçün deyim ki, Bluehost ən birinci yaranmış veb hostinq şirkətlərindən biridir və bizim kimi milyonlarla başqa vebsaytın ev sahibidir. Əlavə olaraq, Bluehost 2005-ci ildən bəri WordPress ilə tərəfdaşdır.
Indi isə gedək sizin üçün doman + hostinq almağa.
Yeni pəncərədə Bluehost saytını açırıq.
Başlamaq üçün yaşıl rəngdə olan “Başla” (Get Started) düyməsini sıxırıq.
Burada sizə lazım olan tarif planını seçirik (Starter və Plus ən məşhurlarıdır). Bundan sonra, saytınız üçün domen adını daxil edəcəksiniz.
Prosesi tamamlamaq üçün ən sonda hesab məlumatlarını daxil edib, paketi alacaqsınız. Sizə 36 aylıq planı almağı məsləhət görürəm. Ən sərfəlisi odur.
Bu səhifədən saytınıza yardımçı olacaq əlavələr də ala bilərsiniz. Alıb-almamaq sizin işinizdir, amma mən bunu indi etməyi məsləhət görmürəm. Əgər ehtiyac yaranarsa, onları sonradan da ala bilərsiniz.
Prosesi tamamladıqdan sonra e-mail-inizə bəzi məlumatlar göndəriləcək. Bu məlumatların sayəsində veb hostinq idarə panelinə (cPanel) daxil ola biləcəksiniz. İdarə panelində siz saytınıza aid hər bir şeyi idarə edə biləcək, ən əsası isə WordPress-i quraşdıracaqsınız.
2-ci addım. WordPress-i quraşdırmaq
Bluehost saytında qeydiyyatdan keçdikdən sonra onlar sizin üçün avtomatik WordPress-i quraşdıracaq. Bluehost-un təqdim etdiyi bu özəllik texnologiyadan uzaq olan istifadəçilər üçün istifadəni rahatlaşdırmaq məqsədilə hazırlanmışdır.
Bu o deməkdir ki, siz sadəcə öz Bluehost hesabınıza daxil olacaqsınız və başlamaq üçün “WordPress-ə daxil ol” (Log in to WordPress) düyməsini sıxacaqsınız.
Siz həmçinin WordPress-ə brauzerdə birbaşa sizinsaytiniz.com/wp-admin/ yazaraq da daxil ola bilərsiniz.
WordPress quraşdırıldıqdan sonra saytınızın görünüşünü istəyinizə uyğun özəlləşdirərək saytınızla məşğul ola bilərsiniz.
3-cü addım. WordPress şablonu(mövzusu) seçmək
WordPress saytınızın visual görünüşü şablonlardan asılıdır. Siz saytınıza ilk dəfə daxil olduqda o, aşağıdakı kimi görünəcək.
Bu görünüş çoxlarının xoşuna gəlmir.
WordPress saytı yaratmağın ən həyəcanlı və maraqlı hissəsi sayt üçün istədiyiniz dizaynı seçib onu özününkiləşdirə bilməkdir.
WordPress-də minlərlə pullu və pulsuz hazır WordPress şablonları mövcuddur.
Şablonu dəyişmək üçün WordPress admin panelinə gedirik və Görünüş-> Mövzular menyusunu seçirik. Daha sonra Davam et və Yeni mövzu əlavə et düyməsini sıxırıq.
Növbəti səhifədə siz rəsmi WordPress.org-un 7400+ pulsuz mövzusunu görəcəksiniz. Bu mövzuları məşhurluğuna, ən axırıncı əlavə olunanlara və ən çox üstünlük verilənlərə görə filterləyə bilərsiniz.
Kompyuterinizin siçanını istədiyiniz mövzunun üzərinə gətirirsiz, burada öncədən görüntüləmə (preview) düyməsi var. Bu düyməyə vurduqda saytınızın görünüşünün necə olacağına baxa bilərsiniz.
Mövzunun öncədən görüntülənməsi “skrin şot” ilə dəqiqliklə üst-üstə düşməyə bilər. Bu normaldır. Çünki siz onu sonradan istəyinizə uyğun dizayn edəcəksiniz. Buna görə də siz əsas dizayn, rəng, şrift və digər elementlərə fikir verməlisiz.
WordPress mövzusu seçərkən dizaynın sadə olmasına çalışın. Dizayn nə qədər sadə olarsa, ziyarətçilər saytdan o qədər rahatlıqla istifadə edə biləcək.
Xoşunuza gələn mövzunu tapdıqda siçanı mövzunun üzərinə gətirirsiz və “Quraşdır” düyməsini sıxırsız. Bundan sonra “Quraşdır” düyməsi “Aktivləşdir” düyməsi ilə əvəz olunacaq. Mövzunu aktiv etmək üçün “Aktivləşdir” düyməsini sıxmalısınız.
Mövzunu quraşdırdıqdan sonra Görünüş menyusu altında Özəlləşdir linkinə toxunmaqla dizaynı istəyinizə uyğun özəlləşdirə bilərsiniz.
Siz artıq WordPress mövzusunu seçdiyinizə görə ilk paylaşımınızı hazırlaya bilərsiniz.
Misal üçün mənim saytım kimi bir bloq hazırlayırıqsa, saytımıza yazılar əlavə etməliyik.
4-cü addım. Saytda ilk yazını hazırlamaq
Saytda ilk yazını hazırlamaq üçün WordPress-in admin panelində Yazılar ->Yenisini əlavə et düyməsinə vurursuz. Burada sizin ilk postu hazırlamağınız üçün sahə açılacaq.
WordPress redaktorunda hər element ayrıca bloklar şəklində düzülüb ki, bu da sizə yazınızı gözəl şəkildə təqdim etməyə imkan verir.
Yazınızı yazıb qurtardıqdan sonra yayımlamaq üçün səhifənin yuxarı sağ küncündə olan Dərc et (Publish) düyməsini sıxırsız.
Postların yerləşdiyi səhifədə Kateqoriyalar və Etiketlər kimi başqa bölmələri də görəcəksiz. Saytda yayımladığınız yazıları kateqoriyalar üzrə bölüşdürə bilərsiz.
5-ci addım. Plugin-lər və özəlləşdirmələr
İlk yazınızı yazdıqdan sonra siz yəqin ki sayta əlaqə, qalereya, slayder, xəbər bülleteni forması kimi digər elementləri də əlavə etmək istəyəcəksiz. Bu əlavələri saytınıza əlavə etmək üçün plugin-lərdən istifadə etməlisiniz.
WordPress plugin-ləri heç bir kod yazmadan saytınıza əlavələr artırmağa imkan verir.
WordPress plugin-ləri kataloqunda 55.000-dən artıq plugin var. Bu isə o deməkdir ki, nə cür sayt hazırlamaq istəyinizdən asılı olmayaraq burada həmin sayta uyğun plugin-lər tapa biləcəksiz.
WordPress-də əlaqə forması yaratmaq
Hər bir vebsaytda əlaqə forması olur. Bu forma vasitəsilə istifadəçilər sizə birbaşa e-mail göndərə bilir. WordPress-in özündə əvvəldən qurulmuş əlaqə forması olmadığına görə siz saytınıza əlaqə forması artırmaq üçün WordPress plugin-indən istifadə etməlisiniz.
Sizə WPForms Lite plugin-indən istifadə etməyi məsləhət görürəm. Bu, məşhur WPForms plugin-in pulsuz versiyasıdır və plugin-lər içərisində ən yaxşısıdır.
Bildirim ki, 3 milyondan artıq adam WPForms-dan istifadə edir.
Plugin -> Yeni səhifə əlavə et menyusuna gedərək və axtarış yerində WPForms yazaraq plugini quraşdıra bilərsiniz. Növbəti addımda Quraşdır və Aktivləşdir düymələrini sıxmalısız. Plugin aktivləşdikdən sonra WPForms -> Yeni səhifə əlavə et menyusuna gedərək ilk əlaqə formasını yarada bilərsiniz.
Bu zaman WPForms yaratmaq üçün interfeys açılacaq.
Birincisi, əlaqə forması üçün ad daxil etməli və Sadə Əlaqə forması (Simple Contact Form) şablonuna sıxmalısınız.
WPForms sizin üçün bütün lazımi sahələri olan sadə bir əlaqə forması yaradacaq. Xanaların hansındasa dəyişiklik etmək üçün oxu üzərinə gətirərək onu dəyişə və ya sol sütundan yeni sahələr əlavə edə bilərsiniz.
Formanı redaktə edib bitirdikdən sonra sağ yuxarı küncdə Yadda saxla düyməsinə sıxaraq səhifədən çıxın.
Siz indi Səhifələr -> Yeni səhifə əlavə et menyusuna gedərək WordPress-də yeni səhifə yaradıb, adını da Əlaqə qoya bilərsiniz. Redaktə səhifəsində siz WPForms blokunu daxil etməlisiniz.
Bundan sonra dropdown menyudan daha öncə yaratdığınız formanı seçirsiz. WPForms isə redaktorda hazırladığınız formanın öncədən görüntüləməsini yükləyəcək.
Artıq səhifəni yaddaşa verib, dərc edə və brauzerdə saytınızda əlaqə formasının görünüşünə baxa bilərsiniz.
Google Analitika izləməsini quraşdırmaq
Google Analitika ilə saytınıza nə qədər adamın ziyarət etdiyini, onların haralardan daxil olduğunu, hansı kontentləri izlədiyini görə bilərsiniz.
Fəaliyyətə başlayan kimi saytınıza Google Analitikanı tətbiq etməyi məsləhət görürəm. Onun sayəsində saytınızın müəyyən zaman kəsimində necə inkişaf etdiyini izləyə bilərsiniz.
Quraşdırmaq üçün birinci Gmail hesabınızdan Google Analitika saytına daxil olursuz. Daha sonra pulsuz Google Analitika hesabı üçün qeydiyyatdan keçməlisiniz.
Burada sizdən məlumatlarınız və vebsaytınızın URL-ini (məsələn: https://jafarnajafov.com/) daxil etmək tələb olunacaq. Bundan sonra sizə Google Analitikanın izləmə şifrəsi veriləcək.
Burada əlinizi saxlayın, çünki biz bu şifrəni avtomatik olaraq gətirib sizin saytınıza quraşdıran WordPress plugin-dən istifadə edəcəyik.
MonsterInsights plugin-ini quraşdırmaq və aktivləşdirmək üçün WordPress admin panelinə gedirsiz. MonsterInsights WordPress üçün nəzərdə tutulmuş ən yaxşı Google Analtika plugin-inin pulsuz versiyasıdır. Mən isə sizə onu saytınıza əlavə etməyin ən asan yolunu göstərəcəyəm.
Plugin-i aktivləşdirdikdən sonra onu ayaralamaq üçün Insights » Settings səhifəsinə gedirsiz.
Google Analitikanı saytınıza qoşmaq üçün Settings səhifəsində Connect MonsterInsights düyməsini sıxırsız.
Quraşdırmanı tamamlamaq üçün səhifədə görünən təlimata əməl edin. Quraşdırma bitdikdən sonra siz WordPress panelinizdəki MonsterInsights menyusunda vebsayt analitika hesabatınızı görə biləcəksiniz.
Saytınızı axtarış sistemləri üçün optimallaşdırın
Saytların axtarış sistemləri üçün optimallaşdırılması qlobal aləmdə SEO (Search Engine Optimization) adlanır. SEO internet istifadəçilərinin sizin saytınızı axtarış sistemlərində tapmasına kömək edir.
Öz saytlarını istifadəyə verənlərin əksəriyyəti onu SEO istiqamətində yaxşı işləmir. Əgər saytınızı daha çox insanın ziyarət etməsini, trafikin güclü olmasını istəyirsinizsə, lap başdan onu SEO tərəfdən də yaxşı işləməlisiniz.
İndi isə gəlin bəzi SEO işlərini bir yerdə görək. Yoast SEO plugin-i saytınızın axtarış sistemlərində daha tez tapılmasını gücləndirəcək əsas WordPress SEO plugin-idir. Buna görə Yoast SEO plugin-ini quraşdırıb, aktivləşdirməlisiniz.
Onu aktivləşdirdikdən sonra admin paneldə SEO adlanan yeni menyu yaranacaq. Bu menyuya daxil olaraq orada plugin parametrləri səhifəsinə daxil olacaqsınız.
Plugin sizə quraşdırmanı asanlıqla həyata keçirmək üçün təlimatı göstərəcək.
Daha çox WordPress plugin-ləri və özəlləşdirmələri
WordPress quraşdırmaq üçün minlərlə plugin-lər mövcuddur. Yeni başlayanlar onlara lazım olan plugin-ləri seçməkdə adətən çətinlik çəkir.
Aşağıdakı ən yaxşı plugin-ləri sizin üçün seçmişəm.
- Backup (Məlumatların yaddaşa verilməsi) – UpdraftPlus WordPress-in ən yaxşı backup plugin-idir. Siz saytınızdakı məlumatların itməməsi üçün tez-tez backup etməlisiniz.
- Təhlükəsizlik – Sucuri Security saytın təhlükəsizliyini təmin edən, WordPress üçün pulsuz təmin olunan plugin-dir.
- Fəaliyyət – Saytınızın daha sürətli olması məqsədilə ya WP Rocket (premium), ya da WP Super Cache (pulsuz) istifadə edin.
- Dizayn və özəlləşdirmə (customization) – saytınızın dizaynını özəlləşdirmək, landing page yaratmaq, hətta istəyinizə uyğun mövzular yaratmaq (heç bir kod yazmadan) üçün Beaver Builder və Divi page builder istifadə etməyinizi məsləhət görürəm.
6-cı addım. Saytdan pul qazanmaq
Artıq saytı hazır etdiyinizə görə ondan pul qazana bilməyin yollarını axtara bilərsiniz.
Saytdan pul qazanmaq üçün bir sıra fərqli üsullar var. Amma bu o demək deyil ki, siz bu üsullarla qısa bir zamanda varlanacaqsız.
İnternetdə paylaşılan bahalı maşınlar və gözəl mülklər sizi çaşdırmasın. Şişirdilmiş “Online pul qazan” “internetdə gündə 100$ qazan” kimi elanlara fikir verməyin.
Bu tərzdə elanlardan fərqli olaraq mən WordPress saytı vasitəsilə real olaraq pul qazanmaq yollarını oxucularıma ətraflı izah etməyə qərar verdim.
Çalışıb, əlinizdən gələni etsəniz xeyrini görəcəksiniz. Bir daha xatırladıram: Qısa, asan yol yoxdur.
Saytdan pul qazamağın ən yaxşı üsulları:
Google Adsense
Bir sıra saytlar öz saytlarında reklamlara icazə verməklə pul qazanır. Əgər pul qazanmaq məqsədilə sayt hazırlayırsınızsa, Google AdSense sizin ən böyük köməkçiniz olacaq.
Google AdSense saytlar üçün ən böyük reklam platformasıdır. Sizinlə reklamverənlər arasında vasitəçi rolunu oynayan Google reklamverənlərə açar sözləri sizin kontentinizlə uyğunlaşdırmağa icazə verir. Siz isə reklamların saytınızda yayımlanmasına görə gəlir əldə edirsiz.
Affiliate Marketinq
Affiliate Marketinq saytı olanlar arasında ən çox istifadə edilən ikinci monetizasiya strategiyasıdır. Bu strategiyadan istifadə etdikdə siz öz sevimli məhsullarınızı və xidmətlərinizi oxucularınıza məsləhət görürsüz. Oxucularınız həmin məhsul və ya xidməti aldıqda isə tövsiyə edən şəxs kimi komissiya haqqı qazanırsız. Affiliate marketinq-də əsas məsələ özünüzün istifadə etdiyiniz və inandığınız yüksək keyfiyyətli xidmət və məhsulları tövsiyə etməyinizdir. Məsələn mən bu yazımda Bluehost şirkətini siz oxucularıma məsləhət görmüşəm. Mənim linklə siz hostinq aldığınız zaman endirim qazanacaqsınız mən isə komissiya.
Məhsul və xidmətləri təbliğ edərkən sizə yardımçı olacaq xeyli sayda WordPress alətləri və plugin-ləri mövcuddur.
Online mağaza
Bir çox sayt sahibləri öz saytlarından birbaşa məhsul sataraq pul qazanmağı üstün tutur. Bu məhsul fiziki və ya e-kitab, incəsənət əsəri, musiqi və s. kimi rəqəmsal yükləmələr şəklində ola bilər.
WordPress-də online mağaza açaraq gəlir əldə etmək üçün WooCommerce-i məsləhət görürəm. Çünki o, WordPress-də ən yaxşı Elektron ticarət plugin-idir və dünyada ən çox istifadə olunandır.
Online mağaza yaratmaq barədə daha ətraflı məlumat üçün daha öncə paylaşdığım Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) məqaləsini oxuya bilərsiniz.
Yuxarıda qeyd etdiyim 3 metoddan əlavə siz saytınızda o qədər işlər görə bilərsiniz ki. Bacarıq, hobbi və ya peşənizə uyğun olaraq dəb bloqu, yemək bloqu və ya xüsusilə qiymətləndirmə (review) üçün nəzərdə tutulan bir sayt hazırlaya bilərsiniz. Bu saytların hər biri pul qazanmaq üçün sizə ayrıca bir şans verəcək. Siz həmçinin öz saytınıza girişi üzvlüklə edərək, premium kontent və kurslar təklif edə bilərsiniz.
Bu yazını oxuduqdan sonra hələ də öz saytınızı yarada bilmədinizsə, Reel agentliyinə müraciət edə bilərsiniz. Bizim peşəkarlardan ibarət komandamız Sizin qısa müddətdə saytınızı hazırlayar.
Yaxşı olardı ki, ilkin olaraq sayt açanda çıxan cəmi xərcləri yazardınız
Menim bele fikriv var idi amma dogru istiqamet verenim yox idi deye bu fikrim donaraq qaldi. Amma sizin bu izahiniza gore Men nootbuk almaq qerarina geldim. Imkan varsa elaqe vasitesi yazin zehmet olmasa. Tesekurler size
əməyinizə əhsən!
Salam rica edirəm yazacağım whatsap la mənimlə əlaqğ saxlayın mənə dəstəyiniz lazımdər.
+994705002267
Rəşad Orucoğlu
Salam. Dəstəyinizdən ötrü təşəkkür edirəm.
Ümumilikdə bu işə nə qədər pul qoyulur və video yerləşdirmə mümkündürmü və bir şəxs neçə belə sayt aça bilər?
Menim bele fikriv var idi amma dogru istiqamet verenim yox idi deye bu fikrim donaraq qaldi. Amma sizin bu izahiniza gore Men nootbuk almaq qerarina geldim. Imkan varsa elaqe vasitesi yazin zehmet olmasa. Tesekurler size
Qardaşim Bəs “Php” ni bilmədən olmaz axı saytı idarə etmək. Php dərsləri paylaşmısan?
Salam, şərh necə əlavə edilir? Yəni bur şərh bölməsi necə qoyulub?
Salam. Deyerli melumatlara gore Cox sagolun.Men yaratmaq isteyirem. Amma dushunurem ki sizin komeye ehtiyacim olacaq. Watsap nomrem 055-515-70-43. Mene yazin zehmet olmasa nomreniz dushsun.
Tesekkurler.
Elvin
Adim Rahildi 28 yaş sayt istərdim olsun şəxsi özümün pulum yoxdur
WordPress gözəl sistemdir mən sifarişlərimi çalışıb həmişə pro temalarla yığıram geniş izahat vermisız təşəkkür
Salam. Php’ni bilməsəniz belə WordPress’in sizə verdiyi rahat idarə etmə paneli sizin işinizə yarıyacaq.
bitrix24-de acilmish saytda google analytics kecid proseduru necedir? Bu barede melumat vermish olsaniz minnetdar olaram.
Ve en esasi bitrixde saytin qurulmasi ucun tovsiye olunan prosedur necedir?