Artıq bir neçə aydır ki, insanlar pandemiya ilə əlaqədar evlərindən bayıra çıxa bilmirlər. Əvvəllər hamımıza sadə, hətta bəzən sıxıcı gələn həyat tərzi indi hamının ən böyük arzusu, yenidən qayıtmaq istədiyi həyatına çevrilib. Dünya artıq karantin rejimindən bezib küçələrə, səyahətlərə atılmağa hazırdır. Qadağalar yumşaldıqca, heç şübhəsiz, bizdə olduğu kimi bütün dünyada hamı parklara, çimərliklərə axışmağa başlayacaq.
Buna görə də online ticarətlə məşğulsunuzsa əsasən də dropshipping edirsinizsə artıq yay məhsullarını saytda yerləşdirib, satmaq barədə düşünməlisiniz. Çimərlik geyimlərinin, dəbli yay geyimlərinin və s. hazırda satışları yüksəlib. Bu yüksəlişdən xeyir götürmək üçün siz də tələsməlisiz.
Bu postda sizinlə yay fəslində gəlir əldə etməyin yolları, satış üçün yay məhsulları barədə danışacağam. Artıq oxumağa hazırsızsa, başlayaq!
Niş məhsulunuzu seçin
Siz biznesiniz üçün niş məhsul seçib, onunla da davam etməlisiniz. Yayın niş məhsullarına çimərlik geyimləri, su oyuncaqları, düşərgə ləvazimatları və s.aid ola bilər. Siz də Aliexpress-dən yüzlərlə belə məhsul tapıb, sata bilərsiniz. Mən ayrıca bir Yay məhsulları mağazası açıb məhsulları orada satmağı məsləhət görərdim. bəziləri niş sahəni bir az da daraldıb, çimərlik məhsulları mağazası aça bilər. Amma belə mağazada, məsələn, piknik ləvazimatları kimi digər yay məhsularını satmaq şansınız olmayacaq, olsa belə mağazanız qeyri-peşəkar təəsürat yaradacaq.
Satış üçün yay məhsulları necə seçilməlidir?
Özünüzün daha çox ürəyicə olan bir niş seçin. Ola bilər ki, çimərlik geyimləri üzrə yaxşı zövqünüz və ya gözəl çimərlik geyimləri təmin edən təchizatçınız olsun. Bu zaman heç düşünmədən onu seçin.
Bundan başqa niş seçərkən araşdırma aparın. Google trends-də Aliexpress-in trend məhsullarını yoxlayıb, öz yay nişinizi seçə bilərsiniz.
Araşdırma aparın
Artıq niş sahənizi tapdığınıza görə bir az araşdırma edib, daha sonra məhsulu satmağa başlaya bilərsiniz. Bəzi insanlar uşaqlarını dənizə aparmaqdansa, hovuza aparmağı üstün tutur. Bu zaman uşağın hovuzda təhlükəsizliyi və maraqlı vaxt keçirməsi üçün suda oynanılan ləvazimatlardan da alırlar.
Digər məhsul barədə sizə öz online satış mağazalarımdan misal gətirmək istəyirəm. Bu, itlər üçün hovuzdur.
Keçən ildən bəri məhsul xeyli satılıb və satılmağa davam edir. Çünki dünyada, elə Azərbaycanın özündə də itlərinin qayğısına qalan, onları sevən kifayət qədər insan var. Demək belə məhsulu mağazada yayımlamağa dəyər.
Reklam yaradın və yayımlayın
İndi isə bizim həm niş sahəmiz var, həm də məhsullarımız. Demək vaxt gəlib çatıb onları reklam etməyə.
Video hazırlayanda həmişə mənə maraqlı gələn uğurlu reklamlara baxıram. Heç vaxt eyni videonu kopyalamıram. Çünki bu həm səhvdir, həm də kopyaladığınıza görə reklam hesabınız bloklana bilər.
Vaxtım və imkanım azdırsa, reklamın strukturunu kopyalaya, oxşar elementlərdən istifadə edə bilərəm. Amma imkan olduqca öz şəxsi materialımı yaratmağa çalışıram. Amma yenə də digər uğurlu reklamları izləmək prosesi tezləşdirir, artıq vaxt itkisinə səbəb olmur.
Videomuz varsa, reklamı yayımlayıb satışlara başlamaq olar. Hazırda mən Facebook-dakı CBO (Campaign budget optimization) reklamlarına üstünlük verirəm.
Facebook reklamları əksər dropshipping biznesilə məşğul olanların üstünlük verdiyi metoddur. Amma bu, o demək deyil ki, siz də məhz ondan istifadə etməlisiniz.
Yayın niş məhsullarını reklam etməyin ən yaxşı üsullarından biri İnfluenserlərdən istifadə etməkdir. Aşağıdakı şəkildə sizə itlər üçün hovuzları reklam edən influenserlərin siyahısını qeyd edirəm.
Çimərlik geyimləri kimi bəzi niş məhsullar Facebook reklamlarındansa İnfluenserlər sayəsində daha çox reklam oluna bilir. Müvafiq influenserlər sayəsində siz istənilən məhsulu reklam edib, satışlarınızı artıra bilərsiniz.
Bonus məhsul məsləhəti
İnsanlar adətən özlərini tapdıqları məhsullara daha bağlı olurlar. Bu həm məcazi mənada belədir, həm də birbaşa. Aliexpress-də tapdığım bu özəlləşdirilmiş pul qabı hazırda ən çox satılan məhsullar arasındadır. 21 İyun Atalar günü olduğuna görə bu məhsulu elə bu gün saytınıza yerləşdirib Amerikaya sata bilərsiniz. Məhsulun satışı çox əladır. Pul qabının üzərində müştərinin istəyinə uyğun şəkil yerləşdirilə bilir.
Çində vəziyyət indi yaxşılaşıb və məhsulları problemsiz göndərə bilirlər. Bəzi şirkətlər hətta göndəriş haqqını da azaldıb. Hamı deyir ki, COVID-19 pandemiyasının ikinci dalğası gələcək. Lakin Çində xəstəlik pik həddə çatdıqda belə ordakı dropshipping biznesmenləri işlərini saxlamadı. Əksinə məhsulları satmaq üçün yeni yollar axtarmağa başladılar.
Qeyd edim ki, çox şirkətlər reklamları azaltdıqlarına və ya tamamilə dayandırdıqlarına görə hazırda Facebook-da CPM çox aşağıdır. Buna görə də indi əli-qolu bağlı oturub gözləmək yox, reklam edib, pul qazanmaq vaxtıdır.
Bu məhsulları harda satacağınızı bilmirsinizsə Dropshipping biznesi nədir və necə başlamaq olar? və Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) yazılarını oxuyun.