2024-cü ildə ən effektiv online biznes qurmaq üçün tələb olunanlar:
Maksimum investisiya: 15-150$ (domain və hostinq xərcləri üçün) + 1 saat vaxt
Haçansa öz şəxsi geyim brendinizi yaratmaq barədə düşünmüsüz?
Mən əvvəllər ən az 5 dəfə öz şəxsi geyim mağazamı qurub, zövqümcə olan geyimləri satmağı istəmişəm. Bir gün oturdum və istədiyim brendi yaratmaq üçün keçməli olduğum bütün proseslər barədə əməlli-başlı düşündüm:
- Geyimi dizayn etməyi öyrənməliydim və ya dizaynerlər işə götürməliydim.
- Bütün geyimləri saxlamaq üçün bir yer kirayə tutmalı idim.
- Yeni sifarişləri təhvil alması üçün bir nəfəri işə götürməliydim.
- Anbarımda hər ölçüdən kifayət qədər malımın olması üçün öncədən sifarişlər verməli idim.
- Ən əsası isə başlamaq üçün investisiyaya ehtiyacım var idi.
İndiki dövrdə, internetin sürətlə inkişaf etdiyi bir vaxtda hər şeyi qurmaq çox sadədir. WordPress və Printful adlı şirkətlərin sayəsində heç bir investisiyaya ehtiyac olmadan və işçi belə işə götürmədən geyim mağazamızı aça bilərik.
Printful nədir?
Printful sizin hazırladığınız dizaynları geyim və digər məhsullar üzərində çap edən şirkətdir. Məhsul çap olunduqdan sonra şirkət bu məhsulu müştərinizin ünvanına göndərir.
Beləliklə, kimsə sizin saytınızdan bir məhsul sifariş verdikdə, bu sifariş birbaşa Printful-un məlumat bazasına ötürülür və bir neçə saat ərzində məhsul hazırlanır. Bütün bu proseslərdə sizin iştirakınız 0-a bərabər olur.
Printful ilə geyim markası yaratmaq üçün sizə nə lazımdır?
- Domen adı: Yeni brend mağazanızın adı olacaq. Domeni təqribən 15$-a ala bilərsiniz.
- Hostinq: Saytınızın internetdə tutduğu sahədir. Siteground və ya Bluehost saytlarını məsləhət görürəm.
- WordPress: Bütün dünyada 28%-dən çox sayt WordPress üzərində qurulub.
- WooCommerce plugin: Online mağaza funksionallığı üçün.
- Printful plugin: WordPress-i Printful-a bağlamaq üçün.
Hostinq və Domen almaq
İnternet bazarında xeyli sayda hostinq şirkətləri olsa da, SiteGround ən yaxşılarındandır. SiteGround 1 milyondan artıq sayta hostinq təmin edir.
Online mağaza üçün sizə GrowBig paketini almağı məsləhət görərdim. Bu paketdə mağazaya lazım olan resurslar var.
WordPress-i quraşdırmaq
Hostinq hesabınız hazır olduğuna görə artıq WordPress-i quraşdıra bilərsiniz. Hesabınıza daxil olursuz və My Accounts > Go to cPanel addımlarını yerinə yetirin. Daxil olduqda Autoinstallers > WordPress addımları quraşdırma panelini açacaq.
WordPress şablonu quraşdırmaq
WordPress-i quraşdırıb bitirdikdən sonra online mağazanız üçün şablon seçməlisiniz. Storefront şablonunu məsləhət görürəm.
WordPress admin səhifənizə girmək üçün: Appearance > Themes > Add New > Search Storefront > Install
WooCommerce-i quraşdırmaq
Storefront şablonunu aktivləşdirdikdən sonra WooCommerce-i quraşdırın. Plugin aktivləşdikdən sonra quraşdırma paneli açılacaq. Yaşadığınız ölkəni və valyuta növünü seçə bilərsiniz.
Daha sonrakı mərhələyə keçməmişdən əvvəl WooCommerce-də Rest API-ni də işə salmalısınız: WooCommerce tab > Settings > Advanced > Legacy API > Enable
Printful-da hesab yaratmaq
Bu mərhələdə biz Printful-da hesab yaratmalıyıq. Printful-un saytında qeydiyyatdan keçirsiniz. Adınızı, e-mail və şifrənizi daxil edib şərtləri qəbul edirsiniz.
WordPress-i Printful-a bağlamaq
WordPress və Printful arasında bağ yaratmaq üçün əlavə bir plugin quraşdırmaq lazımdır. Bu plugin-in adı Printful-dur. Pluginlər səhifəsinə gedərək həmin plugin-i tapırsınız. Quraşdırdıqdan sonra Connect, daha sonra Approve düyməsini sıxın.
İlk geyim dizaynlarını yaratmaq
Printful hesabınıza daxil olaraq, Design products səhifəsinə keçin. İlk məhsulunuzu yaratmaq üçün əlavə et düyməsinə sıxın. Burada dizayn edilməli olan çoxlu məhsullar görəcəksiniz.
Dizaynı bitirdikdən sonra məhsulun qiymətini qoymalısınız. Səhifə 3 hissəyə bölünüb:
- Printful price: Printful-un məhsulu hazırlamaq üçün qoyduğu qiymət
- Retail price: Müştərilərinizin ödəyəcəyi qiymət
- Profit: Sizin qazancınız
Əlavə
Əvvəldə də qeyd etdiyim kimi sizin saytınıza indi ziyarətçi axını lazımdır. Ziyarətçiləriniz olmasa, mağazanı da boş yerə açmısız deməkdir. Bunun üçün saytınızı dayanmadan reklam etməlisiniz.
Yazını bəyəndinizsə, daha çox insanın faydalanması üçün dostlarınızla paylaşmağı unutmayın.