Kriptovalyuta qazanmaq üçün heç də həmişə pul xərcləməyə ehtiyac yoxdur. Bu gün sizə şəxsi kompüterinizdə ən asan üsulla Doge coin mayninq etməyin, qazanmağın və istədikdə satmağın yolunu izah edəcəyəm.Bu üsulla əslində Doge coin-dan əlavə bir çox digər coin-ləri də rahatlıqla mayninq edə bilərsiniz. Əslində mayninq etmək üçün xüsusi bir iş görməyə ehtiyac yoxdur. Siz hətta yatdığınız müddətdə belə kriptovalyutaları mayninq edə bilərsiniz. Amma Doge coin, mayninq, ümumiyyətlə kriptovalyuta terminləri sizə yad gəlirsə gəlin, əvvəlcə bu mövzuya ümumi bir nəzər salaq.
Kriptovalyuta nədir?
Bu gün kiməsə kartla pul göndərmək istədikdə bu pul bankın vasitəçiliyi ilə sahibinə çatır. 2008-ci ildə Satoşi Nakamoto adlı (çox güman ki, uydurulmuş bir şəxs) bir yaponiyalı proqramçı hər hansı mərkəzə, banka və hökumətə bağlı olmayan ilk kriptovalyutanı, eləcə də blokçeyn texnologiyasını ixtira etdi. Blokçeyn texnologiyası vasitəsilə iki nəfərin arasında vasitəçi hökumət və ya bank olmadan pul mübadiləsi həyata keçirmək olur. Bu ixtiranın nəticəsində isə blokçeyndə işləyə biləcək valyutaya ehtiyac yarandı və müxtəlif kriptovalyutalar meydana çıxdı. Hazırda blokçeyn şəbəkəsində yüzlərlə kriptovalyuta dövr edir.
Bildiyiniz kimi hökumətlər pul çap etmək üçün əvəzində qızıl verirlər. Kriptovalyuta qazanmaq üçün isə elektriki və kompüterin resurslarını vermək lazımdır. Bu proses mayninq adlanır. Mayninq etməklə Bitcoin-dən tutmuş digər koinlərə qədər bütün növ kriptovalyutaları qazanmaq olar.
İndi isə çox yayınmadan əsas mövzuya keçmək istəyirəm. Kriptovalyutalar, blokçeyn sənayesi haqda detallı məlumat almaq istəyirsinizsə şərhlərdə qeyd edin. Bildiklərimi məmnuniyyətlə sizinlə bloqumda və Instagram səhifəmdə bölüşərəm.
Doge coin mayninq etmək
Birinci addımda www.unmineable.com saytına, saytdan isə Doge Coin seçib, birbaşa download menyusuna daxil olun, amma download-a klikləməyin. “Main version” paketinin üzərində sağ düyməni klikləyib, “linki yadda saxla” düyməsinə sıxaraq mayneri yükləyin.
Yüklənən faylı açdıqdan sonra “Continue” düyməsini sıxın. Burada sizdən CPU, yoxsa qrafik kartdan (GPU) istifadə etmək istədiyiniz soruşulacaq.
Bu seçimləri etmək sizin kompüterinizin xüsusiyyətlərindən asılıdır. Mayninq prosesinin sürəti də kompüterinizin gücünə görə dəyişəcək. Kompüterinizin Nvidia və ya Nvidia rtx kimi yaxşı qrafik kartı varsa GPU, kiçik və ya köhnə bir noutbukunuz varsa CPU seçimini edin.
Daha sonra qarşınızda mayninq etmək üçün coin növləri açılacaq. Biz hazırda Doge coin-u mayninq etmək istədiyimizə görə növbəti addımda Doge coin valyutasını seçib, ünvan xanasını doldurmalısınız. Ünvan dedikdə coin-ları saxlayacağınız pul qabı nəzərdə tutulur.
Burada bir haşiyə çıxmaq istəyirəm ki, antiviruslar bütün maynerləri viruslu hesab edir. Buna görə də mayninq zamanı kompüterinizdə aktiv olan antivirusu söndürmək lazım gələcək. Əgər noutbukunuzdan narahatsınızsa hansısa köhnə və ya işlətmədiyiniz digər noutbukdan və ya kompüterdən istifadə edə bilərsiniz.
Doge coin üçün pul qabı yaratmaq
Beləliklə, ünvan yaratmaq üçün www.dogecoin.com saytına daxil olun. “Wallet” menyusuna kliklədikdə iki növ pul qabı çıxacaq: Multidoge və Dogecoin core. Dogecoin core-un kompüterinizin əməliyyat sisteminə uyğun versiyasını yükləyib, quraşdırın.
Quraşdırdığınız faylı açaraq, “File” menyusuna daxil olub, “Much receiving addresses” altmenyusuna keçin. Bu menyuda ünvan yerləşir. Onu kopyalayıb, Unmineable-da sizdən tələb olunan ünvan sahəsinə daxil edin.
Start düyməsinə kliklədikdə mayner öz işini görməyə başlayacaq. Bundan sonra siz sadəcə kompüteri açıq qoyaraq, öz işlərinizlə məşğul olursunuz. Kompüteriniz sizin üçün doge coin-ları qazanacaq.
Coin-lərin istifadəsi
Qazandığınız Doge coin-ları www.unmineable.com/coins/doge linkindən “Address” menyusuna daxil olaraq izləyə, 3 doge qazandıqdan sonra “Pay now” düyməsini sıxaraq doge coin-lərinizi əldə edə bilərsiniz.
Bəziləri isə qazandığı coin-ləri satıb-almaq və ya saxlayıb böyüməsini gözləmək istəmir. Birbaşa satıb, gəlirini əldə etmək istəyir. Bu halda nə etmək lazımdır?
Sizə coin-ləri satmaq üçün iki vebsaytı məsləhət görə bilərəm.
1. https://anycoindirect.eu/en
Son söz
İşlədiyiniz zaman kompüter mayninq edirsə onu aşağı sürətdə qoyun ki, işinizi görməyə mane olmasın. Amma kompüterdə işiniz yoxdursa və ya yatmağa gedirsinizsə mayninq prosesi üçün yüksək sürəti seçə bilərsiniz. Yüksək sürət seçdikdə mayninq avtomatik olaraq kompüterinizin resurslarından tam formada istifadə edəcək, əvəzində də sizə daha çox qazandıracaq. Və əlbəttə ki, sürət və qazancınız kompüterin resurslarının nə qədər güclü olmasından asılı olaraq dəyişir.
Sizə də kriptovalyutalar maraqlıdırsa, dediyim üsuldan istifadə edib, nə qədər qazana bildiyinizi yoxlaya bilərsiniz. Bəlkə elə bu üsulla özünüzə passiv gəlir mənbəyi yaratdınız.