Ən sərfəli və ən yaxşı hosting provayderin hansı olduğunu bilmirsinizsə, bu məqalə sizin üçündür.
Oxumağa çox vaxtınız yoxdur?
Qısaca qeydlərimi nəzərinizə çatdırıram.
💸Ən aşağı büdcə tələb edən SiteGround – aylıq 3.95 və ya 5.95 $-la sıfırdan online mağaza yaratmaq üçün bütün əsas funksiyalar və parametrlərə malikdir.
⭐Ən rahatı Bluehost – aylıq 6.95 ilə WooCommerce üçün ən yaxşı hosting həlləri təklif edir.
💪Ən güclüsü Cloudways – aylıq 36.51 $ – dan başlayan qiymətlər – Çox güclü bir server seçmək üçün Amazon AWS və yaxud Google Cloud əsaslı planlardan birini seçin.
WooCommerce üçün ən yaxşı hostinglər barədə ətraflı məlumat almaq üçün isə yazını oxuyun.
Əvvəlcə “Hosting nədir və nəyə lazımdır?” sualına cavab axtaraq.
Hosting alınması sayt hazırlanmasında ilkin mərhələ hesab olunur.
Kiçik də olsa bir biznesiniz varsa, veb hostinglə maraqlanmaq artıq sizin üçün vacibdir. Biz internet əsrində yaşayırıq. İnsanlar bu gün hətta balaca bir mağazanı tapmaq, yeni bizneslərdən xəbər tutmaq üçün birinci növbədə Google-da axtarış verirlər.
Buna görə də hesab edirəm ki, hər şirkətin ən azı iş saatlarını, yerləşdiyi məkanı qeyd etmək üçün bir saytı olmalıdır. Siz sayt vasitəsilə biznesinizi tanıda bilərsiniz. Əgər saytınız yoxdursa, sizdən çətin xəbər tutsunlar. Beləliklə də, rəqabətdə elə əvvəldən uduza bilərsiniz.
Sayt hazırlatmaq artıq pul aparacaq, xərclərim çoxdur, deyirsinizsə, saytı özünüz də hazırlaya bilərsiniz. Asan yolla sayt yaratmaq barədə bundan öncə də bir yazı yazmışdım: 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq
Sayt yaratmaq üçün bizə ilk lazım olan vasitələrdən biri hostingdir. Hosting olmadan bir saytın internetdə mövcudluğu mümkün deyil. Çünki hosting saytın internetdə tutduğu sahədir.
Beləliklə, aşağıda sizə hosting şirkəti seçərkən hansı funksiyalarının olmasına fikir verməyiniz və test etdiyim əsas hosting şirkətləri barədə məlumat verəcəyəm.
Hosting xidmətində ən əsas hansı funksiyalar olmalıdır?
Artıq sayt yaratmağa və hosting provayder şirkəti seçməyə qərar vermisinizsə, gəlin şirkətlərin təklif etdiyi əsas funksiyalardan danışaq. Bu funksiyalar barədə məlumatlı olduqdan sonra hansı provayderi seçəcəyinizə özünüz qərar verərsiniz.
Resurslar
Birinci növbədə, hostinq şirkətlərində əsas resursların çox bahalı olduğunu düşünürsünüzsə, yanılırsız. Bu vaxta qədər bir çox şirkətlər saytlar üçün ucuz qiymətə lazımi bütün resursları təmin ediblər. Amma yenə də provayder seçimi edərkən diqqətli olun ki, bu resursları sizə çox baha qiymətə satmasınlar.
Yükləmə sürəti
Son illər ərzində əaparılan tədqiqatlar göstərdi ki, hətta kiçik bir gecikməyə görə də saytınız potensial müştərilərini itirə bilər. İnternet istifadəçiləri düşünür ki, internetdə hər şey işıq sürəti ilə baş verməlidir. Buna görə də hosting provayderi seçərkən ani yükləmə sürəti olan bir provayder seçin. Provayderin rəsmi vebsaytında yükləmə sürəti barədə məlumat əldə edə bilərsiniz.
Uptime faizi
Saytınızın yükləmə sürəti yüksək olsa da, əgər müştərilər saytınıza daxil ola bilmirsə, bu xüsusiyyətin heç bir əhəmiyyəti qalmır. Saytınızın uptime faizi (ümumi işləkliyi) 99.94%-dən aşağı olmamalıdır. Uptime dedikdə hosting provayder şirkətinin sisteminin və işləkliyinin necə olduğu anlamına gəlir. Əgər provayderin uptime faizi yüksəkdirsə, demək onun işləmə sistemi də o qədər yüksək olur və hostu olduğu saytlar da o qədər faiz işlək olacaq. Beləliklə, aşağı uptime faizi təklif edən provayder şirkətlərinə heç baxmağa dəyməz.
Təhlükəsizlik
Hosting provayderlərini seçməkdə ən vacib meyarlardan biri pulsuz SSL sertifikatının olmasıdır. Yaxşı provayder sizin şəbəkə və serverlərinizi skan etməyi təklif etməlidir. Təhlükəsiz maliyyə əməliyyatlarına zəmanət vermək üçün e-ticarət saytınızın PCI standartlarına uyğunluğu olmalıdır. Əlavə olaraq qeyd edim ki, seçdiyiniz veb hosting şirkəti saytınızı kiber təhlükələrdən və yaranmış təhlükəli viruslardan qorumalıdır.
Müştəri dəstəyi
Hosting şirkəti tərəfindən göstərilən savadlı və keyfiyyətli müştəri xidməti dəstəyi çox vacib faktordur. İstənilən bir saytda nə zamansa problem yarana bilər. Bu zaman əgər dəstək komandası sizə vaxtında kömək etməsə, yaxud da kömək etməyə yetərli biliyi olmasa, biznesiniz böyük zərər görə bilər.
Vebsayt transferi
Əvvəllər başqa bir veb hostinq xidmətindən istifadə etmisinizsə, yeni hostinq-ə keçərkən baxın ki, şirkət sizdən əlavə köçürmə haqqı almasın. Əksər provayderlər hosting planlarında bunu qeyd edirlər. Saytı transfer etmək asan bir iş olmasa da, buna görə əlavə pul ödəməyə dəyməz.
Domen Qeydiyyatı
Bir çox aparıcı veb hostinq şirkətləri domen qeydiyyatı da təklif edirlər. Bu halda sizin işiniz təkcə saytınız üçün domen adını seçmək və boş olub-olmadığını yoxlamaq olur. Bu xidmət provayderin hosting planlarına daxil olarsa, heç bir əlavə pul ödəməli olmayacaqsınız. Az büdcəsi olan sayt sahibləri üçün belə bir seçim ən yaxşısıdır. Bəzi hallarda isə şirkət sizin üçün domen qeydiyyatını güzəştli qiymətə və ya öncədən az məbləğ ödəmə ilə təklif edə bilər.
Backup tezliyi
Məlumatların ehtiyat nüsxələrinin gündəlik və ya həftəlik olaraq saxlanması hostinq şirkəti tərəfindən təmin olunur. Bu, əslində sizin seçdiyiniz hostinq planından asılıdır. Daha sərfəli bir plan seçdiyiniz zaman siz müəyyən sayda məlumatın müəyyən günlərdə backup (ehtiyat nüsxəsinin saxlanması) olunmasını təmin edə bilərsiniz. Bu iş avtomatik və ya manual şəkildə həyata keçirilə bilər. Gündəlik avtomatik həyata keçirilən backup ən yaxşı seçim hesab olunur.
E-mail hesabları
Yaxşı bir hosting provayderi seçdikdə sizin üçün həmçinin domen adı və limitsiz, bəzən isə limitli sayda e-mail hesabı təmin olur. Bundan əlavə, paket ilə birgə bəzi təhlükəsizlik tədbirləri təklif oluna bilər. Bu da sizin e-mailinizi spamdan qoruyacaq. Email hesabında sizin üçün avtomatik cavablandırma funksiyası da təmin oluna bilər ki, onun vasitəsilə standart cavabları hazırlaya bilərsiniz.
CMS dəstəyi
Məzmunu idarəetmə sistemi (CMS) üçün dəstək çox vacibdir. Əsas platformalar CMS və WordPress olsa da, siz daha çox ixtisaslaşmış digər platformaları (Drupal, Magento, PrestaShop, Joomla və s.) da seçə bilərsiniz.
Proqramçıların işini asanlaşdırmaq
Saytınızla məşğul olacaq şəxslərin işini asanlaşdırmaq istəyirsizsə, elə bir hosting şirkəti seçin ki, platformanıza və ən məşhur proqramlaşdırma dillərinə müvafiq olsun. Hosting xidmətlərinin əsas funksiyaları Node.js, Perl, PHP, Apache və Python bəzi versiyalarını dəstəkləməlidir.
Bütün bu tövsiyələrə əlavə olaraq, xidmət provayderi barədə müxtəlif internet səhifələrində rəyləri oxuyun və şirkətin müştəri xidməti dəstəyini sınaqdan keçirin.
Ən yaxşı hosting provayderlər hansılardır?
Düzgün seçilmiş hosting provayderi qısa müddət ərzində biznesinizə böyük dəstək ola bilər. Yüksək sürətlə əla bir başlanğıc, güclü təhlükəsizlik tədbirləri, əsas resursların daxil olduğu full paket və 100% uptime sizin uğur qazanmağınıza birbaşa kömək olacaq.
İndi isə ən yaxşı hosting provayderi tapmaq üçün onlara bir-bir nəzər salaq. Bu araşdırmada hosting müqayisəsini əsasən onlayn mağaza yaratmaq fikri ilə müqayisə edəcəm.
Bluehost
Birinci növbədə keyfiyyətinə və təcrübəsinə görə tanınan Bluehost-dan başlamaq istəyirəm. 1996-cı ildə ABŞ-da fəaliyyətə başlayan şirkətin tərkibində Host Monster, iPage, FastDomain kimi digər şirkətlər də fəaliyyət göstərir.
Bluehost WooCommerce tarif planları
Bluehost ilə WooCommerce hostingini aylıq cəmi 6.2 dollara ala bilərsiniz. Bluehost planları istədiyiniz dizaynda onlayn mağaza qurmaq üçün əla seçimdir. Bu planlar həmçinin saytlar üçün SSL sertifikatı və təhlükəsiz ödəniş keçidləri təmin edir.
Bu arada qeyd edim ki, özünüz üçün internetdə bir mağaza qurub, satışlar etmək istəyirsiz, daha öncə yazdığım Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) ilə tanış ola bilərsiniz.
Aşağıdakı cədvəldə WordPress online mağazaları üçün Bluehost-un təqdim etdiyi tarifləri görə bilərsiniz:
Ən əsası isə bütün Bluehost tarif planlarına aşağıdakılar daxildir:
1 Pulsuz domen adı – yaxşı bir elektron mağazanın yaxşı da domeni olmalıdır. Sizə hər Bluehost WooCommerce planına görə bir domen adı pulsuz verilir.
WooCommerce Avtoquraşdırması – heç bir quradırmaya ehtiyac duymayacaqsız. Bluehost-un mütəxəssiləri sizin üçün WordPress və e-ticarət plugin-inini quraşdıracaq.
Pulsuz ayrılmış IP – Sizə pulsuz olaraq ayrılmış IP təmin olunur.
Pulsuz SSL – Müştərinizin məlumatının kodlaşdırılması barədə narahat olmayın. Bluehost WooCommerce-in planlarına yüksək keyfiyyətli SSL sertifikatları daxildir.
PPC kreditləri – saytınıza əlavə trafik gətirmək üçün PPC (pay per click) kreditləri toplayın və xərcləyin.
Dəstək
Bluehost WooCommerce-ə qoşulduqda sizə çoxlu sayda təlimatlar, 24/7 çat və telefon ilə dəstək təmin olunur. Bu üsulla da sizə kömək lazım olduqda çətinlik çəkməyəcəksiniz.
Bluehost ilə WooCommerce
Aşağıdakı cədvələ baxın:
1.24 s. orta yükləmə müddəti ilə Bluehost WooCommerce mağazaları digərlərindən 85% daha sürətlidir. Ikinci dəfə test etdiyimdə 558ms göstərdi amma mən yenədə ilk və ən pis nəticəni qeydə alıram. İndi isə görək Bluehost yükləmə təsiri testindən (Load Impact test) necə keçir? Test müddətində test etdiyim saytda müştəri sayını 1-dən 100-ə qaldırdım. Bu, mənə serverin artmış yükə qarşı reaksiyasını göstərdi. Aşağıdakı nəticələri aldım:
Yuxarıdakı mavi xətt artan ziyarətçi sayını, yaşıl xətt isə saytın yükləmə müddətini göstərir. Gördüyünüz kimi Bluehost WooCommerce birliyi sürətlə artan trafik yükü ilə yaxşı başa çıxa bilir.
Aylıq 6.2 dollardan başlayan e-ticarət planları, yükləmə və sayta giriş göstəriciləri ilə Bluehost sərfəli bir hosting həllidir. Bu xüsusiyyətlərə əlavə funksiyalar və mütəxəssis dəstəyi də əlavə olunduğuna görə bir çox e-ticarət platformaları olanlar Bluehost-u seçir.
SiteGround
SiteGround ən məşhur hosting şirkətlərindən biridir. Onun WooCommerce biznes sahibləri üçün xüsusi güzəştləri var. SiteGround hazırda 2 milyondan çox domenə hosting təmin edir və dünyanın hər yerində serverləri var.
SiteGround-un komandası bu serverləri davamlı surətdə monnitorinq edir, yeniləyir və təhlükəsizliyini artırır. Bu serverlər PSC standartlarına uyğun olduğuna görə yüksək təhlükəsizlik və aktivlik təmin edə bilirlər. Bundan başqa, SiteGround Woo, WordPress, and Yoast tərəfindən rəsmi olaraq tövsiyə olunan provayderdir.
SiteGround WooCommerce tarif planları
SiteGround sizə öz WooCommerce saytınızı cəmi 3.95 dollar ilə başlamağa imkan verir. Başlanğıc üçün StartUp planını seçib, bir az sonra isə GrowBig və GoGeek WooCommerce planlarına keçə bilərsiniz. Bu yazını yazdığım vaxtda koronavirusa görə Siteground 3 aylıq hostingi 1$-a təklif edir.
Ən yaxşı xəbər isə odur ki, SiteGround planlarına aşağıdakı ən lazımlı funksiyalar daxildir:
Asan WooCommerce quraşdırması– SiteGround sizə əvvəlcədən quraşdırılmış WooCommerce təklif etməsə də, bu provayderdə WooCommerce-i quraşdırmaq bir neçə düymə sıxmaqdan ibarətdir.
Problemsiz miqrasiya– Siteground-a keçid edəndə hansısa səhvi edəcəyiniz barədə narahat olmayın. SiteGround sizə elə bir miqrasiya plugin-i təmin edir ki, onun vasitəsilə bu proses avtomatik həyata keçirilir.
Pulsuz Cloudflare CDN sayəsində saytınıza hansı ölkədən daxil olmaqlarından asılı olmayaraq, çox sürətli işləyir.
Çox sürətli serverlər – SiteGround dünyadakı ən yaxşı data mərkəzlərdə yerləşir və ən son SSD disklərdən istifadə edir. Onlar HTTP/2, Memcached, əlavə PHP optimallaşdırılması, OPCache və s.kimi sürətgücləndirici bir sıra proqramlar təmin edir.
Pulsuz hazır SSL – SiteGround sizin onlayn mağazanıza daxil olan transaksiyaların təhlükəsizliyini artırmaq məqsədilə pulsuz hazır SSL təmin edir.
Dəstək
SiteGround-un komandası online dəstək göstərən ən güclü komandalardandır. Onların mütəxəssisləri günün 24 saatı telefon, çat, ticket-lər vasitəsilə sizdən köməyini əsirgəməyəcək.
SiteGround ilə WooCommerce
Onlayn mağazanızın SiteGround-da necə işləyəcəyini bilmək istəyirsizsə, aşağıdakı qrafikə baxın:
Göründüyü kimi SiteGround həqiqətən də sürətlidir. (Yükləmə sürəti 649 ms). Hətta digər saytların 95%-dən daha sürətlidir. Beləliklə, əgər sizi ilk növbədə saytın sürəti maraqlandırırsa, onda SiteGround-u seçə bilərsiniz. İndi isə gəlin baxaq SiteGround Yükləmə Təsiri (Load Impact Test) testindən necə keçir. Test müddətində vebsaytımda müştəri sayını 1-dən 100-ə qaldırdım. Bu, mənə serverin artmış yükə qarşı reaksiyasını göstərdi. Nəticələr aşağıdakı kimi oldu:
Yuxarıdakı mavi xətt artan ziyarətçi sayını, yaşıl xətt isə saytın yükləmə müddətini göstərir. Göründüyü kimi yükləmə müddəti 50 istifadəçiyə qədər sabit qalır. Sonra isə serverin yüklənməsi birdən-birə yüksəlir. İstifadəçi sayı artdıqca SiteGround-un serverləri yüksələn trafikə cavab verir. İndi isə sayt ziyarətçilərinin coğrafi göstəricilərinə görə (daxil olduğu ölkələr) serverin reaksiyasına baxaq.
SiteGround serverləri Yaponiyadan başqa hər yerdə yaxşı göstəricilərə malikdir. Beləliklə, əgər sizin hədəf auditoriyanız Şərqi Asiyadırsa, SiteGround-u seçməyin.
Cloudways
Cloudways WordPress, WooCommerce və digər PHP əsaslı tətbiqlər üçün idarəolunan bulud hosting platformasıdır. Bütün Cloudways serverlərinin elə güclü resursları var ki, sizin üçün etibarlı hesab olunur və sabitliyi təmin edə bilirlər. Yüksək səviyyədə işləməsini Varnish, Memcached, Redis, PHP-FPM, PHP 7 və HTTPS/2 kimi texnologiyalara borcludur.
Cloudways WooCommerce tarif planları
Cloudways-in fərdi və korporativ müştəriləri üçün müxtəlif növ tarif və planları var. Bütün planlar əsasən saytın resurslarından istifadə etdikcə ödəmə sisteminə uyğunlaşdırılıb. Başlanğıc plan Digital Ocean (aylıq 10 dollar) adlanır və planın tərkibinə 1GB RAM, 1 Core Processor 25GB SSD yaddaş, and 1TB bandwidth aiddir. Onlayn mağazanız böyüdükcə server resurslarınızı da artıra bilərsiniz.
İndi isə Cloudways-in funksiyalarından danışaq.
Cloudways istifadəçilərinə 150+ funksiya və xidmət təqdim edir. Ən məşhur funksiyaları aşağıda qeyd edirəm.
1 kliklə WooCommerce quraşdırmaq: həm peşəkar, həm də heç anlayışı olmayan istiadəçilər Cloudways platformasından asanlıqla istifadə edə bilər. Bunun üçün sadəcə tətbiqi (WooCommerce), serverin ölçüsünü və data mərkəzi seçmək, daha sonra isə serveri işə salmaq lazımdır.
Çoxlu bulud provayderləri: onlayn mağazası olanlar öz WooCommerce mağazalarını DigitalOcean, Linode, Vultr, Google Cloud və Amazon EC2 kimi sənayenin aparıcı bulud provayderlərində yerləşdirə bilərlər.
Qlobal data mərkəzlər: Hədəf auditoriyanıza ən yaxın data mərkəz saytın yüklənmə müddətini azaldır. Yəni, data mərkəz hədəf auditoriyanıza nə qədər yaxındırsa, saytınızın yüklənmə müddəti o qədər qısa olur. Cloudways ilə siz Avropa, Asiya, Avstraliya və Amerikada yerləşən 60+ data mərkəzdən birini seçə bilərsiniz.
Hazır Varnish keş yaddaşı: Cloudways platformasındakı bütün vebsaytların yaxşı fəaliyyət göstərməsi üçün Varnish keşi öz serverinə inteqrasiya edib. Bundan başqa, Memcached və Redis keşləri də bu serverə daxildir.
CloudwaysCDN: Əgər onlayn mağazanızın dünyanın hər yerindən müştəriləri varsa, yerləşdikləri ölkədən asılı olmayaraq, CloudwaysCDN sayəsində bütün müştərilər üçün səhifələr sürətli açılacaq.
Pulsuz SSL sertifikatı: SSL-in olmaması o deməkdir ki, saytınız təhlükə altındadır. Cloudways sayəsində müştəri və vebsayt arasında məlumat alış-verişi şifrəli olur.
1-klik funksiyası: istifadəsi rahat olan Cloudways platforması müxtəlif əməliyyatlar üçün 1-klik funksiyasını təqdim edir. Bu əməliyyatlara, məsələn, backup və bərpa, SSL quraşdırması, miqrasiya, serverin ölçülməsi, CDN inteqrasiyası və digər bir çox əməliyyatlar daxildir.
Dəstək
Cloudways müştərilərinə 24/7 online çat, e-mail, tiket sistemi və telefon vasitəsilə dəstək göstərir. Bunlardan başqa Cloudways-in CloudwaysBot adlı bir assistenti var ki, sizə serveriniz və tətbiqiniz barəsində 20+ real-time statistika göndərə bilir.
Cloudways ilə WooCommerce
WooCommerce mağazası Cloudways hostingində necə yüklənir? Aşağıdakı cədvəldə görə bilərsiniz:
Gördüyünüz kimi Cloudways-in hostinqi olduğu WooCommerce mağazasının yüklənməsi kifayət qədər sürətlidir.
Yuxarıdakı yaşıl xətt virtual istifadəçilərin sayını, mavi xətt isə virtual istifadəçilərin yükləmə müddətini göstərir. Qrafikdən göründüyü kimi ziyarətçilərin sayı sürətlə artsa da, yükləmə müddətində elə güclü bir dəyişiklik yoxdur. Bu isə o deməkdir ki, Cloudways serveri bütün trafik yükünün asanlıqla öhdəsindən gəlir.
A2 Hosting
A2 Hosting WordPress üçün optimallaşdırıla bilən bir sıra planlar təklif edir. Hətta ən ucuz planların da müəyyən SSH girişi və çoxlu müştəriləri var. Şirkət davamlı backup-ları, 30 gün ərzində pulu geri qaytarmaq barədə zəmanəti, ayrılmış IP, 24/7 müştəri xidməti və SSD fəaliyyəti ilə sizin xidmətinizdədir.
HostGator
Hostgator-un demək olar bütün müştərilərini razı sala biləcək planları var. Peşəkar sayt düzəldənlər Windows və ya Linux hostingi seçə, o cümlədən öz virtual və ya ayrılmış xidmətlərini özəlləşdirə bilərlər. SSD bütün planlara daxil olmasa da, xidmətlərinin bəziləri sürətli drayverlərlə təmin olunur. Şirkətin təmin etdiyi digər xidmətlərə davamlı backup, pulsuz Plesk və ya cPanel, 45 gün ərzində pulun geri qaytarılmasına dair zəmanət və uptime monitorinqi aiddir. Siz burda həmçinin ayrılmış IP ünvanı da ala bilərsiniz.
InMotion
InMotion Hosting şirkətinin SSH girişi, əsas vebsayt miqrasiyası, tam SSD infrastrukturu, 24/7 telefon, həmçinin onlayn çat və e-mail dəstəyi var. Backup-lar, spamların təyin olunması və SSL pulsuz təmin olunur. İnteqrasiya olunmuş WP-CLI sayəsində WordPress dəstəyi mövcuddur. InMotion Hosting 90 gün ərzində pulunuzu geri qaytarmağa zəmanət verir. Xidmətləri aşağı qiymətlə almaq üçün şirkətin təqdim etdiyi xüsusi “sadiq müştəri endirimi”ndən istifadə edə bilərsiniz.
WP Engine
WordPress hostingi üçün üstün bir həlldir. WP Engine serverlərini təhlükəsizliyini və fəaliyyətini yüksəltmək üçün mütəmadi olaraq çalışır. Hazırda şirkətin 20-dən artıq data mərkəzi, eləcə də ABŞ, Avropa, Asiya və Avstraliyada filialları var. WP Engine yarım milyondan artıq sayta hosting təmin edir.
WooCommerce üçün ən sürətli hosting
Yüklənmə sürəti | Performans | Neçə faiz saytdan daha sürətlidir | |
Bluehost | 1,24 s | B86 | 85% |
Siteground | 649 ms | B88 | 95% |
InMotion | 982 ms | B86 | 90% |
Wp Engine | 582 ms | A94 | 96% |
HostGator | 691ms | B81 | 94% |
Cloudways | 170ms | A94 | 96% |
WooCommerce üçün ən ucuz hosting
Başlanğıc (aylıq/$) | Standart (aylıq/$) | Pro (aylıq/$) | |
Bluehost | 6,95 | 8,95 | 12,95 |
Siteground | 3,95 | 6,45 | 11,95 |
InMotion | 4,99 | 8,99 | 11,99 |
Wp Engine | 35 | 115 | 290 |
HostGator | 5,95 | 7,95 | 9,95 |
Funksiyalar
Pulsuz Domen | Pulsuz SSL sertifikatı | 1 kliklə quraşdırma | WooCommerce hosting planları | |
Bluehost | + | + | + | + |
Siteground | – | + | + | + |
InMotion | + | + | + | + |
Wp Engine | – | + | – | – |
HostGator | – | + | + | – |
Yaxşı bəs indi hansını seçək? WooCommerce üçün ən yaxşı hostingləri müqayisə etdikdən sonra yenə də hansının ən yaxşı olduğuna qərar vermək çətindir. Əslində bu qərar sizin daha çox hansı funksiyalara üstünlük verdiyinizdən asılıdır. Qısaca desək,
Onlayn mağaza yaratmağı planlayırsınızsa – SiteGround və Bluehost
Ən yaxşı müştəri xidməti olan hosting şirkəti – Inmotion
Rahat istifadə istəyirsinizsə – WooCommerce hosting təklif edən provayderlərdən biri (Bluehost, Inmotion Hosting və SiteGround)
Büdcə barədə elə də narahat deyilsiniz və böyüməyə iddialısınızsa – Cloudways
Sizin üçün sadə və asan idarəolunan hosting paneli vacibdirsə – HostGator və Siteground
Bu yazıda sizə hosting barədə məlumat verməyə və funksiyalarına görə ən yaxşı hosting provayderləri aydınlaşdırmağa çalışdım. Oxuduğunuz üçün təşəkkür edirəm. Yazını bəyəndinizsə dostlarınızlada paylaşın ki, daha çox adam məlumatlansın.
Bir neçə gündür Sizi izləyirəm. Dolğun məlumata görə çox təşəkkür edirəm. Məndə onlayn satış saytı yaratmaq istəyirdim. Çoxdan bu barədə planlaşdırırdım. Ancaq tamamilə başqa sahədə çalışdığım üçün bunu edə bilmirdim. Sizin sahənizdə bunun öhdəsindən gələcəm inş Allah. Allah sizdən razı olsun.