Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Addım-addım korporativ email hesabı yaratmaq

04 May 2020
Bölmə Brendinq
Reading Time: 11 mins read
0 0
587
PAYLAŞIM
5.4k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş
korporativ email hesabi yaratmaq

Korporativ email-in sonluğunda gmail, yahoo və s.əvəzinə şirkətin domen adı olur. Məsələn: [email protected]. Bəziləri korporativ email hesabı üçün domen adı əvəzinə pulsuz email platformalarından istifadə edir ([email protected]). Bu, çox qeyri-peşəkar addımdır. Çünki istənilən şəxs bu cür hesab yarada bilər. Gəlin, bir az peşəkar korporativ email hesabının vacibliyi barədə düşünək:

  • Korporativ email daha peşəkar olduğunuzu göstərir.
  • Qısa və yaddaqalan olur.
  • Peşəkar korporativ email ünvanı müştərilərinizdə və əməkdaşlıq etmək istədiyiniz şirkətlərdə sizə qarşı güvən aşılayır.
  • Korporativ email-dən məktublar göndərdikdə öz markanızın reklamını etmiş olursunuz.

İşin ən yaxşı tərəfi odur ki, istəsəz bu email-i özünüz də pulsuz aça bilərsiz. Bu yazıda sizə peşəkar korporativ email hesabını pulsuz yaratmağın yollarını izah edəcəyəm. 

OxşarYazılar

5 ƏN YAXŞI LOGO YARADAN SAYT

Logo yaratmaq üçün 5 ən yaxşı sayt

30 Dekabr 2020
instagram-mavi-tik-verified

Instagram-dan təsdiq nişanı qazan

12 Avqust 2020
dizayn saytlari

İşlərinizi asanlaşdıracaq 200+ dizayn resursları

01 İyun 2020

Korporativ email hesabı yaratmaq üçün sizə nə lazımdır?

Sizə birinci növbədə domen adı və vebsayt lazımdır. Ondan sonra isə email-ləri idarə etmək üçün email xidmət provayderi lazım olacaq. Peşəkar korporativ email yaratmaq üçün bir neçə həll yolu var.

Sizə iki yol öyrədəcəm, hansını istəsəz seçərsiz. Birinci metod pulsuz və asanlıqla quraşdırılabiləndir. İkinci metodun kiçik bir ödənişi olsa da, daha çox imkanlar təqdim edir.

Metod 1. Pulsuz email ünvanı yaratmaq

Kiçik biznesiniz üçün vebsayt yaratdıqda siz domen almalı və veb hostinq üçün qeydiyyatdan keçməlisiniz. Bir çoxları bilmir ki, WordPress hostinq şirkətləri paketin tərkibində pulsuz email parametrləri də təqdim edir. Adi halda domen adı illik 14.99 dollardan, vebsayt hostinq isə aylıq 7.99 dollardan başlayır. Əgər əlavə email xidməti də alsaz, hər email hesabı üçün 5 dollar da əlavə ödəməlisiniz.

Lakin dünyada ən böyük WordPress hostinq şirkəti olan Bluehost sizə pulsuz domen adı, hostinqə isə 60% endirim təqdim edir. Bu isə o deməkdir ki, biznes saytınız üçün aylıq cəmi 2.75 dollar ödəyəcəksiniz, üstəlik pulsuz email ünvanınız da olacaq.

Bluehost ilə korporativ email ünvanını quraşdırmaq üçün aşağıdakı mərhələləri keçmək lazımdır.

Biznes ünvanını quraşdırmaq (Domen adı)

Birincisi, Bluhost-un saytına gedib yaşıl rəngdə olan “Get started now” düyməsinə klikləyin.

Bluehost domen adı
Bluehost hostinq 
şirkət emaili pulsuz

Sizin üçün Tariflər səhifəsi açılacaq və burada istədiyiniz planı seçərək “Select” düyməsinə vurun. Kiçik bizneslər əsasən Basic və Plus planlarını seçirlər.

domen al 
pulsuz şirkət emaili yarat

Planı seçdikdən sonra domen adını seçməlisiz. Biznesinizin adını daxil edib, “Next” düyməsinə klikləyin.

domen seç 
korporativ email yarat

Bluehost domen adının boş olub-olmadığını yoxlayır. Əgər boş olmasa o, sizə alternativ seçimlər təqdim edəcək.Xatırladım ki, əgər .az domeni almaq istəyirsinizsə o zaman öncə domeninizi online.az saytına daxil olaraq alın daha sonra bluehost saytına qayıdıb sadəcə hostinq alarsınız. .Az domeni 1-ci ili 40 Azn-dır, 2-ci ildən etibarən isə illik 20 AZN-dir. Bluehostda amma hostinq aldığınız zaman .com domeni hədiyyə olur.

Sizə yaxşı domen adı seçmək üçün bir neçə faydalı məsləhət:

  • Hədəf bazarınız azərbaycan bazarı deyilsə o zaman domen sonluğunu həmişə .com ilə seçin.
  • Domen adınız qısa və yaddaqalan olsun.
  • Domen adında rəqəmlərdən, defisdən istifadə etməyin.
  • Domen adında açar sözlərdən, məkan adından istifadə edə bilərsiz. Məsələn, numune.com boş deyilsə, numunebaku.com yaxşı versiyadır.

Domen adını seçdikdən sonra hesab məlumatlarınızı əlavə edib, paketi alın.

Bu səhifədə almaq üçün əlavə parametrlər də var. İndilik onları almağa ehtiyac yoxdur. Daha sonra lazım olarsa, qayıdıb yenidən ala bilərsiz.

Bluehost domen seç
biznes emaili yarat

Ən sonda ödənişi başa çatdırmaq üçün ödəniş məlumatlarını daxil edin.

Hostinqin idarə panelinə daxil olmaqla bağlı təlimat email-inizə göndəriləcək. Buradan vebsaytınızı, email hesablarınızı və digər funksiyaları idarə edə bilərsiniz.

Pulsuz email ünvanını yaratmaq

Hostinq hesabı panelində “Email” menyusuna daxil olub, “Add Email Account” bölməsinə klikləyin.

korporativ email hesabı yarat

Email hesabı üçün istifadəçi adı və şifrəni daxil edin və “Create Account” düyməsinə sıxın. Bluehost sizin üçün email hesabı yaradacaq.

Korporativ email hesabını istifadə etmək

Biznesiniz üçün pulsuz email hesabını yaratdıqdan sonra növbəti addımda artıq emaillər göndərib, qəbul etməlisiniz.

Hostinq hesabında Email bölməsinin altında “Email Accounts” hissəsinə keçdikdə yeni yaradılmış email ünvanınızı burada görəcəksiniz.

korporativ email hesabı yarat
biznes email

“Access webmail” linkinə vurduqda Bluehost sizi webmail-in interfeysinə aparacaq.

Email tətbiqdən istifadə etmək istəsəz, “Connect devices” düyməsini sıxıb, “Set up mail client” linkini klikləyirsiz. Bluehost sizə tətbiqin içində korporativ email-dən istifadə etmək barədə lazımlı məlumatı çıxaracaq. Bu məlumatdan istifadə edərək biznes emaili Outlook, Gmail və ya istənilən bir Mail tətbiqin içində quraşdıra bilərsiniz. Qeyd edim ki, bu proses cPanel təklif edən digər hostinq şirkətlərində də eyni cür olur.

Hansı hostinq şirkəti seçmək barədə tərəddüd edirsizsə, Hosting şirkətlərinin müqayisəsi postu ilə tanış ola bilərsiniz.

Metod 2. G Suite istifadə edərək korporativ email yaratmaq

Google G Suite ilə peşəkar korporativ email yaratmağı təklif edir. Bu mail-ə Gmail, Docs, Drive və Calendar xidmətləri daxildir. Bu metod pulsuz olmasa da, sizə öz biznes domen sonluğunuz ilə email yaratmağa imkan verir. Ödənişli olmağının qarşılığında isə aşağıdakı imkanları yaradır.

  • Gmail-in sizə tanış interfeysindən istifadə edəcəksiniz.
  • Google-ın texnologiyası o qədər üstündür ki, email-ləriniz spam papkalarına düşməyəcək.
  • Sizin vebhostinq şirkətiniz server resurslarını paylaşıb. Bu, o deməkdir ki, onlar sizin həddən artıq çox email göndərməyinizi istəmir. Gmail isə gün ərzində 2000 email göndərməyə imkan verəcək.

İndi isə baxaq görək G Suite email ünvanını necə quraşdırmaq olar.

G Suite hesabı üçün qeydiyyatdan keçin

G Suite basic planı aylıq hər istifadəçi üçün 5 dollaradır. Bu qiymətə siz həmçinin Gmail, Docs, Drive, Calendar və hər istifadəçi üçün 30 GB-lıq audio/video konfrans əldə edirsiniz.

Qeydiyyatdan keçən zaman sizə domen adı da lazım olacaq. Əgər artıq domen adınız və vebsaytınız varsa, onda mövcud domeninizi G Suite ilə istifadə edə bilərsiniz.

Başlamaq üçün G Suite saytına daxil olun, və Get Started düyməsinə klikləyin.

G Suite email hesab 
korporativ email
biznes email

Növbət addımda biznes adınızı, işçilərin sayını və yerləşdiyiniz ölkəni daxil etməlisiniz. Siz burada istənilən sayda istifadəçi hesabı aça bilərsiniz. Başlanğıcda özünüz üçün bir hesab seçib, daha sonra istədiyiniz qədər hesab əlavə edin.

G Suite email hesab 
korporativ email
biznes email

Next düyməsinə vuraraq, davam edin. Burada siz əlaqə məlumatlarını daxil etməlisiniz.

G Suite email hesab 
korporativ email
biznes email

Daha sonra isə domen adını seçirsiniz. Əgər artıq domen adınız varsa, “Yes I have one I can use” ilə davam edirsiniz. Domen adınız yoxdursa, “No, I need one” düyməsinə klikləyib, domen adını qeydiyyatdan keçirin.

G Suite email hesab 
korporativ email
biznes email

Yeni domen adını qeydiyyatdan keçirsəniz ona görə sizdən ayrıca məbləğ tutulacaq. Domen adının qiyməti adətən 14.99 dollardan başlayır. Mövcud domeninizdən istifadə edirsinizsə, təsdiq etməlisiniz ki, domeniniz var. Bu barədə daha sonra danışacağam.

Domen adını seçdikdən sonra İstifadəçi adı və şifrə daxil edərək istifadəçi hesabı yaratmalısınız. Bu ad həmçinin sizin ilk biznes email ünvanınız olacaq. Ona görə də korporativ email ünvanınızda istifadə etmək istədiyini istifadəçi adını seçin.

G Suite email hesabı aç 
korporativ email
biznes email

Bundan sonra quraşdırmanı başlamalısınız.

G Suite ilə korporativ email-i quraşdırmaq

Bu mərhələdə siz istifadəçiləri əlavə etməklə, eləcə də vebsayta və ya domen adına birləşdirməklə G Suite-ın quraşdırmasını tamamlayacaqsınız.

Quraşdırma səhifəsində hesabınıza daha çox adam əlavə etmək təklif olunacaq. İşçiləriniz üçün əlavə hesablar yaratmaq istəyirsizsə, burada bu prosesi həyata keçirə və ya “I have added all user email addresses” düyməsini sıxaraq davam edə bilərsiniz.

G Suite email hesab 
korporativ email
biznes email

Əgər mövcud domenlə G Suite yaradırsınızsa, həmin domen adının sizə aid olduğunu təsdiq etməlisiniz. Bunu etmək üçün HTML kod hissəciyini sayta əlavə edin.

G Suite email hesab 
korporativ email
biznes email

Təsdiq etməyin başqa yolları da var. FTP client və ya fayl menecer app-dən istifadə edərək də HTML faylını saytınıza yükləyə bilərsiniz (hostinq hesabı panelindən).

Saytınız yoxdursa, domen adının sahibi olduğunuzu MX record metodundan istifadə edərək təsdiqləyin. Bu metodu seçsəz sizin üçün addım-addım bir təlimat açılacaq.

Mən isə sizə HTML kodun hissəciyini WordPress-ə necə əlavə edəcəyinizi izah edəcəm. WordPress saytın admin panelinə gedib, Insert Headers and Footer plugin-ini aktivləşdirin.

Aktivləşdirdikdən sonra Settings » Insert Headers and Footer page səhifəsinə gedib, G Suite-da “Scripts in Header” bölməsindən kopyaladığınız HTML kodu yerləşdirin.

G Suite email hesab 
korporativ email
biznes email

Burada “Save” düyməsinə sıxmağı unutmayın.

Indi isə G Suite quraşdırma səhifəsinə qayıdın və “I added the meta tag to my homepage” xanasına işarə qoyun.

G Suite email hesab 
korporativ email
biznes email

Bundan sonra domen adınız üçün MX record daxil etməlisiniz. Bu barədə isə növbəti addımda.

MX Records üçün domeni əlavə etmək

Bu addım domen adı və vebsaytları olan istifadəçilər üçündür.

Domen adınız Google-da qeydiyyatdan keçmədiyinə görə email-ləriniz Google serverlərinə deyil, domen adına gələcək. Siz indi domen adı parametrlərində düzgün MX records quraşdırmalısınız ki, Google serverləri emaillərinizi göndərə və qəbul edə bilsin. Bunun üçün veb hostinq və ya domen hesabınıza daxil olursunuz.

Bu yazımda sizə MX records-u Bluehost-a əlavə etməyi izah edəcəm. Amma ümumi parametrlər bütün host və domen hesabları üçün eynidir. Beləliklə, domen adı altındakı DNS parametrlərini axtarıb tapırsız.

Bluehost-un hostinq panelində Domenlər bölməsinə daxil olun. Domen adınızı seçib, “DNS Zone Editor” seçiminin yanındakı “Manage” linkinə klikləyin.

G Suite email hesab 
korporativ email
biznes email

Bluehost “DNS zone editor”u açacaq. İndi isə G Suite setup səhifəsinə qayıdıb, ‘I have opened the control panel of my domain name’ xanasını işarələyin.

G Suite email hesab 
korporativ email
biznes email

Burada siz MX records-u görəcəksiniz. Ora daxil olun. Siz həmçinin bu rekordları domen və hostinq provayderlərinə necə əlavə edəcəyiniz barədə sənədləri də görəcəksiniz. Bluehost DNS parametrlərinə məlumatı aşağıdakı kimi əlavə edəcəksiniz:

G Suite email hesab 
korporativ email
biznes email

“Add Record” düyməsini sıxaraq məlumatları yadda saxlayın. Bundan sonra 5 sıranın hamısını MX records kimi doldurmaq üçün bu prosesi təkrarlayın. Bitirdikdən sonra G Suite setup-a qayıdıb ‘I created the new MX records’ xanasını işarələyin.

mxrecordscreated 1 1

Burada hələ də sizin hostinq və domen şirkətlərinizi göstərən mövcud MX record-larını silməyiniz istənəcək.

Bunun üçün DNS zone editor-una gedib səhifənin aşağısında MX records bölməsini tapırsız. Orada öncə yaratdığınız MX record-lar ilə birgə saytınıza işarə edən MX record-ları görəcəksiz.

G Suite email hesab 
korporativ email
biznes email

Köhnə MX record düyməsinin yanındakı Delete düyməsini sıxaraq onu silin. Daha sonra G Suite setup səhifəsinə qayıdıb, “I deleted existing MX records” xanasını işarələyin.

G Suite email hesab 
korporativ email
biznes email

Indi isə MX record-larınızı yadda saxlayıb, G Suite setup-da “I have saved MX records” xanasını işarələyin.

G Suite email hesab 
korporativ email
biznes email

Bundan sonra “Verify domain and setup email” düyməsini sıxaraq setup panelindən çıxın.

G Suite-da email-i idarə etmək

G Suite ilə email hesabınızı asanlıqla idarə edə biləcəksiniz. Email-lərinizi yoxlamaq üçün siz sadəcə Gmail-ə daxil olmalı və ya telefonda Gmail tətbiqindən istifadə etməlisiz.

Email-ə daxil olmaq istədikdə email-də istifadə etdiyiniz adı istifadəçi adı kimi daxil edin.

Daha çox biznes email ünvanları yaratmaq üçün G Suite Admin console-a daxil olun. Orada yeni istifadəçilər daxil edə, ödənişlər həyata keçirə və G Suite hesabının parametrlərini dəyişə bilərsiniz.

G Suite email hesab 
korporativ email
biznes email

Ümid edirəm, bu yazımla sizə pulsuz korporativ email yaratmağı izah edə bildim. Daha çox yazılarımdan xəbər tutmaq üçün bloqumu izləyin. Rəylərdə sual, mövzu istəyi və təkliflərinizi qeyd edə bilərsiniz.

Rating
Click to rate this post!
[Total: 2 Average: 5]
Teqlər: biznes email

Oxşar yazılar Posts

5 ƏN YAXŞI LOGO YARADAN SAYT
Brendinq

Logo yaratmaq üçün 5 ən yaxşı sayt

30 Dekabr 2020
instagram-mavi-tik-verified
Brendinq

Instagram-dan təsdiq nişanı qazan

12 Avqust 2020
dizayn saytlari
Brendinq

İşlərinizi asanlaşdıracaq 200+ dizayn resursları

01 İyun 2020
facebook_reklam
Brendinq

Facebook paylaşımlarının daha çox insan tərəfindən görülməsi üçün 8 məsləhət

09 Fevral 2016
brend adı
Brendinq

Brend adı necə seçilir ?

30 Yanvar 2016

Şərhlər 3

  1. Avatar of Shaig Shaig says:
    3 il əvvəl

    Dəyərli məlumatlara görə təşəkkürlər!

    Cavabla
    • Avatar of Bəhruz Bəhruz says:
      3 il əvvəl

      Əla Təşəkkürlər !👍

      Cavabla
  2. Avatar of Ilgar Ilgar says:
    3 il əvvəl

    Teshekkurler Jafar bey. Cox faydalidir

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In