Bəzən iş qurmaq, gəlir əldə etmək həvəsi böyük olsa da, büdcə çox kiçik olur. Bu zaman, hesab edirəm ki, insan həvəsini ürəyində qoymaq əvəzinə xərcləri minimuma endirməklə də olsa mütləq onun ardıyca getməlidir. Böyük bir imkanın, şansın gəlib qapını döyməyini gözləsək, o imkan ümumiyyətlə heç vaxt gəlməyə bilər. Buna görə də bircə saniyə belə gecikmədən, sizin ideyanız başqa birinin ağlına gəlmədən əldə olan imkanlarla başlamaq lazımdır. Əlbəttə ki, sual verəcəksiz “necə başlayım?”.
Müasir dövrdə istənilən bir biznesin və şəxsin insanlar arasında daha çox tanınması, güvən qazanması üçün saytının olması zəruridir. Sayt bir növ vizitkartdır. Amma bu zaman da ortaya domen, hostinq, saytın yaradılması kimi bəlli xərclər çıxır. Daha öncə bloqumda güclü texniki biliklər olmadan da sayt yaratmağın mümkünlüyü barədə yazılar paylaşmışdım. Özünüz domen və hostinqiniz varsa bir qəpik də xərcləmədən aşağıdakı linklərdən keçid edib yazdıqlarıma əməl edərək sayt yaratmağı öyrənə bilərsiniz.
6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020)
Bu yazımda isə sizinlə hostinqə qənaət etmək, ən yaxşı pulsuz veb hostinqi seçmək barədə məlumat verəcəyəm. Çox hallarda pulsuz seçdiyimiz hostinqlər sonradan saytı, bloqu böyütmək istədikdə keyfiyyət baxımından bizə baha başa oturur. Elə bu yazını hazırlamaqda məqsədim bir neçə il ərzində güvənə biləcəyiniz platforma, yaxşı xidmət göstərən pulsuz veb hostinq planlarını sizə təqdim etməkdir.
Pulsuz hostinqləri ümumiyyətlə araşdırmağa dəyər? Bu sualın cavabı əslində sizin məqsədinizdən asılıdır. Əgər çox məlumatlı bir bloq və yaxud da satış etmək istədiyiniz e-ticarət portalı yaratmaq istəyirsinizsə, pulsuz veb hostinq sizin işinizə yaramayacaq. Biznesiniz üçün lazım olan bütün funksionallıqları tapmaq üçün birbaşa ucuz da olsa ödənişli hostinq planlarına baxmalısınız. Daha öncəki araşdırma yazım bu barədə köməyinizə gələ bilər.
Hosting nədir? Hosting şirkətlərinin müqayisəsi
Yalnız yazıya fokuslanmış sadə bloq və ya biznesi təqdim edən bir sayt üçün isə pulsuz veb hostinq şirkətlərini nəzərdən keçirə bilərsiniz.
6 pulsuz hostinq planları hansılardır?
- Weebly
- Wix
- Infinity Free
- 000WebHost
- x10Hosting
- GoogieHost
Pulsuz veb hostinq planları ilə məhdud şəkildə işlər görmək olsa da, bəzən elələri olur ki, keyfiyyəti, seçim imkanları ilə digərlərindən seçilir. Pulsuz planlar bazardakı ödənişli hosting planları ilə rəqabətə girə bilməz, amma maddi imkanlarınız məhduddursa, belə planlardan istifadə edə bilərsiniz.
Weebly
Weebly-nin ən böyük üstünlüklərindən biri odur ki, istifadəçilər Weebly platformasında pulsuz vebsayt hazırlaya bilir.
Əsas xüsusiyyətləri
- Domen adı (Weebly brendi qeyd olunmaqla)
- Limitsiz ötürmə qabiliyyəti (Bandwidth)
- 500 Mb yaddaş sahəsi
- Pulsuz SSL sertifikatı
- Alış-veriş səbəti
- SEO alətləri
- Chat, e-mail, telefon vasitəsilə müştəri dəstəyi və forum
- Email hesabı təmin etməsə də, Weebly bazarda tapa biləcəyiniz ən güvənli pulsuz veb hostinq şirkətidir.
Müsbət tərəfləri
- Bloqda heç bir reklam yerləşdirmir.
- Asan idarə paneli var.
Mənfi tərəfləri
- Pulsuz hostinq planında Weebly öz brendini domendə nümayiş etdirir (məs.sizinbloqunuz.weebly.com)
- Digər rəqiblərlə müqayisədə az sahə təqdim edir.
Wix
Wix vebsayt yaratmaq üçün ən sadə platformalardan birinə çevrilə bildi.
Əsas xüsusiyyətləri
- Brendin daxil olduğu domen adı
- 500 Mb ötürmə qabiliyyəti (Bandwidth)
- 500 Mb yaddaş sahəsi
- Müsbət tərəfləri
- SEO alətləri
- Güclü təhlükəsizlik
- İstifadəsi asan
Mənfi tərəfləri
- Məhdud resurslar
- Domen adında brendi nümayiş etdirməsi
- Müştəri dəstəyinin olmaması (pulsuz planlarda)
Infinity Free
Bazardakı ən yaxşı pulsuz hostinq planlarından biri olmasına baxmayaraq, Infinity Free yuxarıdakı iki brenddən daha az tanınır. Amma böyük bir üstünlüyü var ki, pulsuz planından ömürlük istifadə edə bilərsiniz. Və üstünlük təkcə bundan ibarət deyil.
Əsas xüsusiyyətləri
- Bloq alt-domen şəklində fəaliyyət göstərəcək (sizinbloqunuz.infinityfree.com)
- 400 MySQL məlumat bazası
- Pulsuz SSL sertifikatı
- Limitsiz yaddaş sahəsi
- 10 POP3 email hesabı
- cPanel
Bir qeydi etməliyəm ki, pulsuz planda limitsiz sahə əldə etsəz də, sürət və 99.9% uptime (saytın fəaliyyətdə olduğu müddət) serverlərin mövcudluğundan asılıdır.
Müsbət tərəfləri
- 1 kliklə WordPress quraşdırması
- Softaculous (tətbiqləri avtomatik quraşdırmaq üçün kodlar)
- Limitsiz ötürmə qabiliyyəti
- Daha sürətli yükləmələr üçün Cloudflare ilə inteqrasiya
- Reklamların olmaması
- Aktiv müştəri dəstəyi forumu
Mənfi tərəfləri
- Gündəlik 50000 oxucu limiti
- Digər SSL sertifikat xidmətlərini dəstəkləməməsi
- Alt-domen kimi fəaliyyət göstərməsi
000WebHost
Bu pulsuz təklifi dünyadakı ən məşhur hosting şirkətlərindən biri olan Hostinger dəstəklədiyinə görə 000WebHosting yüksək səviyyəli xidmət göstərir. Bunun qarşılığında isə Hostinger ödənişli plana keçməyiniz üçün sizə çox sayda upgrade-lər göndərəcək. Pulsuz planda reklamlar yerləşdirməməsi, yüksək sürətlər həm istifadəçidə, həm də sayt ziyarətçisində yaxşı təəssürat yaradır.
Əsas xüsusiyyətləri
- Subdomen
- 10 Gb ötürmə qabiliyyəti
- 1 Gb yaddaş sahəsi
- Yüksək yükləmə sürətləri
- cPanel
- Saytda reklam yerləşdirmək imkanı
Müsbət tərəfləri
- Tam PHP və MySQL məlumat bazası dəstəyi
- Pulsuz vebsayt yaratma imkanı
- 1 kliklə WordPress quraşdırma imkanı
Mənfi tərəfləri
- Fəaliyyət zəifliyi (sayt ayda iki saat dayana (downtime) bilər. Bu, az görünsə də biznes sahibləri üçün problemə çevrilə bilər.
- Email hesabları mövcud deyil
x10Hosting
İlk hosting şirkətlərdən biri olan, SingleHop (indi iNAP adlanır) tərəfindən dəstəklənən x10Hosting 750 000-lik üzvünə güclü funksionallıq və güvənli xidmət təqdim edir.
Əsas xüsusiyyətləri
- x10Hosting domeni altında fəaliyyət göstərəcək
- Limitsiz ötürmə qabiliyyəti
- Limitsiz sahə
- 3 email hesabı
- 200 avtomatik quraşdırılmış kod
- Pulsuz sayt yaratma imkanı
Müsbət tərəfləri
- Limitsiz ötürmə qabiliyyəti və sahə
- Çox yüksək yükləmə müddəti
Mənfi tərəfləri
- Vebsayt fayllarını idarə etmək üçün cPaneli mövcud deyil
- Hesabı aktiv saxlamaq üçün 30 gündə ən azı bir dəfə giriş etməlisiniz.
GoogieHost
Axırıncı seçimim olan GoogieHost nisbətən yeni hosting şirkətidir. Şirkət ödənişli, paylaşılan və pulsuz hostinq planları təqdim edir.
Əsas xüsusiyyətləri
- Brendin qeyd olunduğu alt-domen (məs.sizinblog.cu.ma)
- Sahə: 1 GB
- Ötürmə qabiliyyəti: limitsiz
- 2 pulsuz email hesabı
- Softaculous kod kitabxanası
- Pulsuz sayt yaratma imkan
- cPanel
GoogieHost bazardakı ən sürətli provayder olmasa da, digər üstün cəhətləri ilə başqa provayderləri ötüb keçir.
Müsbət tərəfləri
- Email vasitəsilə müştəri xidməti dəstəyi
- SSL sertifikatı
- Pulsuz MySQL məlumat bazası
Mənfi tərəfləri
- Çox zəif yüklənmə müddəti
- Yeni domeni aktivləşdirmək 4-20 saat vaxt alır.
Əgər Azərbaycanda yaşayırsınızsa, 1 səhifəlik saytınız varsa, ağır materiallardan (çoxlu video, şəkil kontenti) istifadə etməyəcəksinizsə, yeni olmasına baxmayaraq, GoogieHost-ni yoxlamağa dəyər.
Demək olar ki, pulsuz hosting-lər
Əgər pul qazana biləcəyiniz daha güclü bir sayt, bloq yaratmaq niyyətindəsinizsə, aşağıdakı hosting-lərə çox da xərciniz çıxmayacaq.
Hostinger: aylıq – 0.99$
Hostingeri həm ən ucuz, həm də keyfiyyətli hosting təmin edən şirkət kimi nəzərdən keçirməyiniz məsləhətdir. 16 il bazar və 29 milyonluq istifadəçi təcrübəsi ilə Hostinger müştərilərini məmnun etmək üçün əlindən gələni əsirgəmir.
Əsas xüsusiyətləri
- Yalnız .xyz genişlənməsi olan pulsuz domen (məs: domen.xyz)
- Ötürmə qabiliyyəti: 100GB
- Sahə: 10GB
- Email: 1
- GitHub ilə inteqrasiya
- DNS idarəetməsi
Müsbət tərəfləri
- Ucuz qiymət
- Çox yaxşı uptime (saytın fəaliyyəti) və sürətlər 30 gün ərzində pulun geri qaytarılması zəmanəti
- 1 MySQL məlumat bazası
- Müştəri xidməti dəstəyi
Mənfi tərəfləri
- Domen daxil deyil (pulsuz olaraq ya alt-domen, ya da .xyz sonluqlu domen təqdim olunur)
- Aylıq 0.99$-lıq paketdən istifadə etmək üçün öncədən 2 illik ödənişi həyata keçirməlisiniz.
- 2 ildən sonra müqaviləni yenilədikdə planın tarifi aylıq 2.15$-a qalxacaq.
- cPanel mövcud deyil.
DreamHost: aylıq – 2.59$
1996-cı ildə əsası qoyulan DreamHost dünyadakı ən güvənli hosting şirkətlərindən biri hesab olunur. Hostinger kimi aşağı büdcəli olmasa da, elə də baha deyil. Yalnız bu tarifi əldə etmək üçün siz 3 illik ödənişi öncədən həyata keçirməlisiz.
Əsas xüsusiyyətləri
- Pulsuz domen adı
- Limitsiz ötürmə qabiliyyəti
- Limitsiz sahə (SSD)
- Pulsuz SSL sertifikatı
- Öncədən quraşdırılmış WordPress
- Əksər CMS funksiyalar üçün bir kliklə quraşdırma
- Saytın avtomatik backup-ı
Müsbət tərəfləri
- Quraşdırma demək olar ki, tələb olunmur
- 90 gün ərzində ödənişi geri qaytarma zəmanəti
- WordPress tərəfindən tövsiyə olunur
- “Yaşıl” serverlər (Dreamhost serverlərinin effektivliyini artırmaq istiqamətində bir sıra addımlar atıb)
- Güclü müştəri xidməti dəstəyi
Mənfi tərəfləri
- cPanelin olmaması
- Saytın digər hosting-dən daşınması 99$-dır.
Bluehost: aylıq – 2.95$
Google-da istənilən vaxt axtarış versəz, Bluehost ən yaxşı hosting provayderləri siyahısında yuxarıda yer alır. Hətta 2.95$-dan başlayan tarif planı belə lazım olan bütün funksiyaları təmin edir.
Əsas xüsusiyyətləri
- Pulsuz domen adı
- Limitsiz ötürmə qabiliyyəti
- 50 Gb sahə
- Pulsuz SSL sertifikatı
- 5 email hesabı
- 25 alt-domen
Müsbət tərəfləri:
- WordPress tərəfindən tövsiyə olunur.
- 200$ dəyərində marketinq krediti təmin edir
- Pulsuz domen adı
- Müxtəlif məlumat bazalarını (MySQL, PostgreSQL, Ruby on Rails və s.) dəstəkləyir.
- Serverləri sürətlidir.
- 30 gün ərzində pulu geri qaytarma zəmanəti
- Güclü müştəri xidməti dəstəyi
Mənfi tərəfləri:
- Ilk müqavilə vaxtı bitdikdən sonra qiymətlər qalxır.
- Digər hosting provayderdən miqrasiya ödənişlidir.
- Pulsuz hosting planlarındakı 5 əsas məhdudiyyət
- Istənilən pulsuz hosting planından istifadə etdikdə bir müddət sonra sizin qarşınıza bəzi məhdudiyyətlər çıxacaq.
- Server məhdudiyyəti
Pulsuz olduqda veb hosting şirkətləri resurslardan nə qədər istifadə edə biləcəyinizi özü təyin edir. Bura ötürmə qabliyyəti, sahə, email hesabları, ziyarətçi sayı, uptime daxildir. Provayderdə problem yaranan kimi ödənişli istifadəçilərə üstünlük verilir. Buna görə də ödənişsiz istifadəçilər downtime (saytın dayanması) və sürət kimi problemlərlə üzləşə bilər.
Pulsuz hostinq planlarında əsas məhdudiyyətlər
Alt-domen təqdim olunur
Pulsuz veb hosting-də qeydiyyatdan keçirsinizsə, bilin ki, sizin saytınız hosting şirkətinin alt-domeni olacaq. Məsələn, saytınızın adı belə görünəcək: sizinsaytiniz.hosting.com
Müştəri xidməti dəstəyinin olmaması
Müştəri xidmətinə gəldikdə Weebly-dən başqa heç biri bunu sizə təmin etməyəcək. Çünki, hosting şirkətləri pulsuz müştərilərinə görə müştəri xidmətləri üzrə agentlərinə əlavə pul ödəyib, xərcə düşmək istəmir.
Zəif SEO
Saytınızın domenı alt-domen olduğuna görə sayt axtarış sistemlərində çətin ki, yuxarı sıralarda yer alsın. Google kimi axtarış motorları şəxsi domeni olan saytlara üstünlük verir.
Təhlükəsizlik problemləri
Pulsuz veb hosting şirkətlərinin ən böyük problemlərindən biri də ödənişli müştərilər ilə müqayisədə ödənişsizlərə zəif təhlükəsizlik protokolları təqdim etməyidir.
Pulsuz hosting planları seçərkən əsas amillər
Hosting-ə olan əsas tələbiniz
Veb hosting saytınızı nə məqsədlə istifadə etməyinizdən asılıdır. Məsələn: Vizual materiallar saytınız üçün əhəmiyyəlidirsə, qərar verərkən hosting-in sahəsinin çoxluğuna fikir verməlisiniz. Çox trafik axını gözləyirsinizsə, daha çox ötürmə qabiliyyəti (bandwidth) olan planı seçməlisiniz.
Təhlükəsizlik vacibdir
Hər zaman siz və müştəriləriniz üçün ən güclü təhlükəsizlik təmin edən bir provayder seçməyə çalışın.
Düzgün qiymətləndirmə
Saytı uzun müddətli istifadə etməyi və genişləndirməyi düşünürsüzsə, gələcəkdə ödənişli plana keçərkən hansı hosting-in daha çox işinizə yarayacağını nəzərdə keçirməlisiniz.
Güvən
Hosting şirkətinin neçə ildir ki, bazarda olduğuna və müştərilər tərəfindən gələn rəylərinə fikir verin.
Funsionallıq
Sizə lazım olan bütün funksionallıqlara malik olub-olmadığını yoxlayın.
İstifadəsi rahat
İlk dəfədir bir vebsaytınız olacaqsa, cPaneli olan və istifadəsi rahat bir veb host seçməlisiniz.
Ən sonda isə nəzərinizdə saxlamağınız vacibdir ki, pulsuz hosting sizin işinizə müvəqqəti yaraya bilər. Yaxşı olar ki, bir müddət sonra saytdan pul qazanmağa başlayıb, ödənişli planlara keçəsiniz.