Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Cümə axşamı, Fevral 9, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq

29 İyun 2020
Bölmə Şəxsi İnkişaf
Reading Time: 7 mins read
0 0
0
PAYLAŞIM
2.4k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Neçə dil bilirsənsə, daxilində bir o qədər şəxsiyyət daşıyırsan. Yəqin ki bu deyimi eşitmisiz. Eşitməmisizsə, bu fikri belə izah edə bilərəm. Dil öyrənmək həmin dildə danışan insanların mədəniyyətini, tərbiyəsini, dünyagörüşünü, tarixini, coğrafiyasını, düşüncə tərzini öyrənməkdir. Məhz buna görə də insan nə qədər çox dil bilirsə, cəmiyyətdəki nüfuzu bir az da artır. Hər yeni dil həm şəxsi, həm də peşəkar sferada bizim qarşımızda yeni imkanlar açır.

Bu dəfəki postumda sizinlə xarici dil öyrənmək üçün istifadə olunan, şəxsən sınaqdan keçirdiyim ən yaxşı mobil tətbiqlərdən söhbət açacam. Qeyd etdiyim tətbiqlərdən biri isə özümə aiddir. Azərbaycan dilində İngiliscə sözlər öyrənmək üçün heç bir app olmadığına görə bir müddət öncə mən də LingoMax adlı mobil tətbiqi iOS istifadəçilərinin istifadəsinə vermişəm.

OxşarYazılar

vipassana_meditation

10 günlük səssizlik və 100 saat meditasiyanın 8 faydası

23 İyul 2020

Beləliklə, əgər qısa zamanda yeni bir dilə yiyələnmək istəyirsinizsə aşağıda qeyd etdiyim 7 ən yaxşı tətbiqi siz də mütləq yoxlayın:

Duolingo (Android, iPhone, iPad)

Duolingo 
dil öyrənmək
ən yaxşı mobil tətbiq

Duolingo dünyada ən çox tövsiyə olunan dil öyrənmə tətbiqidir. 200 milyondan çox qeydiyyatlı istifadəçisi olan bu tətbiqlə dil öyrənmək çox əyləncəlidir. Duolingo ən yaxşı pulsuz İngilis dili öyrədən tətbiqlərdən biri hesab olunur. Burada dərslər bir sıra fəaliyyətlər, oyunlar şəklində keçirilir. Gündə cəmi 20 dəq. sərf etməklə İngilis dilini həm maraqlı, həm də tez bir zamanda öyrənə bilərsiniz.

Duolingo sizə yeni sözləri, ifadələri və qrammatik qaydaları oyun oynayaraq öyrədəcək. Digər tərəfdən bu tətbiq dərsləri tamamlamağınız üçün sizə motivasiya da verəcək. App sizin gündəlik fəaliyyətinizi izləyir, hər dərsin sonunda irəliləyişiniz barədə hesabat təqdim edir.

Duolingo Plus istifadəçiləri Duolingo mobil tətbiqindən offline istifadə etmək üçün dərsləri yaddaşa vermək funksiyasından istifadə imkanı qazanırlar.

Busuu (Android, iPhone, iPad)

Busuu dil öyrənmək üçün tövsiyə olunan ən yaxşı app-lərdən biridir və İngilis dilinə yeni başlayanlar üçün çox yaxşıdır. Tətbiqi dilşünaslar hazırlayıb. O, insan ünsiyyətini süni intellekt sayəsində öyrətmə metodları ilə birləşdirərək öyrənməni sürətləndirir.

Busuu dil öyrən
mobil app
dil öyrənmək

Bu mobil tətbiq vasitəsilə dünyada 90 milyondan artıq insana 12 dil kursu təqdim olunur. Busuu dərslərində normal kurslarda olduğu kimi oxuma, yazma, danışıq, sözlərin düzgün yazılışı və dili ifadə etmə öyrədilir.

İngilis dili danışığınızı inkişaf etdirmək üçün Busuu-da ingilisdilli insanlarla söhbət edə, bundan əlavə, dil öyrənən digər şəxslərə rəy bildirə və dili sizdən daha yaxşı bilən şəxslərdən rəy ala bilərsiniz.

Busuu sizə İngilis dilini mükəmməlləşdirmək üçün bütün imkaları yaradır. İnternet qoşulması istər olsun, istərsə də olmasın dərsləri yükləyərək istədiyiniz zamanda və məkanda dərslərinizi həll etmək imkanınız olacaq. Busuu kursu vasitəsilə keçdiyiniz dərslərin necə irəlilədiyini, tamamlama faizini visual olaraq izləyə biləcəksiniz. Bundan əlavə, həftəlik olaraq ötən 7 gün ərzində qazandığınız nailiyyət hesabat şəklində sizə təqdim olunur.

Busuu komandası öyrənmə metodologiyasının tez-tez qiymətləndirməsini aparır. 2016-cı ildə onlar Nyu Yorkun Siti Universiteti və Cənubi Karolina Universiteti ilə birgə müstəqil tədqiqat həyata keçirib, dərslərin mənimsənmə səviyyəsini ölçüb. Tədqiqat nəticəsində aydın olub ki, Busuu-da 22 saat dərs keçmək universitetdə bir semestr dil öyrənməyə bərabərdir.

LingoMax (iPhone, iPad )

İngilis dilini ən asan yolla öyrənmə vasitəsi!

Lingomax dil öyrənmə tətbiqi
mobil app 
dil öyrənmək

Bu tətbiq vasitəsilə siz ingilis dilini əyləncəli oyun formatında öyrənə bilərsiniz. LingoMax-ın təkrarlama sistemi və sözləri yadda saxlamaq üçün xüsusi texnikaları var ki, bu texnikalar sayəsində siz dilin əsaslarını sürətli formada öyrənib, lüğətinizi genişləndirə bilərsiniz.

Əsas texnikalardan biri gündə cəmi bir neçə dəqiqə istifadə etməklə 8 yeni söz öyrənməkdir. Prosesi hər gün təkrarlamaq iki aya lüğət bazanıza 500-ə yaxın söz əlavə edəcək. LingoMax-da ingilis dilini istənilən səviyyədə bilən hər bir şəxs nəzərə alınıb. İngilis dilini hansı səviyyədə bilirsinizsə bilin, burada sizin üçün öyrənməyə mütləq yeni sözlər olacaq. Tətbiqdə istifadəçilərə 38 mövzu üzrə hər səviyyəyə uyğun sözlər öyrədilir. Bütün söz və ifadələri ingilis dili ana dili olan şəxslər səsləndirdiyinə görə həm dinləmə, həm də düzgün tələffüz etmə qabiliyyəti inkişaf etdirilir.

Bu tətbiqin bir üstünlüyü də ondan ibarətdir ki, faydalı statistikalar sizə nail olduğunuz nəticələri izləməyə imkan yaradacaq, müsbət nəticələr öyrənmə motivasiyanızı artıracaq. Və bütün bu imkanlar sizə 3 günlük tamamilə pulsuz təqdim olunur.

Əlbəttə ki, bütün tətbiqlərdə olduğu kimi bu tətbiqin də premium versiyası mövcuddur. App daxilində bütün funksiyalara giriş əldə etmək üçün aylıq cəmi 9.99 dollar ödəməklə LingoMax-a abunə olmaq olar.

Babbel (Android, iPhone, iPad)

Babbel dil öyrənmə tətbiqi
dil öyrənmək üçün ən yaxşı vasitə

Babbel proqramında öyrənmək üçün 14 müxtəlif dil təqdim olunur. Babbel-in əsas hədəfi əsasən xarici dildə söhbət bacarıqlarını inkişaf etdirməyə və söz ehtiyatını artırmağa yönəlib. O, həmçinin istifadəçilərə ifadələri təkrar etdirərək dili öyrənməyi asanlaşdıra bilər.

Babbel kəmiyyətdən çox keyfiyyətli öyrənməyə üstünlük verir. Tətbiqin 4 fərqli yanaşması mövcuddur: səs tanıma, şəkil tanıma, düzgün yazılış və nöqtələrin yerini doldurma. Burada həmçinin hədəf sistemi var. Bu sistemə əsasə istifadəçilər qarşılarına hədəf qoyub, daha sonra dil öyrənmə inkişafını izləyə bilərlər.

Dərslərin mövzuları özünü təqdim etmək, yemək sifarişi vermək, səyahət planlaşdırmaq kimi gündəlik həyatdakı ünsiyyət ehtiyaclarını qarşılamağa yönəlib. Bu da Babbel tələbələrinin tez bir zamanda rahat ünsiyyətə girməsinə kömək edir.

Rosetta Stone (Android, iPhone, iPad)

mobil tətbiq dil öyrən 
ən yaxşı dil öyrənmə app

Rosetta Stone bu gün app marketlərdə olan dil öyrənmə tətbiqlərinin çoxundan fərqlənir. O, sizə ingilis dilini elə sadə üsulla öyrədəcək ki, sanki bir uşağın dili öyrəndiyi kimi. Burada əsas sözləri öyrənmək üçün çalışmalar var.

Rosetta Stone illərdir ki, insanlara dil öyrətmək üçün fərqli dərs metodlarından istifadə edir. Bu platforma daxilində bütün sözlər, ifadələr və audiolar hamısı İngilis dilindədir.

Bundan başqa, bu tətbiqdə siz dərsləri canlı müəllimlərlə keçə bilərsiniz. İngilisdilli insanlarla təcrübə keçmək isə böyük bonusdur. Tətbiqdə olan nitq tanıma texnikası sayəsində siz yalnış dediyiniz sözləri düzəldəcəksiniz.

British Council – Learn English Grammar (Android, iPhone, iPad)

britaniya səfirliyi ingilis dili tətbiqi
ən yaxşı qrammatika app

Learn English Grammar ingilis dilini öyrənmək üçün istifadə olunan sadə bir tətbiqdir. Bu tətbiq vasitəsilə sz qrammatikanızı inkişaf etdirə biləcəksiniz. Tətbiqdə bütün səviyyələr üzrə öyrənənlər üçün qrammatikaya aid 12 mövzu, hər mövzuya uyğun 20 fəaliyyət var.

Tandem (Android, iOS)

Xarici dilləri doğma dil daşıyıcıları ilə söhbət edərək pulsuz öyrən!

Tandem dil öyrən
dil app
ən yaxşı dil tətbiqi

Tandem milyonlarla üzvü olan ən böyük dil mübadiləsi icmasıdır. Siz burada öyrənmək istədiyiniz yeni dili doğma dil daşıyıcısı ilə növbəti səviyyəyə yüksəldə bilərsiniz. Bunun üçün sadəcə Tandem-də özünüzə bir dost tapıb, onunla yazılı və səsli danışmaq lazımdır.

Burada 160-dan artıq dil üzrə lüğətinizi genişləndirə, tələffüzünüzü mükəmməlləşdirə, qrammatika qaydalarını öyrənə, eyni zamanda da müxtəlif mədəniyyətlərlə tanış ola bilərsiniz. Ciddi qaydaları unudub, öz şəxsi öyrənmə tərzinizi yaradın. Mesajlaşın, zəngləşin, hətta dostlaşıb, şəxsən görüşə də bilərsiniz.

Daha ciddi şəkildə hazırlaşmaq istəyirsinizsə, burada hər dil üzrə sertifikatlaşmış dil mütəxəssisləri tapacaqsınız.

Qeyd etdiyim tətbiqlər şəxsi təcrübəm əsasında ən yaxşı hesab etdiklərimdir. Bəs siz dil öyrənmək üçün hansı tətbiqlərdən istifadə edirsiniz? Bu tətbiqlər sizin dil səviyyənizi irəli aparmağa kömək olub? Şərhlərdə fikirlərinizi bölüşməyi və bloqumu izləməyi unutmayın.

Rating
Click to rate this post!
[Total: 1 Average: 4]
Teqlər: ingilis dilini oyrenmek ucun appingilisce oyreningilisce oyrenmek

Oxşar yazılar Posts

vipassana_meditation
Şəxsi İnkişaf

10 günlük səssizlik və 100 saat meditasiyanın 8 faydası

23 İyul 2020

Şərhlər 4

  1. Avatar of Narmin Narmin says:
    3 il əvvəl

    Cox faydali blogunuz var🙏🏻 Kash ki, genclerimiz bu melumatlari deyerlendire bile🙏🏻🙏🏻🙏🏻

    Cavabla
  2. Avatar of Mənzər Mənzər says:
    3 il əvvəl

    çox sağolun. Çox faydalı oldu😍🙏

    Cavabla
  3. Avatar of Alirza Qureyshi Alirza Qureyshi says:
    3 il əvvəl

    çox sagolun bu deyerli melumata gore .

    Cavabla
  4. Avatar of Elnarə Elnarə says:
    2 il əvvəl

    Təşəkkür edirəm.Çox faydalı oldu

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In