Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status

Ən çox oxunanlar

  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Ən effektiv online biznes (2021)

    1354 paylaşımlar
    Paylaş 1354 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2021)

    2 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Alış-veriş saytı açıb internetdən pul qazanmaq (2021)

    348 paylaşımlar
    Paylaş 348 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, May 24, 2022
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

10 günlük səssizlik və 100 saat meditasiyanın 8 faydası

23 İyul 2020
Bölmə Şəxsi İnkişaf
Reading Time: 5 mins read
0 0
0
PAYLAŞIM
2.3k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Yanvar ayında mən Dubayın Ras Al Khaimah bölgəsində 10 günlük Vipassana təlimində iştirak etdim. Vipassana Buddanın zamanında Hindistanda əsası qoyulmuş meditasiyanın bir formasıdır. Dünyanın 200 mərkəzində, 55 müxtəlif dildə icra olunan Vipassana ən çox icra olunan meditasiya növlərindəndir. Təzəlikcə vəfat etmiş S.N. Goenka videoları vasitəsilə insanlara meditasiya texnikalarını öyrədir.

10 gün bütün dünyadan təcrid olunaraq sakitliyə və təkliyə çəkilmək nə işə yarayır? Davamlı meditasiyanın xeyirləri barədə xeyli sayda araşdırmalar aparılmışdır.

OxşarYazılar

ingilis dili oyrenmek

Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq

29 İyun 2020

Mən özüm də bu təcrübəni keçdikdən sonra 8 faydasını aşkarladım.

vipassana meditation2
10 günün sonunda xatirə şəkli

1.Şüuru inkişaf etdirmək

Əgər həyatında baş verənlərin şüurlu şəkildə fərqində olmursansa, dəyişiklikdən söhbət gedə bilməz. Təlimlər zamanı səhər 4-də yuxudan yuxudan oyanıb, axşam 10-da yatmağa gedirdik. Adamın özü barədə düşünmək üçün xeyli vaxtı olur. Bu müddət ərzində öz müsbət və mənfi tərəflərin barədə düşünməyə başlayırsan. Ən əsası isə belə düşüncələrə dalmağa kifayət qədər vaxt olur. Belə şüurlu şəkildə öz emosiyalarını daha çox başa düşməyə başlayırsan.

2.Sakit və sülh ilə qalmaq (Equanimous)

Başınıza nə gəlirsə-gəlsin, sakit qala bilmək (Heç bir reaksiya vermədən) Vipassana meditasiyasının öyrətdiyi əsas təməl ideyalardandır. Sakitlik yaxşı və ya pis nə olur-olsun onu qəbul etməkdir. Beləliklə də siz yaxşı təcrübə yaşadıqda ona bağlı qalmamağı, pis təcrübələrin isə qarşısını almamağı öyrənirsiniz. Sakit şəkildə hər şeyi olduğu kimi qəbul etmək lazım olduğunu başa düşürsüz.

Bu 10 gün ərzində hər hansı bir elektron cihazdan istifadə etməyə, oxumağa və ya yazmağa icazə vermirlər. Bu adama çox çətin gəlir. Çünki biz daim nə iləsə məşğul olmağa öyrəşmişik. Lakin bu üsulun nəticəsində fikri yayındıran vasitələrdən uzaq olmaqla bütün diqqəti meditasiyaya yönəltmək olur. Heç bir yeni məlumat qəbul etmədiyinə görə də düşüncələr yavaşlayır, daha dərin meditasiya baş verir.

Goenka öz mühazirələrində deyir ki, bu 10 gün sanki beyniniz əməliyyat olunur. Keçirdiyim 10 gün müddətində kənardan minimum stress qəbul etdim. Hər gün bizə müxtəlif hadisələrə qarşı sakit qalmağın yollarını öyrədirdilər. Bununla yanaşı stresli vəziyyətlərlə qarşıladıqda emosional reaksiya verməməyi öyrənirdik.

3.Keçici olmaq

Özünüz də daxil olmaqla bildiyiniz, tanıdığınız hər şey və hər kəs zamanla yaşlanıb, öləcək. Bu, həyatınızdakı bütün insanlara və əlinizdə olan hər bir şeyə aiddir. 10 gün ərzində Vipassana təlimində bizə mütəmadi olaraq bunu xatırladırlar. Həyatımızın davamlı olaraq axıb getdiyini düşünməklə biz həyatımızdakı insanlara və əşyalara bağlanmamağı öyrənirik. Bunu xatırlayaraq biz həmçinin çətin anlar yaşadıqda da bunun müvəqqəti olduğunu bilib, daha asan qəbul edə bilərik.

4.Xoşbəxtlik

“Real sakitliyi və harmoniyanı yalnız bir yerdə tapmaq olar – Daxilinizdə!” S.N. Goenka

10 gün ərzində sanki dünyadan kənara çıxıb, bütöv bir il ərzində keçirdiyim emosiyaları o zaman kəsiyində sıxılmış versiyada yaşadım. Oturmaqdan ağrıyan dizlər və budlar, saatlarla sakit qalmaq çox çətin idi. Gün davam etdikcə həyatında nə qədər gözəlliklərin olduğunu kəşf edirsən. Monk kimi yaşayarkən gündəlik həyatında baş verən hadisələrə nə qədər əhəmiyyətsiz yanaşdığını görürsən. Danışa bilməmək bütün dostlarını və ailəni sənə xatırladır, həyatında olan bütün gözəl insanların dəyərini bilməyə başlayırsan. Başa düşürsən ki, gələcəkdə dostlarınla görüşəndə artıq telefonuna yapışıb qalmayacaqsan.

5.Səhv etməyi öyrənmək

“Yalnız yaxşı səhv etməyi bacaranlar, yaxşı da qalib olmağı bacarır.“ Robert Kennedi

Meditasiya zamanı həmişə səhvlərə yol verirsən. Məqsəd diqqəti nəfəs almağa cəmləməkdir. Bu üsulla beyni sakitəşdirmək olar. Amma tam kamillik zirvəsinə çatana qədər heç nə düşünməmək mümkün deyil. Bu zirvə isə sakitlik zirvəsidir. Gündəlik meditasiya ilə məşğul olmaq insanı iradəli və işində davamlı edir. Səhv etməyin normal olduğunu qəbul edərək, yolundan dönmədən yenidən davam etmək həyatda da səhvlər etdikdə sizi rahatlaşdıracaq.

6.Daha geniş perspektivlər

Hər gün axşam bizə 1 saat Goenkanın danışıqlarını ekranda göstərirdilər və günümüzün ən böyük əyləncəsi o idi. Həvəslə gözləyirdik ki, axşam insan səsi eşidəcəyik =) 1 saatlıq hekayələrdən birində 6 kor kişinin filin müxtəlif yerlərinə toxunmaqlarından danışılır. Demək, kral 6 kor kişiyə tapşırıq verir ki, filin fərqli yerlərinə toxunaraq onun nəyə oxşadığını təsvir etsinlər. Filin ayağına toxunan onun sütuna, quyruğuna toxunan kəndirə, xortumuna toxunan ağacın budağına, qulağına toxunan yelpincə, qarnına toxunan divara, dişinə toxunan isə möhkəm boruya oxşadığını deyir.

Hər birini diqqətlə dinlədikdən sonra Kral deyir:

Hamınız haqlısınız. Hərəniz filin fərqli yerlərinə toxunduğunuz üçün onun haqqında fərqli fikirlər bildirdiniz. Əslində fil sizin dediklərinizin hamısına birdən oxşayır.

Bu hekayə o mənaya gətirib çıxarır ki, meditasiya ilə məşğul olmaq insanlara hadisələrə daha geniş aspektdən baxmağa kömək edir. Sizi tapan problemlərin qaynağını bayırda axtarmaq əvəzinə hamısının sizin içinizdə olduğunu görəcəksiniz. Bundan sonra isə öz həyatınızın məsuliyyətini öz öhdənizə götürəcəksiniz.

7.Zamanla effektivliyin artması

Təlimlər zamanı həyatımda ilk dəfə olaraq sürətimi azaldıb, dinləməyi öyrəndim. Həmin vaxta qədər beynim hər zaman “nə etməliyəm” düşüncələriylə dolu olurdu. Bu təcrübəni keçdikdən sonra isə mən əslində gün ərzində kifayət qədər vaxtımın olduğunu, amma mənim o vaxtdan yalnış istifadə etdiyimi dərk elədim. İndi isə mən gün ərzində fikrimi 2-3 əsas görəcəyim işə yönləndirirəm, qalan şeylər barədə isə tamamilə unuduram. İşlərimi gördüyüm zaman indiki zamanda yaşamağım diqqətimi daha dərindən cəmləməyə kömək olur. Bunun nəticəsində isə işimi daha tez və keyfiyyətli görüb bitirə bilirəm.

vipassana meditation
Meditasiya etdiyimiz otaqdan görüntü

8.Aktivliyi artırmaq

Gün ərzində 10 saat oturmaq bədənə əziyyət verməkdir. Çoxları ilk bir neçə gün əməlli-başlı əzab çəkir. Son iki gündə bədənim öyrəşdiyi üçün ayaqlarım artıq daha rahat açılırdı. Əslində bardaş quraraq, belini düz saxlayaraq, dizləri və onurğanın qurtaracağını torpağa toxunduraraq uzun müddət rahatlıqla oturmaq olar.

Mən bu yazımda nəticəsindən razı qaldığım təcrübəmi sizinlə bölüşməyə çalışdım. Siz də özünüzə zaman ayırıb, təklikdə qalaraq sizin üçün vacib olan sualların cavablarını, kim olduğunuzu və həyatdan nə istədiyinizi tapa bilərsiniz.

Daha çox yazılarım barədə məlumat almaq üçün https://jafarnajafov.com/ bloqunu və Instagram səhifəmi izləməyi unutmayın.

Rating
Click to rate this post!
[Total: 6 Average: 4.7]
Teqlər: meditasiyameditationvipassana meditasiyasi

Oxşar yazılar Posts

ingilis dili oyrenmek
Şəxsi İnkişaf

Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq

29 İyun 2020

Şərhlər 1

  1. Avatar of Mənzər Mənzər says:
    2 il əvvəl

    Eat,pray,love filmi yadıma düşdü 🙂 Əla yazı idi 👍

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In