Odero nədir?
“Koç Holdinq” tərəfindən təqdim edilən Odero, Azərbaycanda geniş imkanları əlçatan edən onlayn ödəniş sistemi təklif edir. Odero, həm fərdi sahibkarlar, həm də hüquqi şəxslər üçün ödəniş prosesini asanlaşdıra biləcək xidmətlər təqdim edir.
Odero-nun üstünlükləri
Odero, rəqəmsal ortamda rahat və güvənli ödəniş qəbul etmə imkanı vermək məqsədi ilə geniş bir xidmət çeşidliyi təklif edir. Bu xidmətlər müasir bizneslərin e-ticarət və onlayn satış potensiallarını maksimum dərəcədə artırmaq üçün hazırlanmışdır.
Biznesə uyğun onlayn mağaza və mobil tətbiqin hazırlanması:
Odero, istifadəçilərin brendinizlə istənilən yer və zamanda əlaqə qura biləcəkləri onlayn mağazalar və mobil tətbiqlər hazırlayaraq biznesinizin rəqəmsal aləmdəki mövcudluğunu gücləndirir. Bu xidmət biznesinizin məhsul və xidmətlərini geniş bir auditoriyaya təqdim etməyi, brendinizin imicini artırmanızı və müştəri məmnuniyyətini maksimuma çatdırmanızı təmin edir.
Sayt üzərindən “Virtual POS” xidməti:
Odero’nun təklif etdiyi “Virtual POS xidməti” bizneslərin öz veb-saytları üzərindən hər cür debet və kredit kartı ilə təhlükəsiz və sürətli şəkildə ödəniş qəbul etmələrini mümkün edir.
Bu sistem onlayn satışlarınızı asanlaşdırarkən, eyni zamanda, müştərilərinizin ödəniş əməliyyatlarını problemsiz bir şəkildə həyata keçirmələrini təmin edir. Təhlükəsizlik standartlarına uyğun olaraq hazırlanmış bu xidmət biznes və müştərilərin ödəniş əməliyyatlarını güvən içində yerinə yetirmələrini təmin edir.
Kart yadda saxlama xidməti:
Odero’nun bu xidməti müştərilərinizin alış-veriş təcrübəsini asanlaşdıraraq, onlara zamandan və sərfiyyatdan qənaət etmə imkanı təqdim edir. Bu həll yolu ilə müştəriləriniz, kart məlumatlarını yalnız bir dəfə sisteminizə daxil etməli olur və bu məlumatlar sonrakı alış-verişlər üçün güvənli bir şəkildə saxlanılır. Nəticədə, müştəriləriniz növbəti ödənişlərini daha sürətli və rahat bir şəkildə həyata keçirə bilir. Bu, xüsusilə, təkrarlanan ödənişlər və abunəlik əsaslı xidmətlər üçün mükəmməl çözümdür.
PCI-DSS sertifikatına malik olan Oderonun infrastrukturu, müştərilərinizin kart məlumatlarını təhlükəsiz bir mühitdə saxlamaq üçün yüksək standartlarda qorunur. Ödəniş prosesi, kart məlumatları təhlükəsiz saxlanıldığı üçün sadəcə bir kliklə tamamlanır. Bu, müştərilərinizə sürətli və təhlükəsiz alış-veriş təcrübəsini yaşadır.
Sosial mediadan satış və ödəniş linki xidməti:
Sosial media platformaları günümüzdə bizneslər üçün vacib marketinq və satış vasitəsi halına gəlmişdir. Odero, məhsul və ya xidmətlərinizi sosial media hesablarınız üzərindən tanıtım edərək, birbaşa satış etmənizə və müştərilərinizin bir link vasitəsilə sürətli və təhlükəsiz bir qaydada ödənişi tamamlamasına şərait yaradır. Bu xidmət bizneslərin sosial mediadakı aktiv fəaliyyətini satışa çevirmə potensialını artırır və brendinizin sosial mediadaki imicini gücləndirir.
Oderonun təqdim etdiyi bu xidmətlər bizneslərin rəqəmsal aləmdə rəqabət qabiliyyətlərini artırma, müştəri məmnuniyyətini yüksəltmə və satışlarını maksimuma çatdırma addımlarında kritik rol oynayır. Hər bir xidmət, biznesinizin özünəməxsus ehtiyaclarını qarşılaya biləcək şəkildə quraşdırılmışdır və sizi rəqəmsal dönüşüm səyahətinizdə dəstəkləyir.
WordPress istifadəçiləri üçün Odero plugini
Bazarda veb-saytların yarısından çoxusunun CMS-i (Kontent bazasının idarəetmə sistemləri) “WordPress” olduğuna görə Oderonun plugini olması böyük fürsətdir.
Əgər “WordPress” işlədirsinizsə, Oderonun Woocommerce pluginini yükləyib, rahatlıqla istifadəyə başlaya bilərsiniz.
Oderodan istifadə üçün qoşulma haqqı nə qədərdir?
Cəmi 0 AZN! Bəli, düz eşitdiniz! Oderonun qoşulma haqqı üçün nəzərdə tutulan məbləğ təklif etdiyi xidmətlərə görə digər ödəniş sistemlərini geridə qoyduğunu desək, yalan olmaz. Bu cür fürsət onlayn mağazası olanların, rəqəmsal şəkildə ödəniş qəbul etmək istəyənlər üçün qaçırılmazdır.
Odero-da necə qeydiyyatdan keçə bilərəm?
Qeydiyyat prosesi göründüyündən çox sadədir. İndi rahatlıqla qeydiyyatdan keçə bilməyiniz üçün növbəti mərhələdə addım-addım göstərilən qaydalara əməl edin.
1-ci addım: “Qeydiyyat” düyməsinə klik edin.
İlk öncə, Odero.az-da əsas səhifənin yuxarı sağ tərəfində yerləşən “qeydiyyat” düyməsinə klikləmək lazımdır.
2-ci addım: Qeydiyyat üçün məlumatlarınızı daxil edin.
Daha sonra önümüzə şəxsi məlumatlarımızı (ad, soyad, e-poçt) doldurmağımızı tələb edən form çıxır.
Burada “Ad, soyad, e-poçt ünvanı, şifrə, əlaqə nömrə”-ləri qeyd edirik.
Boş xanaları doldurduqdan sonra “Hesab Yarat” düyməsinə klik edirik.
3-cü addım: E-poçt ünvanına gələn təsdiq linkinə klik edin.
Qeydiyyat ilə bağlı bütün prosesi tamamladıqdan sonra e-poçt ünvanınıza gələn linkə klik edib, hesabınızı təsdiqləyirsiniz.
4-cü addım: “Üzv Girişi”-nə klik edərək daxil olun.
Hesabımız təsdiqləndiyinə görə artıq rahat şəkildə “Üzv Girişi”-nə klik edib, öz hesabımızın veb-sayt daxili panel hissəsinə (Odero Merchant Panel) daxil oluruq.
Burada önümüzə çıxan boş xanaları doldururuq.
Daha sonra əlaqə nömrəsinə gələn təsdiq kodunu daxil edirik.
Oderoda istifadəyə başlamaq:
Oderonun veb-sayt daxili panelinə daxil olduğunuza görə, artıq təhlükəsiz və rahat şəkildə ödəniş həlləri əldə edə bilmək üçün əsas səhifədə önə çıxan “Müraciətinizi tamamlayın” düyməsinə klik edə bilərsiniz.
Buradakı boş xanalara şirkət haqqında olan bütün məlumatları qeyd edirsiniz.
Bütün məlumatları qeyd etdikdən sonra aşağı sağ tərəfdə olan yaşıl rəngdə “Növbəti addım” düyməsinə klik edirsiniz.
Bu mərhələdə isə şirkət nümayəndəsi adından bütün məlumatlar qeyd edilir.
Sənədlər bölməsində isə VÖEN, şəxsiyyət vəsiqəsi və bank rekvizitlərimizin fayllarını daxil edirik.
Sonuncu mərhələdə isə əldə əlavə sənəd varsa, daxil edib, müraciəti göndəririk.
Odero API inteqrasiyası
API inteqrasiya öz satış platformanızda bütün kartlarla ödəniş almağa, taksitli satışa və 1 kliklə ödənişi geri qaytarmağa imkan verir. API inteqrasiyasına başlamazdan əvvəl, müvafiq səhifələri nəzərdən keçirməyiniz məsləhət görülür. Bu, sizə inteqrasiya prosesində lazım olacaq bilik və bacarıqları verəcək.
Odero, üzv bizneslərə iki əsas mühit təqdim edir: sınaq və canlı. İnteqrasiya prosesi, ilk olaraq sınaq mühitində başlayır ki, bu da sizə hər hansı real maliyyə itkisi olmadan sistemlərinizin Odero ilə necə inteqrasiya olacağını test etmək imkanı verir. Sınaq müddətində API açarlarınızı panelinizdəki “Profil” səhifəsindən əldə edə və ödəniş prosesini Odero tərəfindən təqdim olunan test kartları ilə simulyasiya edə bilərsiniz. Bu mərhələ hər hansı texniki problemləri və ya inteqrasiyada yarana biləcək xətaları erkən mərhələdə aşkarlamaq və həll etmək üçün mühümdür.
Sınaq mühitindəki testlərinizi tamamladıqdan sonra canlı mühitə keçid edə bilərsiniz. Bu, sizin artıq həqiqi ödəniş əməliyyatlarınızı həyata keçirə biləcəyiniz mühitdə olacağınızı göstərir. Canlı mühitdə də, API açarlarınızı “Profil” bölməsindən əldə edərək, müştərilərinizə təqdim edəcəyiniz xidmətləri real şəraitdə işlədə bilərsiniz. Bu mərhələ sizin və müştərilərinizin Oderonun təklif etdiyi rahat və təhlükəsiz ödəniş həllərindən tam mənada yararlanmasını təmin edir.
Əlavə: Odero Shop kimlərə və nədə fayda verə bilər?
Nəzərinizə çatdırmaq istəyirəm ki, Odero.az-dan əlavə Odero Shop-da sizin xidmətinizdədir. Bu, rəqəmsal aləmdə veb-sayt yaradıb, satış etmək istəyənlər üçün ən uyğun seçimdir. Hər hansı kod yazmağa və ya ödəniş inteqrasiyası üçün banklarla əlaqə qurmağa ehtiyac olmadan ,çox qısa zamanda e-ticarətə başlaya və asanlıqla ödənişlər qəbul edə bilərsiniz.
Burada Oderonun biznesinizə təklif etdiyi veb-sayt və mobil tətbiq yaradılması xidmətinin qiymət paketləri qeyd olunub:
Odero ilə əlaqə qurmaq
Qeydiyyat və ya xidmətdən istifadə proseslərində dəstəyə ehtiyacınız olarsa, https://odero.az/az/contact/-a daxil olub, səhifədə olan əlaqə nömrəsi vəya e-poçta öz suallarınızı ünvanlaya bilərsiniz.