Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Vaxtınızı daha səmərəli idarə etmək üçün 6 proqram

09 May 2020
Bölmə Aramızda Qalsın, Ümumi
Reading Time: 5 mins read
0 0
61
PAYLAŞIM
2.4k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Bəzən 24 saat işlərimizi görməyə kifayət etmir. Bilərəkdən işləri təxirə salmaq, diqqət yayındıran məsələlər, işə lazımından artıq vaxt sərf etmələr zamanın qızıla bərabər olduğu dövrdə bizim onu boşuna sərf etməyimizə gətirir çıxarır. Nəticədə Əli aşından da oluruq, Vəli aşından da. Yəni vaxtımız da gedir, məqsədlərimiz də bizə uzaqdan baxa-baxa qalır. Belə hallarda köməyimizə vaxtın idarə edilməsi üzrə hazırlanan tətbiqlər çata bilər. Bugünkü yazımda sizə öz hazırladığım Smart Sloth da daxil olmaqla 6 ən yaxşı və ən effektiv hesab etdiyim zamanın idarəedilməsi tətbiqləri barədə danışacağam.

Smart Sloth

Hələ ki sadəcə İOS versiyası mövcuddur.

OxşarYazılar

hotjar

E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

26 Fevral 2021
6521F6B4 6A41 46DD 8BA0 E445438DEFF6

3 ən yaxşı VPN xidməti

19 İyun 2020
dizayn saytlari

İşlərinizi asanlaşdıracaq 200+ dizayn resursları

01 İyun 2020
Smart sloth task manager 
best task manager 
ən yaxşı task manager
ən yaxşı zamanın idarəedilməsi app-i
zamanın idarəedilməsi tətbiqi

Zamanın idarə edilməsi ilə bağlı özüm də daxil olmaqla bir çox insanların qarşılaşdığı problemlər həmişə məni düşündürüb. Amma funksionallığı tam istəklərimə uyğun olan birini tapmadığıma görə özüm bir app yaratmaq qərarına gəldim. Smart Sloth sayəsində siz işlərinizi effektiv şəkildə sahmana salacaq, zamanınızı düzgün idarə edəcək, daha çox iş görüb, məqsədlərinizə daha rahat çata biləcəksiniz. Yaratdığım tətbiq aşağıdakı funksionallıqlara malikdir:

  • Hər tapşırıq üçün müddət təyini
  • Müddət bitdikdə bildirişlər
  • Sadə idarəetmə paneli
  • Bildirişləri tərk etmədən tapşırıqlara göz atmaq imkanı
  • Özəlləşdirmə imkanları
  • Apple ağıllı saatınızla inteqrasiya olunur.

Diqqətinizi gücləndirmək, təxirəsalmağı kənara qoymaq, perfeksionizmə qalib gəlmək, şəxsi həyat-iş rejimi balansını yaratmaq, böyük tapşırıqların öhdəsindən gəlmək və gedən vaxtın daha çox fərqində olmaq istəyirsizsə, Smart Sloth axtardığınız mobil proqramdır.

Dostlar, proqramı bəyənsəniz 5 ulduz verib yaxşı rəy yazmağı unutmayın 😉

Shift

shift tətbiqi 
zamanın idarəedilməsi app-i

Əgər bir neçə email hesabınız varsa və fərqli layihələriniz fərqli email-lərə bağlıdırsa, Shift onları idarə etməyə sizə yardım edəcək. Artıq müxtəlif ünvanlara gələn email-lərə nəzarət etmək üçün giriş-çıxış etməyə ehtiyac yoxdur. Bir kliklə bir email-dən digərinə keçib işlərinizə daha çox fokuslana bilərsiniz.

Shift Trello, Calendly, Airbnb kimi app-lərlə də inteqrasiya oluna bilir.

Shift-in əsas paketi pulsuzdur və Mac kompüterlərində istifadə etmək mümkündür. Tətbiqin daha çox funksiyalarından istifadə etmək üçün illik 29.99$-lıq və ya daha geniş paket seçib illik 99.99 $-lıq Pro plana keçə bilərsiniz.

RescueTime

vaxtın idarəedilməsi app
zaman tətbiqi

Adından da təxmin etdiyiniz kimi RescueTime internetdə nə qədər vaxt keçirdiyinizi izləyən app-dir. Vaxtını nəyə itirdiyini bilmək istəyənlər üçün əla bir proqramdır. Belə ki, o, gün ərzində girdiyiniz saytları, sosial mediada itirdiyiniz vaxtı və hətta istifadə etdiyiniz app-ləri qeyd edir. RescueTime müəyyən bir işə uzun müddət sərf etdikdə də sizə bildiriş göndərir ki, özünüzə nəzarət edib, işə sərf etdiyiniz saatların fərqində olasınız.

İnkişafınızı izləmək üçün burada dəqiq hesabatları və gündəlik diqqətçəkən məqamları görə biləcəksiniz. Vaxtı boş yerə sərf etdiyinizi biləndə diqqət yayındıran vasitələri aradan qaldıracaq və daha məhsuldar olacaqsınız.

RescueTime-ın Premium paketinə qoşulsanız, sizin işinizə mane olan saytlar müvəqqəti olaraq bloklanacaq. RescueTime iOS, Android, OS X, Windows, Linux platformaları üçün hazırlanıb. O, tamamilə pulsuz olsa da, premium planlarını aylıq 9$, illik isə 72$ ödəməklə əldə edə bilərsiniz.

Trello

Trello tətbiqi
əməkdaşlıq platforması

Trello playstore-dakı məhsuldarlıqla bağlı ən məşhur mobil tətbiqlərdən biridir. Bu dinamik layihə idarəetmə tətbiqi vasitəsilə kolleqalarınızla birgə işlər görə və görülməli olan işlərinizi qaydasına qoya bilərsiz.

İşləmə qaydası: özünüzün və komanda yoldaşınızın layihələri rəqəmsal lövhədə siyahı şəklində görünür. Bu siyahıdakı layihələrin hər birinin içində fərdi postlar olur. Həmin postlara hədəflərinizi, ideya və tapşırıqlarınızı, qısacası komanda yoldaşlarınızla nələri paylaşmaq istəyirsizsə daxil edirsiniz. Komanda yoldaşlarınız isə öz növbələrində həmin tapşırıqlara şərh yaza, qoşmalar əlavə edə bilir.

Trello iOS, Android, Mac, Windows platformalarında işləyir.

İstifadəçilər ondan tamamilə pulsuz yararlana bilsə də, Trello eyni zamanda Business Class və ya Enterprise hesabları da təqdim edir.  

Asana

Asana əməkdaşlıq tətbiqi
komanda yoldaşları ilə birgə iş

Asana gündəlik fəaliyyətləri izləmək üçün çox əla bir proqramdır. Xüsusən Satış nümayəndələri ondan daha çox istifadə edirlər. Bu tətbiq vasitəsilə satış nümayəndələri mövcud və potensial müştəriləri idarə edir, o cümlədən də komandanın digər üzvləri ilə əməkdaşlıq edə bilirlər.

Asana iOS, Android və Windows üçün nəzərdə tutulub.

Başlanğıc plan tamamilə pulsuz olsa da, Premium plan üçün istifadəçi aylıq 9.99$ ödəməlidir. Business paketi isə hər istifadəçi üçün aylıq 19.99$-dır.

Todoist

Todoist təqvim tətbiqi
kalendar app-i

Todoist cədvəlinizi idarə etmək üçün güclü alətlərdən biridir. Bu təqvim app-i vasitəsilə siz həm planlarınızı izləyə, həm də təkrarlanan tapşırıqları, işlərin son təhvil tarixini əlavə edə bilərsiz. Bundan başqa hansı işlərin daha vacib, hansıların ikinci dərəcəli olduğunu qeyd etmək üçün rənglərdən də istifadə edə bilərsiniz. App-da hazır şablonlar olduğuna görə istifadəçilər hər dəfə sıfırdan plan qurmalı olmur. Todoist digər tətbiqlərə də inteqrasiya oluna bilir. Istifadəçilərinin motivasiyasını yüksəltmək məqsədilə hər dəfə tapşırığı vaxtında yerinə yetirdikdə Todoist onlara karma xalları verir.

Todoist Android, iOS, Mac və Windows ilə inteqrasiya olunur, bundan başqa müxtəlif internet brauzerlərində əlavələr şəklidə mövcuddur.

Todoist-in həm ödənişsiz, həm də ödənişli versiyaları var. Ən ucuz plan bir istifadəçi üçün aylıq 3$-dan, Biznes hesabları isə aylıq 5$-dan başlayır.

Vaxtını səmərəli istifadə etmədikdə adam elə bil bütün həyatını işləməklə keçirir. Yuxarıdakı tətbiqlərdən birini seçib, istifadə etməklə ümumi məhsuldarlığı yüksəltmək və iş-şəxsi həyat balansını normaya gətirmək mümkündür.

Yazının sizə faydalı olduğunu düşünürsünüzsə bloqumu izləməyi unutmayın.

Rating
Click to rate this post!
[Total: 3 Average: 5]
Teqlər: asanarescuetimeshiftslothtodoisttrello

Oxşar yazılar Posts

hotjar
Ümumi

E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

26 Fevral 2021
6521F6B4 6A41 46DD 8BA0 E445438DEFF6
Ümumi

3 ən yaxşı VPN xidməti

19 İyun 2020
dizayn saytlari
Brendinq

İşlərinizi asanlaşdıracaq 200+ dizayn resursları

01 İyun 2020
sayt_suretinin_optimizasiyasi
Sayt Yaratmaq

Saytın sürətini və performansını optimallaşdırmaq üçün məsləhətlər

22 May 2020
YouTube kanalı yaratmaq2
Ümumi

YouTube kanalı yaratmaq və tanıtmaq – Şəkilli izahla

14 Aprel 2020
cv formasi hazirlamaq
Ümumi

5 dəqiqədə mükəmməl CV hazırlamaq

29 Mart 2020

Şərhlər 1

  1. Avatar of Nicat Nicat says:
    3 il əvvəl

    Her zamanki kimi mohtesem bir post hazirlamisiniz.Davami gelsin:-)

    Cavabla

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In