Dolların gündən-günə bahalaşdığı dövrdə alış-veriş saytı açıb dollarla internetdən pul qazanmaq ən güvənli gəlir mənbələrindən biridir.
Sizə əgər desəmki 5$-a olan köynəyi 30$-a saytınızdakı müştəriyə öz brendinizin adı ilə sata bilərsiniz və bütün bu işi sizin yerinizə 5$-a satan adam edəcək. Arada 25$ qazanacaqsınız. Müştəri amma sizin tərəfdən satıldığını biləcək. İnanarsınız ? 🙂 Amma bu mümkündür !
Hər ötən gün manat dəyərdən düşür, dollar isə bahalaşır. Belə bir vəziyyət dollar ilə qazancı olan insanlara daha sərfəlidir. Nə qədər çox insan bu metodla pul qazansa, ölkəyə dollar gətirsə, bir o qədər də ölkəmizə xeyir olar.
Mərhələ 1: Alış-veriş saytı yaratmaq
Çətin səslənə bilər amma heçdə çətin bir iş yoxdur. İlk öncə sizə brend adı seçmək lazım olacaq.
Brend adı seçməkdə çətinlik çəksəniz Brend adı necə seçilir ? yazımı oxumağınızı məsləhət görürəm.
Daha sonra domen və hostinq alacaqsınız. Domen .com, .net , .az və s olur. Hostinq isə lazımdırki bu saytınızda nəsə qurasınız. Domen və hostinq alındıqdan sonra domeni yönləndirirsiz aldığınız hostinqə.
Məsələn, online.az saytından .az domenin almısınız. Bluehost saytından da hostinqinizi almısınınız. Online.az saytında domeninizin DNS bölməsinə girirsiniz və sizə verilən NS (name server)-ləri o bölməyə yazırsınız. Bircə qalır saytı qurmaq.
Əgər .com və ya .net ilə domain lazımdırsa sizə o zaman elə Bluehost saytından hostinq aldığınızda .com domaini hədiyyə edəcəklər.
Alış veriş saytı qurmaq üçündə Amerika kəşf eləmək lazım deyil. Hazır skriptlər var. Özünüz də adların yazıb araşdıra bilərsiniz ( Woocommerce, Opencart, Magento,Prestashop və s.) İnternetdə how to install Magento,Prestashop və s. yazsanız ətraflı izah edən videolar tapa biləcəksiniz.
Nəsə çətinlik olsa şərhdə yazarsınız köməklik göstərərəm. Alternativ variant kimi shopify.com ilədə aylıq 20$ ödənişlə saytınızı qura bilərsiniz. Mənə məxsus olan Joopzy saytını isə WordPress-dən istifadə edərək yaratmışam.
Aşağıdakı linkə klikləyərək onlayn mağazanızı yaratmaqla bağlı addım addım şəkillərlə yazdığım təlimatı oxuya bilərsiniz.
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2023)
Mərhələ 2: Satacağım malı ən ucuz hardan ala bilərəm?
İnternetdə amerika və italiya brendləri ilə fəaliyyət göstərən minlərlə dükanlar varki sizə izah edəcəyim bu sistemlə işləyir. Hətta Amazon və Ebay saytlarında satan insanların çoxuda bu metodla alır satır. Bu metodun adı DROPSHIPPING-dir ( Sizin olmayan bir məhsulun üzərinə xeyrinizi qoyub satmaq) . Çoxlarıda əsasən Aliexpress.com saytından dropship edir. İlk öncə saytınızda nə satacağınızı dəqiqləşdirirsiniz, daha sonra aliexpress saytından satacağınız məhsulların şəkillərin və məlumatların götürüb öz saytınıza əlavə edirsiniz. Qiyməti isə ürəyiniz istəyən kimi yazırsınız. Lightinthebox.com və dhgate.com saytlarıda məsləhətli saytlardır. Onlardan da dropship edə bilərsiniz.
Mərhələ 3: Müştəri bəs niyə Aliexpress-dən yox, məndən alsın?
Çünki siz daha yaxşısınız. Daha yaxşı görsənməlisiniz. Aliexpress,dhgate və s. bunlar çin saytarıdır və bunu hamı bilir. Siz Amerika və ya İtaliya brendi ilə sata bilərsiniz 🙂 Aliexpressdə 1.500.000 dənə sadəcə köynək satılır. Sizin satacağınız məhsulun eynisin orada tapmaq asan iş deyil.
Soldakı şəkilə diqqətlə baxsanız görərsinizki eyni məhsulu 4 sayt satır və hamısınında fərqli qiymətləri var. Lakin hamısından da alınır. Saytınızı qurduqdan sonra SEO-ya (axtarış sisteminə görə optimizasiya) diqqət yetirsəniz, satışınızı daha da artıra bilərsiniz. Satış artırmaq üçün facebook ilə hədəflənmiş reklamlar da edə bilərsiniz. Məsələn Azərbaycanda yaşayan Lakin Amerikada Harvard universitetin bitirmiş birinə “Never Underestimate A Man Who Graduated From Harvard University” yazılı köynək göstərə bilərsiniz 😉 Bu reklam onun diqqətini cəlb edə bilər və saytınıza girib sifariş edə bilər.
Müştəri malı sifariş verdi, bəs sonra ?
Təki müştəri sifariş versin 🙂 Yerdə qalanı çox sadədir. Girirsiniz Aliexpress saytındakı həmin məhsulu sifariş edirsiniz, mesaj ilə də satan adama yazırsınızki mən dropship edirəm, malın üzərində mənim məlumatlar olacaq və filankəsə göndərəcəksən. Vəssəlam, ona pulun ödəyirsiniz göndərir malı sizdən alan adama.
Bəs ödənişi necə qəbul edəcəm ?
Paypal ilə ödəmə qəbulu hələki Azərbaycanı dəstəkləmədiyi üçün sizə bunu tam olaraq necə qurmaqla bağlı detallı yazı hazırlamışam. Aşağıdakı linkə klik edərək oxuya bilərsiniz.
Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.
Ümid edirəm ki, bu yazım sayəsində bir çoxunuz öz alış-veriş saytınızı quracaqsınız.
Gördüyünüz kimi internetdən pul qazanmaq elə də çətin məsələ deyil. Əsas olan işə başlayıb, bu işi davamlı görməkdir. Internetdən pul qazanmaq, online bizneslər, rəqəmsal marketinq barədə daha çox məlumat almaq üçün bloqumu və Instagram səhifəmi izləməyi unutmayın.
Bu əslində, çoxdan mövcud olan birşeydir. Ancaq, bizde bu barede məlumat çox azdır ve inanın ki bu o qədər asan iş deyildir. Dropshipping e-commerce`nin əsas gəlir yollarındandır.
E-ticarətdən pul qazanmaq asan iş deyil, dostlar. Jafar bəy, əlindən gəldiyi qədər gözəl və sadə informasiya paylaşsa da, bu iş məqalədə görülən qədər asan iş deyildir.
SEO qurulmasına diqqət yetirsəniz, düzgün satış strategiyası hazırlasanız və doğru zamanda həyata keçirsəniz çoxlu pul qazanmaq potensialınız ola bilər. Ancaq, yenə də deyim ki, “satmaq” bacarığı olmayan şəxslərin işi digərlərinə nisbətən çox çətin olacaqdır. Ona görə bu işə ən azı komanda şəkilində və ciddi olaraq yanaşmaq lazımdır.
Kimə nə isə kömək lazım olarsa əgər, mənimlə də əlaqə saxlaya bilər. Uğurlar! 🙂
Salam qaqa mene komek ede bilersen goldenpayin modulu mende var qurlasdira bilmirem
Salam mende en boyuk problem odenişi almaq hissesindedi. Bu barede komeklik edebilersiz ? Bu meqalede yazilibki skrill vasitesile odeniş ala bilersiniz shopify ve wordpressle qurulan saytlardan skrill vasitesi ile odenis almaq olur ?
Salam siznen nece elaqe saxlamaq olar ? Whatsapp instagram ?
SALAM.SİZNƏN NECƏ ƏIAQDƏ SAXLAMAQ OLAR?
Salam menim brend adım var
Baki
Salam