21-ci əsrdə onlayn bizneslərin sayı pik həddə çatıb və insanlar artıq evlərində oturmaqla pul qazanırlar. Onlar əsasən Bloqçuluq, Elektron biznes, Youtube, mobil tətbiqlər və s.kimi bizneslərlə məşğul olurlar.
Bu yazımda sizə Drop servicing və Dropshipping adlanan iki biznes modelindən danışacağam. İnsanlar bu biznes modelləri sayəsində onlayn olaraq 6-7 rəqəmli qazanclar əldə etməyə başlayıb. Bəs bu iki biznes arasında fərq nədir? Gəlin baxaq.
Drop servicing və Dropshipping nədir?
Drop servicing biznes modelində siz logo, dizayn, sosial media idarəetməsi, tərcümə, məqalə yazmaq və s.kimi işlərlə məşğul olursuz. Lakin bu işləri özünüz deyil, daha az pula başqalarına gördürürsüz.
Dropshipping də demək olar eyni şeydir. Amma burada xidmət əvəzinə məhsullardan istifadə olunur. Beləliklə, biz vebsaytımız vasitəsilə məhsulları satırıq, amma məhsullar bizdə yox, kiminsə anbarında olur. Müştəri məhsulu almaq istəyəndə məhsul Aliexpress kimi saytlardan birbaşa müştərinin ünvanına göndərilir.
Drop servicing və Dropshipping-in bir-birindən fərqi nədir?
Dropshipping biznes modelində fiziki məhsullar, drop sevicing-də isə onlayn xidmətlər satılır. Bundan başqa kiçik bir fərq də var. Dropshipping-də satıcı (yəni biz) vasitəçilik etsə də, məhsulla heç bir əlaqəsi olmur, onu fiziki olaraq görə bilmir. Artıq qeyd etdiyim kimi anbarında məhsulu olan birinci əl satıcı onu birbaşa müştərinin ünvanına göndərir. Drop servicing-də isə satıcı (biz) outsource olaraq tapdığı işçidən xidməti qəbul etməli və müştəriyə yönləndirməlidir.
Dropservicing-lə necə biznes qurmaq olar?
Dropservicing-i başa düşmək və bu biznesi həyata keçirmək həqiqətən də asandır.
İlk növbədə elə bir xidmət seçmək lazımdır ki, həm gəlirli, həm də müştərilərə lazım olsun. Məsələn, siz aşağıdakı xidmətlərdən birini seçə bilərsiz:
- Logo dizaynı
- Veb dizayn
- Oyun proqramlaşdırması
- Sosial Media Marketinq
- SEO xidmətləri
- Məqalə yazmaq
- Mətn redaktorluğu
- Video redaktorluq
- Logo animasiya
- Məlumatların daxil edilməsi
- ChatBot hazırlanması və sair, və ilaxır.
Özünüz üçün bir xidmət təyin etdikdən sonra bu biznesi iki üsulla həyata keçirə bilərsiz.
Birinci üsul
Xidməti göstərmək üçün bir vebsaytınız olmalıdır. Bu saytı kiməsə sıfırdan hazırlada da bilərsiz, özünüz bir WordPress saytı ilə də başlaya bilərsiz. WordPress-də özünüz sayt yarada bilmirsizsə, bundan öncə sizin üçün hazırladığım 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq və Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) yazılarımı nəzərdən keçirin.
Bundan başqa, qısaca olaraq qeyd edim ki, WordPress-də sayt hazırlamaq istəsəz domen və hostinq almalısınız. Hər ikisini aylıq cəmi 4 dollara Bluehost dan əldə edə bilərsiniz.
Siz ödənişləri qəbul edə bilmək üçün saytda PayPal ilə ödəniş keçidi və ya Stripe-dan istifadə edərək ödəmə sistemi qura bilərsiniz. Necə edəcəyinizi bilmirsinizsə Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ yazımı oxuyun.
Vebsaytınız hazır olduqdan sonra Google Ads və ya Facebook Ads ilədə reklamlara başlamalısınız ki, insanlar saytınızı tanıyaraq sayta daxil olub, xidmətləri ala bilsinlər.
Müştəri sizin xidmətinizi aldıqda siz sadəcə Fiverr.com saytına gedərək həmin xidməti daha ucuz qiymətə göstərən freelancer tapacaqsınız. Bu freelancerlərdən xidməti sifariş verin, işi gördükdən sonra isə öz müştərinizə daha baha qiymətə satın.
İkinci üsul
Əgər bu biznesdə heç bir təcrübəniz yoxdursa, ikinci üsul sizə daha uyğundur. Bu üsulda gəlir daha az olacaq, amma birinci metodla müqayisədə sizə daha asan başa gələcək.
Qeyd etdiyim Fiverr saytından başqa freelancerlərin toplaşdığı digər saytlar da var. Onlardan bəziləri aşağıdakılardır.
- SEOClerks
- CodeClerks
- ListingDock
- PixelClerks
- WordClerks
Bu vebsaytların üstün cəhəti odur ki, burada işləri Fiverr-dən də ucuz qiymətə görürlər. Bu halda siz Fiverr-də işçi kimi qeydiyyatdan keçib, öz xidmətlərinizi bu platformada sata bilərsiniz. Sifariş daxil olduqda bu işi yuxarıda qeyd etdiyim saytlardakı freelancerlərə daha ucuz qiymətə gördürə bilərsiniz.
Bəli. Bu qədər sadə!
Dropshipping-lə necə biznes qurmaq olar?
Dropshipping drop servicing-lə müqayisədə bir az qarışıqdır. Amma biznes strategiyanızı düzgün qursanız, daha çox qazana bilərsiniz.
İnsanlar adətən dropshipping biznesini Woocommerce və ya Shopify saytlarında online mağaza yaratmaqla həyata keçirirlər. Bu saytlar online şəkildə məhsullarınızı təqdim edib sata biləcəyiniz bir elektron ticarət portalıdır. Mən daha çox məsləhət gördüyüm Woocommerce vasitəsilə mağaza qurmaq haqqında bir müddət öncə Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020) adlı yazı hazırlamışdım.
Müştəri məhsulu sizdən aldıqda, siz AliExpress kimi beynəlxalq elektron ticarət portallarından birində satıcıya məhsulu sifariş verir və onun birbaşa müştərinin ünvanına göndərilməsini təmin edirsiz.
Trafik axını adətən Instagram, Facebook və s. şəbəkələrdən ödənişli reklam ilə gəlir.
Xəbərdarlıq etmək istəyirəm ki, Dropshipping biznesini seçdikdə bir az ehtiyatlı olasız. Yalnış məhsul seçsəniz pul itirə bilərsiniz.
Drop servicing-in müsbət və mənfi tərəfləri
Müsbət tərəfləri
- Drop servicing biznesi çox sadədir. Başlamaq üçün heç bir bacarıq və biliyə ehtiyacınız olmayacaq. Onlayn mağazanı özünüz qursanız, əlavə pulunuz da çıxmayacaq.
- Drop servicing dropshipping-dən daha az risklidir. Çünki siz məhsul yaxşı çıxmadıqda müştərinin onu geri qaytarması, pulu müştəriyə qaytarmaq, məhsulun originallığı kimi narahatlıqlarınız olmayacaq.
Mənfi tərəfləri
- İşin təhvil müddəti gecikə bilər. Heç də bütün freelancerlər işi vaxtında təhvil vermir. Bəzən təcili vəziyyətlə və ya tələbatın çoxluğu ilə əlaqədar olaraq xidmətin çatdırılmasında yubanma ola bilər. Belə hallardan yayınmaq üçün sifarişi götürərkən iki gün əlavə vaxt istəyin.
- Bu biznesdə siz müştərini məmnun etməyə çalışmalısınız. Hər zaman sifarişi yaxşı, reputasiyası, reytinqi yüksək olan freelancerlərə verməyə çalışın.
Dropshipping-in müsbət və mənfi tərəfləri
Müsbət tərəfləri
- Dropshipping-də gəlir yüksək olur. Insanlar dropshipping biznesi ilə 6-7 rəqəmli pullar qazana biliblər. Şəxsən özümün qurduğum biznes illik milyon dollarlıq dövriyyə edir.
- Oberlo və Dropified kimi tətbiqlər sizə dropshipping biznesinizi avtomatlaşdırmağa və sadələşdirməyə kömək edəcək.
- Sizə heç bir anbar lazım deyil, çünki məhsulları özünüzdə saxlamayacaqsınız.
Mənfi tərəfləri
- Dropshipping bir az riskli biznesdir. Gəliriniz birbaşa təbliğ etdiyiniz məhsuldan asılıdır. Səhv məhsul seçimi böyük itkiyə səbəb ola bilər. Riski minimuma endirmək üçün özəl məhsullar satan dükanlardansa, ümumi dükanlarla işə başlamağınız məsləhətdir.
- Aliexpress-dən çatdırılma bəzən bir aydan daha çox vaxt aparır. Bu, müştərilər üçün böyük problem ola bilər.
- Məhsulların çoxu Çindən gəldiyinə görə keyfiyyətə zəmanət verilmir.
- Pulu və ya məhsulu geri qaytarma, müştəri məmnuniyyəti başağrısına çevrilə bilər.
Hansı daha yaxşıdır? Hansını seçməlisiniz?
Drop servicing və dropshipping onlayn başlaya biləcəyiniz qanuni və ən yaxşı bizneslərdəndir. Hansı biznesin daha yaxşı olduğunu seçməyi isə sizin öhdənizə buraxıram.
Hər iki biznes modelinin müsbət və mənfi tərəfləri var. Amma drop servicing yeni başlayanlar üçün daha yaxşı ola bilər. Dropshipping isə bir az daha çox təcrübə tələb edir.
Drop servicing onlayn pul qazanmağın yeni üsullarından olduğuna görə hələ ki, onunla bağlı kurslar, treyninqlər keçirmirlər. Dropshipping barədə isə bir sıra peşəkarlar və sahibkarlar tərəfindən çox sayda treyninqlər, kurslar təqdim olunur.
Drop servicing-in Dropshipping-dən üstünlüyü odur ki, məhsulun, pulun geri qaytarılması ilə bağlı başınız ağrımayacaq. Düzdür, dropshippig daha çox qazanc gətirir. Amma bu, o demək deyil ki, siz eyni qazancı drop servicing-dən əldə edə bilməzsiz. Bahalı xidmətlər satsanız, drop servicing sizə bəlkə də milyonlar qazandıra bilər.
Ümid edirəm ki, bu bizneslər barədə məlumat əldə etməkdə və onların arasında seçim etməkdə sizə kömək ola bildim. Hər hansı sualınız olarsa, mən burdayam 😉
Salam Cefer bey
cox uzr isteyirem ki , sehven sizin yaziniza 3 ulduz verdim eslinde 5 ulduz vermek isteyirdim ki artiq 3 ulduz save oldu amma yazib soylemek istyirem ki bu mene gore 5 ulduzluq bir yazidi . Eslinde uzun muddeydir ki dropshiping haqqinda maraqlinaram ve sizin yazinizda bundan savayi diger biznesleride oyrendim . Tesekkur edirem size bu bilginizi pulsuz olaraq bizimle bolusursuz
Thanks a lot
Çox gözəl izzah elədiniz. Amma Dropshiping üçün məncə ən ideal servis Shopify servisidir. Təqdim etdiyi imkanlar rahatlıq. Woocomerce platformunda yoxdur.
Dropshippingden qazanci nece elde etmek olar ve Azerbaycanda negdlesdirme olar?