Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status

Ən çox oxunanlar

  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Ən effektiv online biznes (2021)

    1354 paylaşımlar
    Paylaş 1354 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2021)

    2 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Alış-veriş saytı açıb internetdən pul qazanmaq (2021)

    348 paylaşımlar
    Paylaş 348 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Bazar ertəsi, İyul 4, 2022
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Dropshipping üçün trend məhsul

07 İyul 2020
Bölmə Dropshipping
Reading Time: 6 mins read
0 0
0
PAYLAŞIM
2.3k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Gördüyümüz kimi karatindən sonra yenidən fəaliyyətə başlayan bizneslər arasında sifariş yerləri birinci dolan bizneslər saç və gözəllik salonları oldu. Çünki uzun müddət evdə oturduqdan sonra bayıra çıxdıqda hər kəsə gündəlik həyatlarına uyğunlaşmaq lazım gəldi. Ona görə də internetdə araşdırma zamanı lazer aparatının dropshipping-də trend məhsul olduğunu gördükdə təəccüblənmədim. Bu tükləri yox edən lazer avadanlığı hazırda ən çox satılan məhsullar arasındadır.

Sizin də dropshipping biznesiniz varsa, bir az cəld tərpənib, məhsulu reklam edərək daha çox gəlir əldə edə bilərsiniz. Bundan başqa COVID-19 dövründə pulsuz çatdırılmalar işləməyə daha da stimul verir. Dropshipping biznesiniz yoxdursa və ya ümumiyyətlə dropshipping nədir deyirsinizsə, daha öncə bu barədə bloqumda bir neçə yazı paylaşmışam. Aşağıdakı linklərdən ətraflı məlumatlar əldə edib, bəlkə siz də öz biznesinizi qurmaq həvəsinə düşərsiniz.

OxşarYazılar

Pulsuz trafik axini

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
dropshipping vergi

ABŞ-da Dropshipping – Vergi ilə bağlı suallarınızı cavablandırdım

25 İyun 2020

Dropshipping biznesi nədir və necə başlamaq olar?

Dropshipping vs Drop servicing? Hansı daha yaxşıdır?

7 aşağı büdcəli biznes ideyası

Bu yazımda isə sizinlə dropshipping biznesində sata biləcəyiniz lazer aparatının təhlilini aparacam.

Reklam

dropshipping trend məhsul
dropshipping biznesi

İlk növbədə qeyd edim ki, bu aparat Çin məhsuludur. Şirkət sadəcə məhsuldan çox miqdarda sifariş verib və üzərinə öz logo-sunu yerləşdirib. Eyni məhsulu 50 dollara Aliexpress-də tapa bilərsiniz.

lazer aparatı sat
dropshipping trend məhsul

Məhsulun maya dəyəri 60 dollara başa gəlir. Saytınıza yerləşdirdikdən sonra onu 100 dollara sata bilərsiniz. Gəlin birlikdə məhsulun videosunu qiymətləndirək.  

lazer aparatı 
dropshipping trend məhsul
online satış

Bu videoda müştərilərin məhsul barədə rəylərinin olduğu videoları toplayıblar. Ola bilsin ki, aralarında hətta influenserlər də var. Videonun ilk saniyələri diqqətçəkici olduğuna görə insanlar daha sora nə baş verəcəyini gözləyir. Məhsulun satıcısı videoya bəzi mətnlər əlavə edib. Məsələn, 90 günlük pulu geri qaytarma zəmanəti, müştərilərdən gələn 5 ulduzlu rəylər. Video bu məhsulu istifadə edə biləcəyiniz barədə çağırışla sona çatır.

Bu məhsul özü-özünü izah etdiyinə görə onun barədə yazılmalı çox şey yoxdur. Məsələn, ona aşağıdakı kimi bir reklam mətni əlavə etmək olar.

Aruzolunmayan tüklərdən evdə özünüz xilas olun. Lazer aparatını risksiz sınaqdan keçirin:

  • Tüklərdən evdə xilas olun
  • 90 günlük pulu geri qaytarma zəmanəti
  • 600+ 4.8-5 ulduzlu müştəri rəyləri

Məhsul səhifəsi

dropshipping trend məhsul
online satış

İnsan işlədikcə hər zaman öyrənir. Bu reklamda pulun 100% geri qaytarılması zəmanətini bütün məhsul şəkillərinin üzərinə vurmaqları çox xoşuma gəldi. O etiketi şəklin üzərinə əlavə etmək iki dəq.vaxt aparsa da xeyri çox olacaq. Məsləhət görərdim ki, hər bir sınaqdan keçirdiyiniz məhsul üçün bu etiketi yerləşdirəsiniz.

Məhsul səhifəsinə həmçinin “bizdən almaq üçün səbəblər” başlıqlı mətn də əlavə edə bilərsiniz. Bu metoddan mən də ara-sıra öz onlayn satış mağazalarımda istifadə edirəm. Beləliklə də şəklin üzərində deyək ki, “bizdən almaq üçün 5 səbəb” mətni + pulun geri qaytarılması zəmanəti və sürətli göndəriş qeyd olunur. Bu qeyd də bütün məhsul şəkillərinin üzərinə yerləşdirilir.

internetdə pul qazan
online satış 
dropshipping trend məhsul

Bəzən məhsulu daha cəlbedici etmək üçün GIF fayllardan istifadə edirlər. Bu yaxşıdır, amma nəzərinizdə saxlayın ki, GIF fayllar səhifənin sürətini aşağı salır.

Qiymətləndirmə:

lazer aparatı 
dropshipping biznesi

Yalnız Premium şablonlarda Instagram funksiyası mövcuddur. Amma bu funksiya olmasa da problem deyil. AliExpress-dən şəkilli və ya şəkilsiz xeyli sayda qiymətləndirmələri idxal edə bilərsiniz.

Səbət səhifəsi

dropshippig biznesi 
onlayn satış

Məhsulu “Səbətə əlavə et” düyməsinə sıxanda lazerə qarşı eynək barədə əlavə satış reklamı çıxır.

dropshipping biznesi
onlayn satış

Bu, əslində yaxşı bir reklam kimi görünə bilər. Hamı bilir ki, lazer aparatlarının güclü şüalanması olduğuna görə insanlar o işığa baxmaq istəmir. Buna görə də satıcılar eynəyi əlavə satış kimi təklif etməyi uyğun hesab ediblər. Mən isə şəxsən bu əlavə satışı etməyə çalışmazdım. Müştəri bu halda almaq istədiyi məhsulun zərərli tərəfləri barədə düşünəcək. Bu da əks effekt verib, real müştərini qaçırda bilər.

Mənim fikrimcə əlavə satış məsələsindən başqa səbət səhifəsində hər şey qaydasındadır. Onlar həmçinin vergilər və göndəriş barədə mesaj əvəzinə burada da pulsuz çatdırılma və pulun geri qaytarılması barədə zəmanəti qeyd ediblər.

Alış

online satış 
internetdə pul qazan

Alış səhifəsi standartdır. Səhifənin yuxarısında logo, aşağısında isə istifadə qaydaları yerləşdirilib. Mən səhifənin yuxarısında logo-dan əlavə biznesimi təsdiqləyən sertifikat logolarını da yerləşdirərdim.

Göndəriş detallarını doldurduqda telefon nömrəsinin doldurulması vacib xana olduğunu görürəm.

mandatory phone

Mənim onlayn mağazalarımda telefon nömrəsi vacib doldurulmalı xana deyil. Çünki bəzən müştərilər bilsələr də ki, nömrələri yalnız çatdırılma məqsədilə istifadə olunacaq, onu qeyd etmək istəmirlər, hətta almaq fikrindən daşına da bilərlər. Buna görə də həmin xananı vacib deyil, seçim xanası kimi vermək doğru olar.

Göndəriş səhifəsi standart göndərişi pulsuz, sürətli göndərişi isə əlavə 7.5 $-a təklif edir.

onlayn satış 
dropshipping biznesi

Əgər sürətli göndəriş etmək imkanınız varsa, siz də bu metoddan istifadə edib, əlavə pul qazana bilərsiniz.

Beləliklə, ümumi bir online mağazanız varsa, bu məhsulu trenddə olan məhsul kimi nəzərdən keçirib, satış məhsullarınıza daxil edin. Bundan başqa, sizə lazım olan yaxşı məhsul səhifəsi yaradıb, ora video reklam əlavə edə və bildiyini bütün dillərdə məhsulunuz üçün reklam hazırlaya bilərsiniz. Yay ayında daha hansı məhsulların müştəriləri cəlb etdiyi sizi düşündürürsə, Onlayn satış üçün yay məhsulları linkinə mütləq göz atın.

Ümid edirəm, bu yazı vasitəsilə mağazanızın işinə yarayacaq tövsiyələr əldə edə bildiniz. Online satış, rəqəmsal marketinq mövzularında daha çox məlumatlanmaq istəyirsinizsə bloqumu davamlı izləməyi unutmayın.

Rating
Click to rate this post!
[Total: 4 Average: 5]

Oxşar yazılar Posts

Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
dropshipping vergi
Dropshipping

ABŞ-da Dropshipping – Vergi ilə bağlı suallarınızı cavablandırdım

25 İyun 2020

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In