Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status

Ən çox oxunanlar

  • internetden_pul_qazan

    İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 )

    124 paylaşımlar
    Paylaş 124 Tweet 0
  • 5 dəqiqədə mükəmməl CV hazırlamaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Ən effektiv online biznes (2021)

    1354 paylaşımlar
    Paylaş 1354 Tweet 0
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq

    1 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2021)

    2 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Video hazırlamadan YouTube-dan aylıq 20 000$-a qədər pul qazanmaq

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Azərbaycanda Paypal və Stripe ilə ödəniş qəbul etməyin SİRRİ.

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • Alış-veriş saytı açıb internetdən pul qazanmaq (2021)

    348 paylaşımlar
    Paylaş 348 Tweet 0
  • Brend adı necə seçilir ?

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
  • 7 aşağı büdcəli biznes ideyası

    0 paylaşımlar
    Paylaş 0 Tweet 0
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, May 24, 2022
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Instagram SEO: Axtarışda tez tapılmağın 6 üsulu

05 Sentyabr 2020
Bölmə Marketinq, SMM
Reading Time: 6 mins read
0 0
0
PAYLAŞIM
2.7k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Hazırda bir sıra şirkətlər və bloggerlər marketing strategiyasını əsasən Instagram üzərindən həyata keçirir, onun sayəsində bizneslərini böyüdür, müştərilərini artırırlar. Xüsusən karantin dövründə Instagram üzərində qurulan bizneslərin sayı sürətlə artmağa başladı. Artım isə nə deməkdir?! Əlbəttə ki, rəqabət! Bəs bu rəqabətli mühitdə necə seçilmək, necə önə çıxmaq olar? Instagram SEO bilikləri sizin axtarışda rahat tapılmağınıza, digər oxşar bizneslərdən bir addım öndə olmağa, postlarınızın daha çox insana çatmasına çox kömək olacaq.

Bu yazımda sizə həştəqlər, alt mətnlər vasitəsilə Instagram-da SEO-nu optimallaşdırmağın 6 üsulu barədə məlumat verəcəyəm. SEO barədə ümumiyyətlə məlumatınız yoxdursa, daha öncəki bloq yazılarımı nəzərdən keçirin.

OxşarYazılar

Instagram paylaşımları üçün ödənişli reklam (1)

Instagram paylaşımları üçün ödənişli reklam

31 Avqust 2020
Pulsuz trafik axini

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
pulsuz reklamin sirri

Pulsuz reklam etməyin SİRRİ

02 May 2020

SEO nədir və necə işləyir?

WordPress üçün SEO optimizasiya

Saytınızın sürətini və performansını artırmaq üçün məsləhətlər

Instagram SEO №1: Instagram profilini axtarışa optimallaşdırma

Instagram axtarışı (həmçinin burada yeni kontentlər aşkarlamaq olur) bir növ Google axtarış sistemi kimidir. Bir sözü axtarışa verdikdə ona uyğun profilləri, həştəqləri, yerləri tapmaq olur. Bəs Instagram hansı axtarış nəticəsini çıxardacağını necə seçir?

Instagrama görə axtarış nəticələri bir sıra faktorlardan asılıdır: izlədiyiniz insanlardan tutmuş bəyəndiyiniz foto və videolara qədər. Amma onlar da açar sözlərinə əsaslanır. Google kimi Instagramda da açar sözü axtarışa verdikdə Instagram sizin üçün həmin açar sözlərinin olduğu ən faydalı səhifələri tapmağa çalışır. Bu o deməkdir ki, xüsusi açar sözləri daxil etməklə Instagram axtarışında çıxmaq mümkündür. Sadəcə profili həmin açar sözlərinə görə optimallaşdırmaq lazımdır. Bunu necə edək?

Ad və Soyad

Məsələn, “mətbəx” açar sözünə uyğun axtarışda çıxmaq istəyirsinizsə, həm ad, həm də istifadəçi adında “mətbəx” sözündən istifadə etmək yaxşı olar. Amma bəzən istifadəçi adında istənilən açar sözünü istifadə etmək olmur. Misal kimi mətbəxə dair bloqu olan bir profili nəzərdən keçirək.

instagramda biznes

Instagram adı nigul_kitchen olan bu profil mətbəx axtarışı edildikdə nəticələrdə çıxmaya bilərdi. Amma Instagramın bio hissəsində ad yeri də axtarış nəticələrinə daxil edilib və adın istifadəçi adı ilə eyni olmaq məcburiyyəti yoxdur. Ad hissədə Metbeximden canlı-canlı cümləsində ilk söz metbex olduğuna görə bu profil metbex açar sözündə ilk sırada çıxıb.

instagramda biznes
instagram açar sözləri
instagram seo

Buna görə də təqdim olunan biznes hansı sahədədirsə ad hissədə həmin sözü qeyd etmək olar. Bunun üçün profildə “Edit profile” hissəsinə daxil olub, adı dəyişmək lazımdır.

Instagram SEO №2: Həştəqlərdən açar söz kimi istifadə

Instagram-da yeni auditoriya qazanmaq üçün uyğun həştəqlərdən (#) istifadə etmək axtarış nəticələrində çıxmaq üçün ən yaxşı vasitələrdən biridir. O, sizə daha çox izləyici, daha çox müştəri və daha çox like gətirə bilər.

Google sisteminin açar sözünə görə bloqunuzu və ya saytınızı tapması üçün siz həmin açar sözünə optimallaşdırılmış kontent yaratmalısınız. Instagram həştəqləri də eyni cür işləyir. Əgər sizin açıq Instagram profiliniz varsa və müvafiq həştəqlərdən istifadə edirsinizsə, Instagram həmin postu axtarışda sizi izləməyən insanlar üçün də çıxaracaq. Amma həştəqlər təkcə axtarışda tapılmaq üçün işə yaramır. Onlardan oxşar postlar paylaşan insanlarla əlaqə qura bilmək, kampaniyalar yaratmaq, auditoriyanı araşdırmaq və s.məqsədlər üçün də istifadə olunur. Buna görə də aydın və düzgün quraşdırılmış həştəq strategiyasından istifadə etmək vacibdir. Ən vacibi isə bu həştəqləri istifadə edib, hansının daha çox nəticə verdiyini yoxlamaqdır.

instagram təqlənmək 
instagram biznes 
instagram seo
https://www.instagram.com/jafarnajafov/

Instagram SEO №3: Şəkilaltı yazılar (caption)

Həştəqlər, məkana görə təqlərdə olduğu kimi uyğun və təsvirli şəkilaltı yazılar da Axtarış səhifəsində profilinizin görünməsinə kömək edir. Əvvəlcə baxaq görək Instagramın “Explore” (Kəşf et) səhifəsi necə işləyir.

Ana səhifədə olduğu kimi “Explore” səhifəsi də sizin Instagramda davranışlarınıza (follow, like, yaşadığınız yer, postun yeniliyi və s.) uyğun kontentləri çıxardır. Buna görə də sizin Axtarış səhifənizdə görünən kontent ilə başqa birinin səhifəsində görünən kontent tamamilə fərqli ola bilər.

Bəs bunun şəkilaltı kontent ilə əlaqəsi nədir? Siz əgər müəyyən bir posta maraq göstərmisinizsə Instagram bundan açar kimi istifadə edəcək və sizin qarşınıza həmin postun mövzusuna uyğun ən çox paylaşımlar edən səhifələri çıxaracaq.

Instagram həmin səhifələrin oxşarlığını necə başa düşə bilər? Əlbəttə ki, səhifələrin adları, istifadəçi adları, bio-da qeyd edilən məlumat və ən nəhayət, şəkilaltı yazılardan. Demək, siz öz sahənizə uyğun şəkilaltı təsvirlər qeyd etdikdə, Instagram həmin məlumatı toplayıb, sizin mövzunuza uyğun səhifələrlə uyğunlaşdıracaq. Bu, Instagramın süni intellektdən istifadə üsulunun sadə izahıdır.

Instagram SEO №4: Alt mətn yaratmaq

Instagram-da alt mətn yeni funksiyadır. Onun vasitəsilə şəkillərinizin təsvirini daha geniş formada verə bilərsiniz. Görmə əngəllilər üçün yaradılmış bu funksiya həmçinin SEO məqsədilə də istifadə oluna bilər.

Hazırda Instagram avtomatik alt mətn yaradır ki, ekran oxuyucu vasitəsilə şəkillərin təsvirini eşitmək mümkün olsun. Bu funksiya əşyatanıma texnologiyasından istifadə edir. Amma siz özünüz də şəkil yükləyəndə postun nədən ibarət olduğunu izah etmək üçün alt mətn yarada bilərsiniz. Bunun üçün post etməmişdən qabaq ekranın aşağısında Advanced Settings,

alt text əlavə etmək
instagram seo

Daha sonra Write Alt Text bölməsinə daxil olursuz. Mətni daxil etdikdən sonra Done düyməsini sıxıb alt mətni yaradırsız.

instagam biznes
şəklə alt mətn əlavə et

Artıq paylaşdığınız şəkillərə alt mətn yazmaq üçün isə şəklin Edit düyməsini sıxıb, aşağı sağ küncündə Edit Alt Text vasitəsilə əlavə edirsiniz.

Instagram SEO №5: Təqlənin

Instagram Explore səhifəsində profilin izləyicilərə təqdim olunması üçün profilinizi digərlərinin qeyd etməsi (mention) və təqlərdən də istifadə edin. Qeyd olunma və təqlər saytdakı backlink-lər kimidir. Kimsə hesabınızı öz postunda və ya storidə təq edəndə digərləri o postdan sizin profilinizə keçid edə bilər.

Təqlənmək üçün bir sıra üsullar olsa da, ən yaxşı versiya gözəl kontent yaratmaqdır. Bu zaman insanlar sizi həvəslə paylaşıb, təqləyəcəklər. Təqləndikdə və mention olunduqda Instagram başa düşür ki, sizin kontentiniz dəyərlidir, insanlar üçün maraqlıdır. Bunu başa düşdükdə isə profilinizi axtarış səhifəsində digər insanlara təklif etməyə başlayır.

Instagram SEO №6: Analitika

Instagram-da etdiyiniz SEO-nun nəticələrini görmək üçün Instagram analytics hesabatına baxmaq lazımdır. Biznes profilində izləyicilər və onların sizin səhifədəki davranışları ilə bağlı (like, follow, save) məlumat almaq üçün Instagram Insights-dan istifadə etməlisiniz.

Paylaşımızla bağlı insanların reaksiyalarını, davranşlarını öyrənmək üçün postun altındakı View Insights hissəsinə klik edirsiz. Daha sonra səhifənin aşağısında Discovery bölməsinə daxil olur, nə qədər insanın kontenti gördüyü, harada gördüyü (həştəqlər, izləyicidirsə ana səhifə, Explore səhifəsi və ya digər (bura paylaşımlar, postun save olunması, təqlər, bildirişlər daxildir)) ilə bağlı məlumat almaq olar.

instagramda seo

Bu məlumatdan istifadə edərək kontentinizin axtarış üçün nə dərəcədə optima olub-olmadığını öyrənə bilərsiniz. Instagram Insights-a, bundan başqa, profildən də daxil olmaq olar. Bunun üçün Insights menyusunda Activity bölməsinə daxil olaraq ötən həftə ərzində postların insanlara çatmasını və onların reaksiyalarını rəqəmlərlə görə bilərsiniz.

Beləliklə, Instagram üzərindən təbliğ etdiyiniz bir biznesiniz varsa, Instagram SEO üzərində işləmək sizə fayda gətirəcək. Bu işləri görmək axtarışda sizin səhifənizi üzə çıxartmaqdan əlavə kontent strategiyanızı qurmağa da kömək olacaq.

Rating
Click to rate this post!
[Total: 7 Average: 4.9]

Oxşar yazılar Posts

Instagram paylaşımları üçün ödənişli reklam (1)
Marketinq

Instagram paylaşımları üçün ödənişli reklam

31 Avqust 2020
Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
pulsuz reklamin sirri
Marketinq

Pulsuz reklam etməyin SİRRİ

02 May 2020
growth_hacking_strategiyalari
Marketinq

Startapların uğurlu olmasına zəmanət verən Growth Hacking strategiyaları

15 Mart 2020
conversation_rate_optimization
Marketinq

How to leverage social media to increase your website conversion rate

23 Dekabr 2016
instagram reklam
Marketinq

Instagramda effektiv reklamın sirri

17 Dekabr 2016

Bir cavab yazın Cavabı ləğv et

Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In