Abunə ol

Yeni yazılardan xəbərdar olmaq üçün abunə ol
DMCA.com Protection Status
Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Nəticə yoxdur
View All Result
Jafar Najafov's Blog
Çərşənbə axşamı, Mart 21, 2023
Jafar Najafov's Blog
Nəticə yoxdur
View All Result

Startapların uğurlu olmasına zəmanət verən Growth Hacking strategiyaları

15 Mart 2020
Bölmə Marketinq
Reading Time: 16 mins read
0 0
0
PAYLAŞIM
2.2k
BAXIŞ
Facebookda PaylaşTwitterdə Paylaş

Sahibkarsız və öz biznesini genişləndirmək istəyirsizsə, məhsul və ya xidmətlərinizi düzgün təqdim edə bilməlisiniz. Bu yolda çətin sınaqlarla qarşılaşacaqsınız, amma Growth hacking strategiyalarından istifadə etməklə bütün sınaqlardan keçib, qarşınıza qoyduğunuz hədəflərə çata bilərsiniz.

Məhsullarını daha kütləvi auditoriyaya çatdıra bilmək üçün sahibkarlar fərqli growth hacking strategiyaları tətbiq etməlidirlər. Bu texnikalar arasında bəziləri cəmi bir neçə ildir yaransa da, müasir dövrdə biznesin inkişafında böyük rol oynayır.

OxşarYazılar

instagram seo

Instagram SEO: Axtarışda tez tapılmağın 6 üsulu

05 Sentyabr 2020
Instagram paylaşımları üçün ödənişli reklam (1)

Instagram paylaşımları üçün ödənişli reklam

31 Avqust 2020
Pulsuz trafik axini

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020

Bu gün sahibkarlar müxtəlif növ growth hack-lər axtarır və gəlirlərini artırmaq üçün milyonlarla müştəri toplamaq və böyümək istəyir. Growth hacking-ə aid ideyalar biznesin uğurlu olması üçün təsdiq olunmuş elementlərdəndir. Lakin hər biznes də marketinqə aid bu growth hack-ləri yaxşı tətbiq edə bilmir. Bir çox sahibkarlar isə bizneslərini genişləndirmək üçün bu strategiyalardan istifadə edərək səmərəli nəticələr əldə edirlər. Düşünürəm ki, sizin də onlardan istifadə etməyinizin vaxtı gəlib çatıb.

Growth hacking strategiyalarını nəzərdən keçirin:

1. Growth hacking nədir?

2. Riayət etməli olduğunuz growth hacking strategiyaları

  • Məhsulu istifadəyə verməmişdən qabaq e-mail siyahısı hazırlayın
  • Məhsulu Product Hunt-da istifadəyə verin
  • Tövsiyə marketinqindən istifadə edin
  • Digər markalarla tərəfdaşlıq edin
  • Tədbirlərə qoşulun
  • Qonşu bazarlardan istifadə edin
  • Sosial mediada izləyici kütləsi yaradın
  • Rəqibləri izləyin
  • Kontent strategiyası yaradın
  • Qonaq kimi paylaşımlar edin
  • İnfluenserlərlə birgə çalışın
  • Trendlə yanaşı addımlayın
  • KİV imkanlarından yararlanmaq üçün HARO-dan istifadə edin
  • Müştərilərinizə hədiyyə göndərin

3. Əlavə Growth Hack strategiyaları

4. Growth hacking-ə aid nümunələr

Growth hacking nədir?

Bu sözün saysız-hesabsız tərifləri var. Biznesi böyütməyin ən effektiv vasitələrindən sayılan Growth hacking təcrübə əsaslı texnikadır. Bu prosesə marketinqin müxtəlif sahələri, proqramlaşdırma, dizayn, psixologiya, məlumat və analitika daxildir.  

Bu texnika ona görə Growth hacking adlanır ki, onun yaradıcısı biznesi böyütmək üçün ənənəvi proseslər əvəzinə tez, sərfəli, eyni zamanda da innovativ metodlara riayət edir.

Growth Hacker kimdir?

Growth hacker ağıllı, orijinal və innovativ bir insandır. Onun əsas hədəfi biznesinə istədiyi qədər müştəri gətirmək, eyni zamanda onları daimi müştəriyə çevirmək üçün kreativ və səmərəli strategiyalardan istifadə etməkdir.

growth hacker

Growth hacker hədəfinə çatmaq üçün məzmun marketinqi, viral marketinq, email marketinq, SEO, A/B sınaqları və s.kimi metodların kombinasiyasından istifadə edə bilər. Lakin yadda saxlamalısınız ki, Growth hacker Growth (inkişaf üzrə) marketoloq ola bilər, amma heç vaxt ona sadəcə marketoloq deyilə bilməz.

Growth hacker aşağıdakı formula ciddi surətdə əməl edir:

Məhsul + İnkişaf = Təsir

Hər bir startup-ın riayət etməli olduğu growth hacking strategiyaları

Yeni üfüqlərə yelkən açmaq, gəlirlərinizi və potensialınızı kəskin surətdə artırmaq üçün biznesin inkişafı üzrə aşağıdakı strategiyalardan istifadə etməlisiniz.

#1 Məhsulu istifadəyə verməmişdən qabaq e-mail siyahısı hazırlayın

Startapın səmərəli inkişafı strategiyasına gəldikdə e-mail marketinq həm potensial, həm də real müştəri tapmaq baxımından ən yaxşı strategiya olaraq qalır.

Fikrinizi e-mail siyahısı hazırlamağa cəmləyin. Bu, auditoriyaya mesajınızı daha effektiv surətdə çatdırmaq üçün sizə imkan yaradacaq. Bundan əlavə, e-mail marketinq istənilən bir məhsulun və ya tədbirin təqdimatından öncə reklam xarakterli məlumat göndərilməsi zamanı bizneslərə çox kömək edir.

E-mail marketinq sizə məhsulu istifadəyə verməmişdən öncə də potensial müştəri qazanmağa imkan verir. Lakin sadəcə e-mail siyahısı hazırlayıb oturub gözləmək olmaz. Siz məlumat xarakterli reklamınızı bir neçə həftə ərzində hazırlamalı və çalışmalısınız ki, auditoriyanız məhsulun istifadəyə veriləcəyi zamanı həvəslə gözləsin.

e-mail servisləri

E-mail siyahısını quraşdırmaq üçün GetResponse kimi e-mail servislərindən birini seçirsiz. Belə servislər e-mail-ləri effektiv şəkildə sizin auditoriyanıza çatdıracaq. Ünsiyyət müştərini saxlamaqda vacib rol oynadığına görə məhsulu istifadəyə verməzdən öncə ən azı həftədə bir dəfə potensial müştərilərinizlə ünsiyyətdə olun.

#2 Məhsulunuzu Product hunt və ya oxşar platformalarda istifadəyə verin

Hər həftə onlarla startap Product hunt kimi platformalarda istifadəyə verilir. Belə platformalar mesajınızı yeni auditoriyaya çatdırmağa imkan yaradır. Sizə məsləhət gördüyüm Product hunt biznesinizi qlobal auditoriyaya təqdim etmək üçün bazarda lider olaraq qalır. Bu platformanı bir sıra innovatorların və jurnalistlərin diqqətini sizin məhsulunuza yönəldən “qızıl bilet” hesab edə bilərsiz. Burada siz izləyicilərdən reaksiyalar və yeni imkanlar üçün ideyalar əldə edəcəksiniz.

Product Hunt 2 1

Mən də öz startaplarımda ilkin platforma kimi Product Hunt-ı istifadə etmişəm.

#3 Tövsiyə (referral) marketinqindən istifadə edin

Dostların, ailənin və ya sahə üzrə influenserlərin tövsiyəsi başqa vasitələrlə müqayisədə biznesə daha çox müştəri cəlb edir. Tövsiyə vasitəsilə gələn müştərilər sizə xərclərinizi azaltmağa imkan verəcək.

Belə müştərilər şirkətə daha sadiq qalır və 16% daha çox gəlir gətirir. Bundan başqa, tövsiyə proqramlarına malik satış üzrə mütəxəssislər 4-6 dəfə daha çox qazanc əldə edir.

Uber 
pulsuz gediş
tövsiyə marketinqi
referal marketinq
referral marketing

Uber öz biznesinə başlayanda gediş haqlarını paylaşmaq strategiyasını həyata keçirdi. Onlar marka tanıtımı və istifadəçiləri cəlb etmək məqsədilə tövsiyə marketinqindən istifadə etdilər. Bu, çox sadə bir ideya idi: istifadəçinin təqdim etdiyi şifrədən istifadə edən hər növbəti istifadəçiyə görə Uber 5$ gediş haqqı qazandırırdı. Bu ideya o qədər uğurlu oldu ki, indiyə qədər hələ də bütün taksi tətbiqləri ondan istifadə edir.

#4 Digər markalarla tərəfdaşlıq edin

Biznes tərəfdaşlıqlar və əməkdaşlıqlar çox “səs-küy”ə səbəb olduğuna görə ən yaxşı Growth hacking texnikalarındandır. Bir sıra markalar dərk edib ki, birgə marketinq və məhsul tərəfdaşlığı effektiv Growth hacking strategiyasıdır.  

Belə tərəfdaşlıqlar təkcə sosial mediada “səs-küy” salmaqla kifayətlənmir, həm də vebsaytınızın orqanik trafikini artırır. Bununla siz xəbər başlıqlarında manşet xəbərə çevrilə bilər, o cümlədən məhsulunuzun və xidmətlərinizin qlobal bazarda məhşurluğunu artıra bilərsiniz.

Yaxşı qazancları olan ən uğurlu tərəfdaşlardan bəziləri bir mövzu ətrafında yeni məhsullar yaradıblar. İstənilən kiçik və orta şirkətlər öz markasına dəyər qatacaq düzgün tərəfdaş taparsa, yaxşı əməkdaşlıq əlaqələri yarada bilər.

marka tərəfdaşlığı
Airbnb, Flipboard

Tərəfdaşlıq etmək hətta tamamilə müxtəlif sahələrdə fəaliyyət göstərən bizneslər üçün də işə yarayır. Buna yaxşı bir misal kimi Flipboard (xəbər tətbiqi) və AirBnb (ev kirayəsi)-nin tərəfdaşlığını göstərə bilərik. Bir markanın istifadəçiləri digərinin imkanlarından da yararlana bilir.

Flipboard Airbnb-nin istifadəçilərinə özəlləşdirilmiş kontent təklif edir. İstifadəçi Airbnb-dən ev kiralamaq istədikdə, istəyinə uyğun məlumatlar əldə edir. Məsələyə digər tərəfdən baxdıqda, bu istifadəçilər özləri də kontent yaradır (şərhlər və qiymətləndirmə şəklində) və Flipboard da öz istifadəçiləri üçün bu məlumatlardan yararlanır.

#5 Tədbirlərə qoşulun

Yeni yaradılan bizneslərin 30%-i 24 aydan artıq davam gətirə bilmir. Sahibkarlar bu statistika üzərində ciddi düşünməlidir. Yaxşı Startap tədbirlərinə qatılaraq biznesinizin batmaması üçün vasitələr və ideyalar qazana bilərsiniz.

Davam edin, ən yaxşılardan öyrənin, əlaqələr qurun, öz sahəniz barədə öyrənin və motivasiya əldə edin.

Bu halda itirəcəyiniz heç nə yoxdur. Öz biznesinizi müvafiq biznes tədbirlərində və konfranslarında təqdim etməklə müvəffəqiyyətə daha asan nail ola bilərsiniz.

#6 Qonşu bazarlardan istifadə edin

Qonşu bazarlar (Adjacent Markets) satış üçün əla Growth hack-lərdən biridir. Qonşu bazar dedikdə sizin gördüyünüz işə yaxın işlərin bazarı nəzərdə tutulur.

Qonşu bazarlara siz məhsul və xidmətlərinizlə deyil, bacarıq və biliklərinizlə gedirsiniz. Bu bazar sizdən əsas bacarıqlarınızı götürür və yeni müştərilər üçün yeni dəyərlər yaradır.

Hər hansı yeni bazarı qiymətləndirməmişdən öncə bəzi faktorları nəzərə almalısınız.

  • Rəqabət necədir?
  • Həcm və xeyir gətirməsi baxımından imkanlar nə qədərdir?
  • Aşmalı olduğunuz hüquqi əngəllər var?

Bundan sonra öz bacarıqlarınızı və mövcud kanalları nəzərdən keçirirsiz. Bu bacarıqları istifadə etmək üçün yeni üsullar tapır, beləliklə də satışın inkişafı üçün yeni imkanlara gedən yolları açırsız.

Məsələn, Nike adətən beyində yüngül atletika sahəsi üzrə idman məhsulları ilə assosiasiya olunur. Lakin Nike məhsulları demək olar bütün idman növlərini əhatə edir.

Nike 
qonşu bazarlar
adjacent markets

Nike rəqib olan dağçılıq məhsulları bazarına daxil olmaq istədikdə Qonşu Bazar prinsipini meydana çıxardı. Onlar dağçılıq fəaliyyətləri üçün ayaqqabı təklif etməyə başladılar. Müştəri sadiqliyi əldə etdikdən sonra isə geyim sahəsində uğur qazanmağa başladılar.

#7 Sosial mediada öz markanız ətrafında izləyici kütləsi yaradın

Sosial media bizneslər üçün marketinqin əsas sahələrindən biridir. Siz özünüzü təbliğ etmək, reaksiyalar almaq və sahə üzrə influenserlərlə qarşılıqlı əlaqədə olmaq üçün sosial mediadan istifadə edə bilərsiniz.

Facebookda paylaşdığınızı daha çox insan tərəfindən görülməsi üçün 8 məsləhət

Kontent hazırlamaq və auditoriya toplamaq müəyyən vaxt ala bilər. Buna görə də sosial media fəaliyyətinizi ümumi inkişaf istiqamətinizlə bərabər yönəltməlisiniz.

sosial media
facebook
kontent strategiyası
izləyici kütləsi

Sosial mediadan öz biznesinizin uğurlu olması üçün istifadə etməyin ən yaxşı yollarından biri markanızın Facebook qrupunu yaratmaqdır. Burada auditoriyanız sizin markanızdan xəbər tutacaq. Markanızdan xəbəri olmayanların qrupda paylaşılan kontentlər sayəsində sizi tanıması şansı yüksəkdir. Belə qrupların auditoriyası məhsulunuzun potensial alıcılarıdır. Growth hacker isə hər gün paylaşımlar edərək onları alışa həvəsləndirir.

#8 Ən böyük rəqiblərinizi izləyin

Ölçü və formasından asılı olmayaraq, rəqabət həmişə mövcud olub, olacaq da. Öz rəqabət sahənizi müəyyənləşdirdikdən sonra şirkətinizin hər hansı bazarda niyə üstün olduğunu göstərməyiniz vacibdir.

Sahibkar olaraq təkcə biznesinizə diqqəti çəkmək kifayət etmir. Siz həm də rəqabət sahənizdə dəyişən faktorlardan da xəbər tutmalısınız. Bu, biznesinizi daha çevik və daha güclü edəcək.

Bir çox bizneslər fəaliyyət planları olmadan rəqabətə girir, daha sonra gözləntiləri doğrulda bilmir, ən axırda isə iflas edirlər.

Hədəf marka ətrafında baş verən bütün söhbətlərdən vaxtında xəbər tutmaq üçün hədəf auditoriyanızın yerləşdiyi eyni rəqəmsal məkanlarda (sosial media, forumlar və s.) siz də olmalısınız. Bu, yaxşı planlaşdırma deməkdir.

competitors
rəqiblərin analizi
startap

Planınıza həmçinin rəqibin saytının (həmçinin həmin saytdakı açar sözləri) ətraflı və daimi təhlilini daxil etməlisiz ki, kontentinizi maksimum dərəcədə təsiredici hazırlaya biləsiz. Eyni zamanda onların məhsul və xidmətlərini necə təqdim etdiyi barədə anlayışınızın olması üçün verdikləri istinadları (backlink) da izləməlisiniz. Bunun üçün Semrush-dan istifadə etməyi məsləhət görürəm.

#9 Ciddi kontent marketinq strategiyası yaradın

Biznesiniz üçün müştəridən gələn reaksiyalar çox vacibdir. Bu reaksiyalar sizə şikayətləri və sorğuları tez bir zamanda həll etməyə, narazı müştəriləri yola gətirməyə kömək edəcək.

Səmərəli inkişaf üzrə marketinq strategiyalarının əsasını ciddi kontent marketinq strategiyası təşkil edir. O, sizə müştəri reaksiyasına fokuslanmağa və məhsulunuzu asanlıqla satışa çıxarmağa kömək edəcək.

Az bir büdcə ilə öz biznesiniz üçün kontent marketinq strategiyası yaradın. Bu kontent marketinq strategiyası sayəsində auditoriya məhsulunuzun dəyərini başa düşəcək. Hansı biznesdə olmağınızdan asılı olmayaraq, kontent marketinq strategiyanız hər zaman düzgün auditoriyanı cəlb etməyə hədəflənməlidir.  

Kontent marketinq kampaniyalarını planladıqda həmişə paylaşıla bilən kontent yaratmağa çalışın. Məsələn, video kontent bir çox kontent marketinq kampaniyalarının əsas sütununa çevrilib. Çünki video kontent auditoriyaya yığcam şəkildə bir çox məlumatı ötürməyə imkan verir.

content marketing 
kontent marketinq 
video kontent
yazılı kontent

Marketo kimi məşhur marketinq avtomatlaşdırma aləti text formatında olan ənənəvi maarifləndirici məqalələri video ilə əvəzləyir.

Bu, kontent yaradıcıları üçün çətin bir sınaqdır. Yaxşı xəbər isə odur ki, komandanızın böyük-kiçikliyindən və ya resurslarınızın həcmindən asılı olmayaraq, siz kontentinizə emosiyalar, dəyər və əlbəttə ki, unikallıq əlavə edərək çox paylaşılan kontent yarada və potensial müştəriləri öz saytınıza cəlb edə bilərsiniz.

#10 Qonaq kimi paylaşımlar edin

Qonaq kimi paylaşımlar etmək (Guest posting) əlaqələr qurmağa kömək edir. Internetdə xeyli sayda Guest posting xidmətləri mövcuddur. Demək olar ki, hamısının da öz vebsaytları var. Bu xidmət provayderləri saytınıza linklər verməklə təbii yolla ziyarətçiləri cəlb edir və axtarış sistemlərində reytinqinizi yüksəldir.

Guest posting çox yaxşı bir marketinq growth hack-idir. Bloqçular təbii yolla veb sayt trafiki qazanmaq, axtarış sistemlərində yüksək reytinqlər əldə etmək məqsədilə bu üsuldan çox istifadə edirlər.

Buffer Growth hack-lər arasında qonaq kimi paylaşımlar etməyi seçən markalardan biridir. Başladıqları ilk vaxtlarda onlar nüfuzlu bloqçulardan paylaşılabilən kontent yaratmağı istəmiş, sonra isə yaxşı Domen nüfuzu (DA) olan saytlardan bu kontentlərə çoxlu sayda istinadlar vermişdilər.   

#11 İnfluenserlərlə birgə çalışın

Markanın yaradılmasına gəldikdə, markaların niyə influenserlərə tanıtım üçün pul ödəmələri səbəbsiz deyil. Daha geniş auditoriyaya səsinizi çatdırmaq üçün tanınmış influenserlərlə əməkdaşlıq etmək lazımdır. Qeyd edim ki, təsir dairəsi ən güclü olan influenserlər 50.000+ izləyicisi olanlardır.

influenser marketinq
markanın təbliği
influencer

Sahibkarlar öz məhsul və xidmətlərini təbliğ etmək üçün influenserlərlə əməkdaşlıq etməlidirlər. Düzgün qurulduğu halda influenser marketinqi istənilən biznesi yaxşı təbliğ edə və məhsulun geniş kütləyə çatmasına kömək ola bilər.

Marketinq büdcəsinin azlığına görə böyük markalarla rəqabətə girə bilməyən yeni startaplar üçün influenserin nüfuzundan istifadə etmək əla bir marketinq growth hack-idir. Influenserlərin yaxşı izləyici kütləsi olduğuna görə bizneslər onların potensial müştəri bazalarından istifadə edə bilir. Məsələn, tanınmış marka olan Gymshark özünü təbliğ etmək və satışlarını artırmaq məqsədilə influenserlərlə işləyirdi. Faktiki olaraq, başladığı ilk vaxtlarda Gymshark markasını tanıtmaq və müştəri cəlb etmək məqsədilə ağırlıqqaldırma və fitnes sahələrindəki influenserlerdən çox asılı idi.  

İnfluencer marketinqi üçün sizə Shoutcart-dan istifadə etməyi məsləhət görürəm. 5 dəqiqə içində istədiyiniz influenseri səbətə əlavə edib, reklamınızı onlara paylaşdıra bilərsiniz.

shoutcart-influencer marketing
shoutcart-dan screenshot

Şəkildən də gördüyünüz kimi reklamınızı kateqoriya üzrə istər toplu formada 10-20 bloggerə birdən, istərsə də tək-tək seçib verə bilərsiniz. Platformanın ən gözəl xüsusiyyəti isə Tik-Tok-da reklam verə bilmək özəlliyidir.

shoutcart order page

Sifarişi verdikdən sonra influenserlər sifarişi qəbul edib təyin etdiyiniz vaxtda paylaşımı edirlər. Mən özüm bu platformadan mütəmadi olaraq istifadə edirəm və bəzən Shoutcart qiymətləri influenserlərin öz qiymətlərindən daha ucuz olur.

#12 Trendə uyğun hərəkət edin

Bir tərəfdən müştəri xidməti, büdcəni izləmə, marketinq, satış, məhsulun inkişafı işləri, digər tərəfdən isə sahə üzrə ən son irəliləyişlər və innovasiyaları izləməklə məşğul olmaq çox çətin ola bilər. Amma biznesinizin uğurlu olmasının açarı trendləri hər zaman izləməkdir.

Trendləri erkən təyin etmək sizə səmərəli kampaniya ideyaları təklif etməyə və ya yeni trendlərə uyğun hərəkət etmək üçün biznes planlarını dəyişməyə imkan verir. Siz ən son trendlərdən xəbərdar olaraq daha sürətli nəticələr əldə edə bilərsiniz.  

#13 KİV imkanlarından yararlanmaq üçün HARO-dan istifadə edin

Ən yaxşı Growth hack-lərdən biri öz peşəkar bacarığınızı göstərə biləcəyiniz HARO (Helping A Reporter Out) platformasından istifadə etməkdir. O, markanı təbliğ etmək məkanı deyil, jurnalistlərin sorğularını oxumaq üçün platformadır. Bu sorğular sizin sahənizə aid ola da bilər, olmaya da. Məsələn, hansısa jurnalist elektron ticarət saytı ilə bağlı yazmaq istəyir və HARO vasitəsilə sorğu göndərir, mən isə onlara öz Press-relizimi verirəm ki, yaysınlar.

HARO platforması 
jurnalistlər

Bəli, burada vaxtınız çox gedə bilər, amma düzgün çalışsanız buna dəyəcək. Əgər HARO-nun xəbər bülletenlərini oxumağa 30 saniyə olmaqla gündə 3 dəfə vaxt tapsanız, bunu biznesinizə ən lazımlı yatırım kimi hesab edə bilərsiniz.

Bundan başqa, yadda saxlamalısız ki, jurnalistlər nə istədiklərini dəqiq bilirlər. Buna görə də istəmədikləri ideyaları onlara təklif etməyin.

#14 Müştərilərinizə hədiyyələr göndərin

Üzərində şirkətinizin loqosu və adı olan markanıza məxsus hədiyyə məhsulları istifadəçi üçün əhəmiyyət kəsb edir.

müştərilərə hədiyyə
brend hədiyyə
marka hədiyyəsi 
gifts to customers

Belə məhsullar markanızı təbliğ edir, müsbət rəy yaratmağa kömək edir və müştərilərinizi sadiqləşdirir. Razı müştəri markanızın təbliğatçısına çevrilir, sizin markanız isə daha çox tövsiyə olunur və siz daha çox müştəri qazanırsınız.

3. Əlavə Growth Hack strategiyaları

#15 Beta Tester-lərə endirim verin

#16 Quora-da sahəniz üzrə suallara cavab verin

#17 Affiliate Marketinqi biznesinizə tətbiq edin

#18 E-mail vasitəsilə kampaniyalarınızı yayın

#19 Mövcud kontentinizi zamanın nəbzinə uyğun yeniləyin

4. Growth hacking-ə aid 3 ən yaxşı nümunə

Facebook

Facebook dünyanın ən sevimli sosial media platformasıdır və şübhəsiz ki, bu günki rəqəmsal aləmdə Growth hacking üçün ən yaxşı nümunələrdən biridir. 2 milyarddan artıq istifadəçisi olan Facebook bizim həyatımızın bir parçasına çevrilib. Quora-da Facebook-un growth hack-lərinə aid verilən suallardan birində bu sosial media dahisinin öz miqyasını genişləndirməsi üçün istifadə etdiyi 2 effektiv texnikadan danışılır.

Birincisi, onlar insanları həvəsləndirdi ki, yalnız dostlarını və ailə üzvlərini əlavə etsinlər və öz çevrələri daxilində kontent paylaşsınlar. İkincisi, Facebook həmin dostların və ailə üzvlərinin də platformada hesab yaratmaları üçün onlara dəvət e-mail-ləri göndərdi.

growth hacking 
growth hack 
biznes inkişafı texnikaları

İnsanlara maraqlı gəlirdi ki, görəsən onları Facebook-da kim işarələyib, onlar haqqında Facebook-da nə danışılır və onlar qeydiyyatdan keçdikdən sonra nə əldə edəcəklər. Beləliklə də Facebook-un üzvünə çevrilməyə başladılar.

PayPal

Ən yaxşı growth hack-lərdən istifadə edən digər bir biznes Paypal-dir. Haçansa düşünmüsüz ki, pul paylamaq şirkətinizi böyüdə bilər? Bu ideya PayPal üçün möcüzələr yaratdı.

Onların growth hacking strategiyası tövsiyə proqramından istifadə etmək idi. PayPal tövsiyə proqramı vasitəsilə daha çox istifadəçi gətirən istifadəçiləri stimullaşdırmağa başladı. Nəticədə, PayPal biznesi gündəlik olaraq 7%-dən 10%-ə doğru böyüməyə başladı. Stimullaşdırıcı kampaniyanın ümumi məbləği təqribən 60 milyon dollara çatmışdı.

Onların istifadə etdiyi growth hack-lər barədə ən maraqlısı o idi ki, həmin dövrdə sosial media indiki kimi güclü deyildi. Buna görə də PayPal əsasən şifahi şəkildə, SMS, bloqlar və e-mail-lər vasitəsilə böyüdü.

Dollar Shave Club

Video kontent hazırda ən tələbatlı dövrünü yaşayır. Dollar Shave Club-ın bu growth hack nümunəsi video marketinqin necə effektiv olduğunu və düzgün video kontent ilə necə asanlıqla istədiyiniz qədər müştəri qazana biləcəyinizi sübut edir. Business Insider-in məlumatına görə Dollar Shave Club aşağıdakı growth hack-dən istifadə edərək 20 milyon dollardan çox qazanc əldə edib.

Dollar Shave Club xidmətlərini təbliğ etmək məqsədilə bir video hazırladı və öz müştərilərinə hər ay cəmi 1 $-a yeni ülgüclər göndərməyə başladı. Video viral-a çevrildi, qısa müddət ərzində 19 milyon baxış qazandı.

Dollar shave club
video kontent

Son söz

İnkişaf etmək məqsədilə bir çox bizneslər həmişə çətin sınaqlardan keçiblər. Reallıq budur ki, sizin bazarınız və hədəf auditoriyanız müntəzəm olaraq kreativ marketinq kampaniyaları ilə rastlaşmır.

Bizneslər artıq sınaqdan çıxmış growth hack-lərə fokuslanmalıdırlar. Elə unikal bir growth hack yoxdur ki, bütün problemləri birdən həll etsin. Belə bir rəqabətli mühitdə biznesinizi böyütmək üçün yuxarıda qeyd etdiyim growth hacking strategiyalarından istifadə etməlisiniz.

Bundan başqa, bütün ekspertlər həm də zərəri toxunmayacaq yeni üsulları da yoxlamağı məsləhət görür.  

Rating
Click to rate this post!
[Total: 2 Average: 5]

Oxşar yazılar Posts

instagram seo
Marketinq

Instagram SEO: Axtarışda tez tapılmağın 6 üsulu

05 Sentyabr 2020
Instagram paylaşımları üçün ödənişli reklam (1)
Marketinq

Instagram paylaşımları üçün ödənişli reklam

31 Avqust 2020
Pulsuz trafik axini
Dropshipping

Dropshipping biznesi üçün pulsuz trafik axını

27 İyun 2020
pulsuz reklamin sirri
Marketinq

Pulsuz reklam etməyin SİRRİ

02 May 2020
conversation_rate_optimization
Marketinq

How to leverage social media to increase your website conversion rate

23 Dekabr 2016
instagram reklam
Marketinq

Instagramda effektiv reklamın sirri

17 Dekabr 2016

Bir cavab yazın Cavabı ləğv et

Nəticə yoxdur
View All Result

Son Yazılar

  • Shopify ilə dropshipping: Addım-addım şəkilli izahla
  • Səhm nədir və Azərbaycanda xarici şirkətlərin səhmlərini hansı yolla almaq mümkündür?
  • Pul xərcləmədən kriptovalyuta qazanmaq
  • Hazır online biznesləri harada alıb-satmaq olar?!
  • E-ticarətə başlamaq istəyənlərə ən vacib məsləhət

Son şərhlər

  • Dil öyrənmək üçün 7 ən yaxşı mobil tətbiq üçün Elnarə
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • İnternetdən dollarla pul qazanmağın yolları ( 2021 ) üçün Elnur
  • Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2022) üçün Elchin
  • 6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq üçün Aqil

Arxivlər

  • Oktyabr 2022
  • Noyabr 2021
  • Avqust 2021
  • Mart 2021
  • Fevral 2021
  • Dekabr 2020
  • Sentyabr 2020
  • Avqust 2020
  • İyul 2020
  • İyun 2020
  • May 2020
  • Aprel 2020
  • Mart 2020
  • Yanvar 2020
  • Oktyabr 2019
  • İyul 2018
  • Oktyabr 2017
  • Sentyabr 2017
  • Dekabr 2016
  • Avqust 2016
  • Aprel 2016
  • Fevral 2016
  • Yanvar 2016

Kateqoriyalar

  • App Development
  • Aramızda Qalsın
  • Biznes ideyası
  • Brendinq
  • Dropshipping
  • Kriptovalyuta
  • Marketinq
  • Mobil Proqramların Hazırlanması
  • Onlayn mağaza
  • Pul Qazanmaq
  • Sayt Yaratmaq
  • SEO
  • Səhm
  • Şəxsi İnkişaf
  • SMM
  • Ümumi

Meta

  • Qeydiyyat
  • Giriş
  • Entries feed
  • Comments feed
  • WordPress.org
Follow me on Instagram Follow me on Instagram Follow me on Instagram

Amet morbi justo facilisis integer odio eu feugiat egestas nulla a ipsum morbi iaculis urna nunc.

İNSTAGRAMDA İZLƏ

    The Instagram Access Token is expired, Go to the Customizer > JNews : Social, Like & View > Instagram Feed Setting, to refresh it.
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Nəticə yoxdur
View All Result
  • Ana Səhifə
  • Bioqrafiya
  • Onlayn mağaza
  • Marketinq
  • SEO
  • Brendinq
  • Pul Qazanmaq
  • Aramızda Qalsın
  • Mobil Proqramların Hazırlanması
  • Əlaqə

© 2020 Jafar Najafov.

Welcome Back!

Login to your account below

Forgotten Password? Sign Up

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In