Bloqumda sizinlə bu vaxta qədər Dropshipping biznesi ilə bağlı çox yazı paylaşmışam. Daimi oxucularım arasında artıq özlərinə dropshipping biznesi quranlar var. Mən isə onların bu bizneslə bağlı verdikləri sualları hər zaman cavablandırmağa çalışmışam.
Dropshipping-dən fərqli olaraq Drop servicing-də məhsullar deyil, outsource xidmətlər satılır. Amma bu bizneslə məşğul olan şəxs xidməti öz görmür, 3-cü şəxsə gördürür, özü isə sadəcə görülən xidmətlərin marketinqini həyata keçirir.
Drop servicing dropshipping ilə qarışıq salınmamalıdır. Dropshipping ilə dropservicing arasında fərqləri, eləcə də müsbət və mənfi tərəflərini, dropservicing-də təqdim olunan xidmət növləri və s. öyrənmək üçün Dropshipping vs Drop servicing? adlı bloq yazımı nəzərdən keçirin.
Drop servicing nədir?
Dropservicing biznesində vebsayt və ya sosial media vasitəsilə xidmət (xidmətlər) təqdim olunur. Bu xidmətlərə veb dizayn, SEO, pay-per-click kampaniyalarının yaradılması və s. aid ola bilər. Bu işləri görmək üçün siz frilans işçilər tapmalısınız. İş hazır olduqdan sonra müştəri ödənişi sizə edir. Siz isə frilanserin haqqını ödəyirsiniz.
Hansı xidmətləri satmaq olar?
- Copywriting
- Social media idarəetməsi
- Qrafik dizayn
- Məlumatın daxiledilməsi
- Veb dizayn
- Video yaratma və redaktə
- Tərcümə
Drop servicing-in üstünlüyü nədir?
Əgər biznesi yaxşı idarə edib, marketinqini həyata keçirə bilirsinizsə drop servicing biznesinə başlaya bilərsiniz. Elə hesab edin ki, siz bir agentlik qurub, müştərilərinizə müxtəlif xidmətlər təqdim edirsiniz. Frilanserlər və müştərilərlə yaxşı ünsiyyətqurma bacarığınız varsa, işi də rahatlıqla həyata keçirəcəksiniz. Ola bilsin ki, qeyd etdiyiniz işlər üzrə özünüzün də bacarığınız var. Amma məsələn, vebsaytı özünüz hazırlamaq əvəzinə başqa birinə gördürsəz, həmin vaxtda həm drop servicing-dən, həm də başqa işlərdən pul qazana bilərsiniz.
Mənfi tərəfləri
Dropservicing-lə məşğul olmağa qərar verdinizsə, həqiqətən də işini yaxşı görə bilən frilanserlər tapmalısınız. Bundan əlavə, həmin frilanserin işi vaxtında təqdim etməsinin məsuliyyəti də sizin boynunuzda olur.
Drop servicing biznesinə necə başlamaq olar?
Istənilən onlayn biznes modelində olduğu kimi öncə nə təklif etdiyinizi və müştəri bazanızı müəyyən etməlisiniz. Bundan sonra isə artıq işə başlaya bilərsiniz. Işə başlamaq üçün iki yoldan birini seçməlisiniz.
Sayt hazırlamaq
Drop servicing üçün WordPress yaxşı platformadır. WordPress kimi bir platformadan istifadə edərək biznes və göstərdiyiniz xidmətləri təqdim etmək üçün bir sayt yarada bilərsiniz. Müştərilər bu vebsayt vasitəsilə sizə müraciət edəcək. Bundan sonra siz seçdiyiniz frilanserlərə bu tapşırıqları həll etdirəcəksiniz.
Mən oxucularıma adətən bu üsuldan istifadə etməyi məsləhət görürəm. Çünki saytın olması biznesin imicini yüksəldir. Bundan başqa, müştəri cəlb etmək üçün rahatlıqla sosial media hesablarından və klikə görə ödəniş reklam kampaniyalarından istifadə edə biləcəksiniz.
Sayt yaratmaq çox pul tələb edir, özümün isə texniki biliklərim yoxdur deyirsinizsə, tələsməyin. WordPress-də sayt yaradılması, saytın Google kimi axtarış sistemlərində yuxarı yerlərdə sıralanması üçün optimallaşdırılması, sürətinin artırılması barədə aşağıdakı bloq postlarım köməyinizə gələcək:
Onlayn mağaza yaratmaq üçün addım-addım təlimat (2020)
6 addımla sayt yaratmaq və saytdan pul qazanmaq
WordPress üçün SEO optimizasiya
Saytınızın sürətini və performansını artırmaq üçün məsləhətlər
Frilans işlər təqdim edən platformalara qoşulmaq
Alternativ yol kimi siz Fiverr, SEO Clerks və ya Code Clerks kimi frilanserləri bir yerə toplayan bir platformada hesab açaraq işə başlaya bilərsiniz. Bu hesab vasitəsilə siz qeyd etdiyiniz sahələrə uyğun müştərilər cəlb edib, gəlir əldə edəcəksiniz. Qeyd etdiyim platformalardan başqa UpWork və PeoplePerHour də var ki, bu platformalarda da müştəri qazanmaq üçün kifayət qədər güvənli bir hesab yaratmalısınız. Belə saytlarda ən çətini ilk müştəriləri əldə edənə qədərdir. Ilk müştərilərdən yaxşı xallar və rəylər qazandıqdan sonra digər müştərilər sizə daha çox güvənib, iş təklif etməyə başlayacaq. Beləliklə, digər platformalarda drop servicing ilə məşğul olmaq sizə qazandıra bilər.
Yadda saxlayın ki, hansı üsul seçirsiniz seçin, müştərinin sizə ödədiyi pul ilə sizin frilanserə ödədiyiniz pul fərqini diqqətdən qaçırmamalısınız. Yəni ki, pul qazanmaq istəyirsinizsə, sizin frilanserə ödədiyiniz pul müştərinin sizə ödədiyi puldan aşağı olmalıdır. Frilanserə iş verdikdə mütləq onun portfoliosunu, digər müştərilərdən aldığı rəy və xalları nəzərə alın ki, işin keyfiyyəti gözləntiləri doğrulda bilsin.
Drop servicing üçün işçiləri harada axtarım?
Yuxarıda bəzi resursları qeyd etsəm də, frilanser axtaran zaman aşağıdakı platformalara da mütləq nəzər salın.
Bəzən insanlar yaxşı rəylər qazanmaq və portfoliolarını zənginləşdirmək üçün pulsuz iş də görürlər. Həmin frilanserlərin xidmətlərindən də istifadə etmək olar.
Beləliklə, drop servicing dropshipping-dən tamamilə fərqli biznes modelidir. İnsanlarla ünsiyyəti və idarəetməsi güclü olan, eyni zamanda da online bizneslə məşğul olmaq istəyən şəxslər bu biznesi mütləq sınaqdan keçirməlidir.